282
olduğunu dərk etməlidir. Çünki heç nə bizi də onun məhəbbətindən ayıra bilməz.
Bu məhəbbətə layiq olduğumuzu nifrətdə deyil, yaxınlıqda, səmimiyyətdə,
birləşməkdə, mənəvi və ruhi yüksəkliyimizdə tapmalıyıq. Allahın ismarıcının
bizim yanımızda, bizim nitqimizdə və bizim ürəyimizdə olduğunu unutmasaq, bu
inamın köməkliyi ilə biz birlikdə, hansı dinə sitayiş etməkdən asılı olmayaraq
dünyanı daha da yaxşılaşdıra, hiddət və nifrətdən təmizləyə bilərik. Allaha
inananların ümidi heç vaxt boşa çıxmayacaqdır. Belə nikbin hisslər hətta incikliyi
də unutmağa kömək etməlidir.
Bəd əməllərdən, şər işlərdən, yalan sözün ifadəçisi olmaqdan, bir sözlə səhv
addımlardan və büdrəmələrdən qorunmaq daim vacib vəzifə sayılmalıdır. Sayıqlıq
büdrəmələrdən qorunmağa kömək edir, hətta onun qarşısını ala bilir. Büdrəmələr
isə bəzən cinayətdən də betər olur.
“525-ci qəzet”, 27, 28.09.2006
Antiislam təbliğatı və ya faciəli geriyə doğru
irəliyə çağırış
Nəcib dalğa yayan kəhrəba (electrum) təbiətli
mömin dostlara
XXI əsrin başlanğıcından islam əleyhinə təbliğat xeyli güclənmişdir. Ayrı-
ayrı ölkələrdə baş verən terror hadisələrindən sonra gündəlikdən çıxmayan
müsəlman ekstremizmi barədə iddialar, söhbətlər baş alıb gedir. İslama qarşı
nifrəti, kini şiddətləndirmək üçün bir-birinin ardınca törədilən cinayətlərdən böyük
canfəşanlıqla istifadə edilir, terrorçuların dini və milli mənsubluğu əsas
götürülərək, onların mənfur icraçılarından daha çox bütövlükdə müsəlman aləmi
ittihamlara məruz qalır. Artıq gündəliyə “beynəlxalq terrorizm” məfhumu möhkəm
daxil olmuş və təəssüf ki, konkret cinayətkarlardan daha tez-tez mücərrəd ümumi
təqsirkarı nişan vermək belə qərəzli və ağılsız təbliğat üçün üstün əhəmiyyət
daşımağa başlamışdır. Əlbəttə, heç kim, miqyasından asılı olmayaraq insan həyatı
itkisi və böyük maddi ziyanla nəticələnən və bu qəbildən olan ağır cinayət
hadisələrinin baş verməsi faktını inkar edə bilməz, terrorçular təkcə qanun
qarşısında deyil, həm də insanların mənəvi mühakiməsi qarşısında kəskin surətdə
məhkum edilmə cəzasından qaça bilməməlidirlər. Guya nifrət hisslərindən yaranan
terrorun özü və onu törədənlər sərt nifrət hədəfinə çevrilməlidirlər.
Beynəlxalq terrorizmin meydana gəlməsi
Terror özlüyündə nə qədər iyrənc bir əməl olsa da, hiperbola qaydasında
təsəvvür olunan hansısa səbəb və motivasiyalara malikdir. Lakin bu səbəb və
motivasiyalar da ona haqq qazandıra bilməz. Ayrı-ayrı fərdlər və qruplar mövcud
hökumətlərə qarşı müxalifət qaydasında terror hərəkətlərinə əl atdıqda, bu, müasir