Telman orucov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə154/171
tarix17.11.2017
ölçüsü5,01 Kb.
#10701
1   ...   150   151   152   153   154   155   156   157   ...   171

308 
 
qarşı  nifrət  nə  qədər  qızışdırılsa  da,  belə  cəhdlər  əbəs  olur,  gözlənilən  effekti 
vermir. Ağılsız söz və çağırış Danaidlərin əcaib çəlləyində itən suya bənzəyir. 
Millətçiliyi  həyat  devizinə  çevirmiş  bəzi  xalqların  tarixi  aqibəti  hamıya 
məlumdur.  Elə  xalqlar  da  vardır  ki,  başqaları  tərəfindən  əzildiyini,  təqiblərə, 
təhqirlərə,  qırğınlara  məruz  qaldıqlarını  iddia  etməklə,  özlərinin  “qurban 
kompleksi”  ilə  saxta  faciə  qəhrəmanı  qiyafəsində  görünməyə  çalışırlar.  Bu 
məsələdə həm də dini fərqin mövcudluğunu və rolunu şişirdirlər. İki qonşu xalqla 
müharibə  şəraitində  yaşayan  ermənilər  onilliklər  boyu  1915-ci  ildə  türklər 
tərəfindən  öz  millətindən  olan  1,5  milyon  nəfərin  qırıldığı  hay-küyünü  salmaqda 
davam  edirlər.  Bu  iddia  altında  onlar  uzağa  gedən  planlarını  həyata  keçirməyə 
cəhd edirlər. Qərbdəki bəzi dairələr qatı millətçi erməni təbliğatına uyub, həqiqətin 
üzə  çıxması  və  məsələyə  birdəfəlik  nöqtə  qoyulması  təkliflərindən  ermənilərin 
qaçmasını görə-görə, saxta ittihamlara inanırlar. Əlbəttə, Birinci Dünya müharibəsi 
illərində  digər  faciələr  sırasında  Türkiyənin  müharibə  aparan  dövlət  kimi  xəyanət 
xarakterli  hərəkətlərə  yol  verən  erməniləri  kütləvi  surətdə  Yaxın  Şərq  ölkələrinə 
deportasiya  etməsi  və  bu  vaxt  müəyyən  faciəli  hadisələrin  baş  verməsi  həqiqətən 
də  mövcud  olmuşdu.  Lakin  bunu  şişirdib  milli  və  dini  nifrətdən  yaranan  genosid 
ittihamı  irəli  sürmək  həqiqəti  inkar  etməkdən  başqa  bir  şey  deyildir.  Faciəni 
sonralar  baş  verən  Holokost  səviyyəsinə  qaldırmaq  məhz  tarixi  saxtalaşdırmaq 
cəhdi  kimi  gözə  çarpır.  Əslində  ittihamı  irəli  sürənlər  başlanğıcdan  haqqın 
tərəfində olmadıqlarını anladıqlarından, müxtəlif bəhanələr altında tarixi sənədlərə 
nüfuz etməkdən də yayınırlar. 
Antantaya  qarşı  müttəfiqlər  sırasında  vuruşan  Osmanlı  imperiyası  öz  ərazi 
bütövlüyünə yaranan təhlükəyə dözə bilməzdi və tarixdə sonralar da təkrar olunan 
deportasiya  əməliyyatına  əl  atmalı  olmuşdu  və  bu  fakt  inkar  edilə  bilməz.  Saxta 
ittiham  isə  az  qala  yüz  ildən  sonra  həqiqətin  üzə  çıxmasına  xidmət  edə  bilməz. 
Deportasiyadan dörd il sonra türk məmurlarından bir qrupu Malta adasına sürgün 
edilmişdi.  Onların  içərisində  nazirlər,  hərbi  xadimlər  və  digər  yüksək  vəzifəli 
şəxslər  var  idi.  Elə  oradaca  genosid  şübhəsinə  görə  onların  məhkəmə  istintaqı 
aparıldı. Erməni millətçilərinin gözlədiklərinin tam əksinə, məhkəmə bu adamların 
hər  birinə  bəraət  verdi.  Malta  məhkəməsi  təkcə  məmurlara  deyil,  1915-ci  il 
hadisələrinə görə elə bil ki, bütünlükdə Türkiyəyə bu ittihama görə bəraət verirdi. 
Malta məhkəməsinə Antantanın təsiri ola bilərdi, türklərin təsir göstərməsi ehtimalı 
isə sıfıra bərabər idi. Ona görə də “genosid” kəlməsini inadkar mantra kimi təkrar 
edənlərə  nə  qədər  xoş  gəlməsə  də,  bu  saxta  ağac  heç  vaxt  bəhrə  verməyəcəkdir. 
Saxtakarlıq meşəsinin cır və zəhərli meyvələri isə yalnız düşmənçiliyi qızışdırmağa 
xidmət edə bilər. 
Biz  çətin,  ziddiyyətli  bir  dövrdə  yaşayırıq.  Müsəlmanların  öz  ölkələrində 
mövcud olan saysız-hesabsız problemlərlə yanaşı, Avropada onların dini qardaş və 
bacılarının  diskriminasiyası  davam  edir.  Bu  proses  bəzi  ölkələrdə  daha  təşviş 
doğuran səviyyəyə gəlib çatır. Fransada islamofobiyanın genişlənməsi elə də sadə 
məsələ deyildir. Bu ölkədə son prezident seçkilərində ultrasağ partiyanın namizədi 
Marin Le Pen 6 milyona qədər vətəndaşın səsini almışdır. Nikolya Sarkozi yenidən 
prezident 
seçilmək 
üçün  çıxışlarında  çox  vaxt  millətçi  intonasiyalar 


309 
 
səsləndirmişdir.  Millətçiliyə  istiqamətlənmiş  bu  siyasət  görəsən  “İnternasional”ın 
yarandığı  ölkə  olan  Fransaya  nə  verə  bilər?  Avropada  müsəlmanların  milli  fərqə 
görə damğalanması həmin cəmiyyətlərə baş ucalığı gətirmir. Əgər yəhudilər koşer 
ərzaqlardan  (Koşer  qidası  –  qida  gəbul  etmək  barədə  yəhudi  qanunlarının  – 
kaşrutun  tələblərinə  cavab  verən  yeməkdir)  maneəsiz  istifadə  edirlərsə, 
müsəlmanların  halal  qida  maddələri  niyə  qısqanclıq  yaratmalıdır?  Yaxud, 
multimədəniyyətə  hücumlar  formalaşmış  cəmiyyəti  dağıtmaq  məqsədini  güdürsə, 
millətçiliyi şiddətləndirməyə nəyə görə rəvac verilməlidir? 
Hər  bir  din  və  xalq  öz  prioritetlərinə  malikdir  və  heç  kəs  bundan  imtina 
etmək istəmir. Lakin bu prioritetlər xalqlar arasında ayrı-seçkilik, nifrət, nifaq ruhu 
yaymamalıdır, yaxud həmin həddə çatdıqda dayanmalıdır. İnsanlar dini və millətçi 
ekstremizmə  meyl  etməkdənsə,  müsbət  vətəndaş  və  fəal  həyat  mövqeyinə 
hazırlaşmalı, öz ətrafındakıların xeyrinə səmimi və təmənnasız xidməti özləri üçün 
ali  dəyərə  çevirməlidirlər.  Bu,  heç  şübhəsiz,  digər  dini  və  etik  prioritetləri 
üstələməyə qadir ola bilər. 
İslam  ölkələrinin  bəzilərinin  özündə  də  təriqət  ayrı-seçkiliyi  ciddi  problem 
olaraq  qalır  və  bu,  dövlətlərin  parçalanması  təhlükəsini  yaradır.  Təəssüf  ki, 
ruhanilər  bu  prosesdə  hansısa  bir  tərəfə  keçməklə,  həmin  ayrı-seçkiliyin 
böyüməsinə şərait yaradırlar. Ümumiyyətlə, müsəlman din xadimlərinin bir hissəsi 
öz  mövqelərinə,  ona  görə  də  xalqa  müraciət  etmək  imkanına  malik 
olmadıqlarından,  bəzən  hakimiyyətin  vintciyi  kimi  yaramayan  bir  rolu  oynamaq 
yoluna  düşürlər.  Vinti  icad  edə  Arximedi  də  qınamaq  düzgün  olmazdı,  axı  o, 
həmin detalın gələcəkdə belə nümunəsinin yaranacağını heç ağlına da gətirməzdi. 
Onlar  insan  haqlarının  pozulmasına  biganə  qalırlar.  Təəssüf  ki,  bəzi  ruhanilər 
intellektləri  ilə  seçilmirlər,  dar  düşüncə  tərzinə  malik  olurlar,  islamın  ali 
həqiqətlərini kütlələrə çatdıra bilmirlər, söhbətlərində bəzən cəhalətə yuvarlanırlar. 
Ümumiyyətlə,  müsəlman  din  xadimlərinin  bir  çoxu  onlar  üçün  vacib  olan  nitq 
mədəniyyəti  ilə,  polemika  bacarığı  ilə  öyünə  bilməzlər.  Bu  isə  islamı  tənqid 
edənlərin  dəyirmanına  su  tökür,  daxildəki  bayağı  ittihamçılar  da  çox  asanlıqla 
populyarlıq  qazanırlar.  Axı  kütləyə  cahillik  dərsi  vermək  praktikası  arxada 
qalmışdır. Din xadiminin hər bir sözü, moizəsi islamın ali dəyərlərinə söykənməli, 
yüksək qiymətə layiq olmalıdır. Dini hörmətdən salan bayağı danışıqlar isə aradan 
götürülməlidir. 
İslam  özünün  təməl  prinsiplərini  əsas  tutaraq  hər  cür  maneə  hədlərini  dəf 
etməklə  dünyanın  hər  yerində  tədricən  irəliləyir.  Hətta  islamofobiya  adeptləri 
haray qaldırırlar ki, islam Avropaya ozünün güclü basqınını dəvam etdirir. Lakin 
bu  məğrurluq  hissi  yaratmamalıdır,  başqa  dinlərə  münasibətdə  tolerantlıq 
saxlanmalı və inkişaf etdirilməlidir. Həm də, din ona sitayiş edənlərə məhəbbət və 
qayğı ilə yanaşmalıdır. 
İslam  yarandığı  vaxt  iki  şəhərin  hüdudları  daxilində  də  tam  etiraf 
edilməyəndə belə, Məhəmməd peyğəmbər o dövrün üç boyuk dövlətinin başcısının 
yanına  qasid  göndərdi  ki,  nə  gədər  gec  deyil  onlar  könüllü  olaraq  bu  dini  gəbul 
etsinlər.  Bu  tələbi  isteza  ilə  qarşılayan  da,  ona  zahiri  hörmət  ifadəsi  göstərən  də 
oldu. Zaman isə peyğəmbərin gəribə uzaqgörənliyini bütünlüklə təsdiq etdi. Həmin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə