316
bir daha nümayiş etdirmək üçün ilk romanlarından birinin adını da “Zorən
jurnalist” qoydu. Ondan əvvəlki və sonra seriya şəklində gələn əsərlərini, Emil
Zolya çox sayda romanlarını “Ruqon –Makkarlar” adı altında ümumiləşdirdiyi,
yaxud Aleksandır Gertsen “Olmuşlar və düşüncələr” adlandırdığı kimi, yaşlı cavan
yazıçı da bu bədii məhsullarını “Müşahidələrim , özümdən və göz önümdən
keçənlər” kimi uzun da olsa, həqiqətə çox yaxın olan bir adla qələmindən yapdığı
komanın himayəsinə, topluya yığa bilərdi. Bu əsərlərdə çoxlu yadda qalan
obrazlar, xarakterlər var, lakin onların hamısını bir leytmotiv, bir ümumi qəhrəman
birləşdirir, bu da zamandır. Özünün yaşadığı , mövcud olduğu illər, onlara naxış
vuran hadisələr, kəşməkeşlər, ziddiyyətlər, insan təbiətinin əlşatmaz yüksəklikləri
və dibi görünməyən uçurumu andıran eybəcərlikləri, nakəslikləri, namərdlikləri.
Gözlərimiz önündə yazıçı XX əsrin ən azı üçdə birinin, bəlkə də yarısının
mənzərəsini canlandırır. Onu bəxtəvər hesab edənlərə özünün və hörmət bəslədiyi
insanların hansı bədbəxtliklərə sinə gərdiyini, hansı oddan, alovdan, insan
məkrindən yaranan dəhşətli sınaqlardan çıxdığını, bəzən ölüm –dirim mübarizəsinə
atıldığını göstərir. Əsrin bu kaleydoskopunda biz çox şeyləri görürük. Kasıb dağ
kəndində xalqın əlini çörəyə çatdırmaq üçün hər cür əziyətlərə qatlaşan , əkin
sahələrinə su gətirmək üçün kəhriz qazan rəncbərləri də, öz təmiz adını böhtan
ləkəsindən qorumaq üçün sərt şaxtalı qış gecəsində həyatını soyuqdan donmaq ,
yaxud da cavanların dişləri ilə parçalanmaq təhlükəsinə atan cavan müəllimi də,
vəzifəsinə arxalanıb canlı insandan nişan hədəfi kimi istifadə edən əclafları da.
Yazıçı heç də özünü fotoqraf kimi aparmır, faktın, hadisənin dəqiqliyi, ani
mövcudluğu onu o qədər də maraqlandırmır, bu hadisələrin hərəkətverici
qüvvəsinə, motivlərinə nüfuz etməyə səy göstərir, xarakterlərin formalaşmasında
mühitin danılmaz , çox vaxt isə amansız rol oynadığını göstərir. Ona görə də hər
bir insan taleyində biz həm də zamanıın damğasını görürük, hadisələri qoynuna
alan vaxt fenomeninin öz müsbət və ya mənfi təsiri ilə insanları necə dəyişdirdiyini
, çox vaxt xarakterləri formalaşdırarkən mənəviyyatı deformasiyaya uğratdığını,
əzdiyini, eybəcərləşdirdiyini görürük. Ona görə də bu əsərlərdə insanlar və zaman
birgə , Siam ekizləri kimi eyni qan dövranından qidalanan tək ayrılmayan bir
vəhdətdə təsvir olunurlar və müəllif –bələdçi bizi öz dövrünün qaranlıq
labirinrtlərinə baş vurmağa dəvət edir.
Bir sözlə, Əli İldırımoğlunun əsərləri oxucusunu böyük bir səyahətə çıxarır,
zaman maşını bizi geriyə, yaddaşlardan bəklə də silinən illərə qaytarır. XIII əsrdə
böyük italyan səyyahı Marko Polo uzaq Çindən, Xanbalıq şəhərindən, xidmət
etdiyi Xubilay xanın sarayından vətəninə dönərkən Asiyanın və Afrikanın çox
saylı ölkələrində olduğundan, bu məmləkətlərin və onların xalqlarının adətlərini,
qaydalarını, digər etnoqrafik cəhətlərini qələmə almaqla o vaxtkı avropalıya tanış
olmayan dünya barədə böyük bir panorama yaratamışdı. Əli İldırımoğlu böyük
səyahətçidən fərqli olaraq məkan səyahətinə çıxmayıb, onun təsvir etdiyi
hadisələrin hamısı bir ölkədə, onun bir neçə kəndində və şəhərində cərəyan edir, o,
oxucusunu öz qayğına oturdaraq zaman səyahətinə çıxarır, bu qayıq illər,dövrlər
adlanan sularda üzür, insan dünyası adlanan arxipelaqın ayrı-ayrı adaları-
fərdlərinə yan alır.Bu zaman səyyahəti XX əsrin xeyli hissəsini əhatə etdiyindən
317
olduqca zəngindir, rəngarəngdir, hər adanın öz təbii görünüşü , öaz mövqeyi,
nəhayət öz tənhalığı və lazımınca dərk olunmaması var. Səyyah bu ada-fərdləri
tədqiq etmək üçün böyük əziyyətlərə qatlaşır, təkcə zahiri əlamətləri,
cəmmiyətdəki mövqeləri ilə kifayətlənməyib, anatomik tədqiqata keçir.
Anatomiyaya maraqda isə başlıca qayə patologiyanın öyrənilməsi, onu
əmələ gətirən səbəb və şəraitin tədqiqidir. Ona görə də bizim gözlərimiz önündə
böyük bir dövrün və onun taleyinə biganə olmayan insanların geniş mənzərəsi
yaranır, özü də burada heç bir fantasmaqoriya ünsürləri yoxdur, real həyat və onun
bədii təsviri, inikası vardır.
Yazıçı insanlarla yanaşı, bütövlükdə cəmiyəti, quruluşu təhlil etməyə girişir.
O, qələmə aldığı ilk dövrlərdən cəmiyyətdə iltihab prosesi getdiyini, getdikcə bu
fəsadın böyüdüyünü, genişləndiyini hiss edir və nəhayət daxili xəstəliklərin
şiddətlənməsi, xarici impulsların da dağıdıcı təsiri ilə birləşərək quruluşu iflasa
uğradır .İkinci Dünya müharibəsindəki böyük qələbənin döyülməsində başlıca
dəmirçi kimi çıxış edən və ən azı Avropanı faşizim taunundan xilas etməkdə
əvəzsiz rol oynayan bir dövlət 1990-cı illərin əvvəlində süqut edir, xırda hissələrə
parçalanır. Yazıçı bunu bəzi siyasətçilər kimi, XX əsrin ən böyük geostrateji
faciəsi adlandırmasa da, bu böyük canlının məhvinə laqeyd qalmır, bu hadisədən
təəssüfləndiyini də gizlətmir. Bu dövrdə hakimiyyətə gələn yeni qüvvələrin
səriştəsizliyini, ölkədəki sarsıntıların, fəlakətlərin, xaosun başlıca səbəbi hesab
etdiyindən, onları palçıqdan knyazlığa yüksəlmişlər kimi qəbul etməklə, öz
etirazını bu qaydada ifadə edir.Bir qayda olaraq yazıçının münasibət və dəyərlər
şkalası siyasətçilərinkindən fərqli olur, onlar hər bir prosesə daha həssas yanaşır və
bədbəxtliklərin baiskarını tapmağa səy göstərirlər.
Əli İldırımoğlu xalqının, ölkəsinin keçdiyi çətin, mürəkkəb dövrə nəzər
salarkən özünü kənar müşahidəçi kimi aparmır, bir həkim kimi bu xəstəliyin
şiddətlənməsində az dərəcədə də olsa özünün də günahkar olduğunu gizlətmir və
bu münasibətdə də bir mərdlik, cəsarət nümayiş etdirir.
Onun köməkliyi ilə biz özümüzün də gördüyümüz, lakin mahiyyətini dərk
etmədiyimiz təbəddülatları yenidən təhlil etməyə başlayırıq, tam olmasa da bir
qədər təlqin olunan mövqeyə yaxınlaşırıq. Onlara qiymət verməkdə, mürəkkəb
hadisələrin fəlsəfələrindən baş çıxarmaqda oxucu heç vaxt həqiqi yazıçı ilə
rəqabətə girməməlidir, çünki sadə oxucunun hətta silahlanmış gözlə görmədiyini,
həyatı müşahidə etməklə, hərtərəfli dərk etməyə nail olan ədəbiyyat adamı üfüqdə
də seçə bilir, ona əsasən düzgün qiymət verməyi bacarır. Əsərləri ilə tanış olduqca
müəllifin hansı ənginliklərə pərvazlandığının, orada sərt hava cərəyanlarına sinə
gərərək qanad çalmasının şahidi olursan.
Əli müəllim təkcə böyük ağlı, istedadı, zövqü ilə həyatın xalqla birlikdə
döyünən nəbzini tutmaq bacarığı ilə deyil, həm də xoş xasiyyəti, xeyirxah ürəyi ilə
seçilir,məlum olduğu kimi bu isə bizim dövrümüzdə hətta istedaddan da xeyli az
şəkildə özünü büruzə verir. Bu keyfiyyətini onun əsərlərində də müşahidə edirik.
Əli İldırımoğlunun başqalarından fərqləndirən bir cəhəti də onun şöhrət
düşkünü olmamasıdır. Balzak hamının can atdığı şöhrəti, başına gəlinlik duvağı
qoyulmuş əxlaqsız qadın adlandırırıdı və ədəbiyyatın aşağılarında onu küçələrdə
Dostları ilə paylaş: |