328
“525-ci qəzet”. 19.07.2005
Söz mühakiməsi və ya mühakimə sözü
Başqalarına sözü ilə deyil,bütün həyatı ilə ləyaqət moizəsi təlqin edən
R. A-ya
Ötən ili yola salarkən ölkədə də, paytaxtda da sevinc notları, fərəh nişanələri
daha çox gözə çarpırdı. Yeni il axşamı Bakı sakinlərinin xeyli hissəsi izdihamlı
şənliyin bilavasitə iştirakçısı, demək olar ki, hamısı isə müşahidəçisi oldu. Şəhərin
səmasını o qədər də öyrəşmədiymiz və uzun dəqiqələr ərzində davam edən
atəşfəşanlıq al-əlvan rəngə boyadıqca, memarlıq incilərinin büründüyü qövsi-
qüzeh örtüyü, küçələrin bəzəyi və ağacların budaqlarından sallanan miniatür lampa
salxımları bərq vurduqca, adamlara elə bil ki, əlavə nikbinlik hissələri bəxş edirdi,
gələcəyə inamı möhkəmləndirirdi, könüllərdə közərən ümid odunu alovlandırırdı.
Axı romantik duyğu adamı həyatda ümidsizlikdən, bədbinliyin əsarətindən xilas
etməyə qadir olur.
Həmin şənliklər ərəfəsində ölkə prezidentinin fərmanı ilə müxtəlif müddətə
azadlıqdan məhrum edilmiş bir qrup jurnalist əfv edildi, onlar dustaqxana
kameralarını və baraklarını tərk edib, azadlığa, həm də öz ailələrinə və uşaqlarına,
dostlarına və yaxınlarına qovuşdular. Siyahının bütöv olmaması müəyyən təəssüf
hissləri doğursa da, əksəriyyət bu humanist addımı alqışladı, məhbəsdən
qurtulanların sevincinə şərik çıxdı.
Onu da qeyd etmək lazım gəlir ki, bütövlükdə jurnalistlərə, xüsusən də,
cəzaya məhkum edilmişlərə münasibət heç də birmənalı deyildir. Çünki son illərdə
meydana gələn qəzetlərin, elektron kütləvi informasiya vasitələrinin bolluğu
onların məhsullarının keyfiyyət göstəricilərinin yaxşılaşması ilə müşayiət
olunmadı, əksinə, mətbuatdan və televiziya efirindən mənəvi terror məqsədilə
istifadə etmək ənənəsi özünü daha böyük hədyanlıqla biruzə verdi. Bədnam «reket
jurnalistləri» məfhumu altında gizlədilən qatı söz terrorunun birbaşa nümunələri və
hədələri geniş ayaq açmağa başladı, bu üzdəniraq yolu arqumentə çevirmək həvəsi
böyüdü.
Lakin cəmiyyətin də mətbuata münasibətini normal saymaq olmaz, çünki
bəzi hallarda öz qüsurlarının səbəbini özündə axtarmaq, onun batsillalarrından
xilas olmaq qayğısına qalmaq əvəzinə, bütün günahları rəy sahiblərində, qələm
əhlində görmək kimi hamar güman edilən, ancaq qeyri-məhsuldar olan bir yol
tutulur. Yəqin ki, güzgünün parlaqlığına nail olmaq cəmiyyəti cilalamaqdan daha
asan hesab olunur. Güzgünü ləkə basanda onun əksetdirmə qabiliyyəti xeyli
zəifləyir.
Təəssüf ki, bir sıra hallarda qəzetlər daha çox sensasiya arxasınca qaçaraq,
öz məzmun və oxunaqlılıq xüsusiyyətlərini itirməyə dözür. Bəziləri isə kin, nifrət
ruporuna çevrilməklə, əslində, xeyirə, ədalətə, haqqa xidmət kimi borcu unudub,
şərə qulluq göstərməyə girişir, ədavət yaymaq imkanını reallaşdırmaqdan həzz alır.
Kin toxumlarını səpmək, buna əkinçilik, bağbanlıq etmək isə heç də xeyirxah bir iş
329
deyildir. Obyektiv, əsaslandırılmış, tutarlı tənqid bir çox hallarda təhqir, iyrənc
söyüş, böhtan və iftira ilə əvəz edilir. Ona görə də şiddətlənən qərəz qasırğasında
qüsurların sağlam tənqidi, quldurların, yaramazların, tör-töküntülərin həqiqi ifşası
itib batır, ümumi hiddət dumanı onları diqqətdən yayındırır. Belə mühit istedadlı
jurnalistlərin böyük zəhmətini də yerə vurur, onların söz əlkimyaçılığı, əziyyəti
ucuz ərintilərə qarışaraq udulur. Bu məsələdə adi ölçü hissi gözlənilmədiyindən
nəyin ciddi, nəyin şaiyə səviyyəsində olduğunu ayırd etmək mümkün olmur.
Ağlabatmayan proqnozlar baş alıb gedir, elə təsəvvür yaranır ki, ölkədə heç kəs
yaradıcı işlə məşğul olmur, oğurluğa, harama meyl aparıcı rol oynayır,
hakimiyyətin bütün pillələrində, cəmiyyətin əksər təbəqələri arasında ölüm-dirim
savaşı gedir. Beləliklə, inkar, bütün təzahürləri qara rəngdə görmək hakim
mövqeləri qəsb edir. İş ona gəlib çatıb ki, parazitlərlə mübarizəyə də əks
mövqedən yanaşmağa girişirilir. Hakimiyyət isə dövlət, xalq mülkiyyətini çapıb-
talayan, rüşvətxorlar ordusuna generallıq edən iki-üç vəzifə sahibini
səlahiyyətlərdən məhrum edib, zərərsizləşdirdikdə bəzi qəzetlər bu çılpaq
korrupsiya krallarına az qala qəhrəman libası tikməklə məşğul olur, onların hədd
bilməyən tamahkarlığının dəlil-sübutlarını qəbul etməkdən imtina edir, əvəzində
asket həyat tərzi sürmələri barədəki saxta rəyi adamların şüurlarına təlqin etmək
istəyir. Xalqın qanını sormaqdan uzaqlaşdırılmaq üçün qəfəslərə salınan qurdlar bir
andaca öz şəklini dəyişib, quzu dərisində təsvir edilir. Hamıya uyaxşı məlum olan
real xüsusiyyətləri silinib, yerində onlara gildən ən təmiz və halal insan heykəli
tökülür, ancaq ona azacıq əl dəydikdə bu saxta abidə ovxalanıb bir andaca sıradan
çıxır.
Belə əllaməliklər sözə, yazıya hörməti, inamı azaldır, əcayib standartların
mövcudluğunu yada salır. Bunlar nadir nümunələr olsa da, mətbuatın adına və
şərəfinə kölgə salmamış qalmır. İtirilən nüfuz isə bir də bərpa olunmur, ingilislərin
ifadəsincə desək, bu, dənizin onda həlak olanları nə vaxtsa geri qaytarması
ehtimalına daha çox bənzəyir.
Bəla burasındadır ki, ədalətli, obyektiv tənqidə də bir çox hallarda məhəl
qoyulmur. Bəzi vəzifə sahibləri bundan istifadə edib, istənilən tənqidə qarşı
gülləkeçməz zirehə yiyələnirlər. Məmur özbaşınalığı barədə olan məlumatlara
müvafiq səviyyədə reaksiya verilmədiyindən, mənsəb sahiblərində özünə
güvənmə, öz toxunulmazlığına inam yaranır, nəticədə isə hərəkətləri və onların
nəticələri üçün hökmən məsuliyyət daşımalı olduqları barədəki düşüncə əriyib
yoxa çıxmağa başlayır. Belə arzuolunmaz metamorfozalar qanunların maniəsiz
fəaliyyətinə əngəllər yaradır, cəzasızlıq mühitinin formalaşmasına, anarxiyapərəst
meyllərə yol açır. Real tənqid qulaqardına vurulur, ağır səhv şəklində təmiz suyun
bulandırılması kimi qiymətləndirilir. Cəhalətin, xurafatın ifşası bəzən insanların
dini inanclarına hücum kimi qəbul edilir. Ehtiraslar coşanda isə düzgün qərar
vermək xeyli çətinləşir. Bütün bunlar yazının ədəb-ərkan çərçivəsində olması üçün
jurnalistin məsuliyyətini azaltmamalıdır. İnvektivadan istifadə həvəsi milli
mentalitetə, dini hisslərə məhəl qoymamağa gətirib çıxarmamalıdır. Dini rəmzlərə
xırda bir hörmətsizlik dindarlar tərəfindən öz ruhlarının təhqiri kimi
qiymətləndirilir. Unutmamaq lazım gəlir ki, söz azadlığı heç də hər cür hədyanlığa
Dostları ilə paylaş: |