312
başqa xalqlara aid edilir və kiçik bir hekayətdə həm də həmin xalqa məxsus olan
milli xüsusiyyətlər, mərdlik, nəciblik qabardılır. Xarici ölkəyə qaçmaq üçün bir
yerə yığılan və mərdliklərinə görə özlərini qurban verən gürcülər haqqındakı
rəvayət ümumbəşəri duyğuların tərrənümünə çevrilir.
Çingiz Aytmatovun ölümü türkdilli xalqların ədəbiyyatı üçün, qoy buna
bizim hərf güdənlərimiz kinayə ilə baxmasınlar, xüsusilə də böyük itgidir. Ana
dilində bir əsər də yazmayan bu adam öz xalqının şərəfini xeyli ucaltmış, “Manas”
kimi qüdrətli bir şifahi ədəbiyyat nəhənginə malik olan qırğızların yazılı ədəbi
nümunələrini də dünya cərgəsinə çıxarmaqla heç bir millilikdən dəm vuranların
qadir olmadığı Fərhad işini görmüşdür. Keşkə başqa millətçilər də səs telləri
yarışına girməkdənsə, belə xidmətin xırda damlasına bərabər olan bir işi görməklə
öyünərdilər. Sovet dönəmində bəlkə də, yeganə yazıçı idi ki, türklərin böyük və
qədim keçmişinə ehtiyatla da olsa nüfuz edirdi, Ana sayın (indiki Yeniseyin)
sahillərindən köç edib, İssık-kul ətrafında məskunlaşan türklərin bir qolunun
tarixçəsini qələmə almışdı. Onun əsərlərində nə manasçılara, nə komuza, nə də
beşbarmağa rast gəlmək mümkün deyildir, bunların əvəzində hər səhifədə qırğız
ruhu, qırğız dünyasının paralelləri özünün büruzə verir. Bəli, çuxa vətənpərvərliyi
ona yaddır, o, öz Vətəninə bütün qəlbi, könlü ilə bağlıdır və bu bağlılıq boğazdan
yuxarı şit sözlərdə deyil, onun əsərlərində, onun ilham pərisində öz əksini tapır.
Çingiz Aytmatov həm də böyük şəxsiyyət idi, hansısa “dərzinin” müəyyən
etdiyi kiçik, dar ölçülərə sığmırdı. O, bir fərd kimi öz xalqına, böyük türk elinə
mənsub idi, lakin bir insan, həm də yaradıcı şəxsiyyət kimi bütün bəşəriyyətə
məxsus idi, ona görə də onu hansısa aula və ya alaçığa salıb kiçiltmək
yolverilməzdir və bu onun ruhuna hörmətsizlik əlaməti olardı.
Onu şəxsən tanıyanlar üçün bu itki iki qat ağırdır, axı o, nurlu bir insan
idi.Yəqin ki, onun vətənində, heç olmasa son illərdə yaşadığı Çolpan –atada ona
heykəl qoyulacaqdır.Lakin o, heç minnət götürmək də istəməzdi, axı sağlığında
özü özünə möhtəşəm qranit abidə, qədim Romanın böyük şairi Horatsinin sözləri
ilə deyilsə, əllə düzəldilmiş abidə yaratmışdır və bəlkə də Mikelanceloya
yaxınlaşmaq istəyən bu heykəltaraş onu öz füsünkar ağlı və yorulmaq bilməyən
əlləri ilə tökmüşdür.
Çingiz Aytmatovun məşhur əsərinin digər adı “Boranlı qatar dayanacağı”
adlanır və minnətdar tatarlar bu roman əsasında film çəkməyə başlamışlar. Onlar
müəllifi filmin çəkilməsinə öz məsləhətləri ilə kömək etmək üçün Kazan şəhərinə
dəvət etmişdilər. O, bura gəldikədn sonra qəflətən xəstləndi və bədbəxtlikdən bu
böyrək iltihabı ölümcül xarakter almaqla, adamları tufanlardan qorumağa çalışan
bu insanın həyatına son qoydu. Raketlərin gurultusu yeri lərzəyə saldığı kimi, onun
möhkəm bədəni bu xəstəliyin xain həmləsinə davam gətirə bilmədi və böyük
ümidlərlə yaşayan bir insan boranlı dayanacağın acı taleyini yaşamalı oldu. Çingiz
Aytmatov adlı nəhəng çay artıq öz axının davam etdirə bilmədi və o, dunya
adlanan səhralığın qumlarında mənsəbini tapdı.
“525-ci qəzet”.13.06.2008
313
Böyük ağıl, istedad və zövq sahibi
İnsana hörmət, ehtiram hissi kiminsə təqdimatı və ya məsləhətilə, hətta ən
yaxın ünsiyyətin köməyilə də yaranmır. Həyatda biz bunun əksi ilə daha tez-tez
rastlaşırıq, uzun müddət bir yerdə işləyən adamlar arasındakı hisslər məhəbbətdən
çox uzaq olmaqla, az qala niftərdən xəbər verdiyinə görə, onun izləri dəridəki
çapıq kimi qətiyyən silinmək bilmir, daim özünü büruzə verir. Hörmət bəsləmək,
yaxşı xüsusiyyətləri qiymətləndirmək üçün, əlbəttə ki, ilk növbədə tanışlıq
lazımdır, sonra bu dostluğa çevrildikdə daha artıq möhkəmlik qazanmağa başlayır.
Qiyabi məhəbbət bir qayda olaraq mifik qəhrəmanlara ünvanlanır, axırıncılar real
cizgilər qazanmağa başlayanda səhv etdiyini, aldandığını, xəyalının əsirinə
çevrildiyini anlayırsan. Mifik qəhrəmanı bütləşdirə bilərsən, lakin o heç vaxt sənə
doğma olmayacaq, aradakı böyük məsafə hesabına ona münasibət isə hörmət deyil,
bir növ sitayişdir, bunda isə başlıca rolu ağıl, zəka deyil, hisslər oynayır. Real
insana isə şəxsiyyətinə, əxlaqi dəyərlərinin, prinsiplərinin möhkəmliyinə, onda
olan mərdlik laxtasına görə qiymət verirsən, onun özünəməxsusluğunu,
bütövlüyünü dərk etdikdən sonra bu adama inanmağa, etibar etməyə başlayırsan.
Dələduz, məkrli, insanlara qarşı səmimi yanaşmaq isə sadəlövlükdür, ağılsızcasına
onun aldadıcı, saxta aurasınıən təsiri altına düşməkdən irəli gəlir.Lakin onların bir
xidmətlərini də qeyd etməmək insafsızlıq olardı, iyrənc nümunələri bizə yaxşıları,
ləyaqətliləri sevməyə sövq edir, qaranlıq mühitdə biz işığın həsrətini daha çox
çəkməyə başlayırıq. Ləyaqətli insanlar ətrafa güclü işıq və həraraət şüaları
buraxırlar, harada olmağından asılı olmayaraq, belə adamlara qarşı səndə bir nisgil
hissləri yaranır və onlar keçmiş xatirələri yaddaşında canlandırmaqla, daha
arzulanan insana çevrilirlər.
Axı bizdən nəyi alsalar da, keçmişimizi, o günlərin xatirəsini ala bilmirlər.
Ruhi xəstəlikdən, amneziyadan başqa onları yox etməyə heç kəsin və heç nəyin
qüdrəti çatmır. Çünki bu keçmiş bizim şəxsi tarixçəmizə yapışıb, o dövrün mühiti,
bəyənib bəyənməməyimizdən asılı olmayaraq bizim ruhumuza, canımıza, düşüncə
və həyat tərzimizə hopub. Qədim misirlilərin dinindəki Anubisin tərəzisində o
dünyaya köçənlərin əməllərindəki xeyir və şər çəkilən kimi, biz də yaddaş
tərəzimizə yaxşıları və pisləri qoyur, onlara münasibətdə nə qədər düzgün və ya
səhv hərəkət etdiyimizi anlamaya başlayırıq. İllər keçdikdən sonra aparılan
mühakimə birinci növbədə özümüzə qarşı qurulur,lakin onun bələdçilik edən sapı
bizi yaxşı adamlarla təmasda olduğumuz anlara gətirib çıxardanda, təsəlli tapmağa
başlayırıq ki, xeyr və şər ağacının meyvəsini ilk dəfə dadan əcdadlarımızın yolu ilə
gedərək əzablı da olsa kamilliyə qiymət verməyə bacarmışıq, bu mehrabın
cazibəsindən uzaq qaçmamışıq.
Yaxşı adamlarla, işıqlı şəxsiyyətlərlə təmasda olmaq özü də xoşbəxt
qismətdir və bizim həyatımızı zənginləşdirən cəhətlərin, Şekspir demişkən, yaddaş
cədvəlinə yazılmalıdır. Bəlkə də onlar sayca çox olmayıblar, lakin onların vəzninin
böyüklüyü nəinki digər kəmiyyət çatışmamazlıqlarının əvəzini ödəyib,
keyfiyyətinə görə isə bizim mənəviyyatımıza əyani nümunələri və obrazları ilə çox
Dostları ilə paylaş: |