244
kimi dəyərləndirərək, ona qarşı mübarizə mexanizmini işləyib
hazır ladılar.
Televiziyanın sərhədsiz olması və məhdudiyyətsiz istifadənin
asanlaşması ümumdünya mədəniyyətinin yaxınlaşması, inteqra
siyanın baş verməsinə xidmət etdi. Məhz bu bəşəri dəyərlərin və
ümumdünya mədəniyyətinin təbliği, yaxınlaşma bir çox ölkələrdə,
heç də birmənalı qarşılanmadı. Peyk antenaları hər bir tamaşaçı
ya veriliş, kanal seçimi imkanı verdiyi kimi, həmin xalqın milli,
mədəni dəyərlərinin arxa plana keçməsi, kosmopolitləşmənin və
birbaşa ümumteleviziya tərbiyəsi ilə yetişən nəslin cəmiyyətdə bö
yük rol oynamasının əsasını qoyur. Bu prosesdən çıxış yolu kimi
peyk televiziya xidmətini məhdudlaşdırmaq deyil, milli kanalların
verilişlərini gücləndirmək, rəqabətə qoşulub, seyrçini yerli TVlərə
baxmağa sövq etmək nəzərdə tutulur.
Bu baxımdan Hollandiyanın təcrübəsi maraqlıdır. Avropanın
in kişaf etmiş və insan hüquqlarının qorunması işində bir çox
ölkələrdən qabaqda olan, azlıqların nikahına belə icazə verən bu
dövlətin də peyk TVsinə milli təhlükəsizlik kontekstində yanaşı
lır. Ardıcıl aparılmış işlərin nəticəsi kimi yerli kanallar son illərdə
böyük uğurlar əldə ediblər. Avropanın mərkəzində yerləşən Hol
landiyada əhalinin 90%i yerli kanallara baxır və onların ve ri
lişlərindən razıdır. Aparılan sorğular nəticəsində məlum olmuş
dur ki, yerli kanallara baxanlar peyk antenası və ya adi antenalarla
yayımlanan əcnəbi kanallara baxmırlar (51).
Televiziya idarəçiliyi qurumları milli telekanallar qarşısında
yabançı kanalları üstələmək və əkstəsir kimi peyk vasitəsilə öz
mədəniyyətlərinin, ideoloji istiqamətlərinin yayılmasına nail ol
maq kimi ağır yaradıcı şərtlər qoydular. Bununla da, bir növ, in
formasiya savaşı özünü başqa biçimdə təzahür etdirməyə başladı.
Ölkəmizdə getdikcə artan rifahın hesabına çoxalan peyk televiziya
istehlakçılarının marağını yerli kanallara yönəltmək üçün onların
yaradıcı imkanlarını artırmaqla, tamaşaçı diqqətini cəlb edəcək
proqramlara yer verməklə bu problemi həll etmək, təhlükəli
təbliğatı zərərsizləşdirmək olar.
Televiziya dördüncü hakimiyyətin təmsilçisi kimi xalqın ha
kimiyyətə nəzarətetmə prosesində də fəal iştirak etməklə, özü
nün sosialpedaqoji funksiyasını icra etmiş olur. Ölkə başçı sının
səfərlərini, fərmanlarını, görüşlərini, parlamentdə olan müza ki
rələri, hökumətin qərarlarını, yerli hakimiyyətin fəaliyyətini tele
viziyada işıqlandıran informasiya verməklə, əslində, televiziya on
lar üzərində xalq nəzarətini həyata keçirir, demokratik cəmiyyətdə
245
olduqca vacib şərtlərdən olan fəaliyyət şəffaflığını təmin edir. Hər
bir tamaşaçı ölkəsinin daxili və xarici siyasətini, iqtisadi durumu
nu, hərbi, müdafiə və təhlükəsizlik işini, sosialmədəni sahədə apa
rılan işləri bilməli, onlar barədə məlumatlı olmalıdır. Bu baxımdan
ictimai nəzarəti həyata keçirən televiziya demokratik cəmiyyətdə
olduqca böyük əhəmiyyət daşıyır, özünün vasitəçi yeri ilə xalq
və hakimiyyət arasında körpü qurur, həm hakimiyyətin demək
istədiyini göstərir, həm də xalqın rəyini çatdırır. Burada artıq so
sialpedaqoji funksiyanın başqa tərəfi – ictimai rəyin çatdırılması
önə çıxır. Sosiologiya, sorğu qaydaları elminin prinsiplərinə uyğun
tərzdə ictimai rəyin müxtəlif formalarda çatdırılması, hakimiyyətin
müəyyən addımına, hansısa hadisəyə münasibətinin bilinməsində
böyük əhəmiyyət daşıyır. İnteraktiv cədvəllər, sorğular, telefon
zəngləri, tokşoularda tamaşaçı səsverməsi bu mənada olduqca
əhəmiyyətli və vacibdir.
Azərbaycan dövlət televiziyasında prezidentin görüşləri, səfər
ləri, müşavirələrinin geniş şəkildə axşam efirində və təkrar ola
raq səhər işıqlandırılması vətəndaşlara ölkənin idarə olunma
sı barədə bitkin məlumatın çatdırılması baxımından olduqca
əhəmiyyətlidir. Hər bir tamaşaçı ölkəsinin ictimai durumu, siya
si, iqtisadi həyatı ilə yaxından tanış olmaqla bərabər, preziden
tin danışıqları, görüşləri, qonaqlarla söhbətində və ölkədaxili
problemlərə, sənət uğurlarına, idman zəfərlərinə həsr olunmuş
müşavirələrdə görülən işlərin hesabatını almış olur. Bu cəhət
bir çox demokratik dövlətlər üçün hələ də əlçatmaz olaraq qalır.
Azərbaycanda məhz Heydər Əliyevin ölkə prezidenti seçildiyi
andan hər bir tamaşaçı ölkənin siyasi həyatında baş verənlərlə te
levizorun vasitəsilə daha yaxından tanış olmaq imkanı qazanmış
dır. Dövlətçiliyin memarı, tarixi şəxsiyyət Heydər Əliyevin geniş
şəkildə prezident fəaliyyətinin işıqlandırılması təşəbbüsü, əslində,
ölkə başçısının xalqı qarşısında gündəlik hesabatını xatırlatmaqla,
demokratik mühitin yaranmasına imkan vermiş oldu. Hətta bu cür
yayımları tənqid edən və özlərini demokratik adlandıran bir sıra
qəzetlər, siyasətçilər özlərinin çıxışlarını, məqalələrini və təəssüf
ki, haqsız ittihamlarını, məhz bu yayımlardan aldıqları informa
siya üzərində qururdular. Bu, mühüm siyasi hadisə kimi dövlət
televiziyasının sosialpedaqoji fəaliyyətini həyata keçirir, ölkənin
demokratikləşməsində böyük yer tutur. Həmçinin Azərbaycan
Respublikası Milli Məclisinin, Nazirlər Kabinetinin, Bələdiyyələrin
və digər qurumların fəaliyyətinin işıqlandırılması istiqamətində
“Parlament saatı”, “Bələdiyyələr” kimi verilişlər sosialpedaqoji