TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə96/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   92   93   94   95   96   97   98   99   ...   171

226

qrafika həlli artıq neçə illərdir ki, dəyişməz qalır. Bu isə rubrikanın 

baxımlılığına xələl yetirir. Ümumiyyətlə, proqramın formasında, 

tərtibatında müəyyən dövrdən sonra dəyişiklik edilməsi zəruridir. 

Əks halda tamaşaçının göz yorğunluğu proqramın reytinqinə təsir 

edə bilər.

AzTV­nin  “Səhər”  musiqi­informasiya  proqramının  təhlilinə 

yekun  vuraraq,  onun  bədii  cəhətdən  kamilliyini,  mövzu  seçimi 

ba xımından  aktuallığını,  əhatəliliyini,  hərtərəfli  informasiyalarla 

zənginliyini,  mu siqi  nömrələrinin  rəngarəngliyini,  çoxçeşidliliyi­

ni, tamaşaçıda maraq və baxmaq həvəsi yaratdığını qeyd etmək 

olar. Bununla dövlət kanalının efirində səhər proqramı öz ətrafına 

tamaşaçı  yığmaqla,  televiziyanın  ictimai  vəzifəsini  –  inteqrasi­

yanı  həyata  keçirmə  işində  böyük  addım  atmış  olur  və  bu  işin 

öhdəsindən  uğurla  gəlir.  İnteqrativ  funksiyanın  bütün  insanları 

əhatə  etmək  və  onların  arasında  ayrı­seçkilik  yaratmağa  imkan 

verməmək xüsusiyyəti “Səhər” proqramında özünə yer almaqla, 

kanalın bu işdə siyasətinin həyata keçirilməsində əhəmiyyətli yeri 

tuta bilir.

ANS­in  efirində  tamaşaçıları  səhər  ekran  başına  toplayacaq 

proqramın  hazırlanma  ənənəsi  “Salam”  proqramı  ilə  qoyuldu. 

Müxtəlif vaxtlarda özünün forma, məzmun biçimini dəyişən proq­

ramın əhatəliliyi maraq yaratsa da, aparıcılar, əvvəl Arzu, sonralar 

Doktor Ziya, Nigar Şıxlinskaya və digərlərinin uğursuzluğu verili­

şin tezliklə kanal tərəfindən başqa layihə ilə əvəzlənməsinə səbəb 

olmuşdur. 2002­ci ilin sentyabrından isə ANS­in səhəri saat 7.00­

dan 10.00­a qədər “Şirin çay” əyləncəli informasiya verlişilə açılır. 

Həftənin iş günləri efirdə olan proqram şənbə günü “Şirin çay+” 

adı ilə tamaşaçılarla görüşə gəlir.  

AzTV­nin  “Səhər”  əyləncəli  informasiya  proqramından  fərq li 

olaraq, “Şirin çay” səhər işgüzarlığı prinsipi üzərində qurulmaq la 

informasiyaya daha geniş yer verir və özünün mürəkkəb struktu ru 

ilə seçilir. Proqram təyinatına görə özündə həm əyləncə, həm də in­

formasiya funksiyasını birləşdirməklə, buna uyğun olan müxtə lif 

buraxılışlar, musiqi nömrələri ilə zənginliyini göstərməyə çalışır. 

Miqyasca  daha  geniş  mövzu  əhatəliliyini  götürən  “Şirin  çay”­ın 

müxtəlif sahələri əhatə edən xəbərləri ardıcıl verməsi, gündəmdə 

olan məsələlərin, problemlərin, hadisələrin  peşəkarların, mə mur­

ların  iştirakı  ilə  çözülməsini  təqdim  etməsi  maraqlı,  dinamik  və 

günün tempinə uyğundur. Siyasi, mədəni, iqtisadi, idman xə bər­

lərinə yer verən “Şirin çay” əyləncə və musiqi elementləri ilə səhər 

saatını maraqlı və baxımlı edir. Mövzu çoxşaxəliliyi, müxtəlif pe şə 




227

və nəslin nümayəndəsi olan şəxslərin qısa, ən başlıcası isə lazımi 

informasiyaları  almağa  imkan  verməsi  televiziyanın  inteqrativ 

funksiyasının icrasını layiqincə yeinə yetirməsini təmin etmiş olur.

“Şirin çay”ın ANS kanalının xəbər verilişləri üçün nəzərdə tu­

tulmuş məkanda seçilməsi, əslində, informasiya ab­havası yaradır. 

Bu forma “Səhər”in “evin davamı” prinsipinin tam əksi olan iş­

güzar əhvalı yaratmağa çalışır. Dünya praktikasında belə tərtibat 

mövzunun informasiya üzərində qurulmasından irəli gəldiyindən, 

dolğun və əsaslanmış hesab edildiyindən özünü geniş təzahür et­

dirir. İnformasiya funksiyasından bəhs edərkən “Xəbərçi” proqra­

mının studiya tərtibatının müsbət cəhətlərini qeyd etdiyimizdən,  

bu məsələyə təkrar toxunmadan “Şirin çay” üçün müstəqil infor­

masiya və əyləncə verilişi olduğundan fərqli, amma eyni estetika 

üzərində  qurulmuş  studiyanın  olmasını  məqsədəuyğun  hesab 

edirik. Eyni bir məkan formasından bir neçə verilişin hazırlanma­

sında istifadə olunaraq yayımlanması göz yorğunluğu gətirməklə 

bərabər, verilişin bədii yükünü, estetik özünəməxsusluğunu azalt­

mış olur. 

“Şirin  çay”ın  rejissor  işinə  toxunan  Elşad  Quliyev  “Axşamın 

şərindən “Səhər”in xeyri yaxşıdır” məqaləsində “yetərincə infor­

masiya  çeşidliliyində,  bolluca  musiqi  sırasında  və  orijinal  aparı­

cılıq  manerası  axarında  proqramda  bir  süjetdən  digərinə  rəvan 

olmayan  keçidlər  və  montaj  dayanmaları  ilk  növbədə  görüntü 

cərgəsini pozmaqla, rejissor işinin olmamasını əyani sübut edir” 

(246) söyləməklə zəif və yaradıcı olmayan, texniki qüsurlarla mü­

şayiət olunan işi tənqid etmiş olur. Biz yuxarıda informasiya və 

təşkilati  funksiyadan  danışarkən ANS  kanalının  proqramlarında 

rejissor işinin kamil olmadığını və yetərincə qüsurlarla özünü əks 

etdirdiyini  göstərmişdik.  “Şirin  çay”ın  bədii  və  yaradıcı  gücünü 

zəiflədən tamaşaçını maraqlandıracaq forma, görüntü plastikası­

nın, rəvan keçidlərin, yenilikçi axtarışların olmaması, kifayət qədər 

kobud texniki və bədii səhvlərin özünü təzahür etdirməsidir. İde­

ya kimi kifayət qədər maraqlı, baxımlı və tamaşaçı üçün lazımlı 

olan,  həmçinin ANS  kanalının  səhər  proqramını  zənginləşdirən, 

ona  tamaşaçı  diqqətini  yönəldən  və  inteqrativ  funksiyanı  icra 

edən “Şirin çay” informasiya əyləncə verilişinin bu yaradıcı nöq­

sanlarını aradan qaldırmaqla, daha uğurlu efir yayımına nail ol­

maq olar. Bu məsələ kanal və eləcə də, səhərini işgüzar əhvalda 

kökləyənlər üçün lazımlıdır. Səhər verilişlərinin bolluğunda özü­

nün yaradıcı, görüntü üstünlükləri ilə marağı cəlb etməli olan “Şi­

rin çay”, həmçinin öz efirində uzun­uzadı söhbətlərin miqdarını 




Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə