Telman orucov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə141/171
tarix17.11.2017
ölçüsü5,01 Kb.
#10701
1   ...   137   138   139   140   141   142   143   144   ...   171

282 
 
olduğunu dərk etməlidir. Çünki heç nə bizi də onun məhəbbətindən ayıra bilməz. 
Bu  məhəbbətə  layiq  olduğumuzu  nifrətdə  deyil,  yaxınlıqda,  səmimiyyətdə, 
birləşməkdə,  mənəvi  və  ruhi  yüksəkliyimizdə  tapmalıyıq.  Allahın  ismarıcının 
bizim yanımızda, bizim nitqimizdə və bizim ürəyimizdə olduğunu unutmasaq, bu 
inamın  köməkliyi  ilə  biz  birlikdə,  hansı  dinə  sitayiş  etməkdən  asılı  olmayaraq 
dünyanı  daha  da  yaxşılaşdıra,  hiddət  və  nifrətdən  təmizləyə  bilərik.  Allaha 
inananların ümidi heç vaxt boşa çıxmayacaqdır. Belə nikbin hisslər hətta incikliyi 
də unutmağa kömək etməlidir. 
Bəd əməllərdən, şər işlərdən, yalan sözün ifadəçisi olmaqdan, bir sözlə səhv 
addımlardan və büdrəmələrdən qorunmaq daim vacib vəzifə sayılmalıdır. Sayıqlıq 
büdrəmələrdən  qorunmağa  kömək  edir,  hətta  onun  qarşısını  ala  bilir.  Büdrəmələr 
isə bəzən cinayətdən də betər olur. 
“525-ci qəzet”, 27, 28.09.2006 
 
 
 
Antiislam təbliğatı və ya faciəli geriyə doğru 
 irəliyə çağırış 
 
Nəcib dalğa yayan kəhrəba (electrum) təbiətli  
mömin dostlara 
 
XXI  əsrin  başlanğıcından  islam  əleyhinə  təbliğat  xeyli  güclənmişdir.  Ayrı-
ayrı  ölkələrdə  baş  verən  terror  hadisələrindən  sonra  gündəlikdən  çıxmayan 
müsəlman  ekstremizmi  barədə  iddialar,  söhbətlər  baş  alıb  gedir.  İslama  qarşı 
nifrəti, kini şiddətləndirmək üçün bir-birinin ardınca törədilən cinayətlərdən böyük 
canfəşanlıqla  istifadə  edilir,  terrorçuların  dini  və  milli  mənsubluğu  əsas 
götürülərək,  onların  mənfur  icraçılarından  daha  çox  bütövlükdə  müsəlman  aləmi 
ittihamlara məruz qalır. Artıq gündəliyə “beynəlxalq terrorizm” məfhumu möhkəm 
daxil olmuş və təəssüf ki, konkret cinayətkarlardan daha tez-tez mücərrəd ümumi 
təqsirkarı  nişan  vermək  belə  qərəzli  və  ağılsız  təbliğat  üçün  üstün  əhəmiyyət 
daşımağa başlamışdır. Əlbəttə, heç kim, miqyasından asılı olmayaraq insan həyatı 
itkisi  və  böyük  maddi  ziyanla  nəticələnən  və  bu  qəbildən  olan  ağır  cinayət 
hadisələrinin  baş  verməsi  faktını  inkar  edə  bilməz,  terrorçular  təkcə  qanun 
qarşısında deyil, həm də insanların mənəvi mühakiməsi qarşısında kəskin surətdə 
məhkum edilmə cəzasından qaça bilməməlidirlər. Guya nifrət hisslərindən yaranan 
terrorun özü və onu törədənlər sərt nifrət hədəfinə çevrilməlidirlər. 
 
Beynəlxalq terrorizmin meydana gəlməsi 
 
Terror  özlüyündə  nə  qədər  iyrənc  bir  əməl  olsa  da,  hiperbola  qaydasında 
təsəvvür  olunan  hansısa  səbəb  və  motivasiyalara  malikdir.  Lakin  bu  səbəb  və 
motivasiyalar da ona haqq qazandıra bilməz. Ayrı-ayrı fərdlər və qruplar mövcud 
hökumətlərə qarşı müxalifət qaydasında terror hərəkətlərinə əl atdıqda, bu, müasir 


283 
 
Qərb  cəmiyyəti  və  həmçinin  bütün  dünya  üçün  qorxulu  bir  aspektə  çevrilir.  Hələ 
1996-cı  ildə  ABŞ  prezidenti  Bill  Klinton  terrorizmi  “bizim  nəslimizin  düşməni” 
adlandırmışdı.  Artıq  1970-ci  və  1980-ci  illərdə  terrorizm  narahatlığı  Birləşmiş 
Ştatlarda  və  bir  sıra  Avropa  ölkələrində  çox  hallarda  xarici  siyasətin  başlıca 
məsələsinə  çevrilmişdi.  Kiçik  terrorçu  qruplar  heç  nəyə  məhəl  qoymadan  mülki 
adamları öldürür, bomba partlatmaqla, girov götürməklə, təyyarələri qaçırmaqla öz 
tələblərinə diqqət göstərilməsi naminə və ya siyasi məqsədlərinə çatmaq üçün ayrı-
ayrı dövlətlərdə stabilliyi pozmağa cəhd edirdilər. 
Terror  əməliyyatları  üçün  motivasiyalar  müxtəlif  cür  olurdu.  Belə 
əməliyyatlar  həm  də  silahlı  millətçilər  tərəfindən  törədilirdi,  məqsədləri  isə 
özlərinin  separatçı  dövlətlərini  yaratmaq  idi.  Bu  vaxt  həm  də  onlara  rəğbət 
bəsləyən  yerli  əhalidən  xeyli dəstək  alırdılar. Azərbaycan  öz  taleyində  belə  terror 
sınağının baş verməsinin şahidi olmuşdu. 
1980-ci illərdə sol və sağ təmayüllü terrorçuların fəaliyyəti tənəzzülə uğrasa 
da,  beynəlxalq  terrorizm  özünü  biruzə  verirdi.  1967-ci  ildə  İsrailə  öz  ərazilərini 
itirən  bir  sıra  silahlı  fələstənli  qisas  əlaməti  kimi  işğalçını  dəstəkləyənlərə  qarşı 
terror  hücumları  etdilər.  Fələstin  terrorçuları  bütün  Avropa  dövlətlərində 
əməliyyatlar  aparırdılar.  1988-ci  ilin  dekabrında  Frankfurtdan  Nyu-Yorka  uçan 
Pan-Amerikan təyyarəsi Şotlandiyada partladıldı, bu hadisədə 258 nəfər sərnişin və 
gəmi heyətinin üzvü həlak olmuşdu. 
Əh  dəhşətli  və  dağıdıcı  terrorizm  əməliyyatlarından  biri  isə  11  sentyabr 
2001-ci ildə Birləşmiş  Ştatlarda  törədildi. Dörd  qrup terrorçu kommersiya  reaktiv 
təyyarələrini  uçuş  zolağından  qalxdıqdan  sonra  ələ  keçirdilər.  İki  təyyarə  Nyu-
York şəhərindəki Dünya Ticarət Mərkəzinin “twin”  - “ekizlər” adlanan göydələn 
binalarının  qüllələrinə  çırpıldı,  bu  iki  tikili  və  qonşuluqdakı  bir  neçə  bina  həmin 
zərbələrdən  uçdu.  Üçüncü  təyyarə  paytaxt  Vaşinqton  yaxınlığındakı  Pentaqona 
çırpıldı  və  yanğın  törətdi.  Dördüncü  təyyarə  də  qaçırıldıqdan  sonra  Vaşinqtona 
istiqamət götürmüşdü, Pennsilvaniya zonasında qəzaya uğradı. Çox güman ki, bu, 
banditlərə müqavimət göstərən qəhrəman sərnişinlər qrupunun fədakarcasına cəhdi 
nəticəsində  baş  vermişdi.  Bütövlükdə,  dörd  təyyarədəki  sərnişinlər  daxil  olmaqla 
üç minə yaxın adam həlak olmuşdu. 
Bu  bir-birilə  əlaqələndirilən  terror  əməliyyatlarını  beynəlxalq  terrorçu 
təşkilat  kimi  tanınan  Əl-Qaydaya  bağlı  olan  təyyarə  qaçıranlar  icra  etmişdilər. 
Təşkilatın  rəhbəri  2011-ci  ildə  amerikan  xüsusi  təyinatlı  dəstəsi  tərəfindən  qətlə 
yetirilən Üsamə ben Laden idi. O, Səudiyyə Ərəbistanından olmaqla Əfqanıstanda 
terrorçu  məşq  düşərgəsi  yaratmışdı,  orada  Taliban  kimi  tanınan,  milli  silahlı 
fundamentalist  islamçı  hakimiyyət  tərəfindən  himayə  edilirdi.  Bundan  əvvəl  də 
ABŞ-da  baş  vermiş  terror  əməliyyatlarına  görə  ben  Ladendən  şübhələnilmişdi. 
Onun  fəaliyyəti  Sovet  ordusu  ilə  vuruşan  əfqan  mücahidlərinə  kömək  gostərmək 
qaydasında başlamışdı və həmin dövrdə onu məhz ABŞ yetişdirmişdi. 
Qərbə,  xüsusən  Birləşmiş  Ştatlara  qarşı  terrorçu  əməllər  özünün  başlıca 
mənbəyini  bəzi  müsəlman  ölkələrindən  götürür.  Şübhəsiz  ki,  davam  edən  İsrail-
Fələstin münaqişəsi, bu qarşıdurmada Birləşmiş Ştatlar İsraili möhkəm dəstəkləyir, 
çox sayda müsəlmanlar arasında anti-Qərb, xüsusən anti-Birləşmiş Ştatlar hissinin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə