24
dərisindən, yaxşı emal edildikdən sonra müxtəlif məişət əşyaları, həmçinin paltar
məqsədilə istifadə olunurdu.
Çinin əsas mənəvi mədəniyyətinin əsası b.e.ə. III minillikdə Huan Ho çayının
vadisində yaşayan protoçin tayfalarının yazısız mədəniyyətində qoyulmuşdur. Bu vaxt
çin ənənəvi naturfəlsəfəsinin əsas aparatları: dünyanın kişi başlanğıcı yan və qadın
başlanğıcı in, dünyanın beş ilkin elementləri – ağac, metal, torpaq, su və od işlənib
hazırlanmışdır. Tarix hesabının və təqvimin yaradılması da həmin dövrə aiddir. Onlar
göy cisimlərinin və təbiətin illik dövrlərinin müşahidələrinin məlumatları üzərində
qurulurdu.
Qədim çinlilər çox sayda ilahi qüvvələrə sitayiş edirdilər, lakin onların sitayiş
etdikləri əsas
predmet əcdadlar idi, onlara pərəstiş güclü ailə təşkilatlanması
şəraitində
meydana gəlmişdi. Bu ailələrin daxilində ictimai rolların dəqiq bölünməsi mövcud idi.
Protoçin tayfalarının cəmiyyətində həm ailədə, həm də dövlət təşkilatlarında
kiçiklərin böyüyə qeyd-şərtsiz tabe olması adamlar arasındakı münasibətlərin təməli
idi.
Konfutsi fəlsəfəsi
B.e.ə. I minilliyin ikinci yarısında Çin fəlsəfəsinin əsas cərəyanları formalaşdı.
Onlar bu ölkədə ən son vaxtlaradək fəlsəfi və ictimai fikirin inkişafının əsası kimi
xidmət göstərmişdir. Çin ənənəvi fəlsəfəsi müasir ölkənin də ictimai fikrinə təsir
göstərməkdə davam edir. Çjou epoxasının fəlsəfi məktəblərindən hər biri öz xüsusi
ideyalar kompleksini işləyib hazırlayırdı. Bu dövrün bütün məktəbləri qədim yazılı
mətnlərin nüfuzunu
etiraf edir, onları öz təlimlərinin mənbəyi hesab edirdilər.
Konfutsinin (b.e.ə. 551-479-cu illər) təlimi hər şeydən əvvəl əxlaq və etika
problemlərini işləyib, hazırlayırdı. Konfutsinin özü nəsil əyanları epoxasının və
«müharibə aparan çarlıqlar» dövrünün ideoloqu olmaqla hesab edirdi ki, onun
dövründə mövcud olan adətlər və ictimai qaydalar qədim Sya sülaləsinin (güman
edildiyinə görə b.e.ə. XXI-XV əsrlər) dövründəki və Çjou sülaləsinin
hakimiyyətindən əvvəllərdəki (Qərbi Çjou, b.e.ə. 1027-771-ci illər) həmin adətlərin
və qaydaların unudulması nəticəsində meydana gəlmişdir. Buna görə də o, müasiri
olan hökmdarların vəzifəsini həmin sülalələrin banilərini təqlid etməkdə görürdü.
Ailədə və dövlətdə qaydanın əsasını Konfutsi hər bir adamın ailə və ictimai
münasibətlər strukturunda yerini dəqiq müəyyən etməkdən ibarət olduğunu hesab