Telman Huseynov
510
Göründüyü kimi, əgər I metodla rentabelliyin hesablanması ikinci
firmanın öz resurslarından (əsas fondlar və normalaşdırılan dövriyyə
vəsaitlərindən) daha səmərəli istifadə etdiyini göstərirsə, II metodla
hesablamada üstünlük birinci firmaya keçir.
Bəs real vəziyyət hansıdır?
Təhlil göstərir ki, rentabellik səviyyəsinin hesablanmasının II me-
todu real vəziyyəti daha düzgün əks etdirir. Belə ki, hər iki firmada
əldə edilən mənfəətin kütləsi o qədər çox fərqlənməsə də, birinci
müəssisə daha az həcmdə istehsal əsas fondlarından və normalaşdırı-
lan dövriyyə vəsaitlərindən istifadə etmişdir.
Beləliklə, hesablama göstərdi ki, I firma II firmaya nisbətən rəqa-
bətqabliyyətlidir, çünki o, az resursla daha çox məbləğdə mənfəət
əldə edə bilmişdir.
Deməli, rentabelliyin hesablanmasının ikinci metodu real vəziy-
yəti daha düzgün əks etdirə bilir.Firmalar birinci metoddan (mənfəət
və maya dəyərinə görə hesablanan) məhsulların, ikinci metoddan isə
(mənfəət, əsas və dövriyyə fondlarına görə hesablanan) istehsalın
rentabelliyini qiymətləndirə bilərlər.
Firma miqyasında əsas və xüsusi kapitalın da səmərəliliyi hesab-
lanır və təhlil edilir.
Əsas kapitalın rentabelliyi:
R
əskap
=
mənfəət
×
100%
əsas kapital
Burada, əsas kapital firmanın istehsal əsas fondlarının orta illik
(rüblük, aylıq) dəyəridir.
Xüsusi kapitalın rentabelliyi:
R
xüs.kap.
=
mənfəət
×
100%
xüsusi kapital
Burada, xüsusi kapital firmanın istehsal əsas fondlarının özünün
xüsusi maliyyələşmə mənbələri hesabına yaratdığı hissəsinin dəyəridir.
Elm və texnikanın müasir inkişaf mərhələsi istehsal məsələləri-
nin həllinin çoxvariantlılığı ilə xarakterizə olunur. Bu, öz növbəsin-
də, artıq qeyd olunduğu kimi, təsərrüfat və texniki həll variantları-
nın müqayisəli (nisbi) iqtisadi səmərəliliyinin real hesablamalarının
aparılması zərurətini doğurur. Müqayisəli səmərəliliyin müəyyən
Fəsil 20. Firmanın təsərrüfat-kommersiya fəaliyyətinin səmərəliliyi
511
olunması zamanı müəssisədə həyata keçiriləcək müxtəlif birdəfəlik və
cari xərcələr tələb edən investisiya layihələri və ya istehsal-təsərrüfat
tədbirləri müqayisə edilir.
Firmanın uzunmüddətli inkişaf perspektivini nəzərə almaqla onun
istehsal təsərrüfat fəaliyyətinin əsas iqtisadi nəticəsi investisiya qoyu-
luşlarına maksimum mənfəətin əldə olunmasıdır. Müasir dövrdə, bey-
nəlxalq təcrübədə investisiya layihələrinin səmərəliliyini əsaslandır-
maq üçün aşağıdakı metodlardan istifadə edilir.
1. nteqral səmərə.
2. Rentabellik norması.
3. Rentabellik indeksi.
4. Ödənmə müddəti.
nteqral səmərə müxtəlif dövrlərə aid olan nəticə (gəlirlərin) və
xərclərin fərqinin diskontlaşdırılaraq bir ilə, adətən hesabat dövrü-
nün birinci ilinə gətirilməsi əsasında hesablanan göstəricidir.
Bu gətirilmə verilmiş illik göstəricinin a
t
dikontlaşdırma əmsalına
vurulmaqla edilir. Həmin əmsal aşağıdakı kimi müəyyən olunur:
t
н
E
t
a
)
1
(
1
+
=
Burada, t – hesabat dövrünün “birinci ili” olan “0” ilə verilmiş gös-
təricinin aid olduğu «t» ili arasındakı dövürdür (illə).
E
n
– vaxta görə gətirilmə normatividir.
Qeyd etmək lazımdır ki, E
n
normativi ölkədə formalaşmış faiz də-
rəcəsi nəzərə alınmaqla layihənin risklik dərəcəsi əsasında hesabla-
nır. E
n
normativi müəyyən olunarkən, risksiz dərəcənin, kommersiya
və maliyyə risklərinin səviyyələri nəzərə alınır. Yəni faiz dərəcəsinin
üzərinə risklə əlaqədar müəyyən olunmuş mükafat da nəzərdə tutu-
lur:
E
n
= i + mr + kr
Burada, i – risksiz dərəcə;
mr – maliyyə risklərinə görə mükafat;
kr – kommersiya risklərinə görə mükafat.
nvestisiya qoyuluşlarının inteqral səmərəsi aşağıdakı düsturun
köməyi ilə hesablanır:
Telman Huseynov
512
S =
T
Σ
t=0
(N
t
–X
t
) a
t
Burada, T – hesabat ili;
N
t
– t ilindəki nəticə;
X
t
– t ilindəki investisiya xərcləri;
a
t
– diskontlaşdırma əmsalı.
Müəssisədə investisiya layhəsinin qəbul edilməsi üçün inteqral
səmərəlilik göstəricisi müsbət kəmiyyət olmalıdır. Yəni, əgər inteqral
səmərəlilik göstəricisi müsbət kəmiyyətdirsə, investisiya xərclərinin
daxili rentabellik norması nəzərdə tutulmuş normativdən (a
t
diskont-
laşdırma əmsalının hesablanmasında istifadə olunmuş E
n
) yüksəkdir,
mənfidirsə, daxili rentabellik norması normativdən aşağıdır. Qeyd
etmə k lazımdır ki, iqtisadi ə də biyyatda inteqral sə mə rə anlayış ı-
nın sinonimi kimi "xalis diskontlaş dırılmış gə lir", "xalis cari
də yə r" kimi mə fhumlar da iş lə nir.
Daxili rentabellik norması göstəricisinin həqiqi qiymətini (E
x
)
tapmaq üçün aşağıdakı məsələni həll etmək lazımdır. Başqa sözlə,
əsaslı vəsait qoyuluşunun inteqral səmərəsinin sıfra bərabər olduğu
E
x
müəyyən olunmalıdır.
T
Σ
t=0
(N
t
–X
t
)
1
= 0
(1+E
x
)
Əgər inteqral səmərə müsbətdirsə, onda E
x
>E
n
olmalıdır. Əgər
mənfidirsə, onda E
x
n
olur. E
x
-in həqiqi qiymətini tapmaq üçün
ardıcıl yaxınlaşdırma metodundan istifadə olunur (müsbət inteqral
səmərədə E
x
ardıcıl olaraq 0,01 artırılır, mənfi inteqral səmərədə isə
0,01 azaldılır). Bu vaxt E
x
-in elə qiyməti müəyyən olunur ki, inteqral
səmərə sıfra bərabər olsun. nteqral səmərənin sıfra yaxın müsbət və
ya mənfi kəmiyyəti alınırsa, onda daxili rentabellik normasının
hesablanması üçün aşağıdakı düsturdan istifadə edilir:
1
+
n
n
n
1
+
n
n
n
x
S
+
S
)
E
+
E
(
S
+
E
=
E
Burada, E
n
– inteqral səmərənin sıfıra yaxın müsbət və ya mənfi
qiymət aldığı diskont normasıdır.
Dostları ilə paylaş: |