306
Eyni aqibət inkləri də gözləyirdi. İspan konkistadoru Fransisko Pisarronun
başçılıq etdiyi az saylı ekspedisiya Cənubi Amerika Andlarında İnk imperiyasını
dağıtdı. İnklərin hökmdarı Ataulpa onlara nəhəng miqdarda pul ödədi. Lakin 1533-
cü ildə Pisarro onu edam etmək əmrini verdi və inklərin paytaxtı Kuskonu tutdu.
Özünün böyük inkişaf səviyyəsinə çatmış İnk imperiyası beləliklə tarixdən silindi.
Kusko qızılın və gümüşün bolluğuna görə əfsanəvi Eldorado hesab oluna bilərdi.
İnklərin ağlasığmayan nəhəng xəzinəsi qəsb edilib İspaniyaya daşındı. Göründüyü
kimi, ispan konkistadorları Meksikada və Peruda özlərini heç də səlibçilərdən az
qəddar və qaniçən kimi aparmadılar.
İslamı başqa xalqlara silahla qəbul etdirmək barədə əsassız ittihamla çıxış
edənlərin nümayəndələri Cənubi Amerikada xristian dinini yaymaq kimi elə bir
neqativ olmayan işdən daha çox qan axıdılmasında canfəşanlıq göstərirdilər.
Afrikadan zənciləri Amerikaya daşımaqla qul ticarəti vasitəsilə böyük sərvət sahibi
olan, müstəmləkələrdə asiyalılara və afrikalılara vəhşiliklə yanaşan xristianları
yada salmağa ehtiyac yoxdur. XVII əsrdən başlayaraq gur inkişaf edən
müstəmləkəçilik çox sayda xalqa elə ağır zərbə vurmuşdur ki, dünya müstəmləkə
sisteminin süqutundan sonra hələ də öz iyrənc izlərini qoruyub saxlamaqda davam
edir.
Uzaq tarixə ekskursu kənara qoyub, keçən əsrin 90-cı illərinə nəzər salsaq,
Balkanlarda yenə də xristianların müsəlmanlara qarşı aparrıqları “etnik təmizləmə”
siyasətinin biabırçı səhnələrini müşahidə edə bilərik.Bosniya-Hersoqovinanın
mqstəqilliyini Avropa ölkəkərinin çoxu və Birlşmiş Ştatlar tanıdıqdan sonra,1993-
cü ilin ortalarından Serbiya qüvvələri Bosniya ərazisinin 70 faizini ələ
keçirdi.Onlar Bosniya müsəlmanlarını öldürür,yaxud da onları öz torpaqlarından
qovurdular.Bu İkinçi Dünya müharibəsi vaxtı natsistlərin həyata keçirdikləri
dəhşətləri yada salırdı. Serblərin Serebrenitsada təşkil etdikləri qırğınlarda
müsəlmanlardan 8 min kişi və oğlan uşağı öldürülmüşdü. 1995-ci ildə əsasən
mülki adamlar olan 250 minə yaxın bosniyalı öldürülmüşdü, 2 milyon nəfər isə
evsiz-eşiksiz qalmışdı. Yalnız ABŞ-ın təzyiqi və təkidi ilə Deyton müqaviləsi buna
son qoydu. Elə həmin illərdə Kosovoda da serb qüvvələri müsəlman olan etnik
albanlari qırmağa başladiqda, Birləşmiş Ştatlar və onun NATO müttəfiqləri
münaqişənin həllinə ğirişdilər.Yalnız Yuqoslaviyanın bombardman edilməsi onun
hökumətini güzəştə getməyə məcbur etdi.
İslama qarşı mənəvi səlib yürüşləri
Son vaxtlarda antiislam təbliğatı xüsusilə güclənmişdir. Harada terror
hadisəsi baş verirsə, ekstremizm baş qaldırırsa, məsələnin mahiyyəti
araşdırılmadan islam fundamentalizmi klişesi işə salınır. Bu versiyanın həqiqi
olmasını sübut etmək üçün ağlasığmayan dəlillər axtarılır. Dəlil tapılmasa da eybi
yoxdur, Napoleonun ifadəsi ilə deyilsə, “Döyüşə girmək lazımdır, sonrasına isə
baxarıq” prinsipi öz işini görür. Axı Corc U.Buş İraqa hücum edəndə irəli sürdüyü
səbəblərin heç biri öz təsdiqini tapmadı, müharibə isə İraqa ağır zərbə vurdu.
İslama qarşı ittiham sürmək elə də çətin bir şey deyildir, Qərb ictimaiyyəti bu