280
Yaxın Şərqin qədim mədəniyyəti müsəlman mədəniyyətinə transformasiya
edilmişdi. Dünyanın bu hissəsində bəşəriyyət, başlanğıcı Şumerə, Akkada, Qədim
Misirə gedib çıxan minillik şəhər mədəniyyəti təcrübəsinə malik idi. Bütün bu
mədəni dəyərlər min illərdən keçərək indi ərəb dilində ifadə olunurdu. Ərəblərə öz
dinini və mədəniyyətini başqalarına təlqin etməkdə, həm də onların yenilməz
qürurları, özlərinə inamları kömək edirdi. Həqiqi ərəb köçəriləri əmin idilər ki,
onlar bütün adamlardan üstündürlər. Bu qürurdan bəzi şeylər islamın da adına
yazılırdı, müsəlmanlar isə öz dinini allaha itaətin ən yüksək, ən təmiz forması
hesab edirdilər.
Roma Papası yaxşı ki, hansısa fikrini əsaslandırmaq, daha dəqiq ifadə etmək
üçün elə böyük tarixi şəxsiyyət kimi tanınmayan bir Bizans imperatorunu seçib.
Orta əsrlər islam aləminə qarşı təkcə Səlib yürüşləri ilə “bəzənməmişdi”, həm də
bu dinə qarşı xristian dünyasının ən böyük dühaları da mənəvi hücumlarda iştirak
etməklə kilsə qarşısında öz borclarını yerinə yetirmələri barədə hesabatlarını
verirdilər. Dünya mədəniyyəti incilərindən birinin yaradıcısı hesab edilən, böyük
italyan şairi Dante kilsəyə qarşı ağır günahlarda təqsirləndirilərək vətəni
Florensiyadan sürgünə məhkum edildiyi halda, “İlahi komediyası”nda islamın ən
ali şəxsiyyətlərinə qarşı hörmətsiz ifadələr işlətmək mərəzindən azad ola
bilməmişdi. O, “Cəhənnəm” fəslinin 28-ci nəğməsində Məhəmmədin eybəcər hala
salındığını, Əlinin kəlləsinin ikiyə bölündüyünü təsvir edərək, cəhənnəmin bu
sakinlərinin ədavət və davalarda günahkar olduqlarını bildirir. Bəlkə də belə üslub
XIII əsrin sonu, XIV əsrin əvvəllərində xristian dünyasının Səlib yürüşlərinin
uğursuz nəticələrindən qeyzlənmiş insanlarının nifrət ehtirasını nəzərə almaqdan
və özünü kilsənin hiddətindən qorumaq zərurətindən irəli gəlirdi.
Yaxşı ki, XVI Benedikt islamofobiyasını əsaslandırmaq üçün, özünün eyni
adlı pyesində Məhəmmədi yeni dinin banisi olmaqla yanaşı, despotizmin yeni
növünün yaradıcısı, adamların nəinki əməl azadlığına, hətta fikir azadlığına qəsd
edən bir şəxs kimi təsvir edən Volterdən misal çəkməyib. Filosofun mülahizəsinə
görə, guya yeni dini yaratmaqda məqsəd, onun “həqiqi və yalançı olmasından”
asılı olmayaraq, adamların könüllərini əsarətə almaqdan ibarətdir. Əlbəttə, Volterə
müraciət etmək bir qədər təhlükəli ola bilərdi, yoxsa onun xalqının dogma dini
olan xristian dini barədə riyakarlıqdan uzaq olan söylədiyi ifşaedici ifadə ittiham
cavabına çevrilərdi: “Bütpərəst din az qan tökməyib, bizimki isə qanla bütün yer
üzünü sulayıb. Bizimki şübhəsiz yeganə xoş, yeganə həqiqi dindir, ancaq ondan
istifadə etməklə biz bir belə şər işlər görmüşük”. O, dəfələrlə şimşək kimi çaxmışdı
ki,”biabırçı şeyləri məhv et”, biabırçı şeylər deyəndə isə xristian dininə xas olan
fanatizmi, dözümsüzlüyü və xurafatı nəzərdə tuturdu.
Britaniya imperializminin Şərqdə, Hindistanda apardığı müstəmləkə
siyasətini bilavasitə yaxından müşahidə edən, yerli xalqların – hindlilərin və
müsəlmanların ağır taleyini diqqətlə öyrənmiş məşhur ingilis yazıçısı Redyard
Kiplinq dünyanın iki nəhəng regionu arasında daim keçilməz sədd qalacağına işarə
edərək yazırdı:
“Şərq Şərqdir, Qərb də Qərb və bu əkizlər heç vaxt birləşməyəcək. Nə qədər
ki, Yer və Göy Allahın Qiyamət günü mühakiməsində dayanacaq. Orada isə artıq
281
nə Şərq, nə Qərb olacaq”.
İslam dininin yaradıcısı, müsəlmanların müqəddəs kitabı olan Quranda
Allahın elçisi-rəsulu kimi göstərilən Məhəmməd Peyğəmbərə atılan böhtan çamuru
onun şəxsiyyətinin nəhəngliyinə, ideyalarının humanizmi və saflığına, əməllərinin
qüsurdan xali olmasına görə istər sağlığında, istərsə də sonralar ona yapışmayıb,
əksinə böhtan müəlliflərinin biabırçılığı, bir çox hallarda isə peşmançılığı və
Peyğəmbərin yolunu qəbul etmələri ilə nəticələnib. Əgər onun dini qısa müddətdə
dünya dininə çevrilib, üç qitədə kütləvi qaydada yayılıbsa, bayrağı altında bu gün
bir milyarddan artıq insan birləşirsə, Məhəmməd Peyğəmbəri cılız və əsası
olmayan hücumlardan müdafiə etməyə də ehtiyac yoxdur. Özünün son nəfəsində
dediyi kimi, həyatı insanların xeyrinə olduğu tək, ömrünü başa çatdırdıqdan sonra
da ideyaları və nəsihətləri ilə onları sülhə çağırdı, Allaha itaət etməyə səslədi.
Onun qeyri-adi zəkaya malik olmasını isə heç kəs inkar etmir. Təbiət onu dahilik
xüsusiyyətləri ilə mükafatlandıranda azacıq da olsa xəsisliyə yol verməyib. Onun
düşüncələri uğurlarından yaranırdı, uğurları isə düşüncələrindən meydana gəlirdi.
Amerikan tarixçilərinin yazdığı fundamental “Qərb sivilizasiyaları” kitabında
Məhəmmədin yaxşı inzibatçılıq ənənələrinin əsasını qoyduğu göstərilir. Onun
Mədinə şəhərinin ictimai həyatına başçılıq etdiyi illər ərzində şəhər sürətlə inkişaf
etməyə başlamış, sosial və iqtisadi tərəqqidə şəhərin həm də dünyəvi başçısı
missiyasını yerinə yetirən Məhəmmədin böyük xidmətləri olmuşdu.
Məhəmməd Peyğəmbərin ən böyük abidəsi onun yaratdığı dinin yüz
milyonlarla insanın şüuruna daxil olması, bu və ya digər dərəcədə onların həyat
tərzinə öz təsirini göstərməsidir. Bu dinin çoxtərəfli təsirini biz bugünkü dünyanın
həm siyasi və həm də coğrafi xəritəsində aydın görə bilərik. Təkcə mövcudluğu və
inkişaf – yayılma nəticələri bu dinin fəaliyyət miqyası haqqında çox şey deyir.
İslam uzun əsrlər boyu böyük əraziləri və milyonların ruhunu fəth etməsəydi belə,
orta əsrlər Şərqində nəhəng əhəmiyyəti olan siyasi və ictimai hadisə kimi yadda
qalardı. Axı bu din yarananda şüurlarda inqilabi bir dönüş əmələ gətirmişdi. Bu
dönüşün yol göstərəni, Qütb ulduzu isə Məhəmməd Peyğəmbər idi və dövrlər
dəyişsə də, insanlar başqalaşsa da, onun şəxsiyyəti və irsi, nəzərlərini ona tərəf
tutanların heç birindən öz nurunu əsirgəmir. Bu nemətin qiymətini anlamayanlar
isə bilməlidirlər ki, aqnostitsizm, inkar hərisliyi böyük varlıqların ölçüsünə, onun
ucalığına xələl gətirə bilməyəcək.
Xristian da, müsəlman da, buddist də, konfutsiçi də həmin ictimai fikir
növlərinin daşıyıcıları olmamışdan əvvəl dünyaya insan kimi gəlib. Dini fərqlər
barədə nə qədər ehtiraslar kükrəsə də, mübahisələr getsə də, insanlar könüllərində
nifrət yükünü deyil, məhəbbət duyğularını daşımalıdır. Allaha məhəbbət insanların
bir-birinə məhəbbət bəsləməsinə, ən azı digərlərinin dünyabaxışına tolerantlıqla,
hörmətlə yanaşmasına aparır. Axı, Allah insanı öz obrazında, özünə bənzər şəkildə
yaradıb və onlara kömək göndərir. “O, insanı süqut etməyə qoymur” – bu sözlər
121-ci Zəburda ifadə olunub.
Lakin öz səhvlərimizi özümüz düzəltməyə qadir olmalıyıq, yolumuzu
azdıqdan sonra kömək üçün Allaha müraciət etmək kimi zərərli adətdən əl
çəkməliyik. Əgər kimsə bizi Allaha məhəbbətdən ayırmaq istəyirsə, bu səyin əbəs
Dostları ilə paylaş: |