Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə38/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   34   35   36   37   38   39   40   41   ...   97

84 
 
Xarici  ölkə  nümayəndələrinin  daim  Pekində  məskunlaşması  Çinlə  digər 
millətlər  arasında  baş  verən  münaqişələrə  uzun  müddət  üçün  son  qoyulması  ilə 
əlamətdar  oldu.  Bac  sisteminin  müəyyən  qədər  süqutu  imperator  ləyaqətlərinin 
itirilməsi, Çinin sülalə roluna ciddi zərbə vurulması demək idi.  
Qarışıq 1858-1860-cı illər ərzində Çin bürokratiyası iki yerə – müharibə və sülh 
partiyalarına  bölündü.  Sülh  partiyasının  liderləri  əcnəbilərlə  danışıqlar  aparmaq 
vəzifəsini  öz  üzərilərinə  götürdülər.  Onlara  bunu  heç  də  öz  prinsipləri  deyil,  böyük 
böhranın mövcudluğu məcbur etmişdi.  
Çinlilər  qərblilərin  Çinə  zəhərli  narkotiklərin  təchizatçıları  kimi  gəlib 
çıxdıqlarını  görməli  idilər.  Sözün  bütöv  mənasında  barbarlar  olmaqla,  çinlilər 
onlardan heç nə öyrənə bilməzdilər. Həm də çinlilər möhkəm qaydada öz ənənələrini 
qoruyub saxlayırdılar, bunlar da iki cəhətə – ideoloji və institutsional cəhətlərə malik 
idi. Çinlilər Qərb təsirini yeni əlavələr üçün vacib olan yeni situasiyadan daha çox öz 
ənənəsinin  genişlənməsi  kimi  qiymətləndirirdilər.  Ən  azı  1860-cı  ilə  qədər  Tsin 
liderləri öz ənənə qılafına çəkilib qalmışdılar, keçmişin yükünü qırıb dağıtmaqla, yeni 
mühitlə bacarmaq üçün heç bir cəhd etmirdilər. 
 
 
                              Taypin üsyanı 
 
  
XIX əsrin üçüncü rübü yenə də sosial narazılığın nəticəsi kimi bir sıra iğtişaşlar 
görürdü.  XIX  əsrin  birinci  yarısında  Taypinin  (“taypin”  sözü  çin  dilində  “dinc”, 
“sülhsevər”demək  idi)  vətəni  olan  Kvantun  əyalətini  sosial  iğtişaş  bürüdü.  Tiryək 
müharibəsindən  sonra  hökumətin  nüfuzu  tənəzzülə  uğramışdı,  qulluqçular  icma 
düşmənçiliyini  barışdırmaq  sahəsində  öz  qabiliyyətlərini  itirmişdilər.  Belə 
münaqişələrin  ən  böyüyü  yerli  sakinlərlə  gəlmə  sakinlər  adlanan  hakkalarla  –  onlar 
keçmiş  vaxtlarda  bu  əyalətə  mərkəzi  Çindən  gəlmişdilər,  baş  verdi.  Yeni  din  kimi 
yaranan  Allaha  sitayiş  edənlər  assosiasiyasının  ardıcılları  şaxtaçılar,  ağac  kömürü 
istehsal  edən  fəhlələr  və  kasıb  kəndlilər  idi.  Onların  əksəriyyəti  hakkalara  məxsus 
adamlar  idi.    Üsyana  Tiryək  müharibəsi  nəticəsində  meydana  gələn  yüksək 
inflyasiyaya  nəticəsində  və  iri  mülkədarların  qoyduqları  ağır  vergidən  daha  çox 
yoxsullaşan minlərlə kəndlilər qoşulmuşdular.  
1851-ci  ildə  yaranan  yeni  dövlət  Taypin  Tien-kuo  (Böyük  sülhün  səma 
səltənəti)  adlanırdı.  Taypin  üsyanının  başçısı  Hun  Hsiu-çüan  özünü  İisus  Xristin 
qardaşı  adlandırırdı  və  o,  Səma  kralı  elan  edildi.  Yeni  dövlət  iri  torpaq  sahibliyinin 


85 
 
ləğv  edildiyini  elan  etdi.  Torpaqlar  bərabər  qaydada  bölünməli  və  xalqa  paylanmalı 
idi.  1852-ci ildə onlar imperial ordunu mühasirədə saxladı, sonra mühasirəni qaldırıb, 
Hunanın içərilərinə soxuldular. 1853-cü ildə Nankini işğal edib, onu özlərinin paytaxtı 
etdilər.  
Taypin dininin özəyi monoteizm olmaqla fundamental protestant xristianlığına 
bənzəyirdi.  Bu  din  həm  də  güclü  anti-mancurizmlə  (Tsin  sülaləsinin  hakimiyətinə 
qarşı mübarizə kimi) qarışmaqla, Çin mədəni ənənəsinə qarşı münasibətdə də tolerant 
deyildi.  Bu  siyasi-dini  mürəkkəblik  Taypinin  döyüşən  ruhu  tərəfindən  möhkəm 
qaydada dəstəklənirdi. Taypin dini ideyalarının, əxlaqının və institutlarının başlanğıcı 
öz  izini  Çin  ənənəsindən  götürə  bilərdi.  Taypinlər  Nankində  məskunlaşdıqdan  sonra 
kənd  məmurları  təyin  edildi,  primitiv  kommunizm  ideyalarına  uyğun  olaraq  onlar 
əkin  torpaqlarını  yenidən  bölüşdürməyi  planlaşdırırdılar.  Lakin  faktiki olaraq  torpaq 
islahatı  həyata  keçirilən  deyildi,  kəndlərdə  məmur  vəzifələri  başlıca  olaraq  keçmiş 
torpaq sahibləri və ya yerli hökumətlərin məmurları ilə dolmuşdu.  
1853-cü  ilin  mayında  Taypin  Şimali  Çinə  ekspedisiya  göndərdi,  lakin  1855-ci 
ilin  yazında  nəticədə  məğlub  oldu.  Bundan  sonra  Yantszı  vadisindəki  əlamətlər 
mübarizənin başlıca  səhnəsinə çevrildi. Həmin illərin hökumət orduları pis  intizama 
malik  idilər,  ona  görə  də  başqa  çıxış  yolu  olmadığından  yerli  milisə  bel  bağlamalı 
olurdular. Bu yerli ordular kənd fermerlərindən ibarət idi və Konfutsi ortodoksiyasını 
himayə  etmək  missiyasından  və  sadəcə  öz  kəndlərini  mühafizə  etməkdən  daha  çox 
geniş  miqyaslı  əməliyyatlar  həyata  keçirirdilər.  Yerli  kiçik  torpaq  sahibləri  onları 
lazım olan pul fondu ilə təmin edirdilər. 
Çindəki  Taypin  üsyanı  (1850-1864-cü  illər)  nəticəsində  on  milyonlarla  insan 
həlak  olmuşdu.  Bu  tarixdəki  ən  qanlı  və  dağıdıcı  vətəndaş  müharibəsidir.  Bəzi 
tarixçilər  mübaliğəyə  yol  verərək,  onun  qurbalarının  sayını  bəşəriyyətin  I  Dynya 
müharibəsində verdiyi dəhşətli rüsumun miqdarı ilə müqayisə edirlər. Əlbəttə, tarixdə 
əvvəllər mövcud olmuş və onunla elə eyni vaxtda gedən vətəndaş müharibələrindən 
kəskin  surətdə  fərqlənirdi.  ABŞ-da  təqribən  eyni  dövrdə  gedən  Vətəndaş 
müharibəsində isə həlak olanların sayı 600 min nəfər olmuşdu. 
Taypin  tədricən  darmadağın  edildi  və  1861-ci  ilin  oktyabrında  inqilabi  səbəb 
artıq  sıradan  çıxdı.  1864-cü  ilin  iyulunda  Nankinin  ələ  keçirilməsi  ilə  dünya 
tarixindəki ən böyük vətəndaş müharibələrindən biri başa çatdı. Onların enerjiləri də 
tükəndi.  Üstəlik,  din  fanatizm,  baxmayaraq  ki,  onu  döyüşçülərin  özü 
ilhamlandırmışdı,  hərbi  və  inzibati  işləri  ələ  keçirməyə  mane  oldu.  Ənənəvi 
mədəniyyətə  qarşı  dözümsüzlük  də  həmçinin  xırda  torpaq  sahiblərini  və  onlara 
bənzərləri bu hərəkatdan uzaqlaşdırırdı.  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə