Fəsil 20. Firmanın təsərrüfat-kommersiya fəaliyyətinin səmərəliliyi
515
diyi ümumi səmərənin məbləğində bunun «çəkisi» daha çox olur.
Lakin istehsalın nəticələrinin, daha doğrusu, istehsal edilmiş məh-
sulların öz istehlakçılarına çatdırılması firmanın kommersiya fəaliy-
yətinin səmərəli təşkilindən bilavasitə asılı olur. stehlakçıya çatdı-
rılmayan məhsulun istehsalı mənasızdır. Bütün bunlara görə də fir-
manın istehsal fəaliyyətinin iqtisadi səmərəliliyini qiymətləndir-
məklə bərabər onun kommersiya fəaliyyətinin iqtisadi səmərəliliyi
də ölçülməlidir.
Firmanın kommersiya işinin iqtisadi səmərəliliyinin müəyyən
edilməsi istehsal fəaliyyətinin iqtisadi səmərəliliyinin qiymətləndiril-
məsi metodikasından fərqlənməməlidir; xərc və gəlirin müqaisəsi
prinsipi rəhbər tutulmalı, əsas götürülməlidir.
Firmanın kommersiya fəaliyyətinin iqtisadi səmərəliliyinin qiy-
mətləndəirilməsi reallığı, əlbəttə, həm xərcin və həm də həmin xərcin
gətirdiyi səmərənin düzgün müəyyən edilməsindən asılıdır.
Firmanın kommersiya fəaliyyəti üçün çəkdiyi xərclər hansılardır?
Həmin xərclərin nəticəsi – səmərəsi nədir? Bunları necə müəyyən
etmək olar?
Firmanın istehsal fəaliyyəti kimi onun kommersiya fəaliyyətinin
də səmərəliliyini düzgün hesablamaq üçün həm xərclərin və həm də
səmərənin həcmləri dəqiq müəyyən olunmalıdır.
Məhsulun realizə olunması ilə əlaqədar olan xərclərin hesablan-
ması üçün məhsulların tam maya dəyərindən, daha doğrusu kom-
mersiya maya dəyərindən onların istehsal maya dəyəri çıxılmalıdır.
Kommersiya xərclərinin – istehsaldan kənar xərclərin – gətirdiyi
səmərə isə bazar metodu ilə hesablanmış qiymətlə satılmış məhsulun
həcmi ola bilər. Çünki kommersiya xərclərini çəkməkdən məqsəd
məhsulların satılmasıdır.
Kommersiya xərcləri – istehsaldan kənar xərclər isə – reklam
xərcləri, marketinq fəaliyyəti, nəqliyyat təşkilatının saxlanması və
digər bu kimi xərclərdən ibarətdir.
Məhsulun satılmasına çəkilən xərclə onun gətirdiyi səmərə müəy-
yən edildikdən sonra kommersiya fəaliyyətinin iqtisadi səmərəliliyini
hesablamaq çətin deyildir.
Firmanın kommersiya fəaliyyətinin iqtisadi səmərəliliyini (Sk)
aşağıdakı düsturun köməyilə hesablamaq olar.
Telman Huseynov
516
S
k
=
R
m
yaxud,
S
k
=
R
m
M
k
– M
i
K
x
Burada R
m
– bazar qiymətilə satılmış məhsulun həcmi, manatla;
M
k
– məhsulun kommersiya maya dəyəri, manatla;
M
i
– məhsulun istehsal maya dəyəri manatla;
K
x
– kommersiya xərcləri, istehsaldan kənar xərclərdir, man.
Düsturda verilmiş kəsrin iqtisadi məzmunu «1 manatlıq kommer-
siya xərcinin gətirdiyi səmərədir». Başqa sözlə, düsturun köməyilə –
xərclə səmərənin müqaisəsi yolu ilə – firmaının kommersiya fəaliy-
yətinin iqtisadi səmərəliliyini qiymətləndirmək mümkündür.
Firmanın kommersiya fəaliyyətinin qiymətləndirilməsi üçün
«satış həcminin rentabelliyi» deyilən bir göstəricidən də istifadə
olunur. Həmin göstərici aşağıdakı düsturun köməyilə hesablanır:
R
s
=
M
×
100
R
m
Burada R
s
– satış həcminin rentabelliyidir;
M – illik ümumi mənfəətin məbləğidir, manatla;
R
m
– məhsul satışının illik həcmidir, manatla.
Firmanın kommersiya fəaliyyətinin iqtisadi səmərəliliyi göstəri-
cisi dinamikada təhlil edilməli, öyrənilməli və mövcud vəziyyətə qiy-
mət verilməlidir.
stehsalın iqtisadi səmərəliliyi həm istehsalın nəticələrinə, həm də
xərclərinə təsir göstərən bir çox amillər hesabına formalaşır. Xərclə-
rin azaldılması öz əksini canlı əməyə, material məsrəflərinə və əsas
fondlara qoyulmuş investisiyaya qənaətdə tapır. Bütün bunlar göstə-
rir ki, istehsal amillərindən istifadə səviyyəsi istehsalın iqtisadi səmə-
rəliliyini müəyyən edir.
nsanın məqsədyönlü fəaliyyətinin nəticəsi, səmərəsi onun
müəyyən vaxt ərzində yaratdığı maddi nemətlərin kəmiyyəti ilə,
yəni əməyin səmərəlilik səviyyəsi onun məhsuldarlığı ilə müəy-
yən olunur. Əməyin məhsuldarlığı konkret əmək növünün vaxt
vahidi ərzində az və ya çox məhsul istehsal etmək qabiliyyəti ilə
səciyyələnir.
Əmək məhsuldarlığının yüksəldilməsi, əvvəllər qeyd edildiyi ki-
mi, vaxt vahidi ərzində istehsal olunan məhsulun kəmiyyətcə çoxal-
Fəsil 20. Firmanın təsərrüfat-kommersiya fəaliyyətinin səmərəliliyi
517
dılması və yaxud məhsul vahidi istehsalına sərf olunan vaxtın, baş-
qa sözlə, məhsulun əməktutumunun azaldılması yolu ilə mümkün
olur.
Əmək məhsuldarlığının səviyyəsinin dinamikasını qiymətləndirmək
üçün istehsal olunmuş məhsulun həcmi və onun hazırlanması üçün sərf
olunmuş iş vaxtı arasındakı nisbət göstəricisindən istifadə edilir.
Canlı əmək məhsuldarlığının səviyyəsini xarakterizə edən göstə-
ricilərə məhsulun əmək tutumu və əmək məhsuldarlığı aiddir. Əmək
məhsuldarlığı istehsal edilmiş məhsulun həcminin məhsul istehsalı
üçün sərf olunmuş iş vaxtına nisbəti kimi müəyyən olunur. Əməktu-
tumu isə əmək məhsuldarlığının tərsi olan göstəricidir.
Material resurslarından və habelə dövriyyə vəsaitlərinin digər baş-
qa maddi ünsürlərindən səmərəli istifadə edilməsi nəticəsində ümu-
miləşdirici bir göstərici olan dövriyyə vəsaitlərinin dövr sürəti artır.
Tə krara yol verilsə də , göstə rmə k lazımdır ki, dövriyyə və sait-
lə rində n istifadə sə mə rə liliyi bir neçə göstə rici ilə – dövretmə ə m-
salı (dövretmə lə rin sayı), dövriyyə və saitlə rinin yüklə nmə ə msalı
və bir dövriyyə nin uzunluğ u ilə (günlə rlə ) xarakterizə olunur.
Dövriyyə vəsaitlərinin dövretmə əmsalı realizə olunmuş məhsul
həcminin (əlavə edilmiş dəyərin satılmış hissəsi) dövriyyə vəsait-
lərinin orta qalığına (illik, rüblük) nisbəti kimi hesablanılır.
Dövriyyə vəsaitlərinin yüklənmə əmsalı dövretmə əmsalının tərsi
kimi hesablanır və o, 1 manatlıq realizə olunmuş məhsula sərf edilmiş
(ona təhkim edilmiş) dövriyyə vəsaitlərinin həcmini səciyyələndirir.
Nəhayət, dövriyyə vəsaitlərinin bir dövriyyəsinin gün hesabı ilə
uzunluğu göstəricisi dövrdəki (il, rüb, ay) günlərin sayının dövretmə
əmsalına bölünməsi yolu ilə hesablanılır.
Xammal, yanacaq, enerji və digə r material xə rclə rinin sə mə -
rə sini xarakterizə edə n göstə ricilə rdə n biri də mə hsulun mate-
rialtutumudur. Materialtutumu (M
t
) məhsul vahidinə sərf olunan
material resurslarını xarakterizə edir və aşağıdakı düsturla hesablanır:
M
t
=
M
x
N
Burada, M
x
– məhsul istehsalına material sərfi;
N – məhsulun həcmi.
Dostları ilə paylaş: |