Telman orucov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə145/171
tarix17.11.2017
ölçüsü5,01 Kb.
#10701
1   ...   141   142   143   144   145   146   147   148   ...   171

290 
 
Üçüncü  əsrdən  başlayaraq  Roma  dünyası  tənəzzül  dövrünü  yaşamağa 
başladı. Generallar bir-birilə vətəndaş müharibələri aparırdılar. German tayfaları və 
Persiya  orduları  imperiyaya  müdaxilə  edirdilər.  Taun  xəstəliyi  yayılır,  əhalinin 
sayının azalması və iqtisadi problemlər baş verirdi. Yeni din olan xristianlıq bütün 
imperiyaya yayılmışdı. 
Köhnə  Roma  imperiyasının  şərq  hissəsi,  mədəniyyətində  yunan  tipinin 
artması və böyüməsi ilə Bizans imperiyası kimi öz varlığını davam etdirdi. Həmin 
vaxt german çarlıqları Qərbdə kök salırdı. 
Roma  imperiyası  Avqust  hökmranlığının  sonundan  Trayan  hakimiyyətinin 
başa  çatmasına  qədər  Avropada  Qalliyanı,  İspaniyanı,  Dakiyanı,  Britaniyanı, 
Balkan  yarımadasını,  Afrikanın  bütöv  şimalını,  Asiyada  isə  bütün  Kiçik  Asiya 
ərazisini,  Suriya,  İudeya  və  Mesopotamiyanı  əhatə  edirdi.  Onun  şərq  sərhədində 
Parfiya  və  Ərəbistan  yerləşirdi.  IV  əsrin  başlanğıcından  isə  Köhnə  Roma 
imperiyası  parçalanmışdı,  Şərqdə  Mesopotamiya  itirilmişdi.  Bu  vaxt  Roma 
imperiyası  şərqi  və  qərbi  hissələrdən  ibarət  iki  yerə  bölündü.  “Roma  sülhü” 
adlanan  Pax  Romana  ərazilərində artıq  imperator  həmişə olduğundan  daha  böyük 
hakimiyyətə  malik idi. IV  əsrin  əvvəllərində hakimiyyətə  gələn  Konstantin  tikinti 
proqramları  ilə  xüsusilə  maraqlanırdı.  Əyalətlərdə  böyük  miqyasda  inşaat  işləri 
aparıldığından Roma sadəcə simvolik paytaxta çevrildi. Bu vaxt sərhədlərdən uzaq 
olan  imperial  mərkəz  meydana  gəldi.  İmperator  Konstantinin  ən  böyük  proyekti 
324-cü  və  330-cu  illər  arasında  Şərqdə  yeni  paytaxtın  salınması  idi.  Bu, 
“Konstantin  şəhəri”  və  ya  Konstantinopol  adlanmaqla  yunan  şəhəri  Vizantium 
tərəfdə tikilmişdi, Bosfor  boğazının sahillərində yerləşirdi. Konstantinopol (indiki 
İstanbul)  müdafiə  məqsədləri  üçün  böyüdü,  şəhər  həm  də  çox  mühüm  strateji 
nöqtədə  yerləşirdi.  Forumuna,  iri  meydanlarına  və  geniş  amfiteatrına  görə  onu 
“Yeni Roma” adlandırırdılar. Burada sonrakı illərdə yenicə qəbul edilmiş xristian 
dininin kilsələri tikildi. 
Lakin  Konstantinin  ölümündən  sonra  imperiya  qərb  və  şərq  hissələrinə 
bölünməkdə  davam  edirdi.  395-ci  ildən  imperiyanın  bu  iki  hissəsi  faktiki  olaraq 
müstəqil  dövlətlərə  çevrildilər.  V  əsrdə  Qərb  imperiyası  germanların  hücumu  ilə 
süquta  uğradı  və  german  çarlıqları  ilə  əvəz  edildi.  476-cı  ildə  german  mənşəli 
Odoakr  Roma  (Qərbi)  imperatorunu  devirdi  və  özünü  german  çarı  elan  etməklə, 
Şərqi Roma imperatoruna nəzəri olaraq tabe olacağını bildirdi. 
Əslində isə V əsrin sonunda Qərbdə Roma imperial hakimiyyəti başa çatdı 
və  onun  intellektual,  idarəetmə  və  mədəni  ənənələri  yeni  german  çarlıqlarında 
yaşamasını davam etdirdi. 
Roma  imperiyası  öz  qüdrətinin  zirvəsində  olanda  da  ona  qarşı  qiyamlar, 
mübarizə  cəhdləri  ara  vermirdi,  həm  də  Parfiya  onun  üçün  ciddi  təhlükəyə 
çevrilmişdi.  Ümumiyyətlə,  romalılara  nifrət  güclü  idi.  Romanın  özündə  vətəndaş 
müharibəsi  baş  verəndə  düşmənlər  onun  hərbi  və  siyasi  zəifliyindən  istifadə 
etməyə  çalışırdılar.  Pont  çarı  VI  Mitridat  Yevpator  b.e.ə.  88-ci  ildə  Müttəfiqlər 
müharibəsindən  istifadə  edib,  Kiçik  Asiyadakı  bütün  Roma  ərazilərini  tutmağa 
çalışdı. Mitridatla müharibə Roma sərkərdələri Sulla və Mari arasındakı vətəndaş 
müharibəsi ilə bir vaxta düşdü və bu müharibədə Mitridat mühüm uğurlar qazandı. 


291 
 
Bundan sonra o, Kiçik Asiya əhalisini romalılara qarşı üsyana çağırdı və bir günün 
ərzində 80 min nəfər romalını və italiki öldürməyi əmr etdi. Böyük alman tarixçisi 
Teodor Mommzen bu hadisəni belə qələmə alır: “Çar Efesdən ona tabe olan bütün 
valilərə  əmr  göndərdi  ki,  bir  gündə  orada  olan  bütün  italikləri,  azad  və  ya  qeyri-
azad olmalarından asılı olmayaraq öldürsünlər. Sərt cəza qorxusu altında, məhkum 
olanlara  xilas  olmalarında  kömək  göstərmək  qadağan  olunurdu.  Mitridat  göstəriş 
verdi  ki,  öldürülənlərin  cəsədini  yeyilmək  üçün  quşlara  atsınlar,  əmlaklarını 
müsadirə  edib,  yarısını  qatillərə  versinlər,  digər  yarısını  isə  çara  çatdırsınlar.  Bu 
dəhşətli əmrlər hər yerdə dəqiqliklə yerinə yetirildi. 80 min, başqa mənbələrə görə 
150  min,  əgər  günahsız  olmasalar  da,  ancaq  silahsız  olan  kişi,  qadın  və  uşaq  bir 
gündə Kiçik Asiyada soyuqqanlılıqla qətlə yetirildi”. Tarixçi hansısa qəribə hissin 
təsiri altında bu dəhşətli qırğında asiyalıların cəllad rolunda sultana xidmət etmək 
nümunəsini görür, bunun intiqam hissindən yuxarı olduğu qənaətinə gəlir. Əslində 
isə o vaxtlar heç yerdə sultan ifadəsi işlənmirdi, bu titul yalnız türklərə məxsusdur 
və onlar da o vaxtlar tarix səhnəsində hələ gözə dəyməmişdilər. Elə bil ki, Qədim 
Romanın  görkəmli  tədqiqatçısına  bu  dövlətin  məşhur  sərkərdələrinin  həm 
Avropada,  həm  Asiyada,  həm  də  Afrikanın  şimalında  axıtdığı  qan  çayları  məlum 
deyildi. Axı romalılar təkcə Karfageni qəddarlıqla məhv etməklə kifayətlənməyib, 
şəhərin yerini şumlamış və ona duz səpmişdilər. Qay Yuli Sezarın özünün təsdiq 
etdiyi kimi, səkkiz il ərzində 800-dən çox şəhəri hücumla tutmuş, romalılara qarşı 
mübarizə aparan üç milyondan bir milyonunu  məhv etmiş, bir  milyonunu isə əsir 
götürmüşdü.  Təkcə  qalların  Aleziya  şəhəri  işğal  edildikdən  sonra  o,  hər  bir 
əsgərinə  bir  qul  bağışlamışdı.  Görən  onda  ömrü  boyu  müharibə  allahı  Marsa 
xidmət  göstərən  Sezara  haqq  qazandırmaq  mümkündürmü?  Şərqdə  həlak  olan 
nisbətən  az  sayda  romalılarla,  ümumiyyətlə  onlarla  aparılan  müharibələrdə 
öldürülən şərqlilərin kəmiyyəti arasındakı fərq olduqca böyük olduğundan, belə bir 
müqayisəni aparmağa da ehtiyac qalmır. 
 
İslam dininin və imperiyasının yaranması 
 
VII əsrin əvvəlində Şərqdə, qarşıdakı dünya tarixinə mühüm təsir göstərəcək 
bir  hadisə  baş  verdi  -  Ərəbistanda  islam  dini  meydana  gəldi.  Bu  din  özündən 
əvvəlki dinlərlə: iudaizmlə, zoroastrizmlə və xristianlıqla bir sıra bənzər cəhətlərə 
malik olsa da, onlardan həm də ciddi surətdə fərqlənirdi. Ən mühüm fərqlərdən biri 
o idi ki, özünü onu yaradanın adı ilə deyil, ərəb dilindən tərcümədə  “itaət”, yəni 
“Allahın  iradəsinə  itaət”  mənasını  verən  “islam”  kimi  adlandırmışdı.  Əvvəlki 
dinlər  isə  öz  adlarını  baniləri  olan  Buddanın,  Zərdüştün  (Zoroastrın)  və  Xristin 
adından götürmüşdü. İslam dini həm də başqalarına nisbətən daha demokratik din 
idi,  ona  sitayiş  edənlərin  hamısını  qardaş  elan  edirdi.  Bu  isə  islam  dininə  bütün 
inanc gətirənlərin irqi, milli, dil fərqindən asılı olmayaraq bərabər olmasına şərait 
yaratdı.  İslamın  dini  mərkəzi  yoxdur  və  o  klerikal  ierarxiyanı  qəbul  etmir.  Ona 
görə də müsəlmanlar hansısa dini xadim vasitəsi ilə deyil, özləri Allahla bilavasitə 
əlaqə yaratmaq imkanına malik olurlar. 
İslamın  beş  dayaq  sütunlarında  dinə  sitayiş  edənlərin  bilavasitə  vəzifələri 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə