TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə94/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   90   91   92   93   94   95   96   97   ...   171

221

stimullaşdırır.  Azərbaycan müstəqillik əldə etdikdən sonra bazar 

iqtisadiyyatı kursu seçərək, dünya iqtisadi quruluşuna inteqrasi­

yaya can atdı. Məhz iqtisadi yüksəliş, bazar münasibətləri hazırda 

istənilən cəmiyyət üçün vacib olan “orta təbəqənin” formalaşması 

prosesini canlandırır. Eyni dərəcədə təminatı olan insanların ma­

raqları, zövqləri də yaxınlaşır. Onlar tele, radio, qəzet reklamında 

təbliğ olunan büdcələrinə uyğun malların istehlakçısı, televizorda 

əyləncəli proqramların, serialların seyrçisi, kütləvi mədəniyyətin 

diktə etdiyi yaşam tərzinin, zövqün daşıyıcılarıdır. Deməli, onla­

rın zövq və istəklərini özündə ehtiva edən proqramlar inteqrasi­

ya prosesinə xidmət edə bilər. Səhər proqramları özünün vaxtı və 

mövzu çeşidi ilə məhz bu tamaşaçı auditoriyasına ünvanlanaraq, 

onların birliyinə nail ola bilər.

Səhər proqramı AzTV­də ilk dəfə 1973­cü ildə Leyla Bədirbəyli 

və Lütfi Məmmədbəyovun aparıcılığı ilə “Səhər görüşləri” proqra­

mında özünü əks etdirdi. Geniş tamaşaçı marağına səbəb olan və 

bir neçə aparıcının dəyişməsi ilə 10 il ömür sürərək özünün yeni 

forması  ilə  diqqəti  çəkən  proqramın  yaradıcı  səviyyəsi  olduqca 

aşağı idi. Elşad Quliyevin “Səhər görüşləri” barədə yazdığından 

bəlli olur ki, hələ 0 dövrdə də proram ciddi tənqidə məruz qalıb, 

lakin tamaşaçı marağı onu bağlamağa imkan verməyib: “… “Səhər 

görüşləri”nin mötəbər bir çap orqanında “səhər sayıqlaması” ad­

landırılması proqramın aşağı yaradıcı səviyyəsinə uyğun idi” (51, 

səh. 253).

Dünya  televiziya  kanallarında  tətbiq  olunan  səhər  proqram­

ları  modeli  Azərbaycan  televiziyasında  da  görünməyə  başladı. 

Həftənin  istirahət  günləri  səhər  efirində  tamaşaçı  əyləncə,  infor­

masiya və maarifləndirmə ilə zəngin, maraqlı bir proqramı – “Dal­

ğa”nı  gördü.  Özünün  cəsarətli  fikirləri,  mövcud  standartlar dan 

fərqli, canlı, dinamik aparıcıları ilə müxtəlif sahələrə nüfuz edərək 

problemləri  qabardan,  illərlə  haqqında  danışılmayanlardan  cə­

sarətlə  danışan  proqram  tamaşaçıda  böyük  maraq  oyada  bildi. 

Veriliş tez bir zamanda populyarlıq qazanmaqla, öz ətrafında ol­

duqca müxtəlif düşüncəli, zövqlü insanları toplaya bildi. İstirahət 

günləri  ekranda  olan  “Dalğa”  bu  tələblərə  cavab  verməsə  də, 

demokratikləşmə  axınında  1980­ci  illərin  sonunda  özünün  yeni 

forma və təqdimatı ilə tamaşaçı marağına səbəb ola bildi. Bu ba­

xımdan “Dalğa” özünün publisist gücünə və cəsarətli mövqeyinə 

görə köklü şəkildə fərqlənirdi. 

Müstəqillik  dönəmində  gündəlik  səhər  proqramının  ekranda 

görünməsinə böyük zərurət meydana çıxdı. 1992­ci ildə “Sabahı­




222

nız  xeyir”  səhər  proqramı  dövlət  televiziyasında  yayımlanmağa 

başladı. Özünün yenilikçi forma axtarışları ilə seçilməyən proqram 

tamaşaçılar arasında böyük rəğbət qazana bilmədi və ölkədəki si­

yasi  durum  nəticəsində  cəmi  bir  il  fəaliyyət  göstərdikdən  sonra 

işini dayandırdı. Ölkə teleməkanında özünün peşəkar səhər veri­

lişi qaydalarına uyğun gələn, bu prinsiplər üzərində qurulan ilk 

uğurlu layihə telejurnalist Qulu Məhərrəmlinin rəhbərliyi ilə 1995­

ci ilin 14 avqustunda efirə çıxan “Səhər” musiqi­informasiya proq­

ramı  oldu.  “Mübahisəsizdir  ki,  bizim  telekanallar  şəbəkəsində 

səhər proqramlarının ən ciddi şərhində, AzTV­nin gündəlik yayı­

mı axarında kəskin formada bu proqramın baxımlılığına və yayım 

keyfiyyətinə görə seçildiyini qeyd etmək olar” (51, səh. 253). Elşad 

Quliyevin bu barədə dedikləri böyük həqiqətdir. Həftənin bazar 

günündən başqa hər gün saat 7.00­dan 10.00­a qədər yayımlanan 

“Səhər”  proqramı  teleməkanda  göründüyü  dövrdən  başlayaraq 

özünün peşəkar yaradıcı fəaliyyəti, yenilikçiliyi ilə nəinki AzTV­

nin bütün verilişlərindən seçilirdi, həmçinin ondan sonra ekrana 

vəsiqə qazanan kommersiya kanallarının səhər proqramlarından 

özünün gücü, yaradıcı səviyyəsi ilə üstün yer tutur. 

Özünün mozaik dramaturji strukturu ilə seçilən “Səhər” musi­

qi­informasiya proqramında əhatə dairəsinə görə müxtəlif sahələri 

əks etdirən süjetlərin, xəbərlərin, rubrikaların maraqlı ekran həlli 

tamaşaçının diqqətini cəlb etməkdədir. Proqramın içərisində “24 

saat” informasiya bülleteni, “Servis”, “Hüquq məsləhəti”, “Həkim 

məsləhəti”, “Aerobika”, “Səhər zəngi”, “Replika”, “Şənbə qonağı” 

rubrikaları,  həmçinin  gündəlik  buraxılışlarda  müxtəlif  sahələrin 

mütəxəssisləri kimi dəvət olunan qonaqların problemlərdən, mə­

dəni, siyasi, iqtisadi, idman nailiyyətlərindən söhbət açması səhər 

tamaşaçısı  üçün  zəngin  informasiya  qaynağı,  istiqamətverici  və 

yönəldici  rolu  oynayır.  Musiqi  nömrələrinə,  kliplərə  geniş  yer 

verən  proqram  səhər  tamaşaçısının  əhvalının  köklənməsində, 

onda müsbət emosiyaların yaranmasında fəal iştirak edir. Müxtəlif 

yaş nümayəndələri, işə və dərsə gedən şəxslər, evdar qadınlar bu 

proqram vasitəsilə istər ən son xəbərləri almaq, maraqlı informasi­

yalarla silahlanmaq, istərsə də səhəri xoş əhvalla kökləmək imkanı 

qazanır. Verilişin konsepsiyasında özünə yer alan bu ideya uğur­

lu ekran həlli vasitəsilə effektiv təsir edə bilir. Müasir televiziya 

yaradıcılığı prinsiplərinə söykənən proqram özünün yenilikçiliyi, 

bu günlə səsləşən tərzi, tempi ilə tamaşaçını ekran qarşısına topla­

maq gücünə malik olur. Aparıcıların rəvan, aydın nitqi, qaldırılan 



223

məsələlərin  dərinliyi,  əhatəliliyi  proqramın  yaradıcı  səviyyəsini 

yüksəldən əsas amil kimi göstərilməlidir.

“Səhər” proqramının rəngarəngliyi, mövzu əlvanlığı və əhatə et­

diyi məsələlərin miqyaslılığı tamaşaçıya hansı sahədən olursa­ol­

sun ən qısa, yeni xəbəri almaq imkanı qazandırır. Bunu “Səhər”in 

mühüm  uğuru  kimi  dəyərləndirərək,  onun  “24  saat”  xəbər  bül­

leteninin  AzTV­nin  digər  xəbər  proqramlarından  daha  əhatəli, 

dinamik, maraqlı qurulmasını xüsusi qeyd etməliyik. Bu barədə 

“İnformasiya funksiyası bölməsində” danışdığımızdan yalnız “24 

saatın”  dinamik  təqdimatı  televiziyanın  inteqrativ  funksiyasının 

icrasını həyata keçirtməkdə özünün fəal iştirakını göstərmiş olur 

–  fikrini əlavə etmək istərdik. “Səhər”in mövzu əlvanlığı inteqra­

tiv funksiyanın icrasına tamlıqla imkan verə bilir. Burada müxtəlif 

insanların bir araya gəlməsinə imkan verən cəhətlər təqdirəlayiq 

hadisə  kimi  dəyərləndirilməlidir.  “Səhər”  proqramının  mövzu 

əlvanlığına  toxunan  tanınmış  teletənqidçi  Elşad  Quliyev  “…o, 

iş  günü  başlamazdan  əvvəl  efirə  çıxır  və  bunu  nəzərə  alaraq 

bütünlüklə  cəmiyyətin  siyasi,  iqtisadi  və  sosial  sahələrini  əhatə 

edən informasiya bloku məhz buna uyğun qurulub”, – deyir (51, 

səh. 253). Bu cəhət “Səhər”i digər kanalların analoji proqramların­

dan fərqləndirir və onun daha çox tamaşaçı marağını özünə cəlb 

etməsinə səbəb olur.

Aparıcılar  Esmira  Çərkəzqızı,  Məxfurə  Musayevanın  canlı,  di­

namik,  özünəməxsus  tərzdə  davranışları  proqramın  təsir  gücü­

nü  çoxaldırdı.  Məhz  onların  davranışında  duyulan  bu  cəhətlər, 

ölçülü­biçili  nitq  tamaşaçıda  inam  hissini,  onun  etibarını  artırır. 

Elşad  Quliyev  bu  aparıcıların  digər  proqramlarda  görünməsini 

yolverilməz sayır. Həqiqətən də aparıcı müəyyən verilişin sima­

sına, onun əsas fiquruna çevrilməklə tamaşaçı üçün auranın ya­

ranmasında böyük rol oynayır. Bir aparıcının bir neçə proqramda 

görünməsi auranın yaranmasına, özünəməxsusluğun formalaşma­

sına imkan vermədiyindən, tamaşaçıda aparıcıya inamlı, məhrəm 

münasibətin  qurulmasına  imkan  vermir.  Hesab  edirik  ki,  kanal 

bu məsələyə diqqətlə yanaşaraq, yeni aparıcıların cəlbi hesabına 

efirdə yaranan təkrarçılığın qarşısını almış olar. 

“Səhər”  proqramının  aparıcılarında  mövzuyla  bağlı  əhatəli 

məlumatın  olması,  bu  ətrafda  şəxsi  qənaətlərinin  üzə  çıxması, 

səhər  qonaqlarının  söhbətini  maraqlı,  dinamik  edir.  Tamaşaçı 

aparıcının  bu  sahədə  informasiyalı  olması  qənaətinə  gəlir  ki,  bu 

da onun ekranda danışılana qulaq asmasına və özünə lazım olan 

məlumatı almasına kömək edir. AzTV­nin səhər efirinin ən böyük 




Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə