236
özündə birləşdirib, onların cəmiyyətə hazırlanmasında və mənəvi
dəyərlərə münasibətlərinin biçimlənməsində mühüm rolu oyna
malıdır. İnkişafda olan uşağın şəxsiyyət kimi biçimlənməsi təkcə
məktəb və ailə mühitində deyil, həm də evin ayrılmaz hissəsinə
çevrilmiş televizorun təsiri ilə baş verir və bu da televiziyanın qar
şısında uşağın maraqlarını əhatə edə biləcək əyləncəli, intellektual
verilişlərin efirdə yer almasını özünün bütün mahiyyəti ilə qoyur.
Tədris təkcə gənc nəslin biçimlənməsi və ya müəyyən elmi və adi
biliklərin alınması ilə başa çatmayaraq, həmçinin bütün tamaşaçı
ların müəyyən sahələr üzrə konkret, ayrıayrı sahələr üzrə əhatəli
bilgiləri almaq, yeniliklərlə tanış olmaq və nailiyyətlərdən xəbərdar
olmaq istəyini ödəməklə də özünün ictimai əhəmiyyətliliyini sax
layır. Mövzu etibarı ilə fərqli sahələri əhatə edən belə proqramlar
gündəlik məişət mövzularını: mətbəx, intim həyat, kosmetika, saç
düzümü, evin dizaynı, tərbiyə metodları; elmi bilikləri: coğrafi
ya, dil öyrətimi, astronomiya, astrologiya, fizika və digər sahələri
tamaşaçılara çatdırmaqla onları öyrədir. Mədənimaarif funksi
yasından fərqli olaraq, tədris tamaşaçını mükəmməl qaydalara
öyrədir, ona elmi biliklər sistemini və adi qaydaları təlqin edir. Bu
baxımdan mədənimaarif funksiyası ilə televiziyanın tədris funk
siyasını eyniləşdirmək qeyrielmi yanaşma olar və burada köklü
şəkildə fərq onların hər birinə fərdi yanaşmanı mühüm vəzifə kimi
telekanalların qarşısına qoyur.
3.7 Televiziya rekreativ işin təşkilatçısı kimi
Rekreativ funksiya (latın dilində rekreasiya – bərpa) insanın
əy ləncəli verilişlər, filmlər vasitəsilə asudə vaxtını səmərəli ke
çirməsi və istirahətini mənalı qurmasına yönələn mühüm ictimai
fəaliyyət kimi teleyayımın qarşısında durur. Rekreativ fə aliyyət
insanın əməkdən, sosial fəaliyyətdən sonra enerjisinin bərpasını,
onun əhvalının yüksəldilməsini, asudə vaxtının maraqlı ke
çirilməsini özündə ehtiva edərək incəsənətin hedonik funksiyası
ilə eyniləşir. “Bədii yaradıcılıq təsvirəgəlməz bir cazibədarlıqla
doludur; o, adamlar üçün həyat haqqında həqiqətlər əldə edir, on
lara sevinclərin ən böyüyünü – gözəlliyi dərk etməyin və ondan
həzz almağın sevincini bəxş edir” (120, səh. 141) fikri televiziyanın
tamaşaçı üçün bəxş etdiyi oyun prinsipində (burada oyun esteti
kada olduğu kimi “sərbəstlik”, “şadlanma” və s. mənada işlənir)
əyləncə və qüvvələrin bərpasına yönəlmiş fəaliyyətində özünü
tamlıqla doğruldur. Televiziyanın bədii yaradıcılıq imkanları in
sanların şüurlarına təsir edərək onların estetik zövqünün artırıl
237
masına, əhvalının dəyişməsinə və qüvvəsinin bərpasına təsir edən
güclü bir vasitə kimi həyatın gözəlliyinin dərkinə yönələrək, este
tikanın funksiyasını da yerinə yetirmiş olur.
Tamaşaçıların ekran qarşısında keçirdikləri vaxt ərzində qüv
vələrinin bərpasına, əhvallarının xoş olmasına xidmət edən rek
reativlik, bilavasitə geniş mənada əyləncə xarakteri daşıyır. “Əsl
sənət insanı düşündürməklə yanaşı, mütləq əyləncə elementinə də
malik olmalıdır” (23, səh. 148) fikri ilə razılaşsaq, televiziyanın da
digər funksiyaları arasında, məhz asudə vaxtın səmərəli təşkilinə
yönəlmiş rekreativ funksiyasının sosialmədəni əhəmiyyətini an
lamış olarıq.
Formasından asılı olmayaraq, əməklə məşğul olan insanın əsəb
və fiziki yorğunluq keçirməsi gerçəkliyi və bunun aradan qaldırıl
ması istiqamətində fəaliyyəti öyrənilmiş sahədir. Bəllidir ki, həm
gündəlik əməkdən yorğunluq, həm də informasiyalı cəmiyyətin
yaratdığı stress vəziyyəti “baş beynin ali şöbəsi olan böyük
yarımkürələrin üzərini örtən qabıq nahiyəsinə toxunur” və bu
nunla da yarımkürələrin iş qabiliyyəti azalır. Yorğunluğun aradan
qaldırılması üçün ən yaxşı üsul kimi “yorğun orqanların istirahəti
deyil, digər orqanların işləməsi ilə bağlı istirahətdir” (42, səh. 297)
ki, bunu haqlı olaraq fəal istirahət adlandırırlar. Mədəni istirahət
fizioloji dincəlişi təmin etməklə bərabər, “gündəlik həyat tərzinin
neqativ tərəflərinin kompensasiya və neytral edilməsi, monoton
elementlərin dəişdirilməsinə” (42, səh. 298) imkan yaradır. İnsanın
düşdüyü stresli vəziyyətdən çıxaraq bərpası, həmişəki abhavadan
ayrılıb başqa aləmə düşərək yüngülləşmək və əylənməklə bağlı
dır. Bunun üçün müxtəlif əyləncə və istirahət mərkəzlərini möv
cud olmasına baxmayaraq, insanın hər gün bu dincəlişi almağa
olan ehtiyacını nəzərə alaraq bu cür müəssisələrin fəaliyyətindən
gündəlik istifadənin əlavə maliyyə xərcləri tələb etməsi üzündən
televizor bu funksiyanı tamlıqla öz üzərinə götürmüşdür. TVnin
rekreativəyləncəli fəaliyyəti onu izləyən tamaşaçının psixoloji
durumunu, əhvalını yüksəldərək, onun qüvvəsinin bərpasında ol
duqca fəal şəkildə, müxtəlif formalarla iştirak etmək gücünə malik
böyük vasitədir.
Televiziyanın ilkin təşəkkül dönəmindən onun üzərinə düşən
sosial vəzifənin icrası yolları axtarıldı və bu baxımdan sənət
nümunələrinin yayımı, konsert layihələrinin göstərilməsi rek
reativ funksiyanın icrası üçün əlverişli oldu. Televiziyada olan
yayım vaxtının doldurulması və səmərəlilik üçün indiki anlam
da verilişlərin azlığı səbəbindən yaranışın ilk dönəmində məhz