Telman orucov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə139/171
tarix17.11.2017
ölçüsü5,01 Kb.
#10701
1   ...   135   136   137   138   139   140   141   142   ...   171

278 
 
olmayıb.  Sultan  Mehmet  Fateh  əsgərlərini  ruhlandırmaq,  Konstantinopol 
divarlarını aşmaqda daha fədakarcasına vuruşmaq üçün heç də hansısa dini şüardan 
deyil,  “qarət”  mənasını  verən  “yağma”  harayından  istifadə  edib  və  bu  ona  uğur 
gətirib. 
Avropa  xristianlığı  ilk  dəfə  İspaniyanın  və  Siciliyanın  timsalında  ərəblərin 
işğalına məruz qalıb, islam dini və mədəniyyəti ilə tanış olmağa başlayıb. 711-ci 
ildə  İspaniyaya  ciddi  hücum  cəhdi  uğurla  nəticələndi  və  sonrakı  dörd  il  ərzində 
ərəblər  ölkənin  bütün  iri  şəhərlərini  tutdular.  Zəbt  edilmiş  şəhərlər  arasında 
Fransanın  cənubunda  yerləşən  Narbonna  da  var  idi.  Çünki  həmin  şəhər 
İspaniyadakı  Visiqot  krallığının  tərkibinə  daxil  idi.  Tezliklə  İspaniya  Ərəb 
imperiyasının  əyalətinə  çevrildi  və  onu  Dəməşqdəki  xəlifənin  birbaşa  tabeliyində 
olmayan  canişin  idarə  edirdi.  Sonralar  isə  müsəlman  İspaniyası  imperiya 
əyalətindən  müstəqil  dövlətə  çevrildi,  lakin  müsəlman  dünyasının  digər  hissələri 
ilə  iqtisadi  və  mədəni  əlaqələrini  saxladı.  Ərəblər  sonrakı  əsrin  ortalarına  yaxın 
Neapolun qapısında dayandılar, iki dəfə Romanı hədələdilər. Lakin onu tutmadılar, 
çünki Papa VIII İoann müsəlmanlara iki ilə yaxın müddətdə bac-xərac verirdi. 
Müsəlmanlar üçün Avropa torpaqlarına müdaxilə, artıq davam edən prosesin 
məntiqi  davamı  xarakterini  daşıyırdı.  Bu  proses  isə  köçəri  basqınlarının 
transformasiyası hesabına genişlənib böyüyürdü. Əsrlərlə köçəri ərəblər qonşuları 
üzərinə  basqınlar  etmişdilər.  Bu  basqınlardan  qaçıb  qurtarmaq  biabırçı  hal  hesab 
edilmədiyindən,  insan  qurbanları  olduqca  az  olurdu.  Doğrudur,  Quranda  “Allah 
yolunda müharibədən” – cihaddan söz açılır. Cihad həm də ruhi, mənəvi cəhdlərə 
də  aid  edildiyindən,  kafirlərə  qarşı  müharibə  kimi  də  qəbul  edilir  və  “müqəddəs 
müharibə”  kimi  tərcümə  edilir.  Lakin  cihadın  müsəlman  anlayışı  ilə  Səlib 
yürüşlərinin xristian konsepsiyası arasında kəskin fərqlər vardır. 
Cihada  köçəri  basqınlarının  inkişafı  kimi  baxıldıqda,  güman  etmək  olar  ki, 
onun iştirakçılarının əksər hissəsini dini deyil, maddi motivlər ruhlandırırdı. Cihad 
hər şeydən əvvəl maddi nemətlər mənbəyi idi. Cihadla basqın arasındakı ciddi fərq 
isə  onun  strateji  cəhətdən  istiqamətləndirilməsində  idi.  Öz  mövcudluğunun  ilkin 
dövrlərində  cihad  müsəlmanlarla  ittifaq  bağlılığı  olmayan  qonşuluqdakı  bütpərəst 
tayfalara  qarşı  yönəlmişdi.  Müsəlman  hücumlarından  yayınmağın  ən  sadə  üsulu 
islamı qəbul etməkdən və onun yaratdığı konfederasiyaya qoşulmaqdan ibarət idi. 
Beləliklə,  cihad  praktikası  müsəlman  konfederasiyasının  daim  böyüməsinə  və 
müsəlmanların arası kəsilməyən ərazi ekspansiyasına gətirib çıxarırdı. 
Bu  o  demək  deyil  ki,  islam  bir  din  kimi  qılıncla  yayılırdı.  Həqiqətən  də 
bütpərəst  ərəb  tayfalarına,  onlar  cihad  obyektinə  çevrildikdə,  islam  və  ya  qılınc 
kimi  bir  seçim  təklif  olunurdu.  Lakin  iudeylərə,  xristianlara  və  bir  sıra  digər 
dinlərin  nümayəndələrinə,  ümumiyyətlə,  monoteist,  təkallahlı  hesab  olunanlara 
münasibət  tamam  başqa  idi.  Bu  dinlər  islama  qohum  dinlər  hesab  olunurdu,  bir 
cəhət  də  qeyd  edilirdi  ki,  onların  müasir  ardıcılları  əvvəlki  “dinin  təmizliyindən” 
uzaqlaşıblar.  Lakin  onlar  bütpərəstlər  deyildilər  və  ona  görə  də  müsəlmanların 
müttəfiqləri hesab oluna bilərdilər. Ərəbistandan kənardakı ölkələrdə, hansılara ki, 
ərəblər  ilk  dəfə  həmlə  edirdilər,  əhalinin  əksəriyyəti  monoteistlər  kimi  qəbul 
olunurdu. 


279 
 
Beləliklə,  cihad  müsəlmanların  hərbi  ekspansiyasına  aparsa  da,  heç  də 
birbaşa  islama  keçməyə  xidmət  etmirdi.  Cihadın  məqsədi  bu  halda  sakinlərin 
islama  cəlb  edilməsi  deyil,  himayə  edənlər  statusunda  onların  müsəlman 
qaydalarına tabe edilməsi idi. Bütövlükdə onların hamısı əhl əz-zimməni, ayrılıqda 
isə əz-zimmini əmələ gətirdilər. Bir dinə məxsus olanlardan qrup düzəldilir və bu 
qrupa öz dini rəhbərlərinin başçılığı ilə daxili muxtariyyət verilirdi. Qrupun hər bir 
üzvündən digər vergilər kimi müsəlman canişininə can vergisi verilirdi. Bu vergilər 
bəzən  müsəlman  hökmranlığından  əvvəlki  dövrə  nisbətən  az  məbləğdə  olurdu. 
Müsəlman dövləti əhalinin müdafiəsini öz üzərinə götürürdü. Bəzi məhdudiyyətlər 
ucbatından  zimmi  özünü  “ikinci  sort”  vətəndaş  kimi  hiss  edirdi  və  bu  əsrlər 
boyunca  xristianların  müsəlmanlığa  keçməsi  üçün  stimul  rolunu  oynayırdı. 
Müsəlman liderlərinin bəzilərinə isə bu xoş gəlmirdi, çünki ianə mədaxili azalırdı 
və bununla da dövlət büdcəsinin əsasları zəifləyirdi. 
Əhl  əz-zimmə  geniş  anlayış  idi.  Buraya  kitab  əhli  olan  xristianlardan  və 
iudeylərdən başqa öz dinlərinə sitayiş etməyə icazə verilmiş sabilər və atəşpərəstlər 
də  daxil  idi.  Onların  həyatına,  azadlığına  və  əmlak  toxunulmazlığına  təminat 
verilirdi. Bunlara görə əhl əz-zimmə cizyə adlanan xüsusi can vergisi ödəməli idi. 
Əhl  əl-kitab  (xristianlar  və  iudeylər)  heç  də  hökmən  islam  dinini  qəbul 
etməli deyildi, onlar müsəlman dövlətində yaşayıb, onun himayəsindən istifadə edə 
bilərdi. 
Əhl  əz-zimmələr  Əməvi,  Abbasi  və  Fatimi  xəlifəliklərinin  dövründə 
dövlətin  idarə  olunmasında,  elmdə  və  mədəniyyət  sahələrində  böyük  rol 
oynamışdılar.  Əhl  əz-zimməyə  mənsub  olan  alimlər  orta  əsrlərdə  fəlsəfənin, 
təbabətin, dəqiq elmlərin inkişafına xüsusilə böyük töhfə vermişdilər. 
Abbasilərin  dövründə  maarif  xüsusilə  sürətlə  inkişaf  edirdi.  Qərb 
tarixçilərinin  tədqiqatı  göstərir  ki,  X  əsrdə  xəlifəliyin  ərazisində  kişi  cinsindən 
olanlar arasında savadlılar əhalinin 20 faizini təşkil edirdisə, Avropada bu göstərici 
bir faizə bərabər idi. 
Bu gün Roma Papası xristian ilahiyyatçılığının “deelliniziyasının” uzun dövr 
ərzində  vurduğu  ziyandan  söhbət  açırsa,  islam  ilahiyyat  elmi  hələ  ilk  dövrlərdə 
qədim  yunan  fəlsəfəsini  öyrənib,  özünün  etik  əsaslarını  formalaşdırmaqda  ondan 
geniş istifadə edirdi. Ərəb islam dünyası orta əsrlərdə unudulmuş antik fəlsəfənin 
öyrənilməsində xüsusi proqressiv rol oynamış, hətta qədim yunan filosofları Platon 
və  Aristotel  böyük  maraq  və  ehtiramın  nəticəsi  kimi  ərəblər  tərəfindən 
özününküləşdirilərək, Əflatun və Ərəstun adlandırılmışdı. 
Germanların  və  slavyanların,  macar  və  norveçlərin  basqınlarından  fərqli 
olaraq  ərəblərin  İspaniyaya  hücumunu  “barbar”  basqını  adlandırmırlar.  Barbar 
adlanan xalqlar Avropanın qurulmasında qiymətli rol oynasalar da, ərəbləri onlarla 
bərabərləşdirmək həqiqət nöqteyi-nəzərindən ədalətsizlik olardı. Əlbəttə, ərəblər və 
berberlər  işğal  vaxtı  heç  də  digər  qəsbkar  tayfalardan  daha  yüksək  mədəni 
səviyyədə  dayanmırdılar,  lakin  onların  arasında  prinsipial  fərqlər  də  mövcud  idi. 
Avropanın digər işğalçıları hələ də tayfa səviyyəsində idilər, onların mədəniyyəti 
və dünyagörüşü şəhər həyatı ilə bağlı deyildi. Ərəblər isə yaxın bir-iki əsr ərzində 
mədəniyyətin  daşıyıcısına  çevrilən  imperiyanı  təmsil  edirdilər.  Digər  tərəfdən, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə