Telman xəLİlov, maya zeynalova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə38/61
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22492
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   61

127 
qurşaq hesab olunur. Belə ki, orada kifayət qədər istilik və 
işıq olur. İntensiv  su  dəyişməsi  və  dərınliklərin  yaxşı 
oksigenlə təmin olunmasıdır. 
Tropik  enliklərdə  sular  üst  qatlarda  yüksək  duzluluğa 
malik  olur,  amma  yüksək  temperatur  olduğu  üçün  yüngül 
olur  ki,  bu  da  suyun  yerdəyişməsinə  mane  olur,  oksigen  2 
dəfə mülayim qurşaqdan az olur. 
Ekvatorial 
enliklərdə passat və əks passat cərəyanları rast-
laşan yerlərdə suyun qarışması olur, ona görə də qida duzları 
və oksigenlə nisbətən zəngin olurlar. 
Dünya 
okeanı – tükənməz uran ehtiyatına malik olsa da, 
son  vaxtlara  kimi  az 
istifadə  olunurdu.  Həm  də  ondan  dey-
terium  (atom 
kütləsi  ilə  hidrogen  qarışığı)  alınmasında  isti-
fadə  olunur.  Yaponiyada  ilk  dəniz  suyundan  uran  istehsalı 
edən zavod 70-ci ilin sonunda tikilmişdir. Dəniz suyu sənaye 
üçün 
şirin  su  almağa  kömək  edir. Bu  gün  Dünyada  istehsal 
olunan 
saflaşdırıcı qurğuların yarısı Yaponiyada istehsal olu-
nur. 
Şimal  Buzlu  okeanının  əksər  hissəsi  daimi  buzlarla  ör-
tülmüşdür. Bu nəhəng buzlağın təsiri bütün dünyada hiss olu-
nur. O planetin qlobal iqliminin 
yaranmasına böyük təsir edir. 
Dünya 
okeanı nəqliyyat vasitəsi kimi də aktualdır. 
Müxtəlif  məişət,  sənaye  və  kənd  təsərrüfatında  işlədilmiş 
və təmizlənməmiş suların axını son 2-3 onilliklərdə dəfələrlə 
artmışdır. Bundan əlavə, gəmilərin atdıqları tullantıları da nə-
zərdən  qaçırmaq  olmaz,  çünki  bu  hadisə  əsasən  şelf  zo-
nasında (200-m-ə qədər dərinlikdə) baş verir. Məsələn: Şimali 
Atlantika sahi
llərində ən iri çirkləndirici, hər il kiçik buxtaya 
9 mln. tona yaxın tullantı tökülən Nyu-York şəhəridir. 
İnsan fəaliyyəti nəticəsində okeana atılmış maddələr ora-
da eyni bərabərdə  yayılmırlar. Tullantılar ən çox insanların 
yaşadıqları  və  işlədikləri  yerlərə  yaxın  toplanır  və  deməli, 
okeanların insanlara yaxın olan əraziləri daha çox çirklənir. 


128 
Tullantıların  töküldüyü  ərazilərdə  çirkləndiricilərin  yüksək 
konsentrasiyası  müşahidə  olunur,  təkcə  ona  görə  yox  ki, 
onlar dayaz yerlərə atılır, həm də ona görə ki, okenın özünün 
strukturu 
çirkləndiricilərinin  bütün  okeana  yayılmasına 
mane olur. Okean 
sularının qarışmasına səbəb olan hallardan 
biri 
də şaquli stratifikasiyasıdır –  yəni okeana qismən  şirin 
suyun 
tökülməsidir.  
Daha yüngül olan çay suyu 
qarışma, trubulent qarışma və 
molekulyar  diffuziya 
prosesləri  vasitəsilə  okean  suyunun 
sıxlığı  dəyişir.  Lakin  bu  proseslər  çox  ləng  gedir.  Çay  və 
okean 
sularının  şaquli  qarışmasına  sistemin  daha  sabit  ol-
ması,  yəni  daha  sıx  mayenin  alt  qatlarda,  az  sıx  suyun  isə 
üstdə olmasıdır.  
 
9.2. Hiosferin mühitin 
nizamlanmasında yeri 
 
Hazırda  biosferin  kəskin  çirkləndirilməsi  böyük  qlobal 
ekoloji  problem  kimi  bütün  dünya 
əhalisinin  narahatlığına 
s
əbəb olmuşdur. Elə buna görə də ətraf mühitin çirklənmə-
sin
ə  qarşı  mübarizə  aparmaq  məqsədilə  dövlətlər  qarşılıqlı 
müqavil
ələr  bağlayır  bəşəriyyət  mühitin  qorunmasını  aclıq 
kimi 
müdhiş  bir  bəla  ilə  bir  səviyyədə  tutur,  cəmiyyət  bu 
tarixi  b
əladan  qurtarmaq  üçün  çıxış  yolları  axtarır.  Su 
hövz
ələrinin  sanitar-hidrobioloji  vəziyyəti  nəzərdə  tutulur. 
Bu  m
əsələdə  təbii  tarazlığı  pozan  antropogen  amillərin 
(
suların sənaye, mətbəx axarları, drenaj suları ilə çirklənməsi 
v
ə  hövzənin  sabit  vəziyyətini  pozan  bütün  səbəblər)  təsiri, 
onların mənbəyi və baş vermə səbəbləri xüsusi rol oynayır. 
Beyn
əlxalq okeanologiya komissiyasının (BOK) bir qrup 
alimi  v
ə  YUNESKO  dəniz  mühitinin  çirkləndirilməsini, 
insanlar  t
ərəfindən  birbaşa  və  ya  dolayı  yolla  «dəniz 
sularına»  daxil  edilən  maddələr  təşkil  etdiyini  qeyd  edirlər 


129 
ki, onlar da bioloji resurslara z
ərər verir, insanların sağlam-
lığını  pozur  və  insanın  dənizlə  əlaqədar  olan  fəaliyyətini 
estetik 
qavranmasını zəiflədir. 
Tullantılar  ən  çox  insanların  yaşadıqları  və  işlədikləri 
yerl
ərdə  müşahidə  edilir.  Tullantıların  töküldüyü  ərazilərdə 
çirkl
əndiricilərin  yüksək  konsentrasiyası  müşahidə  olunur, 
t
əkcə  ona  görə  yox  ki,  onları  dayaz  yerlərə  atırlar  həm  də 
ona gör
ə ki, okeanın özünün strukturu çirkləndiriciləin bütün 
okeana 
yayılmasına, mane olur. Okean sularının qarışmasına 
s
əbəb  olan  hallardan  biri  də  okeana  qismən  şirin  suyun 
tökülm
əsidir. Bundan  əlavə Günəş həmişə suyun üst qatını 
qızdırır – və ona görə də onun sıxlığa görə təbii strasifika-
siyası qüvvətlənir. Başqa sözlə desək, Okeanda suyun təbii 
olaraq 
ayrı-ayrı  qatlara  ayrılması  mövcuddur  ki,  bu  da 
çirkl
əndiricilərin üst qatlardan aşağı qatlara enməsinə mane 
olur. 
Okeanların  üst  qatlarında  suyun  şaquli  yerdəyişməsi 
baş vermir, amma eyni zamanda orada su üstü cərəyanların 
mür
əkkəb sistemi mövcuddur. Onlar nisbətən kiçik ərazilər-
d
ə  yayılmaqla  nisbətən  fərqli  sərhədlərə  malikdirlər.  Əgər 
hansı bir maddə üst cərəyanlara düşürsə, onun bütün okean 
s
əthinə yayılma imkanları çox olur. Bundan əlavə, gəmilərin 
tullantılarını  da  nəzərdən  qaçırmaq  olmaz,  çünki  bu  hadisə 
əsasən şelf zonasında (200 m-ə qədər dərinlikdə) baş verir.  
İkinci  dünya  müharibəsindən  sonra  Aralıq  dənizi  sahillə-
rind
ə çox su işlədən və suya çoxlu çirkab su tökən yeni sənaye 
şəhərləri  yaradıldı.  Tökülən  çirkab  suların  dənizdən  Atlantik 
okeanına  təbii  sirkulyasiya  vasitəsilə  aparılan  sudan  çox 
olması nəticəsində Aralıq dənizi çox çirkləndi. Hazırda Şimal 
v
ə  Baltik  dənizləri  xeyli  çirklənib.  İçməli  suyun  mənbələri 
olan  –  Temza,  Sena,  Selda,  Reyn,  Elba,  Oder,  Visla  kimi 
çaylar öz göz
əlliklərini çoxdan itirmişlər. Onların sahillərində 
Avropada 
ən  iri  kimya  sənayesi  zavodları  fəaliyyət  göstərir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə