TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə109/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   105   106   107   108   109   110   111   112   ...   171

259

qaydaları,  şərtləri,  fəaliyyət  istiqamətlərini  diktə  edir.  İnsanların 

məişətinə daxil olan gündəlik informasiya axını onlarla manipul­

yasiyaya imkan verən ən asan üsul olduğundan bu məsələ xüsusi 

nəzarətdə saxlanılır və xəbərlərin qərəzdən, birtərəflilikdən uzaq 

olması şərti başlıca məsələ kimi qarşıya qoyulur. 

Televiziyadan  verilən  informasiya  sosial­siyasi  təsirdən  əlavə, 

psixoloji  təsirlər  də  göstərir.  Məhz  bu  baxımdan  onun  üzərinə 

cə miyyətin  həyatında  mühüm  yer  tutan  sosial­psixoloji  funk­

siyalar da düşür: 1. Dünyada baş verən hadisələrlə əhalinin mə­

lumatlandırılması: televiziya bütünlüklə insanda xəbərlərin axını 

ilə  özünüidentifikasiya  (özünümüqayisə)  prosesini  aktuallaşdıra 

bilər;  2.  Qrup  şüurunun  biçimlənməsi:  müəyyən  xəbər  axınını 

alan  əhalinin  bu  informasiyaya  uyğun  qruplaşması  və eynitərzli 

düşüncənin yaranması; 3. Sosial nəzarət: televiziya xəbərləri insan­

da  “müsbət”  və  “mənfi”  obrazların  timsalını  yaratmaqla,  etik  və 

estetik qaydaları təyin edir; 4. Şəxsiyyətin ictimailəşməsi: evində, 

məişətində gündəlik olaraq dünyanın hər yerindən xəbər tutmaq 

insanın şəxsi keyfiyyətinin biçimlənməsində iştirak edir; 5. Psixo­

terapiya: gündəlik qadağalar və problemlərlə üzləşən insanda dün­

yadan daha pis hadisələrin baş verməsi “qorxu” sindromunu, daha 

yaxşı  hadisələrin  baş  verməsi  “inam”  sindromunu  əmələ  gətirir 

və  onun  psixoloji  durumunun  tənzimlənməsində  iştirak  edir  (bu 

prosesdə televiziyanın əyləncə ilə bağlı funksiyaları da fəal işti rak 

edir).

İnformasiya  funksiyasının  kanallar  tərəfindən  qəbul  olunmuş 



normalar və tamaşaçı zövqünün tələbi çərçivəsində icrası həm də 

dövlətin informasiya təhlükəsizliyi baxımından zəruridir. Dünya­

da gedən inteqrasiya və hüdudsuz televiziya yayımı dönəmində, 

sözsüz ki, ölkəmizdə də informasiya təhlükəsizliyi və milli, mədəni 

dəyərlərin  qorunması  məsələsi  gündəmdə  durur.  Xüsusən  də 

peyk antenalarından əlavə, məişət antenaları vasitəsilə ölkəmizdə 

Rusiya, Türkiyə, İran, Gürcüstan, Ermənistan kanallarının sərbəst 

seyrinə  imkan  yaranması,  haqqında  danışdığımız  problemi  daha 

da kəskinləşdirir. Bu prosesin qarşısı yalnız milli telekanalların in­

kişafı və tamaşaçı auditoriyasının cəlb olunması uğrunda rəqabətin 

qurulması  ilə  alına  bilər.  Buna  görə  də  informasiya  funksiyası­

nın  təcəssümü  xüsusi  əhəmiyyət  daşıyan  məsələ  kimi  kanallar, 

həmçinin ictimaiyyət qarşısında duran mühüm iş hesab olunma­

lıdır.



260

Digər tərəfdən, əcnəbi kanalların təsirini azaltmaq işində regio­

nal kanalların inkişafı böyük rol oynayır. Lakin ölkəmizdə bir çox 

rayon  və  şəhərlərin  TV­ləri  primitiv  texnika  ilə  işlədikləri  üçün 

rəqabətə  qoşulmaq  halında  deyillər.  Əyalət  kanalları  arasında 

ölkənin  ikinci  böyük  şəhəri  olan  Gəncə  şəhərinin  “Kəpəz”TV  və 

“Alternativ”TV­nin xəbər xidmətləri peşəkarlığı ilə seçilir. “Kəpəz” 

TV­nin gün ərzində 4 dəfə efirə gedən “Bu gün” proqramı ölkədə 

və dünyada baş verən xəbərləri çatdırmaqla bərabər, yerli xəbərlərə 

də üstünlük verir. “Alternativ” kanalında isə gün ərzində 2 dəfə ya­

yımlanan “Xəbər+” daha çox yerli xəbərlərə üstünlük verir və efirə 

canlı yayımla çıxmır. Bu isə çevik xəbər xidməti işini zəiflətməklə 

barəbər, kifayət qədər böyük olan bir region üçün yolverilməzdir. 

İnformasiya funksiyasının kanalların cəmiyyət qarşısında götürdü­

yü ən mühüm öhdəliklərdən biri olduğunu nəzərə alsaq,  deməliyik 

ki, regional telekanallarda bu işin mükəmməl qurulmasına zərurət 

var.

Televiziyanın  informasiya  funksiyasının Azərbaycan  telekanal­



larında təcəssüm mənzərəsinə nəzər yetirdikdə onun hazırlanması 

işində peşəkar jurnalistikanın, rejissor, operator, montaj işinin nöq­

sanlı olduğu, bu işdə bir sıra ciddi əhəmiyyət daşıyan problemlərin 

mövcudluğu,  bir  çox  hallarda  televiziyanın  başlıca  üstünlüyü  – 

görüntü səviyyəsinin aşağı olduğu, Azərbaycan tamaşaçısına heç 

də həmişə operativ, dolğun, dünyanın müxtəlif yerlərindən xəbər 

vermək işinin tam yerinə yetirilməməsi, informativ proqramların 

bədii, estetik həllində solğunluq, səthi yanaşma və digər qüsurlu 

məqamların üzə çıxması qənaətinə gəldik. Həmçinin telekanalla­

rın  informasiya  siyasətində  boşluqların  təzahür  etməsi,  kadr  ça­

tışmazlığı,  texniki  təchizat  problemlərinin  üzə  çıxması  faktları­

nı  önə  çəkərək,  bu  işin  təkcə  telekanalların  fəaliyyətində  böyük 

əhəmiyyət kəsb etmədiyini, həm də ölkənin informasiya siyasəti 

üçün böyük önəm daşıdığını nəzərə alıb, deyilən nöqsanların ara­

dan qaldırılması istiqamətində ciddi tədbirlərin görülməli olduğu 

qə naətinə də gəldik. Müsbət və təqdirəlayiq cəhətlərinə baxmaya­

raq, dövlət və kommersiya kanallarının informasiya proqramları­

nın  yaradıcı,  texniki  səviyyəsinin  dünya  televiziyalarının  analoji 

proqramları ilə müqayisəedilməz şəkildə geridə qaldığı, peşəkar 

kadrların azlığı və digər mühüm əhəmiyyətli məsələləri önə çə­

kərək, Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şu­

rasının  bu  məsələyə  fəal  qoşularaq  kadr  problemləri,  yaradıcı 

emalatxanaların yaradılması, xarici təcrübənin öyrənilməsi işinin 



261

təşkili, qaydaların müəyyənləşdirilməsi və bu sahənin aparıcı elmi 

müəssisələrini, mütəxəssislərini işə cəlb etmək yolu ilə ictimai nə­

zarətin güclənməsini təmin etməsini  təxirəsalınmaz  bir  iş sayırıq. 



4.3 Azərbaycan televiziyasında infoteynment

Azərbaycan  cəmiyyətində  demokratikləşmə  prosesi  və  bazar 

münasibətlərinin bərqərar olması ilə yeni mərhələ başlanmış oldu: 

kommersiya televiziyalarının yaranışı, inkişafı yeni telesənət me­

yarlarının, söz azadlığının, iqtisadi maraqların şərtləri ilə çalışan 

yayımçı qurumların qarşısında yeni imkanlar açdı. Mövcud seyrçi 

təfəkkürü və yayımçı fəaliyyəti kökündən dəyişərək yeni maraq­

lar,  zövqlər,  tələblər  üzərində  qurulmağa  başladı.  1990­cı  illərin 

sonu və yeni əsrin ilk illərində Azərbaycan teleməkanı özünün ya­

radıcı və biçim mənzərəsinə görə dünənindən seçilsə də, çağdaş 

dünya telesənayesinin nailiyyətlərindən geri qalırdı. Lakin reytinq 

uğrunda savaş, əyləncəyə meyillilik özünün mənfi təzahürləri ilə 

ölkə teleməkanında görünməyə başlamışdır. “Sara”, ABA kimi te­

lekanallar əsas diqqəti əyləncəyə yönəltməklə bərabər, bir çox hal­

larda kiçin ekrana çıxmasına rəvac verirdilər.

Tamaşaçının əyləncəyə marağı və bu sahənin gəlirliliyi (şou­biz­

nes və s.) rekreativ funksiyanın inkişafına təkan verməklə, digər 

sahələri bir qədər passivləşdirdi. Tədris, sosial­pedaqoji, mədəni­

maarif fəaliyyəti yeni biçim axtarışlarına çıxsa da, əyləncə qədər 

tələb  olunan  və  yayılan  olmadı.  Bir  çox  teletənqidçilər  əyləncəli 

informasiyanın  sürətlə  çoxalmasının  yayım  keyfiyyətinə  təsirini 

tədqiq  edərək  onun  ciddi  əngələ  çevrildiyini,  teleyayımın  digər 

sahələrinin geri çəkildiyini söyləyirlər. Bu qənaəti həm yayımda 

əyləncənin  – rekreativ işin nisbətdə böyük yer alması, həmçinin 

digər funksiyaların təqdimatında əyləncə elementlərinin, əyləncə 

biçiminin genişlənməsi, daxili reytinqlər sistemi (yayımçı kanalın 

ümumi reytinq nəticələri əsasında müəyyən etdiyi iş prinsipi kimi 

həm verilişin efirdə qalması, həm də göstəriciyə əsasən əmək haq­

larının ödənilməsi – daxili tənzimləmə sistemi) müəyyən etməklə 

çıxış  yolunun  axtarılması  istiqamətində  bir  çox  ölkələrdəki 

tənzimləmə cəhdləri ilə izah etmək mümkündür. Lakin danılmaz 

gerçəklik tamaşaçının əyləncəyə sönməz marağı olduğunu üzə çı­

xarır. Bu tələbi ödəmək uğrunda başlanan savaş kommersiya ma­

raqları ilə üst­üstə düşməklə, yeni tip yayımlara rəvac vermiş oldu. 

Musiqi, yumor kanalları aparıcı yer tutaraq istər kabel və ya peyk, 

istərsə də regional yayımda sayca çoxalmağa başladılar. Həmçinin 

geniş anlamda informasiyanı əyləncəli şəkildə təqdim etmək cəhdi 



Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə