TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə91/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   87   88   89   90   91   92   93   94   ...   171

215

lir” (197, səh. 25) fikri televiziyanın təkcə cəmiyyətdəki vacib yeri­

ni göstərmir, həm də onun kütləviliyi, çevikliyi və hər yerdə əldə 

olunmasına görə öz ətrafına maraqların birləşdirilməsində mənəvi 

haqqı olduğunu göstərir. Televiziya hər fərdin marağını tam əhatə 

edə bilməz, lakin onun maraqlarına hörmətlə yanaşaraq onu az da 

olsa, bu və ya digər tərzdə əks etdirsə, deməli, tamaşaçını konkret 

halda kanala, ümumi götürüldükdə televiziyaya bağlayacaq. Te­

leviziya  ictimai  əhəmiyyət  daşımaqla  bərabər,  hər  bir  fərd  üçün 

də hesablanan mürəkkəb bir sistemdir. Onun informasiya vermək, 

öyrətmək  və  əyləndirmək  imkanı  fərd  üçün  lazımlı,  həyatının 

tərkib hissəsi olan məsələdir. Bununla bərabər, hər fərdin ictimai 

sistemə,  siyasətə,  dinə  və  mədəniyyətə  özünün  spesifik  baxış­

lar toplusu var ki, bunun hansısa tərzdə alçaldılması ikrah hissi 

yaradaraq  televiziyadan  uzqlaşdıra,  əksinə  hörmətlə  yanaşılma­

sı  isə  televiziyaya  bağlaya  bilər.  Yuxarıda  biz  təşkilati  funksiya­

nı  çözərkən  onun  gücünün  televiziyanın  öz  ətrafında  insanları 

toplamasında  olduğunu  göstərdik.  Tamaşaçıların  maraqlarının 

birləşməsində  televiziyanın  özünün  yaratdığı  zövqlər,  maraqlar 

sistemi və həyat tərzi düşüncəsi inteqrativ rolu artıq oynayır. Bu­

raya, ünvanlanmış auditoriya hadisəsi istisna olmaqla, əsas maraq­

ların ortaq məxrəcinin tapılmasında sosioloq, kulturoloq, politoloq 

və psixoloqun köməyi ilə yaradılmış vahid fəaliyyət konsepsiyası 

daxil  olduqda  birləşdirmə  cəhdi  bütünlüklə  özünün  həllini  tap­

mış  olar.  Rusiyanın  tanınmış  kinoşünası  S.  Freylix  inteqrasiya 

probleminə  toxunaraq  yazır:  “İnsanın  televiziya  ilə  münasibəti 

insanın cəmiyyətlə münasibəti demək dir. Cəmiyyət insanı inteq­

rasiya etdirmək istəyir, insan özünün “mən”ini saxlamağa çalışır, 

həm də digər insanlarla ünsiyyətə eh ti yac duyur. Sanki, televiziya 

bu ziddiyyəti həll edirdi: elliklə qav ranılma, eyni zamanda, insan 

bu sehrli qutu ilə təkbətək qalır. Lakin insana elə gəlir ki, seçimi o 

edir, əslində, o özü seçilib, o teleşəbəkəyə qoşulub. Televiziya – ic­

timai rəyin formalaşdırılmasında alətdir. Te leviziya maarifləndirə 

də  bilər,  cahilləşdirə  də”  (427,  səh.  59).  Deməli,  televiziyanın 

əhəmiyyətli gücü fərdi inteqrasiya etdirməyə yönəlib. Bunu inki­

şaf etmiş demokratik ölkələrin çoxillik televiziya təcrübəsi və to­

talitar rejimdə partiyanın ideoloji ruporu olan teleyayım işi əyani 

göstərmiş olur. Teleşəbəkə hər bir fərdi özünün “toruna” salmağa 

çalışır. Bu təkcə tamaşaçı auditoriyası toplamaqla kommersiya ma­

raqlarını həyata keçirmək deyil, həmçinin onun istənilən – amma 

dövlətçilik, humanizm ideyalarına zidd olmaması barəsində götür­

düyü öhdəlik çərçivəsində –  ideya ilə yükləməkdir. Bunun üçün 




216

televiziyanın,  xüsusiləşmiş  halda  kanalın  birləşdirmə  gücü  istər 

özünün sosial, mənəvi aspektləri, istərsə də sənətkarlıq tərəfləri ilə 

seçilməli, cəlbedici olmalıdır.

Televiziyanın  bütün  digər  informasiya  daşıyıcılarından  fərqli 

olaraq, birləşdirmə imkanları daha genişdir. “Biz digər inancı qə­

bul etmişik, müqəddəs xaçlar əvəzinə evlərimizin üzərinə antena­

lar dikəltmişik” (450, səh. 14) – 30 il əvvəl deyilən bu fikir televi­

ziyanın kütləviliyini, əhəmiyyətliliyini və insanın evin küncündə, 

iş yerində quraşdıraraq böyük maraqla bəzən saatlarla qarşısında 

oturduğu sehrli qutunun vacibliyini göstərməklə bərabər, müasir 

insanın ona olan pərəstişli münasibətini əks etdirir. Əgər müasir 

insan televiziyaya bu qədər pərəstişlə yanaşırsa, onun diktəsi ilə 

yaşayırsa, deməli, o artıq ekran qarşısında birləşib. O zaman hər 

bir kanal bu vəhdəti öz ətrafında yaratmaq uğrunda mübarizəyə 

girişir  ki,  bununla  da  qrup  maraqlarından  uzaq  ümumi  maraq­

ları önə gətirən verilişlərin ekrana çıxmasına rəvac verilmiş olur. 

Televiziyanın  kommersiya  konsepsiyasında  bu  amil  olduqca 

əhəmiyyətlidir: heç bir siyasi cəbhənin, dini, milli, irqi ayrı­seçkili­

yin tərəfində durmayaraq, “ümumi ev” anlayışını ortaya atmaqla 

tamaşaçı toplamaq...

Telekanalın  yayım  dairəsi  geniş  olduqca,  onun  verilişlərinin 

tam lıqla tamaşaçı kütləsinin maraqlarına cavab verən, onlar ara­

sında heç bir qrupu təcrid etməyən prinsiplər üzərində qurulması 

tələb olunur. Kanal yayım formasından – ümummilli, kabel, peyk 

–    asılı  olmayaraq,  özünün  əhatə  etdiyi  tamaşaçı  kütləsinin  ma­

raqlarını,  onların  xarakterik  cəhətlərini  nəzərə  alıb,  humanist  və 

bəşəri dəyərlərə söykənən, birləşdirici siyasət üzərində qurulmuş 

verilişlərlə tamaşaçı marağına səbəb ola bilər. Müəyyən bölgə və 

ya kabel televiziyasının üzərinə bu mənada düşən məsuliyyət və 

vəzifə ümummilli kanalın üzərinə düşən vəzifədən az olsa da, eyni 

dərəcədə əhəmiyyətli və başlıcadır. Çünki ən xırda bölgədə belə 

dini, milli, irqi, sosial, siyasi, mənəvi, mədəni ayrı­seçkilik ciddi so­

sial­siyasi fəsadlar verə, insanlar arasında ziddiyyəti genişləndirə 

bilər. Bu baxımdan ümummilli və peyk kanallarının üzərinə daha 

böyük məsuliyyət düşür. Hər bir proqramın bölücü olmamasının 

izlənməsi ilə bərabər, birləşdirici funksiyanın daşıyıcısı olan proq­

ramlara da yer verilməsi vacibdir.

Televiziya yaranış dövründə geniş tamaşaçı auditoriyasının ha­

mısını  tam  əhatə  edəcəyinə  iddialı  oldu.  Lakin  tədricən  sosiolo­

ji  sorğular  və  reytinqlər  belə  bir  nəticəni  açıqladı  ki,  insanlar 

cinslərinə, yaşlarına, mədəni, intellektual səviyyələrinə görə qey­




Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə