Telman xəLİlov, maya zeynalova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə35/61
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22492
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   61

116 
Culfa rayonunda). 
9.
 
İrriqasiya eroziyanın geniş yayılması. 
10.
 
Səthi  və  xətti  eroziyanın  geniş  arealda  olması  (Res-
publika 
ərazisinin  41,8%-dən  çox  hissəsi  bu  və  ya  digər 
dərəcədə  eroziya  prosesinə  məruz  qalmışdır).  Naxçıvan 
Muxtar 
Respublikasının  bəzi  rayonlarında  70%-dən  çoxu 
qədər ərazi yuyulmuşdur. 
11.
 
Cənub baxarlı yamacların çox yüksək olması. 
12.
 
Səthi buxarlanmanın çox yüksək olması. 
13.
 
Qışın  çox  soyuq  olması  (bəzi  hallarda  30-35  dərəcə 
soyuq olur). 
14.
 
İqlimin kontinentallığı. 
15.
 
Yayın  çox  isti  keçməsi  (bəzi  hallarda  hərarət  40-42 
dərəcəyə çatır). 
16.
 
Efemer örtüyünün 
zəif olması. 
17.
 
Çay
ların suyunun azalması. 
18.
 
Yeraltı suların minerallaşması. 
19.
 
Quraqlıq indeksinin yüksək olması. 
20.
 
Günəş enerjisinin səthi buxarlanmaya sərfi. 
21.
 
Yer 
səthində  vəziyyətdən  asılı  olaraq  torpağın 
albedosu. 
22.
 
Yerin radiasiya 
balansı. 
23.
 
Ərazinin yaşı (landşaftı). 
 
II. Antropogen: 
(sosial-iqtisadi) 
24.
 
a) 
Meşə qurşağında. 

nəzarətsiz odun tədarükü və mal-qaranın otarılması 
(
geniş tətbiq edilir). 

meşə ərazilərinin yaşayış məntəqələrinə və təsərrüfatlara 
çevrilməsi. 
b) 
Dağlıq torpaqda: Təbii otlaqlarda həddindən artıq və 


117 
sistemsiz 
otarmanın aparılması, otlaqların şiddətli eroziyaya 
uğraması və deqradasiyası. 
c) 
Əkinlərdə: Səmərəli irriqasiya (müasir texnologiyası) 
tədbirlərinə riayət edilməsi. 
25. 
Torpaqların fiziki və kimyəvi deqradasiyası. 
26. 
Sənaye qazmaları. 
27. 
Yaşayış məntəqələri və sənaye ərazilərinin 
genişlənməsi. 
28. 
Yeraltı su ehtiyatlarının azalması. 
29. 
Daşğın və sellərin güclənməsi. 
30. 
Təkrar şorlaşma. 
 
III. 
Səhralaşmanın texnogen amilləri 
 
1.
 
Troposferin 
aşağı  qatlarının  qızmasına  səbəb  İstixana 
səmərəsi qazların (CO
2
 v
ə başqaları) toplanması. 
2.
 
Troposferdə aerogül (aerozol) maddələrin toplanması. 
3.
 
Torpaq 
və suların kimyəvi çirklənməsi. 
4.
 
Torpaqların texnogen pozulması, çirklənməsi və s. 
Analoji 
amillərin  Orta  Asiyada  səhralaşmaya  səbəb 
olması haqda A.Q.Babayev (1990) məlumat vermişdir. 
Göstərilən  amillər  Respublikanın  ərazilərində  aridləş-
məyə, bitki və torpaq örtüyünün deqradasiyasına səbəb olur 
və bu da səhralaşma üçün əlverişli şərait yaradır. 
Azərbaycanda  ekologiya  elminin  banisi,  dünya  şöhrətli 
alim, akademik 
Həsən Əliyev «Həyəcan təbili» əsəri ilə res-
publika
mızın bütün əhalisini sanki qəflət yuxusundan oyan-
mağa  çağırdı,  onları  ekoloji  durumun  qorunub  saxlanması 
üçün 
ayağa qaldırdı. Gəlin biz də heç bir gözəlliyi bizlərdən 
əsirgəməyən ana təbiətə, onun bütün sərvətinə qayğı, sevgi 
və məhəbbətlə yanaşaq, onları qoruyub saxlamağa çalışaq. 
 


118 
8.4.
 
Səhralaşmaya qarşı mübarizə yolları 
 
Səhralaşmanın ən əsas səbəbi: meşə sahələrinin azalması, 
torpaqdan  düzgün 
istifadə  edilməməsi,  hədsiz  mal-qara 
otarılması, quraqlıq və s.-dir. 
1977-ci 
ildə Kenyanın paytaxtı Nayrobi şəhərində BMT-
nin  keçirdiyi 
Beynəlxalq  Konfransda  «Səhralaşmaya  qarşı 
mübarizə» planı qəbul olundu. 
Rio-de-Janeyroda (1992) 
keçirilən Beynəlxalq konfransda 
gündəliyə «XXI əsrdə səhralaşmaya və quraqlığa qarşı mü-
barizə»  məsələsi  salınaraq  bütün  bəşəriyyətin  mühüm  mə-
sələsi müəyyən edildi. 
Səhralaşmaya qarşı hökumətlər aşağıdakılaı etməlidirlər: 
1.
 
Torpaqdan 
səmərəli istifadə haqqında milli plan qəbul 
etməli; 
2.
 
Quraqlığa  davamlı  tez  böyüyən  yerli  və  digər  ağac 
cins
lərindən istifadə edərək, meşə əkini proqramının həyata 
keçi
rilməsini tezləşdirmək; 
3.
 
Oduncaqdan  yanacaq  kimi 
istifadə  olunmasını  məh-
dudlaşdırmaq. 
Səhralaşma – qlobal ekoloji və sosial-iqtisadi problemdir. 
Bununla 
əlaqədar  1994-cü  ildən  170  dövlətin  imzaladığı 
səhralaşma  ilə  mübarizə  haqqında  Konvensiya  qüvvədədir. 
17  iyunda  qeyd  olunan  «Ümumdünya 
quraqlıq və səhralaş-
ma 
ilə mübarizə günü» 1994-cü ildə BMT-nin Baş Assamb-
leyası  tərəfindən  elan  olunmuşdur.  Elə  həmin  il  Birləşmiş 
Millətlər  Təşkilatı  tərəfindən  səhralaşma  ilə  mübarizə  haq-
qında  Konvensiya  qəbul  edilmişdir.  Konvensiyada  dövlət-
lərə səhralaşma ilə mübarizədə beynəlxalq səviyyədə əmək-
daşlığın zəruriliyi, o cümlədən bu barədə maarifləndirmənin 
artırılması təklif olunur. 
Səhralaşmaya  qarşı  mübarizə  üzrə  fəaliyyələr  planı  – 


119 
Səhraların  hücumuna  qarşı  mübarizə  və  2000-ci  ilə  qədər 
səhralaşmanın  qarşısının  alınması  üzrə  əhatəli  qlobal  proq-
ram – 
Səhralaşmaya qarşı mübarizə üzrə BMT Konfransında 
qəbul  edilmiş  və  1977-ci  ildə  BMT  BA-nın  32-ci  sessiya-
sında təsdiq olunmuşdur. Səhralaşmaya qarşı mübarizə planı 
uzunmüddətli siyasətin rəhbər prinsiplərindən ibarətdir. 
Planın birbaşa məqsədi – səhralaşma prosesinin qarşısının 
alınması  və  dayandırılması  və  mümkün  olan  yerlərdə  səh-
ralaşan  torpaqların  məhsuldarlığını  bərpa  etmək.  Son  məq-
sədi  «əhalinin  həyat  səviyyəsinin  artırılması  məqsədilə, 
ekoloji imkanlar daxi
lində səhralaşmaya qarşı taqətsiz olan, 
arid, 
yarımarid  və  kifayət  qədər  rütubət  çatızmamazlığına 
malik 
ərazilərin qorunması və inkişafı». Planın əsas məqsədi 
– 
qərar  qəbul  edilməsi  sahəsində  mövcud  biliklərin  və 
texnologiyaların dərhal mənimsənilməsi və təcrübədə tətbiqi 
və səhralaşmaya  qarşı  mübarizə  üzrə tədbirlərin bu region-
ların əhalisi tərəfindən onların daha yaxşı anlamaları məqsə-
dilə təxirəsalınmaz icrası. Səhralaşmaya qarşı uğurlu müba-
rizənin zəmini torpaqdan istifadənin yaxşılaşdırılmasıdır. 
Plana 
aşağıdakı qruplar üzrə birləşmiş 28 tövsiyə daxildir: 
1)
 
Səhralaşmanın  qiymətləndirilməsi  və  torpaqdan  isti-
fadənin yaxşılaşdırılması. 
2)
 
Sənayeləşmə  və  urbanizasiyanın  kənd  təsərrüfatının 
inkişafı  ilə  uyğunlaşdırılması  və  onların  arid  ərazilərin 
ekolo
giyasına təsiri 
3)
 
Səhralaşmaya qarşı mübarizə üzrə düzgün tədbirlər. 
4)
 
Sosial-iqtisadi 
aspektlər. 
5)
 
Quraqlıq  riskləri  və  onun  nəticələrinə  qarşı  sığor-
talanmaq. 
6)
 
Milli elmi-texniki 
potensialın möhkəmləndirilməsi. 
7)
 
Səhralaşmaya  qarşı  mübarizə  proqramlarının  ümumi 
inkişaf planlarına inteqrasiyası. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə