TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə101/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   97   98   99   100   101   102   103   104   ...   171

238

kinonun  və  teatrın  imkanlarından  geniş  isifadə  olunmağa  baş­

landı. Bu proses SSRİ məkanında televiziyanın ideoloji təbliğatçı 

kimi  əhalinin  asudə  vaxt  probleminin  həllində  də  məqsədyönlü 

fəaliyyətinin təşkili tələb kimi qoyulduğu yerdə daha qabarıq du­

yuldu. 22 mart 1951­ci ildə SSRİ Nazirlər Sovetinin “Radioinfor­

masiya Ümumittifaq Komitəsinin nəzdində Televiziyanın Mərkəzi 

Studiyasının yaradılması haqqında” qərarı ilə kinoprokata verilən 

filmlərin premyeradan  sonra on gündən gec olmayaraq, teatrların 

premyerasından 1 ay gec olmayaraq, konsert proqramlarının isə 

dərhal  yayımlanması  tələb  kimi  qoyuldu  (237,  səh.  62).  Kino  və 

teatr tamaşalarının yayımı elə bir səviyyəyə çatmışdı ki, Z. Məm­

mədov  bunu  “TV­nin  ev  kinosu  olduğunu”  və  publisistikanın 

gəlişi ilə “kinojurnal+bədii film+konsert” məzmunundan arıtlan­

mağa başladığını” qeyd edir.  Mavi ekran qarşısında istirahətin qu­

rulması – bunun müasir insanı düşündürən və ona maraqlı gələn 

bir  cəhət  kimi  təcəssüm  etməsi  televiziya  tərəfindən  dəqiqliklə 

öyrənildi və bu sahədə ardıcıl fəaliyyət aparıldı. Hər bir insanın 

asudə vaxtının 20­40%­ni əyləncəli vasitələrlə keçirmək istəyi (42, 

səh. 296) televiziya verilişi yaradıcılığında prioritet mövzu olmağa 

başladı. Artıq televiziya ekranlarından təkcə bədii filmlərin nüma­

yişi deyil, həmçinin əyləncəli verilişlər, musiqili proqramlar da ya­

yımlanmağa başlayırdı. 

Bazar iqtisadiyyatı olan ölkələrdə filmlərin nümayişi üçün isteh­

salçı şirkətlərə çoxlu məbləğdə pulun ödənilməsi reallığı televizi­

yalara  bu  sahədə  yaradıcılıq  imkanlarını  itiləmək  və  çoxseriyalı 

bədii televiziya filmlərinin yaradılmasının əsasını qoymaq la həm 

rekreativliyi icra etmək, həm də TV­nin kommersiya ehtiyacları­

nın ödənilməsi üçün  reklamvericilərin cəlb olunmasına şərait ya­

ratmaq imkanı verdi. Mədəniyyətin bütün sahələrinin mərkəzdən 

idarə olunduğu Sovet İttifaqından fərqli olaraq, bu ölkələrdə  te­

leviziya hər bir tamaşa və ya konsert üçün yüksək məbləğdə pul 

ödənildiyi üçün daha ucuz yolların axtarışına başlanıldı. Yumo­

ristik verilişlər, musiqi nömrələri, çarxları və müxtəlif mövzuları 

əhatə edən seriallar efir vaxtını doldurmaqla, həm kanala reytinq 

və  məntiqi  olaraq  reklam  gətirmiş  oldu,  həm  də  tamaşaçıların 

asudə  vaxtının  səmərəliliyi  həyata  keçdi.  Lakin  bir  çox  hallarda 

reytinq ardınca qaçan TV­lərdə bu cür verilişlər bayağı məzmun 

və  heç  bir  ideya  yükü  daşımayan  tərzdə  təcəssüm  olunurdu  ki, 

bunu da bir çox tənqidçilər ucuz gülüş adlandırırdılar.

Azərbaycan  televiziyasının  yaranış  və  sonrakı  inkişaf  tarixinə 

nəzər yetirincə, Sovet vətəndaşlarının səmərəli əyləncəsinə ünvan­




239

lanmış veriliş, konsert proqramı, film, televiziya tamaşası nüma­

yişinin böyük pərvəriş tapdığının şahidi ola bilərik. “Komediya­

lar aləminə səyahət”, “Yarızarafat, yarıgerçək” yumoristik, “Gəl, 

ey  səhər”,  “Söyüdlü  bağ”  musiqi  proqramları,  teletamaşalar  və 

filmlər tamaşaçıların yadında qalan və sevərək xatırladıqları ekran 

nümunələri kimi teletariximizdə əhəmiyyətli yerini tuta bilmişdir. 

Böyük  yaradıcı  ənənələr    yaratmış  müəllif,  rejissor  və  operator­

ların rekreativ fəaliyyətə yönəlmiş işləri dövrün ideoloji tələbləri 

çərçivəsində qurulan əyləncə kimi tərifəlayiqdir.

“Çağdaş dünya televiziya aləmində əyləncə işi başlıca fəaliyyət 

istiqaməti  olmaqla,  televiziya  yaradıcılığının  püxtələşmiş  forma­

larında təcəssüm olunur” fikrini kanalları izləməklə görmək olar. 

Ədəbi materialın hazırlanması, onun ekran həllində ən müasir me­

todlardan istifadə edərək yeniliklərin tətbiq olunması peşəkarların 

əyləncəli  veriliş  yaradıcılığında  iştirakından  xəbər  verir.  Tama­

şaçıların  əyləncəli  verilişlərə  olan  xüsusi  maraqları  və  adətən, 

asudə  vaxtlarını  bu  cür  verilişləri  izləməklə  keçirmək  arzuları 

kanalların reytinq yığmaq arzuları ilə üst­üstə düşdüyündən, bu 

sahə  xüsusilə  diqqətdə  saxlanılır.  Təsadüfi  deyil  ki,  baxımlı,  di­

namik, müxtəlif janrda və formada hazırlanan verilişlər kanallar 

tərəfindən hazırlanmır ixtisaslaşmış istehsalçı şirkətlərdən alınır. 

Bu, çoxkanallı televiziya məkanında rəqabətə dözə biləcək ekran 

əsərinin görünməsi istəyi ilə bağlı qurulan sistemdir ki,  tezliklə 

SSRİ­nin dağılmasından sonra müstəqil ölkələrin TV təcrübəsində 

tətbiq olunmağa başladı. 1990­cı illərin əvvəlindən ORT, RTR kimi 

Rusiya  kanallarının  efirində  görünən  baxımlı  verilişlər  istehsalçı 

şirkətlər olan “Vid”, “Ast”, “Klass”, ATV­dən alınırdı. Həmçinin 

AzTV­də  də  ilk  illər  bu  təcrübə  tətbiq  olunmağa  başladı  və 

gənclərin yaradıcı birliyi “Virtuoze” şirkətinin istehsalı olan veriliş 

ekranlarda göründü. Fərqli estetik duyumla, yeni biçimlə təqdim 

olunan  əyləncəli  veriliş  tamaşaçıların  böyük  marağına  səbəb 

ola  bilmişdi.  Təəssüf  ki,  bu  ənənə  dövlət  televiziyası  tərəfindən 

genişləndirilmək əvəzinə, ümumiyyətlə aradan qaldırıldı. Hazır­

da ölkə teleməkanında özünün əyləncəli verilişləri ilə tamaşaçıla­

rın marağına səbəb olan istehsalçı şirkətlər arasında “SOY produc­

tion”, “Planet “Parni iz Baku” studiyası, “M Grup”u xüsusi qeyd 

etmək yerinə düşərdi.

Televiziyanın sosial əhəmiyyətini, onun cəmiyyətdə apardığı ro­

lun insanın davranışına, şüuruna təsirini araşdıraraq belə bir elmi 

nəticəyə gəldik ki, ictimai­sosial təhlil televiziya təhlili metodolo­

giyasında yuxarıda göstərdiyimiz prinsip və istiqamətlərlə tətbiq 




Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə