Telman orucov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə155/171
tarix17.11.2017
ölçüsü5,01 Kb.
#10701
1   ...   151   152   153   154   155   156   157   158   ...   171

310 
 
dövlətlərdən  ikisində  islam  dominant  dinə  çevrilmiş,  Çində  isə  uyğurlar  yaşayan 
ərazidə aparıcı konfessiya rolunu oynayır. 
Peyğəmbər  cavanlığında  karvanla  Suriyaya  və  Yəmənə  ticarət  etməyə 
yollanırdı.  Islam  dininin  “karvanı”  isə  bütün  dünyanı  dolaşmağa  başladı,  bu  din 
təkçə uzun tarixi məsafəni deyil, həm də nəhəng coğrafi məsafəni qət edə bildi. ən 
baçıcası isə yüz millonlarla insanın ürəyinə və şüuruna hakim kəsilə bildi. İslam öz 
həyatiliyini  də  məhz  bu  yolla  qostərmiş  və  beş  gitənin  hər  tərəfində  ona  sitayiş 
bəsləyənlər  kütləsinə  yiyələnmişdir.  Bunun  digər  dinlərdə  müəyyən  qısqanclıq 
hissləri  törətməsi  də  təsadüfi  deyildir,  axı  istənilən  qələbə  onu  seyr  edənlərdə 
paxıllıq  yaratmamış  qalmır.  Lakin  bu  qısqanclıq  kinə,  nifrətə  çevrilməməlidir, 
çünki  eybəcər  hisslər  hökmən  əks  reaksiya  yaradır.  Islamın,  onun  bir  tərkib 
hissəsinə  çevrildiyi  qerçəkliyi,  çoxlu  dinlərin  mövcud  olduğu  dünyanı  sadəcə 
olaraq  təbii  hal  kimi  qəbul  etmək  lazımdır.  Hansı  din  insan  könülləri  uğrunda 
sağlam  mübarizədə  uğur  qazanırsa,  bu  da  ən  azı  sakitcə,  heç  bir  qəzəbə  ehtiyac 
duymadan qəbul edilməlidir. Belə olsa, islam ona ünvanlanan əsassız ittihamlardan 
bütünlüklə xilas ola bilər.  
İslam adlanan gəmi, yelkənləri zaman küləyi ilə dolmaqla üzərək, gələcəyə 
istiqamət  götürmüşdür.  Qoy  bu  gələcək  islama  inanc  gətirənlərə,  həmçinin  bütün 
bəşər  övladlarına  dinc  və  mənalı  həyat,  həm  də  səadət  və  mənəvi  zənginlik  bəxş 
etsin.  Onda  yaşamaq  daha  maraqlı  və  cazibədar  olacaq,  insan  özünün  Allaha 
inamının daha dolğun mükafatını ala biləcəkdir. 
 
 “525-ci qəzet”.02,09,15,23,30-06,07,14-07.2012. 
 
 ZİYALILAR QAYGIYA MÖHTACDIR 
 
 Oxucuların göz yaşları 
 
 Ağır  itki  barədə  xəbər  onun  əsərlərini  uzun  illər  ərzində  sevə-sevə  oxuyan 
milyonlardan  biri  kimi  məni  də  sarsıtdı.  Həyatın,  ömrün  faniliyni  dərindən  dərk 
etməklə  yanaşı, taleyin  şirin  meyvələrini də dadmış  bir  insan Allahın hökmündən 
qaçmağın mümükünsüzlüyünə öz ömrünün sonluğunda bir daha yəqinlik tapdı. O, 
artıq  ahıl  yaşında  idi,  lakin  hərfi  mənada  paradoksal  görünsə  də  ,onun  geniş 
çiyinlərinə  biçilmiş  şöhrət  mantiyasını  özü  kimi  şərəflə  daşıyacaq  başqa  birisinin 
olmadığını nəzərə alaraq, tam qətiyyətlə demək istəyirsən ki, o, həyatdan vaxtsız 
getdi. İngilislər bu sözü sırf mənasında kamilliyə çatmadan, yetişmədən mənasında 
olan  “premature”  kimi  ifadə  edirlər.  Bu  adam  isə  hələ  çox  cavan  ikən  kamillik 
zirvəsinə yüksəlmiş, son nəfəsinə qədər bu Olimpdən aşağı düşməmişdi. 
 Hamı yəqin ki, söhbətin dünya ədəbiyyatının görkəmli nümayəndəsi Çingiz 
Aytmatovdan  getdiyini  anladı.  XX  əsrin  son  qırx  ili  ərzində  keçmiş  sovet 
məkanında  heç  bir  nasir  populyarlığına  görə  onunla  müqyisə  oluna  bilməzdi.  O, 
bəlkə  də  həmin  dövrdə  yeganə  yazıçı  idi  ki,  yaradıcılığı  milyonlar  tərəfindən 
izlənirdi və hər bir yeni əsəri az qala ədəbi hadisə hesab olunurdu. 
 İlk  əsər  “Birinci  müəllim”  povesti  olsa  da,  o,  “Cəmilə”  povesti  ilə  erkən 


311 
 
məşhyrlaşma  yoluna  qədəm  qoymuşdu  və  ona  ilk  xeyr-duanı  görkəmli  fransız 
yazıçısı  Lui  Araqon,  ərini  müharibədə  itirmiş  bu  gənc  gəlinin  yeni  məhəbbət 
hekayətini  XX  əsrin  Romeo  və  Cülyettası  adlandıraraq,  vermişdi.  Sonralar  isə 
onun  yaradıcılıq  bulağı  daha  gur  çağlaşmış,  dərin  povest  və  romanlar  çayına 
çevrilmişdir.  Dissident  yazıçıların  ədəbi  nümunəllərindən  fərqli  olaraq  onun 
yaradıcılığı heç bir ideoloji mənafe güdülmədən, dünya oxucusuna yaxşı tanış idi 
və bu ölçüdə onu Remark, Heminquey, Markes siyahısına salmaq olar. 
O elə bir filoloji təhsil almamışdı, ixtisasca zootexnik idi. İstedad isə heç də 
diplomla  verilmir,  onun  timsalında  isə  bu,  möcüzəli  bir  Allah  vergisi  idi.  Çingiz 
Aytmatov  insan  pisixologiyasının  bilicisi  olmaqla,  öz  qəhrəmanlarının  daxili 
aləminə  bütünlüklə  nüfuz  edə  bilirdi,  istər  uşaq,  ya  qoca  olsun,  cavan  qız  və  ya 
oğlan  itgisindən  əzab  çəkən  ana  olsun.  ”Bütün  xalqların  və  dövrlərin  rəhbəri” 
yazıçını  insan  qəlbinin  mühəndisi  adlandırsa  da,  qələm  sahibi  heç  də  texnikanı 
söküb  qurmaqla,  sazlamaqla  məşğul  olmur,  bəlkə  də  bu  həyatı  orqanın 
anatomiyasına  da  elə  bələd  deyildir,  lakin  onun  döyüntülərinə,  hansı  hissələrlə 
yaşadığına  agahdır  və  bu  bilicilik  onun  əsərlərinin  bədii  səviyyəsinə  xüsusi 
yüksəklik  verir.  Çingiz  Aytmatov  öz  dostu  olan  Şimal  xalq1larından  birinin 
yazıçısından eşitdiyi, bu xalqa məxsus olan əfsanəni elə cilallaya bilmişdi ki, onun 
“Dəniz kənarı ilə qaçan alabaş” povesti insana məhəbbət himninə çevrilərək, bütün 
bəşəriyyətə ünvanlanmışdı. 
 Çingiz  Aytmatovu  simvollar,  rəmzlər  yaradıcısı  adlandırmaq  olar  və  o, 
simvolizmə  meyl  etsə  də, ona daha geniş  məna  çaları  verirdi. Onun qəhrəmanları 
ümümi isim hüququ qazanmışdı. İstər bu, Nayman ana olsun, istər manqurt oğul 
olsun.Məhz “Əsrə bərabər gün” romanından sonra Vətəni anlamamaq, duymamaq, 
ona  sevgini  yaddan  çıxarmaq  kimi  eybəcər  xüsusiyyət,  əsərin  qəhrəmanının 
özündən asılı olmayaraq, bədbəxt taleyin bəxş etdiyi unutqanlığını nəzərə almadan, 
bu yığcam sözdə öz əksini tapmağa başladı. 
 Onun heyvanlar aləminə ruhi səyahəti insan dünyasını təhlil etməkdə də ona 
qeyri-adi  xidmət  göstərmişdir.  Bir  sıra  povestlər  və  romanlarda  təsvir  olunan 
heyvanlar  elə  bil  ki,  öz  təbii  dünyalarnı  tərk  edib,  insanlar  aləminə  nüfuz  edir  və 
onları  açmaqda,  təhlil  etməkdə  əvəzsiz  rol  oynayırlar.  Qədim  Roma  yazıçısı 
Apuleydən  qalmış  bu  irs  sonralar  dünya  ədəbiyyatında  öz  uğurlu  inkişafını 
tapmaqla  yeni  ifadə  təsvirləri  qazanmışdır.  Çingiz  Aytmatovun  geniş  və  daha 
böyük  tədqiqatı  isə  Lev  Tolstoyun  “Xolstomer”  i  və  ya  öz  yaşıdı  olan  məşhur 
ingilis şairi Ted Hyuzun heyvanlar barədə yazdığı alleqorik poemaları ilə müqayisə 
edilə bilər. Heyvanların məkrdən uzaq olmasına və sədaqətinə heyranlığına görə, o, 
bəzi  əsərlərini  onların  adı  ilə  adlandırmaqdan  da  çəkinməmişdir”.Botogöz”, 
“Əlvida  ,Gülsarı”.  Oxucular  heç  bir  xəcalət  hissi  keçirmədən  onun  bu  dilsiz  –
ağrısız, yaşamaq üçün daim mübarizə aparan, lakin heç vaxt xəyanətə əl atmayan 
qəhərmanlarından təlqin edilən ibrət dərsilərini götürmək lüzumunu inkar etmirlər. 
 Çingiz  Aytmatovun  əsərlərində  folklor  nümunəsi  kimi  verdiyi,  lakin 
müəllifliyi  özünə  məxsus  olan  pritçalarları-  ibrətamiz  hekayələri  bu istedadın  işıq 
saçan  bucaqlarının  necə  bol  olduğundan  xəbər  verir.  Özü  də  onun  pritçalarları 
zaman və məkan hüdudlarını tanımır, həqiqətə yaxınlığını vurğulamaq üçün başqa-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə