Telman orucov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə160/171
tarix17.11.2017
ölçüsü5,01 Kb.
#10701
1   ...   156   157   158   159   160   161   162   163   ...   171

320 
 
çıxmaqla,  onlara  əlavə  cazibədarlıq  versin.Bu  quş  atasının  könlünə  nüfuz  etmək 
üçün  bir  açar  ,  bir  vasitə  rolunu  oynayırdı.  Lakin  o,  bu  düşüncələrini  hamıdan,  o 
cümlədən  atasından  və  dostlarından  gizli  saxlayırdı.  Bu  sirr  yalnız  onun  özünə 
məxsus  idi,  onu  açmaq,  aşkarlamaq  hər  şeydən  əvvəl  özünə  xəyanət  əlaməti  ola 
bilərdi. 
 Dostum hisslərə qapılan adam təsiri bağışalyırdı. Bu fikrimi təsdiq edirmiş 
kimi  bildirdi  ki,  uşaqlıq  dövründə  bu  quşun  az  qala  sirr  daşıyıcısı,  ən  mərhəm 
adamlar  arasında  müjdəçi  olduğuna  inam  gətiribmiş  ,  hansısa  əcaib  təsirdən  onu 
müqəddəslik  haləsinə  bürüyürmüş  və  əvvəllər  kimisnə  ona  elə  bu  prizmadan 
baxmasından da hali deyilmiş. Sonralar dini kitaba maraqları artdıqda, şanapipiyin 
peyğəmbərlərin  diqqətini  cəlb  etdiyini  öyrənə  bilmişdi  .İslam  dinin  ali  kitabında 
şanapipiyinin  Süleyman  peyğəmbərin  Səba  hökmdarı  Bəlqisə  məktubunu 
çatdırmaq  kimi  vacib  bir  işə  xidmət  etdiyi  göstərilir.  Axı  bu  ünsiyyət  sonralar 
onların  arasında  məhəbbət  cığırına  yol  açmışdı.Ona görə  də  həmin  quş  insan  adı 
olan  Hüd-hüd  adı  altında  məşhurlaşmağa  başlamışdır.  Quranın  “ən-Nəml” 
surəsinin  22-ci  ayəsində  deyilir:  ”Sənin  bilmədiyin  bir  şeyi  öyrəndim.  Sənə 
Səbadan doğru bir xəbər gətirmişəm”.Hüd –hüd Səba əhlinə padşahlıq edən qadın 
haqqında məlumat verir və bu xalqın Allaha deyil, Günəşə sitayiş etdiyini bildirir. 
Sonra isə Süleyman peyğəmbərin düz yola qayıtmaq barədəki məktubunu Bəlqisə 
çatdırır.  Bax,  beləkilə  şanapipik  peyğəmbərin  tapşırığını  yerinə  yetirir.  Görünür, 
rusların şanapipik quşuna verdikləri “udod” sözü də yəqin ki, hüd-hüd ifadəsindən 
yaranmışdır.  Yazıçı  dostum  onu  da  səmimi  qaydada  bildirdi  ki,  heç  müqəddəs 
kitaba  bələd olmamışdan, bu  qəribə  zahiri  əlamətlərə  malik olan  quşun  adi varlıq 
olmaması  qənaətinə  gəlmişdim,  onda  daim  hansısa  bir  qəribəlik,  möcüzə  əlaməti 
tapmağa cəhd göstərmişdim. 
 Lakin  sonralar  onun  bu  quşa  olan  aludəçiliyi  uşaqlıga  xas  olan  digər 
xüsusiyyətlər  kimi  sıradan  çıxmış,  təxəyüllün  poetik  çalarlarının  yerini  reallığın, 
gerçəkliyin  amansız  diqtələri,  izləri  tutmuşdur.  İndi  isə  gözləmədiyi  halda  bu  quş 
onun uşaqlığından uzun bir yol qət edib, uçub bu dövrə və məkana gəlmiş, sehirli 
bir möcüzə kimi , həm də onu geriyə, həmin illərə , doğma yurda - vaxtilə özünün 
zərurətin  hökmü  ilə  tərk  etdiyi,  sonralar  isə  bədbəxtliklər  ucbatından  qapısı 
hamının  üzünə  bağlı  qalan,  yolu  itirilmiş  kəndinə  qaytarırdı.Bu  quş  unudulmuş 
xatirələr oyatmaqla, özünə məhrəm saydığı və dünyanın hər yerindən gözəl bildiyi 
doğma  təbiətin  qucağına  onu  yenidən  çatdırmış  ,  ən  azı  onda  bu  arzunu  şiddətli 
qaydada canlandırmış, həmin çağırışa biganə qalmamağa səsləndirmişdir. Xırda bir 
quş adamın dünyasında belə gözlənilməz dəyişiklik etməyə, onu sarsıntıya salmağa 
qadirdir. 
 Dostum  mənim  bu  söhbəti  lazımınca  anlamadığımı  hiss  edib,  elə  bil  ki, 
pünhan  saxladığım  fikirlərlə  razılaşmadığını  bildirdi.  Gizlətmək  istəmirəm,  mən 
düşünürdüm  ki,  qocaman  qələm  sahibi  xəyallar  aləminin  sərgərdarına  çevrilmək 
təhlükəsi  ilə  üz-üzə  gəlmişdir.  Ona  görə  də  öz  hisslərini  adi  sözlərlə  izah  etmək 
qərarına gəldi: 
 -  Bilirsən  ,  bu  quş  əhvalatı,  bu  cılız  varlığın  mənim  ruhuma  güclü  təsir 
göstərməsi  əslində  bir  qədər  qəribə  görünə  bilər.  Bəlkə  də  bu  düşüncələr  təkcə 


321 
 
mənə  xasdır,  ona  görə  də  bunu  başqaları  mənim  tək  qəbul  etmək  istəmir  ,  hətta 
belə  fikirlərin  yaranmasının  özünə  qeyri-  adilik  ,  qəribəlik,  daha  dəqiq  desək, 
divanəlik  kimi  baxırlar.  Mən  heç  kəsi  qınamıram  ki,  niyə  məni  olduğu  kimi  dərk 
etmir,  axı  bu  idrakdakı  qüsurdan  hamımız  əziyyət  çəkirik  və  ya  hər  birimiz 
başqasının könlünə toxunmaqdan, ona zərbə vurmaqdan çəkinmirik. Yəqin ki, ahıl 
yaşımda uşaqlıq hisslərimə qapıldığıma, çox sayda onilliklərin üstündən keçib , baş 
vermiş  hadisələrin  hətta  xatirələrdən  silindiyi  aləmə  yenidən  səyahət  etmək 
istəyində  olmağıma  gülənlər  də  tapıla  bilər,  ruhumun  haçalanıb  məni  əlavə 
əziyyətlərə  düçar  etdiyini  güman  edənlər  də  ola  bilər.  Onda  etiraf  etməliyəm  ki, 
belə  düşüncələr  heç  də  əzabsız  ötüşmür,  xatirələr  süfrəsində  şirin  neymətlərlə 
yanaşı , acı təamları da dadmalı olursan. Bilmirəm nədəndir ki, bu quş da onu ilk 
dəfə seyr etdiyim yeri, keçən günləri, doğma yurdu , el-obanı yada saldı. Sənə də 
yaxşı  məlumdur  ki,  mən  həyatımdan  narazı  deyiləm,  naşükürlüyümə  görə  Allah 
məni  cəzalandırardı.  Ruhumun  fırtınaları  ram  edib,  lövbər  saldığı  kitablarım  öz 
oxucu  kütləsinə  malikdir.  Dahilik  iddiasında  deyiləm  ,  lakin  qələmimin 
məhsullarının  banyan  ağacı  kimi  necə  geniş  əraziyə  yayılıb  tutduğunu  gördükdə 
məmnunluq  hissi  keçirdiyimi  də  dana  bilmərəm.  Ömür-  gün  yoldaşımla  yarım 
əsrdən artıq bir müddətdə övladlarımı, sonra da nəvələrimizi böyütmüşük, indi isə 
nəticələrimizin  nəslimizi  davam  etdirməsindən  qürürlanırıq.  Övladlarımın 
qayğısından  şikayət  etməyə  də  haqqım  yoxdur,  üstəlik  də  dövlət  öz  qayğısını  və 
diqqətini əsirgəmir. Lakin birdən hansısa bir hiss məni çuğlayır, özünə əsir etməyə 
çalışır, elə bil ki, ilahi bir səs məni doğma kəndə, onun çətinliklərlə və ehtiyaclarla 
dolu olan yaşayışına qayıtmağa səsləyir. İllər keçdikdən sonra həmin kasıblığın , 
imkansızlığın  acıları  öz  dadını  dəyişib  şirinləşməyə  başlayır  və  ötən  dövr  öz 
maqnetizmi  ilə  yenidən  səni  öz  ağuşuna  qaytarmaq  istəyir.  Bu  hisslərlə  qalib 
gəlmək bir yana, onlara duruş gətirmək də olduqca çətindir. 
 Sonra  o,  əvvəllərdə  olduğu  kimi  yenə  söhbəti  öz  doğma  kəndinin  ,  indiyə 
qədər  əzizliyini  itirməyən  atasının  ,  yaxınlarının  üzərinə  gətirib  çıxartdı.  Atasını 
qəbirə  tapşırdığı  gündən  üç  onillikdən  artıq  bir  vaxt  keçir.  Həyat  çayının  suları 
kimi  insanlar  ölüm  adlanan  dənizə  axmaqda  davam  edirlər.  Lakin  insan  öz 
əzizinin,  doğmasının  həyata  vida  etməsi  ilə  razılaşmaq  istəmir,  təskinliyi  yalnız 
onların  qəbrini  ziyarət  etməkdə  tapır.Bu  mümkün  olmayanda  insan  öz 
müqəddəslərinə asi düşmüş kimi görünür. Əgər ata-ana qəbri üzərinə gedən cığırı 
ot  basmışdırsa,  bu  övladların,  nəvələrin  qəbahətidir,  günahıdır,  nankorluğudur. 
Lakin  səbəb  özündən  asılı  deyilsə,  məgər  bu  ruhlar  qarşısındakı  borcu  kiçildə 
bilirmi, günahı azaltmaqda bəraət rolunu oynayırmı? 
 Son  on  beş  ildə  bu  adam  valideynlərinin  qəbrini  –özünün  bu  müqqəddəs 
saydığı  bu  ehramı,  dağlar  qədər  uca  saydığı  sadə  sərdabələri  ziyarət  edə 
bilməmişdir.  Səbəb  isə  hamınınkı  kimidir.  Qarabağın  digər  gözəl  guşələri  kimi 
onun  elinin  yaşadığı  torpaqlar,  doğma  kəndi  ermənilər  tərəfindən  işğal 
olunmuşdur.  Bu  bulaqların  nəğmə  dediyi  ,  ot  örtüyünün  zəriflik  nişanəsi  olan 
süsənlərin bəzədiyi meşələr, səhər-səhər əkinçiləri salamlayan torağayların şərqisi 
yaddan  çıxa  bilərmi?  Yoxsa  qantökmə  hərisliyi  onları  elə  kor  etmişdir  ki,  onlar 
düşmənçiliyi  bütöv  bir  xalqa  deyil,  təbiət,  meşələr,  heyvanlar,  quşlar  üzərinə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə