Telman orucov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə153/171
tarix17.11.2017
ölçüsü5,01 Kb.
#10701
1   ...   149   150   151   152   153   154   155   156   ...   171

306 
 
Eyni  aqibət  inkləri  də  gözləyirdi.  İspan  konkistadoru  Fransisko  Pisarronun 
başçılıq  etdiyi  az  saylı  ekspedisiya  Cənubi  Amerika  Andlarında  İnk  imperiyasını 
dağıtdı. İnklərin hökmdarı Ataulpa onlara nəhəng miqdarda pul ödədi. Lakin 1533-
cü  ildə  Pisarro  onu  edam  etmək  əmrini  verdi  və  inklərin  paytaxtı  Kuskonu  tutdu. 
Özünün böyük inkişaf səviyyəsinə çatmış İnk imperiyası beləliklə tarixdən silindi. 
Kusko qızılın və gümüşün bolluğuna görə əfsanəvi Eldorado hesab oluna bilərdi. 
İnklərin ağlasığmayan nəhəng xəzinəsi qəsb edilib İspaniyaya daşındı. Göründüyü 
kimi,  ispan konkistadorları  Meksikada və  Peruda özlərini heç  də səlibçilərdən  az 
qəddar və qaniçən kimi aparmadılar.  
İslamı  başqa  xalqlara  silahla  qəbul  etdirmək  barədə  əsassız  ittihamla  çıxış 
edənlərin  nümayəndələri  Cənubi  Amerikada  xristian  dinini  yaymaq  kimi  elə  bir 
neqativ  olmayan  işdən  daha  çox  qan  axıdılmasında  canfəşanlıq  göstərirdilər. 
Afrikadan zənciləri Amerikaya daşımaqla qul ticarəti vasitəsilə böyük sərvət sahibi 
olan,  müstəmləkələrdə  asiyalılara  və  afrikalılara  vəhşiliklə  yanaşan  xristianları 
yada  salmağa  ehtiyac  yoxdur.  XVII  əsrdən  başlayaraq  gur  inkişaf  edən 
müstəmləkəçilik  çox sayda  xalqa elə  ağır zərbə vurmuşdur  ki, dünya  müstəmləkə 
sisteminin süqutundan sonra hələ də öz iyrənc izlərini qoruyub saxlamaqda davam 
edir. 
Uzaq  tarixə  ekskursu  kənara  qoyub, keçən  əsrin 90-cı illərinə nəzər salsaq, 
Balkanlarda yenə də xristianların müsəlmanlara qarşı aparrıqları “etnik təmizləmə” 
siyasətinin  biabırçı  səhnələrini  müşahidə  edə  bilərik.Bosniya-Hersoqovinanın 
mqstəqilliyini Avropa ölkəkərinin çoxu və Birlşmiş Ştatlar tanıdıqdan sonra,1993- 
cü  ilin  ortalarından  Serbiya  qüvvələri  Bosniya  ərazisinin  70  faizini  ələ 
keçirdi.Onlar  Bosniya  müsəlmanlarını  öldürür,yaxud  da  onları  öz  torpaqlarından 
qovurdular.Bu  İkinçi  Dünya  müharibəsi  vaxtı  natsistlərin  həyata  keçirdikləri 
dəhşətləri  yada  salırdı.  Serblərin  Serebrenitsada  təşkil  etdikləri  qırğınlarda 
müsəlmanlardan  8  min  kişi  və  oğlan  uşağı  öldürülmüşdü.  1995-ci  ildə  əsasən 
mülki  adamlar  olan  250  minə  yaxın  bosniyalı  öldürülmüşdü,  2  milyon  nəfər  isə 
evsiz-eşiksiz qalmışdı. Yalnız ABŞ-ın təzyiqi və təkidi ilə Deyton müqaviləsi buna 
son  qoydu.  Elə  həmin  illərdə  Kosovoda  da  serb  qüvvələri  müsəlman  olan  etnik 
albanlari  qırmağa  başladiqda,  Birləşmiş  Ştatlar  və  onun  NATO  müttəfiqləri 
münaqişənin həllinə ğirişdilər.Yalnız Yuqoslaviyanın bombardman edilməsi onun 
hökumətini güzəştə getməyə məcbur etdi.  
 
İslama qarşı mənəvi səlib yürüşləri 
 
Son  vaxtlarda  antiislam  təbliğatı  xüsusilə  güclənmişdir.  Harada  terror 
hadisəsi  baş  verirsə,  ekstremizm  baş  qaldırırsa,  məsələnin  mahiyyəti 
araşdırılmadan  islam  fundamentalizmi  klişesi  işə  salınır.  Bu  versiyanın  həqiqi 
olmasını sübut etmək üçün ağlasığmayan dəlillər axtarılır. Dəlil tapılmasa da eybi 
yoxdur,  Napoleonun  ifadəsi  ilə  deyilsə,  “Döyüşə  girmək  lazımdır,  sonrasına  isə 
baxarıq” prinsipi öz işini görür. Axı Corc U.Buş İraqa hücum edəndə irəli sürdüyü 
səbəblərin  heç  biri  öz  təsdiqini  tapmadı,  müharibə  isə  İraqa  ağır  zərbə  vurdu. 
İslama  qarşı  ittiham  sürmək  elə  də  çətin  bir  şey  deyildir,  Qərb  ictimaiyyəti  bu 


307 
 
barədəki  fantaziya  tipli  istənilən  məlumata  inanır.  Hətta  XIV  əsrin  ortalarında 
(1350-ci il) baş vermiş və Avropanın əksər ölkələrinin əhalisinin az qala yarıbayarı 
azaltmış  Qara  Ölümü  də,  XXI  əsrin  əvvəlində  (2004-ci  il)  Hind  okeanında 
İndoneziya yaxınlığında baş vermiş böyük dağıdıcı gücü ilə seçilən və on minlərlə 
insan həyatının itkisi ilə müşayiət olunan tsunamini də bu dinin adına yazmaq olar 
və adamları inandırmaq olar ki, müsəlmanlar öz sehrləri ilə təbiətə də hakim kəsilə 
bilirlər.  Axı  Qara  Ölüm  adlanan  bubon  taunu  başlanğıcını  Şərqdən,  Çindən 
götürmüşdü,  tsunami  də  Asiyadan  başlamış  və  Afrikaya  gəlib  çıxmışdı.  Tarixi 
saxtalaşdırmaq  yolu  ilə  Şərqi  bütün  bədbəxtliklərin  və  fəlakətlərin  episentri 
adlandırmaq,  onu  cəhalət  mənbəyi  də  hesab  etmək  olar.  Bu  vaxt  Arximed 
qanununda olduğu kimi, guya Şərq batdıqca, Qərb yuxarı qalxacaqdır. 
Bu  ilin  aprel  ayında  Oslo  şəhərində  norveç  terrorçusu  Andres  Breyvikin 
məhkəməsi  başlandı.  Breyvik  2011-ci  ildə  şəhərin  baş  meydanında  bomba 
partlatmaqla  8  adamı,  Utoyya  adasında  isə  68  gənci  odlu  silah  atəşi  ilə 
öldürmüşdü.  Sağ  təmayüllü  terrorçu  olan  Breyvik  bu  dəhşətli  cinayətinə 
əvvəlcədən  yaxşı  hazırlaşmış,  özü  barədə  videoçarx  da  çəkmişdi.  Filmdə  o, 
tampliyer rahibi planında, əlindəki qılıncla təsvir edilir. Tampliyerlər dini – hərbi 
ordenin  üzvü  olmaqla  XII  əsrdə  Müqəddəs  Torpağa  gedən  zəvvarları  himayə 
etməli  idilər.  Orden  böyük  orduya  çevrilmişdi,  var-dövlətə  və  mülkiyyətə 
yiyələnmişdi, XIV əsrdə qüsurlarına görə papa tərəfindən qadağan edildi. 
Breyvik  məhkəmədə  çıxış  edəndə  islamdan  və  multimədəni  cəhənnəmdən 
gələn  təhlükə  barədə  öz  sərsəm  düşüncələrindən  danışdı.  Guya  ki,  islamdan 
qorunmaq  üçün  o,  öz  həmvətənliləri  olan  77  nəfər  norveçlinin  həyatına  belə 
dəhşətli  qəsd  etmişdir.  İslama  qarşı  kinin  öz  qardaşlarının  qırğınını  törətməyin 
səbəbi olması ilk dəfə olaraq dilə gətirilirdi. 
Təəssüf ki, təkcə ayrı-ayrı ekstremistlər deyil, bəzi siyasətçilər də ölkəsinin 
daxilində  baş  verən  hadisələrin  günahını  islamda  axtarmaq  istəyirlər. 
İslamofobiyanın açıq işartılarını biz Fransada görürük. Keçmiş Prezident Nikolya 
Sarkozi  və  digər  millətçi  siyasətçilər  ərəb  ölkələrindən  Fransaya  mühacirlərin 
gəlməsini  xeyli  məhdudlaşdırmaq  təklifləri  ilə  çıxış  edirlər.  Onlar  millətçiliyi 
qızışdırmaqla  siyasi  xal  toplamağa  çalışırdılar.  Bəziləri  güman  edir  ki, 
prezidentliyə  yol  qatı  millətçilikdən,  digər  əcnəbi  xalqlara  qarşı  kini 
qızışdırmaqdan keçir. Lakin böyük demokratik ənənələri olan bir ölkədə seçiciləri 
belə  marginal  şüarlarla  aldatmaq  mümkün  deyildir  və  Sarkozinin  seçkilərdəki 
məğlubiyyəti bunu bir daha sübut etdi. 
Almaniyada isə neonatsistlər islam əlehinə şüarlarla siyasi meydana çıxırlar. 
Onlar iddia edirlər ki Məhəmməd peyğəmbərin karikaturası ölkənin ən iri torpağı 
olan  Şimali  Reyn  –  Vestfaliyadakı  iri  şəhərlərin  məsçidləri  qarşısında  nümayiş 
etdirilməlidir. Həmin bədnam rəsmin müəllifi Kurt Vestqardın adına fəxri mükafat 
təsis etməyi vəd edirlər. Bu ilin 1 mayında Zolingen şəhərinin mərkəzi meydanına 
da onlar bu karikaturalara çıxmışdılar. Hətta belə biyabırçı rəsmlər üçün müsabiqə 
elan  etmişdilər.  Almaniya  hakimiyyət  orqanları isə  belə  iyrənc  dalğanın  qarşısını 
almaqda acizdir. 
Millətçilik ritorikası nə qədər ucadan səslənsə də, başqa xalqlara və dinlərə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə