Telman xəLİlov, maya zeynalova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/61
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22492
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   61

95 
ətəyi  ərazilərdə  çəmən,  bataqlıq-çəmən,  bataqlıq  və  hidro-
morf  m
ənşəli  göl  landşaftlarının  yaranması  ilə  müşahidə 
olunur. 
Ümumi  iqlim 
quraqlaşmasının  hiss  olunması  Afrikanın 
bir  çox  göll
ərinin  (Rifta,  Şelba,  Çad),  Cənubi  və  Şimali 
Ame
rikanın  bir  çox  göllərinin  (Atakama,  Qərbin  Böyük 
hövz
əsi)  Asiyada  (Aral  gölü,  Çanı,  Balxaş  gölləri)  bu 
göll
ərin xeyli kiçilməsi və qurumasında aydın görünür. 8-10 
min  il  bundan 
əvvəl  Saxara  səhrası  tropik  bitkilərlə  zəngin 
olan 
yaxşı rütubətlənən ölkə olmuşdur. Bu hadisələrin ümumi 
istiqam
ətinin  aridləşməyə  doğru  dəyişməsi  rütubətlənmənin 
v
ə soyumanın müvəqqəti prosesin artması (2-3) və azalmasını 
pozmuşdur.  Buna  yavaş-yavaş  gedən  aridləşmə  və  yerin 
s
əhralaşmasına  insanların  sürətli  və  dağıdıcı  təsərrüfat 
f
əaliyyətindəki nöqsanlar da səbəb olmuşdur. Daş dövründən 
başlayaraq, indiyə qədər insanlar yer üzərindəki meşə örtüyü 
v
ə kolluqların (yanacaq, tikinti materialları, ərazi və otlaqlar, 
yollar,  dayanacaqlar, 
yaşayış  məntəqələri  və  s.) 40-60%-ə 
q
ədərini məhv etmişlər. Ot örtüklü otlaqlar sistematik olaraq 
yandırılmış  və  çoxlu  mal-qara  ilə  yüklənmişlər.  Əkinçilik 
m
əqsədilə yamac torpaqları və qumsal sahələr şumlanmışdır. 
Torpaqlar humusu, strukturunu 
itirmiş, eroziyaya və dağıdıcı 
tozlu dumanlara m
əruz qalmışdır. 
Böyük  sür
ətlə  əhali  üçün  əkinçilik  və  sənaye  tərəfindən 
içm
əli  sular  çıxarılması  və  istifadə  olunması  nəticəsində 
yeraltı sular yerin dərin qatlarına getmişlər. Əvəzində böyük 
ərazilərdə qumlar; barxan və dyunlar, əkinlər, yol və yaşayış 
m
əntəqəlrinə doğru irəliləmişlər. 
Qur
aqlığın  artması  nəticəsində  onların  nəticəsi  neqativ 
olub. 
Quraqlıq hətta Nigeriyada, Avropada, Şimali və Cənu-


96 
bi  Amerikada  (Braziliya,  Argentina)  Balkan 
yarımadasının 
qaratorpaq  çöll
ərində,  Macarıstan  və  keçmiş  SSRİ-də  hiss 
olunur. Son yüz ild
ə quraqlığın sayı müxtəlif kontinentlərdə 
40-a 
çatmışdır.  
Quraqlıq  dünyada  sosial  partlayış  yaradır,  aclıq  və  doy-
mamağı  kəskinləşdirir.  Uzunmüddətli  dəhşətli  quraqlıqlar 
Afrikanın Həbəşistandan, Sudan, Sahelə və  Seneqala qədər 
sah
əsini əhatə edir. Ona görə də son onilliklərdə səhralaşma 
probleml
əri  Birləşmiş  Millətlər  Təşkilatının  Ümumdünya 
problemin
ə çevrilmişdir. 
S
əhra  landşaftlarının  səciyyəsini  başa  düşmək  üçün  ora 
düşən  atmosfer  çöküntüləri  ilə  rütubətin  il  boyu  potensial 
buxarlan
masını müqaisə etmək lazımdır. 
Saxara  v
ə  Atakama  (Çili)  tipli  mütləq  səhralarda  il 
ərzində 10-30-50 mm atmosfer çöküntüləri düşür. Ayrı-ayrı 
zamanlarda  bu 
ərazilərdə bəzən bir neçə il dalbadal yağıntı 
düşmür. Bu ərazilərdə il ərzində potensial buxarlanma 2500-
3000-4000 mm t
əşkil edir. 
M
ərkəzi və Kiçik Asiyada, Ərəbistanda atmosfer çökün-
tül
ərinin illik miqdarı 75-100-125 mm, potensial buxarlanma 
is
ə ondan dəfələrlə çox 2000-2500-nin təşkil edir. 
C
ənub-Şərqi  Avropanın,  cənub-qərbi  Hindistanın  və  Pa-
kista
nın  yarımsəhralarında  və səhra-çöl  zonalarında,  Şimali 
Afrikanın,  Mərkəzi  Avstraliyanın  savannalarında  atmosfer 
çöküntül
əri  100-250  mm  arasında  tərəddüd  edirsə,  illik 
buxarlanma xeyli yüks
ək olaraq 750-1500 mm təşkil edir. 
Asiyanın, Avropanın, Afrika və Amerikanın arid vilayət-
l
ərinin  heyvandarları  və  əkinçiləri  əsrlərlə,  minilliklərlə  bu 
ərazilərdə  yaşamaq  və  iqtisadi  inkişaf  uğrunda  mübarizə 
üsulları yolları tapmışlar.  


97 
Arid  vilay
ətlərin  insanları  əsrlərlə  ovçuluq,  köçəri  dövri 
mal
darlıqla məşğul olaraq yaşamışlar. Lakin ovçular, köçəri-
maldarlar  eyni  zamanda 
otlaqları,  kol-kosu,  tuqay  və  alçaq 
meşələri yandırır, heyvanların sayını çoxaldır və torpağın çim 
qatını  dağıdaraq  quruların  təbii  səhralaşma  proseslərini 
qüvv
ətləndirir  və  həm  də  sürətləndirirlər.  Xüsusilə  son  50-
100  ild
ə  insanların  fəaliyyəti  nəticəsində,  yəni  onların  kom-
mersiya 
marağı,  gəlir  dalınca  qaçmaları,  bununla  əlaqədar 
olaraq 
heyvanların sayının çoxaldılması, təbii bitki örtüyünün 
m
əhv  edilməsi,  şumluqların  eroziyaya  məruz  qalmış  ərazi-
l
ərin  genişlənməsi  nəticəsində  antropogen  səhralaşma  xeyli 
sür
ətlənmişdir.  Bunun  nəticəsində  son  onilliklərdə  Argenti-
nanın, Braziliyanın və Cənubi Amerikanın başqa ölkələrinin 
torpaqları  səhralaşmaya  uğramışlar.  Keçmiş  SSRİ-də  bu 
Qazaxstan, 
Kalmıkiya və Türkmənistana aid edilməlidir. 
İqlimşünaslar  təsdiq  edirlər  ki,  Yer  kürəsinin  tropik 
zonası genişlənir. Belə bir fikir süni peyklərdən tədqiqatlar 
n
əticəsində  alınmış  məlumatlara  əsasən  verilir.  Atmosferin 
aşağı qatlarında temperaturun ölçülməsi 1979-cu ildən 2005-
ci ilin 
sonlarına qədər aparılmışdır. (New Scientist məlumat 
verir).  
1994-cü  il  17  iyun  tarixind
ə  Parisdə  səhralaşmaya  qarşı 
mübariz
ə  konvensiyası  qəbul  olunmuş  və  1996-cı  ildə 
qüvv
əyə minmişdir. Azərbaycan Respublikası Konsepsiyanı 
1998-cu ild
ə imzalanmış, Respublika Prezidentinin 24 aprel 
1998-ci il tarixli f
ərmanı ilə qüvvəyə minmişdir. 
S
əhralaşmanın  səbəbləri  və  əsas  amilləri  müxtəlifdir 
(
şəkil 8.2) 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə