Telman orucov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə161/171
tarix17.11.2017
ölçüsü5,01 Kb.
#10701
1   ...   157   158   159   160   161   162   163   164   ...   171

322 
 
yaymaqdan  da  həzz  alırlarmı?  Təbiət  bir  qayda  olaraq  qoynunda  dünyaya 
gətirdiyi,böyüdüb boya başa çatdırdığı, nəhayət sonda öz qucağında əbədi məskən 
verdiyi varlıqlara ana olmağı bacarır. Yadlara, xüsusən ölüm kabusunnu müşaiyət 
edənlərə isə təbiət heç vaxt ana münasibəti, doğmalıq göstərə bilməz. Çünki onun 
daimi  məskunlarının  həyatı  kimi,  onun  özünün  də  məvhinə  çalışanlar,  ona  nəinki 
övlad məhəbbəti bəsləyə bilmir, əksinə ona qənim kəsilmək kimi vəhşi istəyindən 
bir an da olsun geri çəkilmirlər. 
 Qocaman yazıçı onu da qeyd etdi ki, ahıl yaşa çatmaq çoxlarının arzusudur, 
baxmayaraq  ki,  deyirlər  ki,  guya  Allah  sevdiklərini  daha  tez  öz  dərgahına  aparır. 
İnsan yaşa dolduqca kamilləşir, dünyanın hər üzünü görmək imkanı qazanır. Bircə 
qüsuru odur ki, fəal həyatdan nisbətən uzaqlaşmalı olursan və bu, bir çox hallarda 
insanda  lazımsızliq  kompleksinin  yaranmasına  səbəb  olur.  Lakin  həyata  bağlılıq 
olduqca böyük gücə malikdir, insan yaşadığı hər gündən cismən olmasa da, ruhən 
həzz almaq istəyir və son sap üzülənə qədər heç kəs həyatdan ayrılmaq istəmir. 
Qocalığın  insana  bəxş  etdiyi  xüsusiyyətlərdən  biri  onu  rahat  yatmaqdan 
məhrum etməsi, şirin yuxuya, təbiblərin diliilə deyilsə dərin, sağlam yuxuya həsrət 
qoymasıdır. Sonra o, dərindən bir ah çəkib, söhbətinə davam etdi: 
 -Mən olduqca az yatıram. Mürgüləyən kimi də yuxular rahatlıq vermir. Özü 
də  hər  gecə  ,  özü  də  bir  neçə  dəfə  doğma  kəndimi  ,  onun  yaddaşlardan  çoxdan 
silinmiş  adamlarını  görürəm.  Yuxular  mənim  üçün  kəndimi  ,  onun  əhalisini 
yenidən  öyrənmək  dərsliyinə  ,  kinofilminə  çevrilir.  Yuxuda  atamı,  anamı, 
qonşularımızı  görürəm.  Onların  yanında  mən  yenə  də  əvvəlki  uşaqlığıma 
qayıdıram. Qəribədir ki, heç xatirimdə olmayan hadisələr, cizgilər yuxuda reallıq 
qazanır,  anadan  yetim  qaldığıma  ,  həlim  xasiyyətimə,  bəklə  də  atamın  kənddəki 
böyük  nüfuzuna  görə  adammlar  məni  əzizləyir,  hətta  öz  uşaqlarına  belə  məndən 
muğayat  olmağı,  meşəyə  oduna  gedəndə,  çaydan  keçəndə  mənə  kömək 
göstərmələrini tapşırırdılar. Atamın isə nəvazişinə söz ola bilməz. Lakin bu nəvaziş 
leysanında mən azacıq narazılıq notlarını hiss etməyə başlayıram. Bu narazılığı da 
heç  kəsin  üstünə  yıxmaq  istəmir,  bircə  onu  dəfələrlə  təkrar  edir  ki,  hamımız 
günahkarıq,  düşməni  tanımamışıq  ,  şirin  dilinə  uyub  sayıqlığımızı  itirmişik. 
Yuxudan ayılanda atamın səsi qulaqlarımda zəng səsi kimi cingildəməyə başlayır. 
Bu  dərdə  necə  dözürsünüz?  Yoxsa  nələrəsə  aldanıb,  dərdi  yaddan  çıxarmısınız? 
Axı  insan  üzərində  dünyaya  gəldiyi  torpağın  qədrini  bilməlidir,  ona  görə  də  ona 
anadan da əziz səslənən Vətən adını vermişlər. 
 Atam  bu  sözləri  mənə  ünvanlandırır,başqa  heç  kəsi  nəzərdə  tutmur.  Pis 
əməldə  bulunan  uşaq  saflığı  ilə  mən  də  başımı  aşağı  salıb,  onun tənə  dadı verən 
sözlərinə, məzəmmətinə  qulaq asıram. Atamı  da qınamıram, axı  yuxuda o, yalnız 
mənimlə görüşür , öz qayğılarını mənə söyləməyə imkan tapır. Oğlunun onu necə 
sevdiyinə,bir  sözünə  də  etiraz  etməyəcəyinə  o,  daim  əmin  olmaqda  qalırdı  və  bu 
inamında yanılmadığını bilirdi. Digər tərəfdən onun sözlərində nəsə qeyri-düzgün 
olan  bir  şeyi  tapmaq  da  mümkün  deyildi.  Ancaq  etiraf  etməliyəm  ki,  bu  yuxular 
mənim əsəblərimi ərş hündürlüyündəki tarıma çəkir, bir an da olsun mənə rahatlıq 
vermir. Belə yuxulardan sonra alabəzək, kəkilli quş onların reallıq ehtimalını bir az 
da artırdı. Düşüncələrim reallıqla röya arasında hərəkət edən və fasilə verməyən bir 


323 
 
məkikə  çevrildi  və  o,  quşa  müraciət  edirmiş  kimi  bədaətən  gizli  sözlərini 
təkrarladı: 
 -Əgər  kəndimizə  uçub  getsən,  qəbirstana  yollan,  üzünü  orada  yatanlara 
tutub mənim adımdan de ki, biz dirilər siz ölülər qarşısında günahkarıq. Xahiş edə 
bilmərik ki, günahlarımızı əfv edin. Bircə təvəqqəm odur ki, yuxuda bizi belə sərt 
qaydada  mühakimə  etmətin.  Çəkdiyimiz  ağrılar  özümüzə  bəsdir.  Nə  qədər  şən 
olsaq da,  bu acını  unuda  bilmirik.  Lakin biz  ruhdan düşməmişik  ,torpaqlarımızın 
tezliklə azad olacağı barədəki ümidimiz günü-gündən artır. Bu ümid xülyaya deyil, 
ölkəmizin real qüdrətinə, dövlətimizin düzgün siyasətinə əsaslanır. Dirilərin ümidi 
ruhlara da sakitlik verməlidir. 
 Bu sözlərdən sonra o, bir qədər ürək nahiyəsindən ağrısı çəkilən adam kimi 
nəfəs almağa başlayıb əlavə etdi: 
 -Bax “Şanapipik” hekayəsinin buna görə qələmə aldım. Ölülərə bunu hətta 
sehrli  quşla  çatdıra  bilməsəm  də  ,ətrafdakılar  qoy  mənim  mövqeyimlə  bir  daha 
tanış  olma  imkanı  qazansınlar.  Mən  özlüyümdə  hətta  haqsız  olan  hər  cür  cəzanı 
çəkməyə  də  razılaşardım  ki,  təki  torpaqlarımız  azad  olsun.  Ölkəmizin  ərazi 
bütövlüyünün bərpası onu belə arzu olunan sonluqla nəticələndirənlərə həqiqi şərəf 
gətirməklə,  bütün  günahkarlara  isə  ibrət  dərsi  olmaqla  yanaşı,  axırıncılara  layiq 
olmadıqları,  lakin  çoxdan  gözlənilən  zəfərin  gətirdiyi  şadlığın  tərkib  hissəsi  olan 
mərhəmətdən  meydana  gələn  bəraət  verəcək,  bu  isə  ümumi  razılıq  mühitinin 
yaranmasına , əfvin, alicənablığın böyüklüyünə şərait yaradacaqdır. 
 “525-ci qəzet”.23.08.2008 
 
 
 
Jurnalist sözünün vəzni 
 
Cəmiyyətdə,  bizi  əhatə  edən  ictimai  mühitdə  öz  şəxsi  məsuliyyət  hissini 
dərk  edən  hər  bir  adam  üçün  onun  ifadə  etdiyi  fikir,  dilə  gətirdiyi  söz  çox  vaxt 
ittiham üçün imkan verən, cavabdehlik üçün şərait yaradan, yaxud da şərəf gətirən 
əməldən heç də az əhəmiyyət daşımır. Xüsusən siyasət prosesində fəaliyyət əksər 
hallarda  ört-basdır  edilib,  rəng  dəyişikliyinə  məruz  qaldığından,  siyasi  davranış 
daim  əslində  göz  qabağında  olmadığından,  özünü  bu  sahəyə  həsr  edən  adamların 
ən adi sözü, bəzən hətta bəsit, cılız fikri belə onun rəsmi mövqeyi və ya bəyanatı 
kimi qəbul edilir. Ona görə də sözün çox hallarda daşıdığı fikir, məna yükündən də 
ağır olduğu qənaətinə gəlinir. İctimai hadisələrin fövqündə dayanan jurnalistin işi 
bu  nöqteyi-nəzərdən  olduqca  mürəkkəb  olmaqla  yanaşı,  bu  söz  zərgərlərindən 
xüsusi  dəqiqlik,  obyektivlik  və  optimal  ifadə  tərzi  tapmağı  tələb  edir.  Qədim 
romalılar  demişkən,  axı  “yazılan  qalır”,  onları  sonradan  silmək,  pozmaq  olmur. 
Söylənmiş  fikrə  hansısa  ruhu  oxşayan  düzəliş  vermək  imkanı  yoxa  çıxır.  Yəqin 
buna görədir ki, əslində qələm sahibindən ötəri təqsiri bağışlayan, əfv edən mürür-
zaman müddəti mövcud deyildir. Reallığın öz kontekstindən çıxarılmaması və hər 
bir  jurnalistdən  irəlini  görmək  peyğəmbərliyini  tələb  etməmək  şərti  ilə,  bu  sənət 
sahibləri  illər  keçdikdən  sonra  belə  cəmiyyət  qarşısında,  ən  azı  öz  vicdanı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə