Telman orucov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə146/171
tarix17.11.2017
ölçüsü5,01 Kb.
#10701
1   ...   142   143   144   145   146   147   148   149   ...   171

292 
 
ifadə  olunur.  Bunlara  Allaha  və  onun  peyğəmbəri  kimi  Məhəmmədə  inam 
gətirmək,  gündə  beş  dəfə  standart  dua  etmək  (namaz  qılmaq)  və  cümə  günü 
günorta ictimai dua ibadəti; müqəddəs ay olan Ramazanda səhər şəfəqlərindən gün 
batana  qədər  oruc  tutmaq;  ömürdə  bir  dəfə  də  olsa  həcc  kimi  tanınan  Məkkəyə 
ziyarət  etmək;  əgər  imkan  varsa  kasıblara  və  bədbəxtlərə  ianə  vermək.  Bu 
qaydalara əməl edən möminlərə cənnətdə əbədi yer vəd edilirdi. 
İslam təkcə dini inanc deyildi, həm də həyat yolu idi. Məhz bu səbəbdən də 
islama sitayiş edənlərin gündəlik həyatını nizamlayan qaydalardan ibarət “Şəriət” 
adlanan  qanun  məcəlləsi  yaradılmışdı.  Şəriətin  çox  sayda  müddəaları 
müsəlmanların  müqəddəs  kitabı  olan  Qurandan  götürülmüşdü.  Beş  dayaq 
sütununda  ifadə  olunan  göstərişlərlə  yanaşı  müsəlmanlara  spirtli  içki,  qumar  və 
zinanın  haram  və  günah  hesab  edilməsi  şəriətin  müddəalarına  daxildir.  İslamın 
totalitar mahiyyəti öz başlanğıcını şəriətdən göturür. 
İslam  dininin  meydana  çıxması  da  təsadüfi  bir  hal  deyildi.  Cənubi-Qərbi 
Asiyada  yaşayan  ərəblər  uzun  tarixə  malik  olmaqla,  Ərəbistan  yarımadasında 
yaşayırdılar.  Burada  daim  öz  mal-qarasına  su  və  qida  axtaran  bədəvilər  ağalıq 
edirdilər. İlkin dövrlərdə onlar əsasən qoyun otarmaqla və ya ötüb keçən karvanları 
soymaqla  dolanırdılar.  Sonralar  onlar  karvan  ticarəti  ilə  məşğul  olmağa 
başlamışdılar,  İran  körfəzi  ilə  Aralıq  dənizi  arasında  baş  əmtəə  daşıyıcılarına 
çevrilmişdilər. Əvvəllər ərəblər çoxallahlı idilər, lakin həm də Allah adlanan ali bir 
allah  var  idi  ki,  o,  digər  allahları  idarə  edirdi.  Burada  heç  bir  keşiş  yox  idi  və 
tayfanın bütün üzvləri inanc praktikasına cəlb edilmişdilər. Allah müqəddəs daşda 
rəmzlənirdi  və  hər  tayfa  öz  daşına  malik  idi.  Bütün  tayfalar  həm  də  iri  qara 
meteoritə - Qara Daşa sitayiş edirdilər və bu daş Məkkə şəhərindəki sonralar qiblə 
kimi tanınan Kəbə adlanan mərkəzi məsciddə yerləşirdi. 
Bizim eranın V və VI əsrlərində Ərəbistan yarımadası yeni əhəmiyyət kəsb 
etməyə başladı. Aralıq dənizindən başlanan ticarət yolu Məkkədən keçib Yəmənə 
gedirdi. Ərəbistan dənizində və Hind okeanında üzən gəmilər daha populyar oldu 
və  Ərəbistan  yarımadasındakı  Məkkə  kimi  icmalar  karvan  ticarəti  nəticəsində 
inkişaf etməyə başladı. Bunun nəticəsi kimi, səhradakı bədəvilərlə şəhərlərdə var-
dövləti  artan  tacir  sinifləri  arasındakı  gərginlik  yüksəlməyə  başladı.  Bu  gərgin 
dünyada Məhəmməd peyğəmbər meydana çıxdı. 
Məkkədə  tacir  ailəsində  doğulan  Məhəmməd  (bu  söz  hərfi  mənada 
“təriflənən”  mənasını  verir)  (570-632-ci  illər)  beş  yaşından  yetim  qalmışdı.  O, 
karvanı idarə edən kimi böyüyürdü və onu işə götürmüş varlı dul qadınla evləndi. 
Onun ömrünün ortalarında (40 yaşında) gözünə bir sıra görünmələr dəydi, vəhylər 
çatdırıldı.  O,  inandı ki, bunlar  məhz  Allah  tərəfindən  təlqin  edilir.  Allah  artıq öz 
varlığını  Moisey  və  İisus  vasitəsilə,  yəhudi  və  xristianlara  nazil  etdiyi  kitablar 
vasitəsilə  bildirmişdi.  Mələk  vasitəsilə  Məhəmmədə  çatdırılan  vəhylərdən  isə 
Quran meydana gəlmişdi. Quran Allah tərəfindən nazil olmaqla, onun ardıcıllarının 
necə  yaşamalı  olduğunu  göstərən  rəhbər  bir  sənəd  idi.  Allah  ən  qüdrətli  varlıq 
olmaqla  kainatı  və  onda  olan  hər  şeyi  yaratmışdır.  İnsanlar  əgər  əbədi  həyata 
çatmağa  arzu  edirlərsə,  özünü  Allaha  tabe  etməlidir.  Ona  sitayiş  edənlər  “islamı 
tətbiq edən” mənasını verən “müsəlmanlar” adlanırlar. 


293 
 
Vəhyləri  qəbul  etdikdən  sonra  Məhəmməd  Məkkə  əhalisini  inandırmağa 
çalışdı ki, onlar doğrudur. Əvvəlcə çoxları elə düşünürdü ki, o, dəlidir, bəziləri onu 
sehrbaz  adlandırırdı,  digərləri  isə  qorxurdular  ki,  onun  öz  ətrafındakı  pozulmuş 
cəmiyyətə hücumları artıq qoyulmuş sosial və siyasi qaydaları dağıdacaqdır. Hətta 
öz  doğma  tayfası  olan  gureyşlilərin  əksər  hissəsi  də  ona  müxalif  mövqədə 
dayanırdı.  Məkkəlilərin  onun  mesajını  qəbul  etməməsi  ilə  uğursuzluğa  düçar 
olmasından  narazı  qalan  Məhəmməd  onu  yaxından  dəstəkləyənlərlə  622-ci  ildə 
doğma  şəhəri  tərk  edib,  şimaldakı  rəqib  şəhər  olan,  sonralar  Mədinə 
(“Peyğəmbərin  şəhəri”)  adlanan  Yasribə  köçdü  (hicrət  etdi).  Mədinəyə  köç  ili 
tarixdə  “hicri”  –  “yola  düşmək”  mənasını  verən  kimi  tanınır  və  islamın  rəsmi 
təqviminin birinci ili hesab olunur. 
Məhəmməd Mədinəyə bu şəhərin bir sıra görkəmli adamları tərəfindən dəvət 
edilmişdi və tezliklə təkcə onun sakinlərinin deyil, həm də şəhər ətrafındakı bədəvi 
tayfaların üzvlərinin də dəstəyini qazandı. Bu qruplardan o, ilk müsəlman icmasını 
yaratdı. Müsəlmanlar siyasi və dini hakimiyyət arasında heç bir fərq görmürdülər. 
Allahın iradəsinə tabe olmaq onun peyğəmbəri Məhəmmədə tabe olmaq demək idi. 
Məhəmməd  tezliklə  həm  dini,  həm  də  siyasi  liderə  çevrildi.  Mədinədə  onun 
inzibatçılıq  istedadı  da  üzə  çıxdı.  Onun  siyasi  və  hərbi  ustalığı  ona  güclü  hərbi 
qüvvə yaratmağa imkan verdi və o, bir neçə uğurlu döyüşü arxada qoyaraq, 630-cu 
ildə  bu  qüvvə  ilə  Məkkəyə  qayıtdı.  Doğma  şəhərində  onu  artıq  qalib  kimi 
qarşıladılar və şəhər sakinlərini yeni dinə cəlb etdi. Məhəmmədin ideyaları buradan 
tezliklə  ətrafdakı  Ərəbistan  yarımadasına  yayıldı  və  qısa  müddət  ərzində  ərəb 
cəmiyyətinin dini və siyasi cəhətdən birləşməsinə səbəb oldu. 
İslamın ürəyində onun müqəddəs kitabı olan Quran dururdu və onun təməl 
xəbəri  ondan  ibarət  idi  ki,  Allahdan  başqa  allah  yoxdur  (“Lailahəilləllah”)  və 
Məhəmməd  onun  peyğəmbəridir  (“rəsuludur”).  Ən  mühüm  cəhət  o  idi  ki,  Quran 
səmavi  kitab  olmaqla  Məhəmmədə  vəhy  edilən  müddəaları  özündə  əks  etdirirdi. 
114 fəsildən (surədən) ibarət olmaqla Quran müsəlmanların dininin ehkamlarından 
xəbər verməklə yanaşı, onlar üçün əxlaq və qanun kodu kimi xidmət edir. 
İslam birbaşa istiqamətlənmiş və sadə inam idi, Allahın iradəsinə tabe olmaq 
lüzumunu  vurğulayırdı.  Məhəmməd  peyğəmbər  bu  dinin  köməyi  ilə,  həm  də 
özünün  ona  həsr  olunmuş  və  siyasi  fəaliyyəti  ilə  ərəbləri  vahid  dövlətdə 
birləşdirməyə  nail  oldu.  Bu  vaxta  qədər  isə  ərəblər  müxtəlif  dinlərə  sitayiş 
edirdilər,  ardı-arası  kəsilməyən  tayfa  münaqişələri  ilə  bölünmüşdülər.  Bütün 
dinlərə  məxsus  olan  insanları  birləşdirmək  vəzifəsi  islam  dini  tərəfindən  böyük 
uğurla həyata keçirilməyə başladı.  
Başqa  dinlərlə  müqayisəsinə  gəldikdə  üç  dünya  monoteist  dini  (iudaizm, 
xristianlıq  və  islam)  aralarındakı  münaqişələrə  baxmayaraq,  bir-birlərinə  çox 
bənzəyirdilər.  Onların  ehkamlarının  bir  çoxu  iudaizmin  əsaslarından  irəli  gəlirdi. 
Hər üç inanc vahid Allah barədəki doqmatdan irəli gəlir. İslam ilahiyyatı nisbətən 
cavan  olsa  da,  bütün  hallarda  xristianlıqdan  daha  müdrikdir,  çünki  xristianların 
Müqəddəs  Üçlük  (Ata,  Oğul  və  Müqəddəs  ruh)  barədəki  düşüncələrlə  ağırlaşmır. 
İslama  inam  gətirmək  həm  də  Allahla  birbaşa  əlaqənin  din  xadimlərinin  və 
məscidin timsalında vasitəçilərsiz olmasını əsas götürür.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə