Telman orucov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə138/171
tarix17.11.2017
ölçüsü5,01 Kb.
#10701
1   ...   134   135   136   137   138   139   140   141   ...   171

276 
 
qiymətləndirmişdi.  Buna  təəccüblənməyə  də  ehtiyac  yoxdur,  axı  müsəlmanların 
etirazı  haqqdan  irəli  gəlir,  lakin  bu  etirazın  hiddət  plankasını  yüksəltmək  islam 
dünyasının  özünün  tolerantlığına  xələl  gətirərdi.  Ona  görə  də  hətta  sözlərdən 
ehtiyatla  istifadə  etmək,  hissləri  qızışdırmağa  uymamaq  düzgün  olardı.  Bəzən  bir 
kəlmə böyük faciələrə yol açır. 
Matfeyin  İncilində  deyildiyi  kimi,  İisus  vaxtilə  ac  olduğundan  yol 
qırağındakı  bir  əncir ağacından  meyvə  qoparıb,  yemək  istəyəndə,  ağacın üstündə 
yarpaqdan başqa heç nə tapmadı və buna görə ağaca dedi: “Sən bir daha heç vaxt 
meyvə  gətirməyəcəksən!”  Nəhayət,  əncir  ağacı  tamam  qurudu.  Şagirdləri  bunu 
görüb  təəccübləndilər:  “Ağac  necə  belə  tez  qurudu?”  –  deyə  soruşdular.  Iisus 
cavab verdi: “Mən sizi əmin edirəm ki, əgər siz inansanız və şübhə etməsəniz, siz 
mənim  bu  əncir  ağacına  etdiyimi  təkrarlamağa  qadir  olacaqsınız”.  Iisusun  əncir 
ağacını  lənətləməsindən  min  illərdən  də  artıq  vaxt  keçdikdən  sonra  inkvizisiya 
bundan  geniş  istifadə  edib,  özünə  loyal  saymadığı  bütün  adamları  kafir 
adlandıraraq  məhv  edir,  sıradan  çıxarırdı.  Lənətdən  quruyan  ağacın  yerini  on 
minlərlə  insanın  puç  olmuş  həyatı  tutdu  və  xristian  kilsəsi  başqa  məqsədlə 
söylənmiş ehkamdan belə qəddarcasına istifadədən çəkinmədi. 
Əməkdaşlığa, təhlükə qarşısında birliyin vacibliyinə çağırışa ehtiyac olduğu 
bir  vaxtda  islama  bu  cür  –  hörmətə  uyğun  gəlməyən  qaydada  müraciət,  istənilən 
halda yolverilməz sayılmalıdır. Yox, əgər Papa başqa dini bütövlükdə “Kanossaya 
getməyə” dəvət etmək fikrinə düşübsə, bu heç cür başa düşülən deyil. Yepiskopları 
təyin  etmək  üstündə  mübarizədə  kilsədən  təcrid  edilmiş  və  vəzifəsindən 
kənarlaşdırılmış  müqəddəs Roma imperiyasının imperatoru IV Henrix öz rəqibi – 
Roma  Papası  VII  Qriqoridən  bağışlanmasını  yalvarıb,  xahiş  etmək  üçün  qarlı 
havada  Kanossa  qəsrinin  qarşısında  dayanıb,  alçaldıcı  qaydada  qəbul  edilməsini 
gözləyirdi.  İndi  başqa  bir  dini  alçaltmaq  həvəsinə  düşməklə  məgər  öz  dininin 
nüfuzunu  yüksəltmək  mümkündürmü?  İslamı  qılınc  gücünə  yayılmaqda 
günahlandıranlar  qoy  xristianlığın  tarixini  daha  diqqətlə  öyrənsinlər.  Xristian 
bayrağı  altında  Meksika  və  Perunu  fəth  edən  Kortes  və  Pisarro  hinduları  qırıb, 
şəhərlərini  dağıdanda  görəsən  yerli  əhaliyə  humanizm  dərsi  keçirdirlərmi?  Axı 
islam  heç  vaxt  inkvizisiya  kimi  kütləvi  təqiblərə  və  qırğınlara  rəvac  verməyib. 
İslamda  da  çoxlu  sektalar  mövcud  olsa  da,  onlar  “məqsəd  vasitələrə  haqq 
qazandırır”  fəaliyyət  devizini  meydana  çıxarmış  İezuitlər  ordeni  kimi  sərt 
qaydalara  əl  atmamışlar.  Digər  dinlərə  sitayiş  edən  müdrik  insanlar  belə  islam 
dininin  dünya  dinləri  arasında  ən  demokratik  din  olduğunu  etiraf  ediblər.  Bu  din 
irqindən,  milli  mənsubiyyətindən  və  dilindən  asılı  olmayaraq,  ona  iman  gətirən 
bütün  insanları  qardaş  elan  edib.  İslamda  din  xadimlərinin  rolu  olduqca  azdır, 
ayrıca  dini  mərkəz  və  xüsusi  dini  xadimlər  ierarxiyası  yoxdur.  Bu  dində  yalnız 
Allaha sitayiş edilir. Məhəmməd Peyğəmbər bütpərəstlərə qarşı amansız mübarizə 
aparsa  da,  tək  Allahın  mövcudluğunu  etiraf  edən  dinlərə  sitayiş  edənlərə  qarşı 
kəskin ayrı-seçkilik qoymamış, əksinə islam dini onların azacıq məhdudlaşdırılmış 
hüquqlarının  daim  müdafiəçisi  olub.  Ona  görə  də  ərəblərin  Avropada  ilk  işğal 
etdikləri İspaniyada və Siciliyada müsəlmanlarla xristianlar, işğalçı və tabe olanlar 
statusu nəzərə alınmaqla, mehriban şəraitdə yaşayırdılar. 


277 
 
Səlib yürüşlərinin islama hansısa bir cavab olduğu səbəbi qəbul edilsə belə, 
bu iddianın əsassızlığı üzə çıxır. Çünki axı müsəlmanlar onlardan çox uzaqda, bu 
yürüşlərə  çağırışın  reallaşdığı  Fransanın  şimalında  yerləşən  vilayətlər  üçün  hansı 
ciddi  təhlükə  törədə  bilərdi?  Digər  tərəfdən  müsəlmanların  İspaniyaya 
müdaxiləsində  az  sonra  işğala  müqavimət  hərəkatı  kimi  Rekonkista  meydana 
gəlmişdi.  Bu  hərəkatın  daha  geniş  vüsət  aldığı  dövrlərdə  belə  müsəlmanlar 
xristianlara qarşı kütləvi amansız tədbirlərə əl atmırdılar. 
Manuilin  qorxduğu  və  ehtiyatla  davrandığı  Türkiyədə  xristianlar  və  digər 
dinlərə mənsub olanlar sərbəst şəkildə öz dini itaətlərini icra edirdilər, bu vaxt heç 
bir təqibə və ya sıxışdırılmaya məruz qalmırdılar. Manuil həyatdan köçdükdən əsr 
yarım sonra, 1572-ci ildə Parisdə Müqəddəs Varfolomey gecəsində katoliklər eyni 
dindən  olan  huqenotların  qırğınını  təşkil  edərək,  bir  gecədə  3  min  nəfəri  qətlə 
yetirdikləri  halda,  elə  həmin  dövrdə  Osmanlı  imperiyasının  paytaxtı  olan 
İstanbulda  müsəlmanlarla  xristianlar  birlikdə  dinc  yaşayırdılar,  dini  ayrı-seçkilik 
zəminində onların arasında heç bir ciddi ixtilaf baş vermirdi. 
Bu  qırğından  sonra  huqenot  fransızlar  öz  katolik  qardaşlarının  amansız 
təqiblərinə dözməyib, doğma yurdlarını tərk edib, başqa ölkələrə qaçdıqları halda, 
Osmanlı  imperiyası  XVI–XVIII  əsrlərdə  belə  biabırçı  hallarla  üzləşməmişdi. 
Müqayisə  edildikdə  bu  vaxt  Fransada  huqenotlara  münasibət  Türkiyədə  qeyri-
müsəlman əhaliyə bəslənilən münasibətdən qat-qat pis idi. İspaniyada katoliklərin 
inkvizisiya  təqiblərindən  və  qırğınlarından  qaçan  yəhudilər  Türkiyədə  sığınacaq 
tapmışdı, xristian rahibləri isə Kappodokiyadakı dağlarda öz əlləri ilə düzəltdikləri 
süni  mağaralarda  tikdikləri  möcüzəni  andıran  evlərdə  sakit  həyat  sürür,  buradakı 
kilsələrdə maneəsiz olaraq dini ibadətlərini icra edirdilər. 
Bütün  bunlar  o  demək  deyil  ki,  islam  tarixi  Alp  dağlarının  qarı  qədər 
ağappaq və təmiz olaraq qalıb, onun səhifələrinə qan ləkəsi çilənməyib. İslam dini 
Ərəbistan  yarımadasının  kiçik  ticarət  şəhəri  olan  Məkkədə  meydana  gəlib,  bir 
tayfanın  hüdudlarından  kənara  çıxdıqdan  sonra  ətraf  ölkələrə,  sonra  Şimali 
Afrikaya  və  Avropanın  uzaq  qərbinə,  Mərkəzi  Asiyaya,  oradan  Hindistan 
subkontinentinə  və  daha  şərqə  istiqamət  götürərək  İndoneziyaya  qədər  yeni 
ərazilərdə yayılmağa başlayıb. Bu ərazilərin bir çoxuna islam, orduların hücumu, 
silahlı toqquşmalar nəticəsində gəlib, qanlı müharibələrin şahidi olub. Lakin dinin 
qılınc gücünə yayılması faktı həqiqətdən çox uzaqdır. Digər tərəfdən əgər o vaxtlar 
hələ  katoliklər  kimi  qalan  ingilislərlə  din  qardaşları  olan  fransızlar  arasındakı 
müharibə iki əsr ərzində yüz il davam etdiyi halda, islam dövlətləri, kiçik istisnalar 
nəzərə  alınmasa  bir-birini  taqətdən  salan  və  geniş  ərazilərin  işğalı  ilə  nəticələnən 
müharibələr  aparmayıb.  Avropanın  bir  regionunda  Yüzillik  müharibəyə  son 
qoyulduğu  elə  həmin  1453-cü  ildə  sultan  II  Mehmet  Fatehin  Konstantinopolu 
alması ilə min illik tarixi olan Bizans dövləti tarix səhnəsindən silindi və xristian 
aləmi bu ağır itkinin ağrısını uzun müddət unuda bilmədi. 
Əlbəttə,  müharibə  dini  moizələri,  ilahi  kitabın  vərəqlərini  bayraq  etməyi 
qəbul  etmir, silahlar danışmağa  başlayanda  nəcib  moizələr  də susmalı  olur. İslam 
dövlətləri  müharibə  aparanda  heç  də  çox hallarda  cihada  əl  atmayıb. Müharibələr 
ərazi tutmaq uğrunda getdiyindən buna dini don geyindirməyə də elə güclü ehtiyac 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə