Telman orucov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə149/171
tarix17.11.2017
ölçüsü5,01 Kb.
#10701
1   ...   145   146   147   148   149   150   151   152   ...   171

298 
 
təsvir edir: “Onlar “Allah kömək et!” harayı ilə cəsarətlə şəhərə atıldılar və divarın 
üstündəki  yüksəklikdə  bayrağı  qaldırdılar.  Bütün  bütpərəstlər  tam  dəhşətə 
gəlmişdilər, onların çoxu tezliklə qaçdı. Səlibçilər gördülər ki, saratsinlər (ərəblər) 
divarın  zirvəsindən  tullanırlar.  Səlibçilər  bunu  görüb,  sevinclə  şəhərə  girdilər  və 
digər adamlara kömək etdilər ki, iyrənc düşməni təqib edib öldürsünlər.  
Sonra  sakinlərdən  bəziləri,  ərəblər  və  həbəşlər  David  qülləsinin  içərisinə 
qaçdılar.  Digərləri  Allah  və  Solomon  məbədlərində  gizlənirdilər,  orada  onların 
üzərinə  şiddətli  hücum  baş  verdi.  Elə  bir  yer  yox  idi  ki,  orada  saratsinlər  qılınclı 
adamların əlindən qaçıb qurtara bilsinlər. 
Solomon  məbədinin  damında  onların  çoxu  nizə  zərbəsi  ilə  öldürüldü  və 
damdan yerə atıldı. Bu məbədin içərisində on minə yaxın adamın başı kəsildi. Əgər 
siz  orada  olsaydınız,  ayağınız  öldürülənlərin  qanına  bulaşacaqdı.  Daha  nəyi 
deməliyəm? Onlardan birinə də yaşamağa icazə verilmədi. Səlibçilər qadınlara və 
uşaqlara da aman vermədilər”. 
Səlib  yürüşləri  vaxtı  xristianlar  daha  çox  fanatizm  və  qəddarlıq  nümayiş 
etdirirdilər.  1097-ci  ildə  səlibçilər  Maarat  şəhərini  tutduqda  orada  bütün  əhalini 
qırmaqla  əsil qəssabxana düzəltmişdilər. Şəhər əhalisinin həyatını hifz edəcəkləri 
barədə  vədlərinə  baxmayaraq,  səlibçilər  yaşlı  adamları  odda  qızardırdılar  və 
bundan qida kimi istifadə edirdilər. Uşaqları isə payaya keçirib, zəif odda onlardan 
özlərinə  xörək  hazırlayırdılar.  1099-cu  ildə  səlibçilər  Yerusəlimi  tutduqda  isə, 
burada  onlar  kütləvi  quldurluq  və  dəhşətli  qırğın  təşkil  etdilər.  Bütün  sakinlərin 
başını kəsdilər. Sağ qalmış iudeyləri sinaqoqaya doldurub diri-diri yandırdılar. 
Salnaməçi  Raymundo  de  Aqilere  baş  verənləri  bir  şahid  kimi  belə  təsvir 
edir: “Küçələrdə və meydanlarda kəsilmiş insan başlarının, qollarının, qılçalarının 
topaları  görünürdü.  Məbəddə  və  Solomon  portikində  bizimkilər  at  üstündə 
saratsinlərin  qanında  gəzirdilər.  Qan  gölünün  səviyyəsi  atların  dizinə  çatırdı”. 
Müsəlmanlar səlibçilərin belə qəddarlığından dəhşətə gəlirdilər. 
Yerusəlimin  xristian  işğalının  vəhşiliyi,  bu  şəhəri  1187-ci  ildə  səlibçilərin 
əlindən almış Səlahəddinin alicənablığı və təmkini ilə tam bir kontrast təşkil edirdi. 
Bu isə Üçüncü Səlib yürüşünə səbəb oldu. 
Sonralar da səlib yürüşləri davam etdirildi. Üçüncü Səlib yürüşü vaxtı bütün 
xristian  dünyası  Yaxın  Şərqə  yeni  yürüş  etmək  barədəki  çağırışla  hərəkətə 
gəlmişdi.  Üç  əsas  monarx  şəxsən  səlibçi  qüvvələrə  başçılıq  etməyə  razılıq  verdi. 
Onlar  Almaniyadan  olan  imperator  Fridrix  Barbarossa,  İngiltərə  kralı  Şirürəkli  I 
Riçard  və  Fransa  kralı  II  Filip  Avqust  idi.  Səlibçilərin  bir  hissəsi  1189-cu  ildə 
Yaxın Şərqə gəlib çıxdı və burada xeyli problemlərlə üzləşdi. Fridrix Barbarossa 
kiçik  bir  çayda  üzəndə  batdı  və  onun  ordusu  tezliklə  parçalandı.  İngilislər  və 
fransızlar  dəniz  yolu  ilə  gəldilər  və  sahilyanı  şəhərlərə  qarşı  mübarizədə  uğur 
qazandılar.  Sonra  onlar  içərilərə  doğru  hərəkət  etdikdə  bədbəxtcəsinə  məğlub 
oldular.  Nəticədə  Filip  vətənə  yollandı,  Riçard  isə  Səlahəddinlə  danışıqlar  aparıb 
müəyyən  razılığa  gəldi.  Bu  razılığa  görə  Səlahəddin  xristian  zəvvarlarına  sərbəst 
qaydada Yerusəlimə ziyarət etməyə icazə verdi. 
Bütövlükdə  səkkiz  səlib  yürüşü  həyata  keçirildi.  Lakin  səlibçilər  öz  baş 
məqsədlərinə nail  ola  bilmədilər, Müqəddəs  Torpağı xristian  Qərbi üçün almaqda 


299 
 
uğursuzluğa düçar oldular. 
Səlib  yürüşləri  bütün  eybəcərliklərinə  baxmayaraq  iki  mədəniyyət  arasında 
mübadilələrdən  irəli  gələn  perspektivi  bir  qədər  genişləndirdi.  Lakin  xristian 
Avropası  ilə  müsəlman  dünyasının  qarşılıqlı  təsiri  Müqəddəs  Torpağa  nisbətən 
İspaniyada və Siciliyada daha intensiv və daha əhəmiyyətli idi. Digər tərəfdən, bir-
birilə  vuruşan  gənc  döyüşçüləri  doğma  səhnədən  uzaqlaşdırmaqla  səlib  yürüşləri 
Avropada  stabilliyin  yaranmasına  köməklik  göstərdi.  Bu  tədbirlərdən  həmçinin 
italyan  liman  şəhərləri  iqtisadi  inkişafa  nail  oldu.  Səlib  yürüşlərinin  bir  əlavə 
effekti də ondan ibarət idi ki, Avropa cəmiyyəti bir çox nəsillər üçün saxlandı. 
Səlib  yürüşləri  ilə  yəhudilərə  qarşı  ilk  geniş  hücumlar  başlandı.  Bəzi 
xristianlar  təkid  edirdilər  ki,  dinsiz  müsəlmanlara  qarşı  müqəddəs  müharibələr 
apardığımız  bir  vaxtda  “Xristin  qatillərinin”  vətənimizdə  azad  dolaşması  ağıla 
sığmayan  bir  məsələdir.  Yəhudilərin  qırğını  orta  əsrlər  Avropa  həyatının  həqiqi 
sifətinə çevrildi.  
İspan  böyük  inkvizitoru  Tomas  de  Torkvemadanın  dövründə  (XV  əsrin 
sonu) Pireney yarımadasında yəhudilərin dəhşətli təqib edilməsi başlandı. Məcburi 
xaç suyuna çəkilmə, autodafe (tonqalda yandırılma) adi hadisəyə çevrildi. 
1492-ci ildə elan olunmuş dekretdə ispan taxt-tacı belə qayda qoymuşdu ki, 
ölüm  cəzası  qorxusu  altında  bütün  yəhudilər  dörd  ay  ərzində  İspaniyanı  tərk 
etsinlər. Səbəb isə belə izah olunurdu ki, yəhudilərin adicə mövcudluğu və onların 
xristianlığa  düşmən  olan  dini  guya  katolik  dininə  təhlükə  törədir  və  İspaniyanın 
katolik  missiyasına  ziddir.  İspaniyadakı  bu  qan  axıdılması  vaxtı  yəhudilər  həmin 
dəhşətlərdən  yalnız  müsəlmanların  işğal  etdikləri  ərazilərdə  xilas  ola  bilərdilər. 
Ona  görə  də  oradan  qaçan  sefard  yəhudiləri  əsasən  Türkiyədə  sığınacaq  tapdılar. 
Orta  əsr  iudeyləri  xristianların  fanatizminə  dözməkdənsə,  müsəlmanların  ağalığı 
altında yaşamağa daim üstünlük verirdilər. 
Səlib yürüşləri digər məsələlərdə də öz mənəvi, ruhi irsini uzun illər, əsrlər 
boyu  qoruyub  saxladı.  İslam  dünyasına  qarşı  nifrət  dalğası  uzun  müddət  nəinki 
yatmadı, hətta tsunami kimi uzun tarixi məsafələrə çatdı. Xristian dünyasının bəzi 
dühaları  belə,  islama  qarşı  hissləri  qızışdırmaq  cəhdlərindən  kənarda  dayana 
bilmədi. Əsasən XIV əsrin başlanğıcında yazıb yaratmış böyük italyan şairi Dante 
Aligyeri  özünün  “İlahi  komediya”sında  (əsərin  adına  şair  öləndən  sonra  “ilahi” 
sözü  əlavə  olunmuşdu)  Məhəmməd  peyğəmbəri  və  onun  ən  yaxın  silahdaşı  Əlini 
axirət  dünyasında  onların  qətiyyən  layiq  olmadıqları  yerdə  məskunlaşdığını  iddia 
etməklə,  həmçinin  onları  ağır  işgəncələrin  qalıqları  ilə  birlikdə  təsvir  edir.  Dante 
xristian  dini  görüşlərinin  diqtəsi  altında  təkcə  islamın  banisinə  və  onun  əziz 
adamına  hörmətsizlik  etməklə  kifayətlənmir,  antik  dünyanın  böyük  dahilərini  də 
cəhənnəmdə  yerləşdirmişdi.  Onun  düşüncəsinə  görə  yalnız  xristianlar  cənnətdə 
sığınacaq tapa bilərlər.  
Xristianların  yeretik  hesab  etdiyi  böyük  fransız  filosofu  və  yazıçısı  Volter 
özünün “Məhəmməd” pyesində əslində Qərbdəki dinin islama qarşı mövqeyindən 
çıxış edərək, islam peyğəmbərini Məkkədə sabitliyi pozan qiyamçı kimi göstərir, 
onun qəti düşməninin isə şəhərin böyük nüfuza malik olan meri rolunda, stabilliyin 
mühafizəçisi kimi təsvir edir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə