Telman orucov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə137/171
tarix17.11.2017
ölçüsü5,01 Kb.
#10701
1   ...   133   134   135   136   137   138   139   140   ...   171

274 
 
izlərini  yox  etmək  böyük  səylər  göstərmək,  təhlükəli  qarşıdurma  hallarının 
qarşısını  almaq  üçün  əlavə  tədbirlər  görmək  lazım  gəldi.  Karikaturaçı  rəssam  və 
qəzetin  naşiri  ya  sadəlövhlükdən  öz  əməllərinin  hansı  miqyasda  problemlər 
yaradacağını  görməmişdilər,  yaxud  da  öz  məkrlərinin  bəhrəsindən  böyük  sevinc 
duyacaqlarını  düşünərək  nəticənin  hansı  rənglər  alacağını  güman  etməmişdilər. 
Nəhayət,  müsəlmanları  bürüyən  nifrət  dalğasını  çətinliklə  də  olsa  yatırtmaq 
mümkün  oldu.  Bircə  onu  demək  kifayətdir  ki,  bu  biabırçı  işə  girişənlər  hansı 
məqsədi güdsələr də, siyasi cəhətdən piqmey olduqlarından uzağa baxa bilməzdilər 
və onların mənəvi üfüqləri də özləri kimi kiçik və dar idi. 
Belə xoşagəlməz, hiddət doğuran halların qarşısını almaq  əvəzinə, biz daha 
qorxulu retsidivlərlə qarşılaşdıq. Dünya siyasətinə təsir etmək imkanına malik olan 
adamlar belə bu “fəaliyyət dairəsində” bulunmaqdan yan keçmirlər. İisus Xristosun 
sülhə  səsləyən  çıxışlarına  uyğun  olaraq,  islamofobiya  isterikasını  yatırtmaq 
vəzifəsini  öz  üzərinə  götürməli  olan  Dünya  Katolik  dininin  başçısından  bu 
yaxınlarda əksinə yeni münaqişə yaratmağa xidmət edən bəyanat eşidildi. Sonrakı 
izahatlar  və  diplomatik  jestlər  nəzərə  alınsa  belə,  bu  bəyanat  əslində  heç  də 
sivilizasiyalar arasındakı etimadsızlığı və kini zəiflətməyə istiqamətlənməmişdi. 
Roma  Papası  XVI  Benedikt  öz  vətəni  olan  Almaniyada,  bir  vaxtlar 
ilahiyyatdan  dərs  dediyi  Bavariyadakı  Regensburq  universitetində  katolik  dininin 
problemlərinə  həsr  olunmuş  elmi  mühazirə  ilə  çıxış  edəndə,  anlaşılmayan  bir 
şəraitdə  problemlərin  həlli  yollarından  danışarkən  islam  dininin  banisinin 
xatirəsinə  daş  atmaqdan  çəkinmədi.  Pontifik  XIV  əsrin  sonu,  XV  əsrin 
əvvəllərində  Bizans  imperatoru  olmuş  II  Manuil  Paleoloqun  hədyan  sözlərini 
Müqəddəs Yazının ifadələri kimi xüsusi ehtiramla dilə gətirdi: “Məhəmmədin yeni 
nə gətirdiyini mənə göstərin və siz görərsiniz ki, o, dini qılıncla yaymaq əmri kimi 
şər və insanlığa yaraşmayan şeyləri moizə edirdi”. 
Roma Papası heç də sadəlövh adam deyil, böyük biliyə, kilsə fəaliyyəti və 
həyat  təcrübəsinə  malikdir.  O,  bu  sözlərin  məna  yükünü  yaxşı  anlamamış  deyildi 
və  sual  olunur  ki,  təhqiramiz  və  həm  də  həqiqətdən  uzaq  olan  ifadəni  əsrlərin 
qaranlığından  dartıb  işığa  çıxartmağa  nə  ehtiyac  vardı?  Manuil  öz  dövrünün 
xristian  dünyasının  ruhuna  və  mövqeyinə  uyğun  düşməncəsinə  danışırdı  və  bu 
kontekstdə  heç  cür  haqq  qazandırmaq  mümkün  olmasa  da,  onu  anlamaq 
mümkündür.  Avropada  iki  əsrə  qədər  davam  edən  Səlib  yürüşlərinin  əks-  sədası 
qalırdı,  Bizans  imperatorunu  axırıncı  sayılan  səkkizinci  səlib  yürüşündən  vur-tut 
bir  əsrlik  zaman  məsafəsi  ayırırdı.  Axı  bir  vaxtlar  evinə  Yerusəlimdən  məktub 
yazan səlibçi lovğalanırdı ki, o, atını “dinsizlərin” dizə çıxan qanı içərisində çapır. 
Osmanlı  orduları  isə  Avropanı  lərzəyə  salanda  belə  heç  vaxt  dəhşətli  qırğın 
səhnələrinə, günahsız insanların öldürülməsinə əl atmamışdı. 
Manuil  həm  də  din  xadimi  idi  və  ortodoks  yunan  kilsəsinə  xidmət  isə  belə 
iftira  və  böhtanlardan  keçirdi.  Mövqeyinin  nə  qədər  səmimi  olub-olmadığını 
müəyyən  etmək  üçün  onun  həyat  yoluna,  türklərlə  (başqa  sözlə,  müsəlmanlarla) 
necə  yaxınlıq  etdiyi  mərhələlərə  nəzər  salmaq  yaxşı  olardı.  Manuili  bəraətə 
yaxınlaşdıran  digər  bir  cəhət  isə,  bu  sözləri  onun  kütlə  qarşısındakı  çıxışında, 
moizədə  deyil,  müsəlman  ilahiyyatçısına  yazdığı  məktubda  işlətməsidir  və  bunun 


275 
 
onun səhv mövqeyinin səmimi iddiası kimi də qəbul etmək olar. 
II  Manuil  Paleoloq  kimdir  və  o,  həqiqətənmi  türklərlə,  ünsiyyətdə  olduğu 
müsəlmanlarla  düşmənçilik  münasibətlərində  olub?  Birinci  hissəyə  cavab 
verməmişdən əvvəl, sonuncu suala mənfi cavab vermək lazım gəlir. 1391-ci ildən 
34  il  ərzində  Bizans  imperatoru  olmuş  II  Manuil  hökmranlığı  dövründə  öz 
diplomatiyası  hesabına  Osmanlı  türkləri  ilə  dinc  münasibətlər  qurmağı  bacarıb, 
bununla  da  Bizans  imperiyasının  tam  işğalını  50  ilə  qədər  təxirə  saldıra  bilib. 
Manuil  fasilələrlə  yarım  əsr  ərzində  hökmranlıq  etmiş  IV  İoann  Paleoloqun  oğlu 
idi  və  atasına  qarşı  uğursuz  qiyam  qaldırmış  öz  böyük  qardaşı  IV  Andronikdən 
sonra, 1373-cü ildə imperatorun varisi elan edilmiş və imperator kimi taclanmışdı. 
O, 1376-cı ildə Konstantinopolu və taxt-tacı ələ keçirmiş Andronikdən onları üç il 
sonra  geri  almaqda  atasına  köməklik  etmişdi.  Ata  və  oğul  tacı  məhz  türklərin 
köməyi ilə aldıqlarından, buna görə sultana təzminat ödəməyə və ona hərbi kömək 
göndərməyə  məcbur  edilmişdilər.  Bir  il  sonra  isə,  bu  dəfə  Andronikin  oğlu  VII 
İoann Konstantinopolu və taxt-tacı tutmuş, lakin onu geri almaqda yenə də türklər 
Manuilə və atasına köməklik göstərmişdilər. Manuil Sultan I Bəyazidin sarayında 
itaətdə  olan  vassal  kimi  saxlanmağa  vadar  edilmiş,  1391-ci  ildə  atasının  ölüm 
xəbərini aldıqdan sonra Konstantinopola qaçana qədər orada qalmışdı. 
Türklər 1396-cı ildə Fessaliyanı və Moreyanı viranə qoyanda Manuil kömək 
xahiş  etmək  üçün  Qərbə  yollandı.  Romada,  Milanda,  Londonda  və  Parisdə  oldu, 
axırıncıda  iki  ilə  qədər  qaldı.  Qərblə  mədəni  əlaqələri  inkişaf  etdirməkdə  xeyli 
irəliləyiş  əldə  edilsə  də,  Qərbdən  gözlədiyi  hərbi  yardımın  alınması  baş 
tutmamışdı. 
Manuil  1403-cü  ildə  sultan  I  Mehmetlə  sülh  müqaviləsi  bağlamış,  türklərə 
təzminat ödənilməsinə son qoymuşdu. Sülh münasibətləri Sultanın öldüyü 1421-ci 
ilə  qədər  davam  etmiş,  həmin  ildə  Manuil  dini  və  ədəbi  maraqları  naminə  dövlət 
işlərindən aralanmışdı. Onun oğlu bu vaxt Türkiyə və Bizans hökmdarları arasında 
qurulmuş kövrək əlaqələrə məhəl qoymayaraq, türk taxt-tacına qanuni varis olan II 
Muradın  əleyhinə,  buna  iddia  edən  Mustafanı  dəstəkləmişdi.  Murad  qiyamı 
yatırdıb, 1422-ci ildə Konstantinopolu mühasirəyə aldı. Şəhər işğal təhlükəsindən 
qaça  bildi,  lakin  türklər  sonrakı  il  Peloponnesi  viranə  qoydular.  Alçaldıcı 
müqaviləni  imzalamağa  məcbur  edildikdən  sonra  Manuil  monastıra  yollandı  və 
1425-ci  ildə  öldü.  “Britannica”  ensiklopediyası  onun  haqqında  bu  məlumatları 
verir. 
Manuil islama qarşı hörmətsizlik etsə də, bu dinin daşıyıcıları olan türklərin 
qüdrəti ilə daim hesablaşmaq məcburiyyətində qalırdı. 
Roma Papası elə həmin çıxışında onu da qeyd etmişdir ki, öz qarşısında heç 
də  müasir  fikrin  “saatını  geri  döndərmək”  və  bəşəriyyətin  tərəqqisini  nəzərə 
almamaq  vəzifəsini  qoymayıb.  O,  iman  və  zəkanın  yeni  qaydada  birləşməsi  ilə 
kilsənin  hiss  etdiyi  təhlükənin  aradan  götürüləcəyinə  ümid  bəslədiyini  də 
bildirmişdir.  Görəsən,  bəs  altı  yüz  il  əvvələ  qayıdıb,  ixtilafları  təzələmək  müasir 
düşüncəni arxaizmə yuvarlandırmaq cəhdi deyilmi? 
XVI  Benediktin  çıxışı  bütün  dünyada  müsəlman  liderlərinin  qəzəbli 
reaksiyasını  meydana  gətirdi.  Bəziləri  bunu  hətta  nifrət  hissi  kimi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə