TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə95/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   91   92   93   94   95   96   97   98   ...   171

224

uğuru aparıcıların hazırlığı, televiziya ifadə vasitələrindən uğur­

la  istifadə  edərək  tamaşaçı  ilə  ünsiyyət  yaratmaq  qabiliyyəti  və 

peşəkarlığıdır.

“Səhər” proqramının rejissor işinə toxunarkən işin canlı efir re­

jissurasının imkanları və real məhdudiyyətlərini qeyd etməklə bu 

müstəvidə  dəyərləndirilməsinə  ehtiyac  görürük.  Televiziyanın 

birbaşa  yayım  imkanı  böyük  yaradıcı  üfüqlər  açmaqla  bərabər, 

yazılı  materialda  montaj  vasitəsilə  aradan  qaldırılan  qüsurların 

efirdə  görünməsinin  qarşısını  ala  bilməmək,  istənilən  qeyri­adi 

situasiyalarla  üzləşmək  riski  rejissor  üzərinə  yaradıcı  və  ictimai 

məsuliyyət  qoyur.  Studiyada  qurulmuş  bir  neçə  kameranın  gö­

rüntü  rakurslarının  mövqe  seçimini  müəyyən  edən  rejissor  həm 

uğurlu görüntülərin efirdə olmasına, həm də sıralanma qaydala­

rının pozulmamasına nəzarət etməlidir. Plan dəyişkənliyi  – yəni 

ümumidən­ümumiyə,  ortadan­ortaya  və  ya  iridən­iriyə  keçidli 

yaradıcı  qüsur  olduğundan  burada  rejissor  məntiqi  uzlaşmanı, 

növbələşməni  qurma;  efirdə  baş  verən  hadisəni  duyaraq  onun 

görünməsini  təmin  etməli,  lazımsız,  görüntünü  çirkləndirən 

ətrafların,  operator  tərəfindən  olan  qüsurların  –  görüntünün 

əsməsi,  kadrı  qurarkən  boşluqların  proporsiyasının  düzgün 

müəyyənləşməməsi,  fokusun  qeyri­dəqiq  olması  və  s.  –  efirdə 

olmamasına çalışmaqla yaradıcı şərtləri qorumalı; canlı efir vax­

tı siyasi, ictimai cəhətdən cəmiyyətə ziyanlı, qanunsuz çıxışların, 

təhqirlərin, əxlaqsız hərəkətlərin yayımlanmaması üçün vətəndaş, 

ziyalı mövqeyindən çıxış edərək bu prinsiplərə sadiq qalmalı; gö­

rüntünün  verilişin  ümumi  tempo­ritminə  uyğun  dinamikasını, 

danışılan  mövzuya  uyğun  plastikasını,  mizankadr  bölgüsünün 

düzgün,  savadlı,  yaradıcı,  bədii  cəhətdən  əsaslandırılmış  tərzdə 

həyata  keçməsini  təmin  etməlidir.  “Səhər”  musiqi­informasiya 

proqramının  canlı  yayımında  rejissor  üzərinə  bütün  bu  deyilən 

məsuliyyətlərlə bərabər, mozaik strukturlu, müxtəlif bloklardan, 

rubrikalardan ibarət verilişin ümumi işini təşkil etmək, keçidləri, 

ardıcıllığı  müəyyən  etmək  və  görüntü  ifadəliliyini  qorumaq  işi  

də düşür.  Proqramın çoxillik təcrübəsi və yaradıcı uğurları bunu 

deməyə əsas verir ki, burada rejissor işi düzgün, yaradıcı və uğur­

ludur. Müəyyən hallarda görüntüyə lazımsız şeylərin gəlməsi qü­

sur kimi təzahür etsə belə, bunun özü də canlı efir aurası yarat­

maqla, görüntüyə müəyyən dinamika və tamaşaçı marağını cəlb 

edəcək xüsusiyyət verir. Ümumilikdə birbaşa  efirin uğurluluğu­

nu qeyd etməklə, “Səhər” proqramının rejissor həllini qənaətbəxş 

dəyərləndirə bilərik.




225

Proqramın estetik həllində də nəzərə çarpacaq cəhətlər duyulur. 

Bütünlüklə məzmunla uzlaşan, onunla üzvi vəhdətdə olan forma 

xüsusiyyətləri  baxımlı,  olduqca  ifadəlidir.  Bəzi  hallarda  qrafika 

işində primitivlik özünü göstərsə də, ümumilikdə maraqlı forma 

seçimi tərifəlayiqdir. “Bir sual­bir cavab”, “valyuta məzənnələri“ 

rubrikalarında  təqdimat  forması,  görüntünün  estetik  quruluşu 

yo rucu,  dinamikadan  uzaq,  zövqsüz  olduğundan  bunu  qüsurlu 

cə hət  kimi  qeyd  etməliyik. Amma  arakəsmə  rolunu  oynayan  və 

rubrikadan­rubrikaya keçidi dolduran təqvimin hər fəslə və aya 

uy ğun tərzdə tərtib olunması xüsusilə gözəl və zövqlüdür. Proq­

ramın  başlığında,  keçidlərdə,  ad  təqdimatında  və  sonda  seçilən 

qrafik həlldə elementlər, onların rəng quruluşu ovqatı qaldıracaq 

isti, xoşagəlimli rəng çalarları ilə qurulduğundan göz qavramasına 

müsbət təsir edir. Bu qrafik həll mürəkkəb deyil, xüsusi dinami­

kaya da malik deyil, lakin zövqlü və ruhlandırıcıdır. Nə olduqca 

templi musiqi, nə də görüntünün çevik dəyişimi səhər proqramla­

rı üçün arzuolunan deyil. Bir çox hallarda əlavə dinamika, sürətli 

ritm  aqressivlik  xüsusiyyəti  yarada  bilir  ki,  bu  da  səhər  özünü 

müsbət  enerji  ilə  kökləməli  olan  tamaşaçı  üçün  yolverilməzdir. 

Həmçinin görüntü həllinin və keçidləri həyata keçirən qrafik işin 

ləngliyi də əhvala mənfi təsir edə bilər. Ona görə də burada dina­

mika səhər işə gedən adamın əhvalını kökləyəcək tərzdə olmalıdır. 

“Səhər”in qrafik həlli, eləcə də leytmotiv musiqi parçaları olduqca 

uğurlu və düzgün tapılıb.

Studiya  tərtibatı  işi  səhər  proqramları  üçün,  adətən,  ev  mühi­

ti  yaratmaq  məqsədi  daşıdığından  burada  genişlik,  açıqlıq,  rəng 

neytra llığı  başlıca  əhəmiyyət  daşıyır.  Tamaşaçının  evinə  səhər 

obaşdan qo  naq düşən proqram mənzilin davamı kimi görünməli, 

göz  oxşa malı  və  lazımsız  əşyalarla  yüklənməməlidir.  “Səhər”in 

studiya tər tiba tında rəng harmoniyasının xoşagəlimli olması, otu­

racaqların geniş və rahat təəssürat yaratması, arxa fonda şəhər pla­

nının verilməsi, studiyada estrada səhnəsinin qurulması maraqlı 

forma kimi dəyərləndirilməlidir. Tərtibat halının sadə və zövqlü 

həlli  görüntüyə  yoruculuq  gətirməyib,  lazımsız  qarmaqarışıqlıq 

yaratmayaraq səhər əhvalına yaxın tərzdə qurulmuşdur. Burada 

istedadlı rəssam işinin uğurunu qeyd etmək gərəkdir.

Bütün  bu  uğurlu  tərtibat  elementlərinə  baxmayaraq,  “Səhər” 

proq ramında  bir  sıra  rubrikaların  görüntü  həlli  uzun  müddət 

efirdə olan forma, yoruculuq gətirməklə bərabər, tamaşaçı mara­

ğını azaltmış olur. Xüsusən də bunu “Səhərin təqvimi” rubrikasına 

aid etmək olar. Burada seçilən formanın dinamikasızlığı, zövqsüz 




Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə