Telman xəLİlov, maya zeynalova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/61
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22492
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   61

106 
 
 
 
Şəkil 8.1 Qumların hərəkəti 
 
Əlbəttə, məhsul verməyən geniş qumlu, daşlı, gilli və şo-
ran 
səhralar təbii amillərin təsiri ilə əmələ gəlmişdir. Səhra-
ların sərhədinin genişlənməsi isə əsasən insanların təsirinin 
fəal  olduğu,  səhralarla  təmas  edən  rayonlar  üçün  xarak-
terikdir. 
M.
İ.Budiko, Çerni, Pali və b. tədqiqatçıların fikrincə səh-
ralaşmaya əsas səbəb rütubətli illəri əhatə edən dövrlərdə ot 
yeyən heyvanların sayının artırılması, əkin sahələrinin xeyli 
genişləndirilməsi və başqa ərazilərdən gələn quru küləkdir. 
B.Q.Razanova 
görə  səhralaşma-torpağın  və  bitkilərin 
deqre
dasiyası  və  onların  bioloji  məhsuldarlığının  azalması 
prosesidir. 
Səhralaşma ekstremal hallarda biosferin potensia-
lının  tam  məhv  olmasına  və  ərazinin  səhraya  çevrilməsinə 
səbəb  olur.  Son  onilliklərdə  səhralaşma  prosesinə  və  onun 
yaratdığı problemlərə maraq əhəmiyyətli dərəcədə artmışdır. 


107 
Səhralaşma əslində təbii yolla gedən prosesdir. İnsanların 
təsiri  olmadan  təbiətdə  səhralaşmanın  getməsi  təbii-tarixi 
prosesin 
nəticəsidir. Bununla yanaşı insanların təbiətə geniş 
miqyaslı təsirləri nəticəsində səhralaşma sürətlənir. 
8.2.1 
Quraqlıq.  Quraqlıq  –  səhralaşma  prosesində  daha 
mühüm  rol 
oynayır.  Məsələn, 1968-ci  ildə  Saheldə  20  il 
sürən  quraqlıq  nəticəsində  tarlaların  və  otlaqların  məhsul-
darlığı aşağı düşmüş, su quyuları qurumuş, çayda su axınları 
azalmış,  Çad  gölünün  səviyyəsi  aşağı  enmişdir.  Quraqlığın 
ilk 
dalğası  zamanı  (1968-1973-cü  illər) 250 mindən  artıq 
yerli 
əhali acından ölmüş, mal-qaranın 40%-i məhv olmuş-
dur. 
Malidə  və  Mavritaniyada  mal-qaranın  90%-i  qırılmış-
dır. 1980-ci  ilin  ortalarında  Saxaradan  cənubda  quraqlıq 
nəticəsində 3 mln-a yaxın adam ölmüşdür. 
Quraqlıq – yağıntıların çatışmaması ilə yüksək buxarlan-
manın  elə  birləşməsidir  ki,  aqrotexnikanın  lazımi  səviyyə-
sinin 
olmaması  halında  bitkilərin  rütubətə  tələbatı  və  onun 
torpaqdan 
alınması arasında uyğunsuzluq  yaradır ki, bunun 
da 
nəticəsində kənd təsərrüfatı və otlaq bitkilərinin məhsul-
darlığı aşağı düşür. 
Quraqlıq – yazda və yayda yağıntının normadan çox aşağı 
və  hava  temperaturunun  xeyli  artıq,  hava  rütubətliyinin  isə 
xeyli 
aşağı  olduğu  uzun  dövrdür.  Quraqlıqda  torpaqdakı 
rütubət ehtiyatı buxarlanmaya və transpirasiyaya sərf oluna-
raq 
qurtarır, bitkilərin normal inkişafı üçün əlverişli olmayan 
şərait  yaranır,  normal  fotosintez  şəraiti  pozulur,  nəticədə 
tarla,  otlaq 
və  biçənəklərdə  məhsul  azalır,  yaxud  tamamilə 
məhv olur. 
Statistik 
məlumatlara  görə  Yer  şarının  ərazisinin  85%-i 
quraq
lığa məruzdur. Quraqlıq 3 növ olur: torpağın quraqlığı, 
yəni rütubətsizliyi, havanın nisbi rütubətliyinin kəskin sürət-


108 
də azalması, hava quruluğu ilə torpağın quruluğudur. Hər üç 
növ 
quraqlıq  kənd  təsərrüfatına  böyük  tələfat  verməklə 
bitkilərin məhsuldarlığını azaldır.  
Havalar  quraq 
keçən  zaman  quru  isti  küləklər  də  müşa-
hidə olunur. Bunlar ilin fəsillərində respublikamızın düzən-
lik  rayon
larına  şərq  və  cənubi-şərq  tərəfdən  əsir.  Quru  kü-
ləklər  havanın  temperaturunu  yüksəldir  və  nisbi  rütubətliyi 
çox 
aşağı  salır.  Quraqlığın  nəticəsində  dünyanın  taxıl  ehti-
yatları  160  milyon  t-dan  9  milyon  tona  qədər  azalıb.  Nəti-
cədə  hər  ton  taxılın  qiyməti  120  dollardan  220  dollara 
qalxıb. 
Bəzi alimlərə görə, səhralaşma arid, yarımarid və yarım-
rütu
bətli ekosistemlərin insan fəaliyyəti və quraqlığın təsiri 
ilə qüvvədən düşməsi və məhsuldarlığını azaldan, mikro və 
makro 
faunanın  və  floranın  bioloji  kütləsində  dəyişikliklər 
yaradan, torpaq örtüyü strukturunun 
pozulmasını sürətləndi-
rən, insanın təsərrüfat fəaliyyətini məhdudlaşdıran, nəhayət, 
ekosistemdə ciddi mənfi dəyişiklik yaradan prosesdir. Səhra-
laşma təbii və antopogen proses olub, quraq ərazilərdə arid-
ləşmə  istiqamətində  torpaq  və  bitki  örtüyündə  dönməyən 
dəyişikliklər yaradır. Bioloji məhsuldarlığı azaltmaqla, bəzi 
hallarda  biosferin 
imkanlarını  tamamilə  pozur  və  ərazini 
səhraya çevirir. 
Quraqlığa qarşı mübarizə tədbirləri aqrotexniki tədbirlərin 
sistemi 
respublikamızın  düzənlik  rayonlarında  həyata 
keçirilir. 
Sahələrdə  su  balansını  nizama  salmaqla,  tarlaları 
quraqlıqdan  və  quru  isti  küləklərdən,  torpağın  səthindəki 
münbit 
təbəqəni  külək  vasitəsilə  sovrulub,  yağış  suları  ilə 
yuyulub 
aparılmaqdan qorumaq işində tarla-qoruyucu meşə 
ağaclarının əkilməsinin böyük rolu vardır. 
 


109 
Cədvəl 8.2.1 
Quraq torpaqlar, mln.ha (
BMTİP/QRİD), 1991 
 
 
Afrika Asiya Avstraliya Avropa 
Şimali 
Amerika 
Cənubi 
Amerika 
Bütün 
dünya 

Ekstra 
arid 
672  277 




26 
16 
Arid 
504  626 
303 
11 
11 
82 
45 
26 
Yarım 
arid 
514  693 
309 
105 
105 
419 
265  37 
Quraq 
subhumid 
269  353 
51 
184 
184 
232 
207  21 
Cəmi  1259  1349 
663 
300 
300 
736 
543  100 
Ümumi 
sahədən 

32 
32 
11 

12 
12 

 
 
8.2.1.-ci 
cədvəldə ayrı-ayrı materiklərdə və bütün dünya-
da 
müxtəlif  iqlim  zonalarında  quraq  torpaqların  sahəsi 
milyon  ha 
ilə verilmişdir. Cədvəldən göründüyü kimi ümu-
mi 
sahədən Afrikada – 32, Asiyada – 32, Avstraliyada – 11, 
Avropada  –  5, 
Şimali  Amerikada  –  12,  Cənubi  Amerikada 
isə 12 milyon ha, bütün dünya üçün isə – 8 mln. ha torpaq 
sahəsi quraqlığa məruz qalmışdır.  
 
8.2.2. 
Səhralaşmanın tipləri və səhralaşma indikatorları 
 
FAO-YUNEP  (1982) 
təşkilatı  yer  kürəsində  8  tip  səh-
ralaşma fərqləndirir. 
1.
 
Bitki örtüyünün 
deqradasiyası 
2.
 
Külək eroziyası 
3.
 
Su 
eroziyası 
4.
 
Torpaq 
strukturasının pozulması 
5.
 
Torpaqda humusun 
miqdarının azalması 
6.
 
Şoranlaşma, şorakətli və şorakət torpaqlar 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə