120
yaradırdı, ancaq bu heç də hələlik Edqar Allan Ponun yazdığı «ümidin
ümidsizliyi» kimi ən çarəsiz vəziyyət deyildi.
İslam Milləti təşkilatının üzvü olanlar arasında isə narkomaniyaya və
cinayətə meyl özünü biruzə verirdi. Bu daha çox Amerika həyatının dibindəki
pillələrə uyğun gəlirdi. Barak bunları qəbul etmirdi, qara adamlar pıçıltı ilə ona
deyirdilər ki, sən həqiqətən də bura məxsus deyilsən. Qaralar potensial millətçi
olduqlarını göstərirdilər. Bəziləri də bu məsələdə özlərini qaralara bənzətmək
istəyirdilər.
Ağlarla qeyri-ciddi rəqabət o qədər də uğurlu olmurdu. Rəqabətə isə bazar
iqtisadiyyatı və majoritar idarəçilik sistemi şərait yaradırdı. Az istedadlı qara
siyasətçilər tezliklə dərk etməyə məcbur olurdular ki, ağ siyasətçilər onlara
nisbətən uzun müddətdən tanınırlar. Gənc liderlər isə şəhərdəki gizli
mülahizələrtək səfeh şeylərlə məşğul olurdular. Bu mülahizələr isə şayiələrdən
qidalanırdı: guya koreyalılar klan düzəltmişlər, yəhudi həkimlər isə iynə vurmaq
yolu ilə qara körpələri AIDS virusuna sirayətləndirirlər. Zorakılıq şəklindəki qara
qəzəb daim öz bazarını tapırdı. Digər tərəfdən bəzi cəhətlər qaraları digər
ağılsızlıqlardan qoruyurdu, real gücə malik olmadıqlarından onlar antisemizmə və
asiyalılara qarşı mənfi münasibətə yuvarlanmırdılar. Teatr tamaşalarındakı
mahnılarda isə zənci qadınlar onları sevənləri, xəyanət edənləri, zorlayanları yada
salırdılar. Onlar abort olunmuş, öldürülmüş uşaqlarına özlərinin şəxsi uşaqlıqları
kimi ağı deyirdilər.
Anadan ögey bacısı Auma Almaniyadakı Heydelberq universitetində
oxuyurdu və Çikaqoya onun görüşünə gəlmişdi. O, almanlar barədə ümumən
razılıq ifadələri işlətsə də, onların da uşaqlıqda formalaşmış münasibətlərini
qoruyub saxladıqlarını qeyd edirdi. Alman nağıllarında qara adam daim cin kimi
verilir. Axı belə şeylər heç də tezliklə unudulmur. Bacısı atasını Qoca kişi
adlandırdı, Barakın davranışını onunkuna bənzədirdi. Qoca kişinin daim özünü ağa
kimi apardığını deyir və əlavə edirdi ki, yəqin ki, bu, qandadır. Bu vaxt Barakın
yadına Nyu-Yorkda yaxınlıq etdiyi ağ qadının qaralar barədəki tamaşaya
baxdıqdan sonra «zəncilərin niyə həmişə belə acıqlı olduğu» sualı düşdü. O,
sakitcə cavab vermişdi ki, bu yalnız yaddaş məsələsidir, axı heç kəs soruşmur ki,
bəs niyə yəhudilər holokostu xatırlayırlar.
Auma uşaq vaxtı Aleqoda olduqları dövrü xatırladı. Buradakı ikinci
arvadından iki uşağı olan ata Amerikadan gələn Rut adlı ağ qadınla Nayrobidə
yaşayırdı. Bir yerdə yaşayanda həmin qadının onun yeni anası olduğunu başa
düşmüşdü. Ağ qadın atasının əvvəlki arvadı ilə yaşamaq istəməmişdi. Qoca kişinin
başqa qara arvadı da var idi, bu vaxt bir-birinin ardınca dörd qardaşları
doğulmuşdu, ikisi Rutun, ikisi isə həmin qadının uşaqları idi.
Bacısı ona Keniyada baş verən siyasi hadisələrdən də söhbət açdı. 1973-cü
ildə müstəqillik qazandıqdan sonra prezident olan Kenyatta ən böyük tayfa olan
kikuyulardan idi. Atasının mənsub olduğu luolar isə ikinci böyük tayfanı təmsil
etdiklərindən şikayətlənirdilər ki, ən mühüm vəzifələri kikuyular tutmuşlar.
Hökuməti intriqa bürümüşdü. Vitse-prezident Luo tayfasından idi və o, hökumətin
korrupsiyalaşmasından danışırdı. Buna görə onu kommunist kimi ev dustağı
121
etdilər. Luo etnosuna məxsus olan digər nazir güllə ilə vurulub öldürüldü. Luolar
küçələrə çıxıb etiraz etməyə başladı. Polis nümayişi dağıtdı, öldürülənlər oldu.
Bütün bunlar tayfalar arasında şübhə toxumu səpməyə bilməzdi. Qoca kişi deyirdi
ki, traybalizm ölkəni viranə qoyacaqdır.
Doğrudan da, Afrika ölkələrinin çoxunda dövlət ənənələri olmadığından
hələ müstəmləkəçilik dövründə də tayfalar arasında gərgin münasibət mövcud idi.
Bəzi xalqlar müstəmləkəçiliyə qarşı mübarizə aparıb, onu qalibiyyətlə başa
vurduqda ibtidai icma quruluşundan birbaşa kapitalizmə, ya sosializmə
addımlamaq istədi. Lakin onların xoş niyyətlərinə qənim kəsilən traybalizm
vulkanı daha şiddətlə püskürməyə başladı. Hakimiyyətə gələn liderlər vəzifələrə
yalnız öz tayfalarının nümayəndələrini yerləşdirirdilər, onlar da əsas diqqəti ölkə
iqtisadiyyatının yalnız bir bölməsinin – korrupsiyanın inkişafına verirdilər. Bu
təkcə Keniyada belə deyildi, eyni vəziyyət Anqolada və digər ölkələrdə də
müşahidə edilirdi. Başqa tayfadan olanlara hakimiyyətdə təmsil olunmaq qapısı
demək olar ki, birdəfəlik bağlanırdı. Traybalizm tayfalar arasındakı düşmənçiliyin
əlaməti kimi çox vaxt qanlı müharibələrə yol açırdı. Mau-Mau üsyanı vaxtı bu
tayfanın adamları kikuyuları qırırdılar.
Bu qəbildən Burundi və Ruandadakı Hutu və Tutsi tayfaları arasındakı
münaqişə daha qanlı xarakter daşımış və onilliklərdir ki, davam edir. 1961-ci ildə
Ruandadakı Belçika müstəmləkəçiliyini idarə edənlər hakimiyyətin hutular
tərəfindən tutulmasına, onların müstəqil hökumət qurmalarına kömək etdilər. Bu
vaxt 10 min tutsi öldürüldü. Burundidə isə 1971-ci ildə Hutu Tutsiyə qarşı uğursuz
qiyam qaldırdı, bu vaxt ordu tərəfindən 100 min hutu öldürüldü, 120 min isə
Tanzaniyaya qaçdı. 1994-cü ilin aprel ayında Ruandada prezidentə sui-qəsdə görə
Hutu çoxluğu Tutsi azlığından intiqam aldıqda, sonrakı aylarda onların kütləvi
qırğınları baş verdi. Tutsilər uğur qazandıqda isə Ruandadan 2 milyon adam,
əsasən hutular qonşu ölkələrə qaçdı. Münaqişə 1996-1997-ci illərdə davam etdi.
2008-ci ildə isə tutsi qiyamçı dəstələri bu dəfə Konqoda hutuları qırmağa, yurd-
yuvalarından didərgin salmağa başladılar. İki tayfa bir-birinin qanına yeriməkdən,
o birisinə qarşı genosid təşkil etməkdən hələ də əl çəkmir.
Böyük Barakın ölkədəki vəziyyətə açıq gözlə baxması, narazılığı prezidenti
qəzəbləndirdi və Kenyatta açıqca bildirdi ki, ağzını bağlamasa işləməyəcəkdir. Bu
vaxt o, yüksək vəzifə tutan məmur idi, bundan əvvəl isə iqtisadçı kimi
amerikanların «Şell» neft şirkətində işləmişdi. Həqiqətən də onu Turizm
Nazirliyindəki vəzifəsindən uzaqlaşdırdılar. Bu vaxtdan etibarən onun həyatındakı
bədbəxtliklər seriyası başlandı. Artıq ona bütün qapılar bağlanmışdı, heç bir nazir
onu işə götürə bilməzdi. Xarici kompaniyalara da müvafiq xəbərdarlıqlar
edilmişdi. Xarici pasportu əlindən alındıqdan sonra Əddis-Əbəbədəki Afrika
İnkişaf bankının razılıq verməsinə baxmayaraq orada işləməyə gedə bilmədi. O,
artıq ümumiyyətlə Keniyanı tərk edə bilməzdi. Tanışlıqla Su departamentində
kiçik vəzifəyə keçdi. Bu vaxtdan o, içkiyə qurşandı. Tanıdığı adamlar onunla
görüşməyi özləri üçün təhlükəli bir iş hesab edirdilər. Qoca kişi dəyişdikcə ağ
arvadı onunla olduqca pis davranırdı, uşaqlarına ərini dəli kimi qələmə verirdi. Az
sonra bu qadın onu tərk etdi. Qoca kişi isə ağır yol qəzasına düşdü, uzun müddət
Dostları ilə paylaş: |