TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə92/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   88   89   90   91   92   93   94   95   ...   171

217

ri­rəsmi  birləşərək,  öz  istəklərinə  uyğun  verilişləri  izləməklə  di­

gərlərindən imtina edirlər. Məhz bu məqsədlə peyk, ümummilli 

və kabel televiziyalarının ixtisaslaşmış kanalları – idman, musiqi, 

kino, serial, uşaq, tədris, moda və s. açıldı, konkret tamaşaçı au­

ditoriyasına  ünvanlandı.  Bu  tendensiya  ilə  bərabər  yaş  və  sosial 

qrupların maraqlarına cavab verəcək, onları maraqlandıraraq öz 

ətrafında birləşdirəcək verilişlərin yaradılması zərurəti meydana 

gəldi. Burada məqsəd həm müxtəlif insanları ekran qarşısına top­

layaraq ümumiləşmiş reytinq yeri tutmaqla bütün reklamvericiləri 

cəlb etmək, həm də bütün sosial qrupları, fərqləri müəyyən nöq­

tədə birləşdirməklə kanala daha sıx bağlamaq oldu. Bu baxımdan 

mozaik dramaturji materiala malik və qarışıq mövzulu proqram­

lar kanallarda daha çox görünməyə başladı. 

Televiziyanın  inteqrativ  funksiyasının  yayımın  bütün  bölmə­

lərində,  onun  istər  əyləncəli,  istərsə  də  informasiya  və  maarifçi 

proqramlarda özünə yer alması mühüm şərt kimi meydana çıxır, 

bu da funksiyanın icrasını iki hissəyə bölmək imkanı verir: birinci, 

kanalda yayımlanan xarakterindən, janrından və formasından asılı 

olmayaraq bütün veriliş, proqram, şoularda bölücülük meyillərinə 

imkan verməmək; ikinci, ümummilli, yaş və cins fərqindən, maraq 

çeşidindən asılı olmayaraq, hamını əhatə edə biləcək birləşdirici 

proqramlara yer vermək. Biz Azərbaycan teleməkanında inteqra­

tiv funksiyanın icrası mənzərəsini, məhz bu iki istiqamətdə araş­

dırmaya cəhd edəcəyik.

Təşkilati funksiya öz xarakterinə görə digər funksiyalarla bağ­

lıdır və bilavasitə onların icrasında yer alır. “O, qismən informa­

siya,  mədəni­maarif,  təşkilati,  tədris  və  s.  funksiyalarla  üst­üstə 

düşməklə, sanki, digər funksiyaların üzərinə geyindirilir. Televi­

ziyanın  inteqrativ  funksiyasını  şüurlu  şəkildə yerinə  yetirən  jur­

nalist üçün əsas keyfiyyət kimi materiala yanaşmada cəmiyyətin 

tələbləri  ilə  televizor  qarşısında  olan  bir  insanın  qayğılarını 

birləşdirmək bacarığını göstərmək olar” (237, səh. 209). Məhz bu 

bacarıq jurnalistin, televiziya işçisinin vətəndaşlıq mövqeyindən, 

onun peşəkarlığından xəbər verməklə tamaşaçılar arasında böyük 

sevgi və rəğbət hissi ilə qarşılanmasına, populyarlıq qazanmasına, 

həmçinin kanalın bu mühüm ictimai vəzifəni icrasında keyfiyyətli 

proqramın  meydana  gəlməsinə  imkan  verir.  İnteqrativ  funksi­

yanın digər ictimai vəzifələrlə yaxınlığı və onların işində birbaşa 

iştirakı  olduqca  vacib,  əhəmiyyətli  olduğu  kimi  ayrıca,  birbaşa 

birləşdirici məqsədlə çıxış edən proqramlarla təcəssüm olunması 

da əhəmiyyətlidir.




218

Azərbaycan  teleməkanında  inteqrativ  funksiya  dövlət  televizi­

yasının tək yayımlandığı dövrlərdə mərkəzləşmiş ideoloji təbliğat 

müstəvisində  ardıcıl  şəkildə  yerinə  yetirilirdi.  Ümumi  dövlət 

və  Vətən  anlayışı  bütünlüklə  televiziyanın  yaradıcı  siyasətinin 

əsasını  təşkil  etməklə,  birləşdirmək  ideyasına  söykənən  proqram­

lar,  əslində,  dövrün  ideoloji  tələblərinə  cavab  vermək  məqsədi 

güdürdü.  Proqramlar  təkcə  paytaxt  həyatı  ilə  qapanmır,  ölkənin 

müxtəlif yerlərində əmək qabaqcıllarını, plan doldurulmasını ətraflı 

şəkildə təbliğ edirdilər. Televiziyanın təbliğatın ruporuna çevrilərək 

bütünlüklə bölgələri və paytaxtı, kəndlini və fəhləni, şəhər və kənd 

ziyalısını  bir  ideya  ətrafında  birləşdirərək,  proqramların  hamının 

zövqünə uyğun olduğunu iddia etməsi, istənilən nəticəni vermədi və 

verə də bilməzdi. İnsanlar mənsub olduqları sosial qruplardan, yaş 

və hətta cinsi fərqlərindən irəli gələn maraq dairələrinə malikdilər 

ki, bunu da tamlıqla əhatə etmək qeyri­mümkündür. Yalnız moza­

ik dramaturji modelə malik və informasiya, əyləncə, maariflənməni 

özündə cəmləşdirib beyin qavramasına yüngül informasiya ötürən 

proqramlar bu maraqları birləşdirə bilərdi. 

Bu baxımdan səhər proqramları dünya təcrübəsində inteqrativ 

veriliş kimi geniş tətbiq olunurdu. Belə proqramlar müxtəlif zövq 

və istəklər kontekstində ümumi tamaşaçı marağını gündəlik təzə 

xəbərlər, musiqi nömrələri, müxtəlif maraq doğuracaq informasi­

yalar, məsləhətlər almaqla birləşdirərək, səhər işə gedən tamaşaçı­

nın ona lazım olan məlumatlarla – həmin saata olan xəbərlər, hava 

məlumatı,  idman  xəbərləri,  valyuta,  qiyməti  kağızlar  barədə  ən 

son nəticələr və s., ovqatını kökləyəcək musiqi, yumorla, həm çinin 

tibbi, hüquqi və digər sahələrdə olan məsələlərlə bağlı ən lazımlı 

bilgilərlə – silahlanması baxımından əhəmiyyətli, vacibdir. Bunu 

aparılan sosial tədqiqatlar, psixoloqların rəyi də sübut edir ki, məhz 

müasir televiziya ilə köklənən insanın səhər aldığı lazımi “enerji” – 

xəbər, əyləncə, bilgi onu bütün günə müsbət yöndə hazırlayır. Belə 

proqramların, məhz səhər vaxtı yayımlanması, adətən, saat 8.00­

dan 10.00­a qədər insanların evdə olduqları və işə, dərsə hazırlıq 

periodunda televizoru izləmələri ilə bağlıdır. Bu da bir reallıqdır 

ki, səhər işə və dərsə tələsən insan bütün diqqətini ekrana yönəldib 

ona bağlana və onları başdan­ayağa izləyə bilməz. “Proqramlar elə 

tərtib edilməlidir ki, evdən çıxmağa hazırlaşan tamaşaçıları “tutub 

saxlamasın.” Proqramın süjetləri çox yığcam olmalıdır” (51, səh. 

203). Ona görə də ən qısa xəbər və informasiyaların verilməsi, heç 

bir  təhlil  və  analiz  olmadan  yalnız  məlumatlandırma,  bu  xəbər 

bloklarının bir neçə dəfə təkrarı (həmin saatda heç də hamı eyni 




Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə