Telman orucov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə150/171
tarix17.11.2017
ölçüsü5,01 Kb.
#10701
1   ...   146   147   148   149   150   151   152   153   ...   171

300 
 
Belə  cəhdlərə  heç  də  son  qoyulmur.  İslama  qarşı  nalayiq  hücumlar  edən, 
“Şeytan  ayələri”  kimi  həcv  kitabının  müəllifi  Salman  Ruşdiyə  Qərbdə  hərarətli 
himayə göstərilir. Əlbəttə, ona İran ayatollaları kimi ölüm fitvası vermək də müasir 
dünyagörüşə əks olan ekstremist baxışları gündəliyə gətirmək cəhdindən başqa bir 
şey  deyildir.  İdeyaya  qarşı  mübarizə  ictimayi  qınaqdan  uzağa  qetməməlidir. 
İdeyanı ölümlə, edamla məhv etmək mümkün deyildir. 
Hər  bir  dünya  dininin  müqəddəs  şəxsləri  öz  ideyaları  və  fəaliyyətləri  ilə 
toxunulmazlıq  hüququ  qazanmışlar,  bunu  pozmaq  ümumbəşəri  hiddət 
doğurmalıdır.  Təəssüf  ki,  Den  Braunun  “Da  Vinçi  kodu”  əsərində  İisusun 
evlənməsi və Mariya Maqdalinadan qızı olmasını iddia etməsi Vatikanın hiddətinə 
səbəb  olsa  da,  Məhəmməd  peyğəmbərə  Danimarka  jurnalında  təhqiramiz 
karikatura  dərc  edilməsi  ali  xristian  kilsəsini  narahat  etmədi.  Yalnız  müsəlman 
ölkələrində bu iyrənc hərəkətə qarşı etiraz nümayişləri baş verdi. Belə münasibətlər 
heç də dünya əhalisinin az qala yarısı arasında qarşılıqlı hörmət və anlaşmaya nail 
olmağa kömək edə bilməz. 
 
İslam mədəniyyəti 
 
İslam  təkcə  inam  məsələsi  deyildi,  həm  də  orta  əsrlərdə  meydana  gəlmiş 
yeni  və  güclü  mədəniyyət  nümunəsi  idi.  Müsəlmanların  müqəddəs  kitabında  da 
elmə, ona xidmət edənlərə yüksək qiymət verilir. İslamı cəhalət yayan bir cərəyan 
olduğunu  iddia  edənlər  böyük  və  bağışlanmaz  səhvə  yol  verirlər  və  əgər  azacıq 
araşdırmağı  bacarsalar  bu  dinin  yarandığı  şəhərdə  cahiliyyətə  necə  son 
qoyduğunun şahidi olarlar. 
Abbasi sülaləsinin dövründə ərəblərlə ərəb olmayan müsəlmanlar arasındakı 
fərqlər  götürüldü.  Etnik  mənşəyindən  asılı  olmayaraq  bütün  müsəlmanlar  həm 
mülki, həm də hərbi vəzifələr tuta bilərdi. Bu cəmiyyətdə böyük mobillik yaradırdı 
və  aşağı  sinifdən  olanlara  da  dövlətin  idarə  olunmasında  iştirak  etmək  imkanı 
verirdi. Çində orta əsrlərdə bu problem dövlət vəzifələrinə imtahan yolu ilə qəbul 
olunmaq qaydası yarananda həll olundu, bu üsul kəndli gənclərin dövlətdə mühüm 
vəzifələr  tutmasına  şərait  yaratdı.  İlk  müsəlman  dövlətində  də  adamlar  arasında 
fərqlərin  götürülməsi  traybalizmin  qarşısını  kəsmək  rolunu  oynamaqla,  özünü 
protektsionizm halları üçün mühüm maneə kimi göstərdi. Bu tədbir həm də islam 
həyatının təsirini işğal edilmiş ərazilərin sivilizasiyası üçün açırdı. 
Abbasilər  762-ci  ildə  paytaxt  şəhəri  olan  Bağdadı  saldılar.  Bu  şəhər  Dəclə 
çayının  üstündə,  əvvəlki  paytaxt  Dəməşqdən  şərqə  tərəf  xeyli  uzaqda  yerləşirdi, 
İran  körfəzinə  olan  çay  yolundan  fayda  götürürdü.  Eyni  zamanda  Aralıq 
dənizindən Mərkəzi Asiyaya gedən karvan yolunun üstündə idi. Şərqə tərəf hərəkət 
yeni  mədəni  istiqaməti  dəstəkləməklə,  həm  də  Persiyanın  təsirinin  irəliləməsinə 
şərait  yaratdı.  Abbasilərin  hakimiyyəti  altında  hakimlər,  tacirlər  və  idarəetmə 
qulluqçuları döyüşçülərdən daha üstün hesab edilirdi, onlara ideal vətəndaşlar kimi 
baxılırdı. 
Abbasi sülaləsinin idarəçiliyi IX əsrdə özünün ən yüksək zirvəsinə çatdı. O 
dövrün xəlifəsi Harun-ər Rəşid daha çox məşhur idi, onun idarəçiliyi çox hallarda 


301 
 
Abbasi  xilafətinin  “qızıl  dövrü”  kimi  təsvir  edilir.  Onun  oğlu  əl-Mamun  təhsilin 
böyük  himayəçisi  idi.  O,  astronomik  rəsədxana  yaratmış  və  klassik  yunan 
əsərlərinin tərcümə edilməsinin bünövrəsini qoymuşdu. Bu dövr həmçinin dinamik 
iqtisadi  inkişaf  illəri  idi.  Ərəblər  Roma  imperiyasının  ən  varlı  əyalətlərini  işğal 
etmişdilər və bu vaxt Şərqə gedən ticarət yoluna nəzarət edirdilər. 
Bağdad  nəhəng  ticarət  imperiyasının  mərkəzinə  çevrilmişdi,  bu  imperiya 
Avropanın, Asiyanın və Afrikanın içərilərinə doğru genişlənmiş, islam dünyasının 
var-dövlətinin üzərinə böyük miqdarda əlavələr artırmışdı. Nəhəng var-dövlət həm 
də  tarixdə  daim  təsdiqini  tapan  bir  prosesin  –  maliyyə  pozğunluğunun, 
korrupsiyanın artmasına səbəb olmuşdu. 
Abbasi  xəlifələri  mühüm  vəzifələri  tədricən  öz  saray  favoritlərinə  hədiyyə 
kimi  verməklə  öz  hakimiyyətlərinin  bünövrəsini  dağıtmağa  başladılar  və  tezliklə 
özləri  nominal  rəhbərlərə  çevrildilər.  Bütün  dövrlərdə  meydana  çıxan  favoritizm 
bir  qayda  olaraq  ona  rəvac  verən  üsul-idarənin  məhvinə  yol  açır.  Əyalət 
hökmdarları  xəlifənin  nəzarətindən  çıxıb,  özlərinin  müstəqil  sülalələrini 
yaradırdılar.  Hətta  əvvəllər,  VIII  əsrdə  Əməvi  sülaləsindən  olan  Əbd  ər-Rəhman 
İspaniyaya  qaçdıqda,  orada  artıq  öz  ayrıca  əmirliyini  qurmuşdu.  756-cı  ildə  o, 
İspaniyanın  cənubunda  nəzarəti  ələ  keçirmişdi  və  öz  hakimiyyətini  İspaniyanın 
mərkəzinə doğru genişləndirmişdi. O, əmir və ya komandir titulunu götürmüş, Əl-
Əndəlus (ərəblər İspaniyanı belə adlandırırdılar) əmirliyi yaratmışdı. 
III  Əbd  ər-Rəhman  isə  929-cu  ildə  özünü  xəlifə  elan  edərək,  əmirliyi 
Kordoba  xilafətinə  çevirmişdi.  Ümumiyyətlə  X  əsr  Kordoba  xilafətinin  hərtərəfli 
çiçəklənməsi dövrü hesab olunur. Əl-Əndəlus hökmdarları vahid cəmiyyəti inkişaf 
etdirirdilər, burada bütün dinlərə tolerantlıq göstərilirdi. Saray həmçinin yazıçıları 
və rəssamları dəstəkləməklə parlaq və gur inkişaf edən mədəniyyət yaratmışdı. 
İslam mədəniyyətinin inkişafında və yayılmasında islamın özünün meydana 
gəlməməsindən  əvvəl  baş  verən  bəzi  hadisələr  də  müəyyən  müsbət  rol  oynadı. 
Bizans  imperatoru  Yustinian  taxt-taca  çıxmasından  iki  il  sonra,  529-cu  ildə 
Afinadakı  fəlsəfə  məktəbini  bağlatdı.  Həmin  dövrdə  məşhur  olan  Afina 
Akademiyasından o, bütpərəst müəllimləri qovdu. Bu hərəkət bütpərəstlikdən daha 
çox yunan fəlsəfəsi əleyhinə yönəlmişdi. Bunun nəticəsində Avropa uzun müddət 
cəhalətpərəstliyə  gömüldü.  Bu  vaxt  yunan  elminin  vida  işığı  tədricən  söndükdə, 
onun  son  nümayəndələri  Yaxın  Şərqdə,  onları  qaçmağa  məcbur  edən  xristian 
fanatiklərindən daha çox dözümlülük göstərən və elmə daha yaxşı maraq bəsləyən 
perslərin  və  ərəblərin  ölkələrində  sığınacaq  axtardılar.  Onların  sonrakı  ardıcılları 
erudit iudeylərlə və nestorian xristianları ilə birlikdə fəlsəfi və elmi əsərləri yunan 
dilindən ərəb dilinə tərcümə etdilər. Hindistandan gəlmiş alimlər Abbasi xilafətinin 
dəstəyi  ilə  Bağdaddakı  “Beyt  ül-hikmə”nin  –  Müdriklik  evinin  vasitəsilə 
sanskritdən tərcümələr etdilər. 
Fəlsəfə  orijinal  və  cəsarətli  islam  mütəfəkkirləri  olan  əl-Fərabi,  Avitsenna, 
İbn Ruşdun hesabına dirçəldi. Dünya şöhrətli alimlər – Məhəmməd əl-Xarəzmi, əl-
Razi,  Ömər  Xəyyam,  Biruni  və  İbn  Xaldun  elmin  inkişafına  böyük  töhfələr 
verdilər.  Onların  əsərləri  latın  dilinə  tərcümə  olundu  və  Avropa  təfəkkürünün 
inkişafına böyük təsir göstərdi. Pers matematiki, astronomu, filosofu və şairi Ömər 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə