228
azaltmağa doğru addım atmalıdır. Bir çox hallarda dəvət olunmuş
peşəkarların və ya məmurların yorucu, terminologiyalarla zəngin,
kütləvi tamaşaçı qavramasına yönəlməmiş söhbəti seyrçinin mara
ğını azaltmaqla, onun kanal dəyişiminə rəvac verir. Bu cəhətlərin
aradan qaldırılması yoluyla, daha dinamik, birbirinə üzvi qayda
da bağlanan blokların mənaca və formaca baxımlı qurulması ilə
tamaşaçı marağına səbəb olmaq olar. Məhz proqramın kütləviliyi
və dinamikası inteqrativ funksiyanın icrasını uğurla həyata
keçirməyə imkan verə bilər.
“Space” kanalında həftənin iş günləri “Sabah”, şənbə və bazar
günləri “Günaydın” bədiipublisistik proqramları saat 9.00dan
11.00a qədər tamaşaçılarla görüşə gəlir. Efirə çıxma saatının ar
tıq səhər proqramına uyğunsuzluğunu qeyd etməklə, onun jan
rında özünə yer almış bədiipublisistik formanın doğru olmadı
ğını söyləməliyik. Yuxarıda səhər proqramlarına aid tamaşaçı
tələblərinin mahiyyətini çözərkən, onun səhər informasiya almaq
və qismən də günü xoş əhvalla kökləmək üçün musiqi nömrələrini
dinləmək istəyində olduğunu qeyd etmişdik. Bu baxımdan bədii
publisistika burada yersiz və lazımsızdır. Səhər efiri publisistik
araşdırmalara və ya bədii yük daşıyan proqramlara uyğun deyil.
Bu barədə EyBiSi kanalının “Bu gün” proqramının sabiq prodü
serinin fikirlərini öz kitabında əsas gətirən Elşad Quliyev yazır “…
Stiv Fridmen üç əsas fikir irəli sürür: proqram tamaşaçı hələ yu
xuda olarkən baş verən bütün hadisələrdən bəhs etməlidir, danı
şıq formasında aparılmalıdır, nikbin süjetləri və gündəlik həyatda
tamaşaçılara fayda verə biləcək zəngin informasiyası olmalıdır”
(51, səh. 253). Mövzunu davam etdirən teletənqidçi səhər proq
ramlarında italyanların və ispanların faydalı məsləhətlərə, fran
sızların cizgi filmlərinə, Britaniya və ABŞ tamaşaçılarının isə hava
durumu, yollarda hərəkət, idman və digər yerli xəbərlərə üstün
lük verdiklərini deyir. Lakin proqramlarda özünü bu cür adlan
dıran “Sabah”ın yaradıcı heyəti informasiyalara, mövzu ətrafında
qonaqların dəvət olunmasına və musiqiyə yer verməklə, əslində,
deyilən standartlarla işləyir. Deməli, proqramlarda təyinatı
bildirən “bədii publisistik proqram” ifadəsi “Sabah”a uyğun deyil
və qeyridəqiqdir.
Proqramın yaradıcı cəhətlərini şərh edərkən onun bitkin kon
sepsiyadan çıxış etmədiyini və xaotizmin özünə yer aldığını
qeyd etməliyik. Proqramda “Ordanburdan” rubrikası dünya
da baş verən maraqlı hadisələrin təqdimatına həsr olunsa da,
əslində təkrar kadrlardan və filmlərdən ibarət yorucu görüntü
229
nün üzərində qurulan uzunuzadı mətn tamaşaçını üzməkdən
başqa heç bir funksiya daşımır. “Xəbər var” rubrikasında ölkənin
mədəni həyatını əks etdirən informasiyalar maraqlı olsa da, bura
da jurnalist peşəkarlığının olmaması sözçülükdən uzağa getməyən
süjetlərin efirə çıxmasına gətirib çıxarır.
“Sabah” proqramında iki saat ərzində həddən çox qonaqların
gəlməsi və onlarla gündəmlə uzlaşmayan söhbətlərin aparılma
sı tempi öldürməklə, səhər efirinə lazımsız yoruculuq gətirir. Bu
yoruculuq səhər işə və dərsə gedən tamaşaçı üçün olduqca pis
təsir edən amildir və tezliklə uzaqlaşdırılmalıdır. Elşad Quliyev
“Sabah”ın qonaqla çox yüklənməsinə diqqət yetirərək, onu belə
qiymətləndirir: “Biz belə qonaqpərvərliyin əleyhinə deyilik, lakin
unutmaq olmaz ki, səhər tezdən hər qonaq tamaşaçıya xoş olmaya
bilər, həm də bizdə efir üçün maraqlı olan adamlar bir o qədər də
çox deyil” (252, səh. 31). Qonaqların efirdə yaratdığı sözçülük ta
maşaçıda mənfi emosiyanın yaranmasına imkan verməklə bərabər,
aparıcıların qeyripeşəkar söhbət maneraları onda ekrandan uzaq
laşmaq və ya kanalı dəyişmək vərdişini biçimləndirir. “Sabah”ın
rejissor işində olan qüsurlar, həmçinin görüntü həllinin bədii
elementlərlə, yenilikçiliklə zəngin olmaması və yuxarıda deyilən
səbəblər onun inteqrativ funksiyasını azaldır, kanalın işinə xələl
gətirir.
İstirahət günlərində efirə çıxan “Günaydın” proqramı da yuxa
rıda deyilən qüsurlarla zəngindir. Burada da düzgün tapılmayan
dramaturji model, aparıcı qüsurları, səhər ovqatını yüksəldəcək
elementlərdən fərqli yorucu süjetlər istirahət gününün səhərində
tamaşaçıya verilməli olan müsbət təsiri azaldırdı. Proqramın yara
dıcı işində, bədii həllində olan böyük qüsurlar onun efir məkanında
yerini zəiflətmiş olurdu. “Space”in inteqrativ funksiyasının icrası
nı öz üzərinə götürən səhər proqramlarının təkmilləşməsinə cid
di ehtiyac var idi, tədricən buna doğru addımlar atıldı. Bu, istər
ictimai sahədə, istərsə də kanalın yaradıcı siyasətində böyük yer
tutan amil olduğundan, bu işə daha diqqətlə yanaşılması kanalın
üzərinə düşən başlıca vəzifədir.
“Lider” TVnin səhər efiri saat 8.00dan 11.00a qədər davam
edən, 2001ci ilin sentyabrından efirə gedən və 2003cü ilin sent
yabrından efiri tərk edən “Tezdən oyan” və onun varisi “Sabahın
xeyir, Vətən!” proqramlarıdır.
“Tezdən oyan” proqramının dramaturji strukturunun qeyrika
milliyi, konsepsiyasının bəlli olmaması və üç aparıcının özünü
doğrultmayan format kimi efirə artıqlıq gətirməsi, onların lazım
230
sız sərbəstliklə müşayiət olunan davranışları, qonaqla məntiqsiz
söhbətləri kimi ciddi qüsurları üzə çıxartdı. “Sabahın xeyir, Vətən”
proqramı isə daha peşəkarlıqla, zövqlə qurulan proqram idi. Bu
rada aparıcı obrazı xoş, məhrəm söhbət quran, ünsiyyət yarat
maq istəyən şəxs kimi tamaşaçıda müsbət emosiyanın yaranma
sına imkan verirdi. Zövqlə bəzədilmiş studiyada rəng çalarının
gözəgəlimliliyi, canlı musiqinin iştirakı, müğənnilərin canlı ifasına
imkan verən səhnə və bütövlükdə estetik cəhətdən özünü doğ
ruldan forma təqdirəlayiqdir. Doğrudur, bir çox hallarda qonaq
ların çoxluğu və rubrikaların azlığı yoruculuq gətirsə də, hesab
edirik ki, yenicə efirə vəsiqə alan proqramda yeniliklər özünə yer
ala bildi. Lider kanalının bu sahədə uğurunu qeyd edərək, onun
efirində inteqrativ funksiyanın yaradıcı cəhətdən kamil, mövzu və
əhatəliliyinə görə geniş proqramla icrası işinin təkmilləşməsini va
cib sayırıq. Bu, respublikanın hər yerində yayımlanan kanal üçün
vacib və zəruri addımdır.
ATV kanalında səhər efirində özünə yer alan “Saboun xe
yir” verilişi musiqili verilişlərə aid olduğundan, onun inteqrativ
funksiya daşıdığını söyləmək olmaz. Bu verilişi efirdə əvəzləyən
“Bizim səhər”də müxtəlif mövzulu süjetlər özünə yer alsa da,
forma və məzmun etibarı ilə sələfinə bənzədiyindən və kliplərə
keçidlər, telefon zənglərinə cavab, məktubların oxunması ilə
kifayətləndiyindən, onu da inteqrativ funksiyanın standartları
na aid etmək mümkün deyildi. Ona görə də bu funksiyanın ATV
kanalında ümumiyyətlə mövcud olmadığını önə çəkərək, ciddi
addımların atılmasını zəruri idi. Tezliklə kanal özünün yaradı
cı istiqamətində dəyişiklik etdi və inteqrativ proqramların sayı
nı artırdı. Əyləncəyə böyük yer verən kanal bu cəhəti diqqətdən
uzaq tutmayıb, ictimaisiyasi əhəmiyyət daşıyan, bütün təbəqələri,
maraqları özündə birləşdirən mərkəzçi bir verilişin ekranda
görünməsinə çalışaraq verilişin məzmununda keyfiyyət sıçrayışı
na nail ola bilmişdir. Kanalın ictimai vəzifəsi vacib və mütləq amil
kimi ortaya çıxan məsələ olaraq, tamaşaçıların mənəvpsixoloji
baryerləri aşaraq, ən azı, bir ailə çərçivəsində ekran qarşısına top
laşmasına imkan vermək üçün “Bizim səhər”də müxtəlif səpkili
mövzular ətrafında müzakirələr təşkil etməklə yeniləşməni təmin
edən yaradıcı heyət, yeni rubrikalarla seyrçinin marağına səbəb
ola bilmişdir. Zaur Baxşəliyev və Nanə Ağamalıyevanın aparıcı
lığı ilə veriliş dolğunluğu ilə seçilirdi. Zaur Baxşəliyev daxili plas
tikası, çevikliyi, münasibəti və reaksiyası ilə seçilib, səhərsəhər
əhvalı kökləyərək seyrçidə xoş təəssüratın yaranmasına can atırdı.
Dostları ilə paylaş: |