Telman xəLİlov, maya zeynalova


Şəkil 7.5. «Katrina» qasırğası (ABŞ)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/61
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22492
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   61

82 
 
 
Şəkil 7.5. «Katrina» qasırğası (ABŞ) 
 
 
 
 
Şəkil 7.6. «Katrina» qasırğası (ABŞ) 
 


83 
Başqa  bir  fırtına  «Çarli» 2004-cü  ildə  ABŞ-ın  Florida 
ştatında,  Kubada  və  Yamaykada  baş  vermiş,  nəticədə  19,2 
min  insan 
ölmüş, 150 mindən  artıq  insan  telefon  rabitəsin-
d
ən məhrum olmuşlar, itgi 11 milyard dollar olmuşdur. 
Bütün 
yuxarıda  göstərilənlər  bir  daha  göstərir  ki,  XX, 
XXI 
əsrlərdə  bu  cür  təbii  fəlakətlər  insanlara  vulkan  və 
z
əlzələlərdən  çox  ziyan  vurmuş  və  hazırda  bəşəriyyətin 
qlobal ekoloji f
əlakətlərindən birinə çevrilmişdir. 
 
 
7.2. Ozon 
qatı və iqlim dəyişilmələri 
 
Ozon  t
əbəqəsi  –  Yer  kürəsini  günəşin  məhvedici  radia-
siya
sından qoruyur. Yer kürəsində olan bütün canlıları ultra-
b
ənövşəyi  şüalanmadan  qoruyan  ozon  qatının  qorunması 
dünya ölk
ələri üçün birinci dərəcəli problemlərdən sayılır. 
Beyn
əlxalq  ozon  qatının  mühafizəsinin  devizi  belədir: 
«S
əmanı qoru, özünü qoru, ozon təbəqəsini qoru». 
Yer  üz
ərində  həyat,  min  illərlə,  atmosferdəki  mühafizə 
qatı  sayəsində  qorunur.  Ozondan  ibarət  olan  bu  qat  Yeri 
Gün
əşin  zərərli  ultrabənövşəyi  şüalarından  mühafizə  edir. 
Bu  planetimizin  nadir  xüsusiyy
ətidir.  Bu  mühafizə  qatının 
dağıldığı hallarda Günəşin ultrabənövşəyi şüalanması Yerin 
s
əthindəki həyatın böyük hissəsini məhv edir.  
İqlimin  keçmişdə  dəyişkənlikləri  yaxın  onilliklərdə  və  əsr 
üçün  riyazi  model 
hazırlayarkən  nəzərə  alınır.  Amma  real 
şəraitlə müqaisədə riyazi modellər lazımınca dəqiq olmurlar, 
çünki bu halda bütün amill
əri nəzərə almaq çətindir. Belə ki, 
aliml
ər  tərəfindən  Antraktidanın  üzərində,  statosferin  üst 
hiss
əsində  günəşin  ültrabənövşəyi  şüalarının  filtrdən  keçirən 
ozon 
qatında «dəlik» aşkar edilmişdir, baxmayaraq ki, freon-
ların  ozon  qatının  tükənməsinə  təsir  modellərinin  elektron 
hesablama 
maşınları  tərəfindən  yoxlanılması  belə  «dəliyin» 
olmasını proqnozlaşdırmamışdır. Məlum olmuşdur ki, model-


84 
l
ərdə  atmosferin  yuxarı  qatlarında  üzən  və  ozon  parçalan-
masına  şərait  yaradan  çox  xırda  buz  kristalları  nəzərə  alın-
mamışdır. Riyazi modelə bu yeni fiziki amil daxil edildikdən 
sonra Antarktida üz
ərində ozon «dəliyi» müşahidə edilmişdir. 
Bel
ə  ki,  Milli  Aeronavtika  xidməti  Agentliyinin  (MAXA) 
1998-ci  ilin 
yazında  apardıqları  tədqiqatlara  əsasən,  şimal 
yarımkürəsində 1969-cu ildən 1985-cı ilə kimi ozonun miqdarı 
3% 
azalmışdır.  Tibbi  məlumatlara  əsasən  isə  ozonun  1% 
azalması hər il 6% insanın dərisinin xərçəng xəstəliyinə tutul-
masına səbəb ola bilər. Freonun bir molekulu on minlərlə ozon 
molekulunu  parçalaya  bil
ər.  Deməli  modellərin  mükəmməl-
l
əşməsi yalnız daha geniş məlumatlara əsaslanmalıdır.  
Ozon  n
ədir? Ozon  tərkibində  3 ədəd oksigen atomu  olan 
qazdır.  Günəşin  ultrabənövşəyi  şüaları  oksigen  molekullarını 
atomlara 
parçalayır ki, bunlar da sonradan digər oksigen mole-
kulları ilə birləşərək ozon əmələ gətirirlər. Ozon ilk dəfə 1893-
cu  ild
ə  K.F.Şonbeyn  tərəfindən  elektrik  boşalmalarının 
müşahidəsi zamanı kəşf edilmişdir. Yalnız 1950-ci ildən sonra 
ozonun atmosferin bir hiss
əsi olduğu aşkar olunmuşdur. Onun 
adı yunan dilindən alınmışdır və «kəskin iy» deməkdir. 
Ozon 
qatı  nədir?  Ozon  əsas  atmosferin  troposfer  və 
strotosfer 
qatlarında yerləşir. Ozon stabil qaz deyil və xüsu-
sil
ə hidrogen, azot və xlora malik təbii komponentlərə qarşı 
h
əssasdır  ki,  bunlar  da  onun  dağılmasına  gətirib  çıxarır. 
Ozon 
qatı  atmosferin  strotosfer  qatının  bir  hissəsi  olub 
ozonosfer  t
əbəqəsini yaradır və ən çox 12-30 km məsafədə 
yerl
əşir. Yerin səthi yaxınlığında (troposferdə) ozon özündə 
fotokimy
əvi his və qələvi yağışlar toplayan, getdikcə prob-
leml
ər  yaradan  çirkləndirici  maddələr  kimi  təzahür  edir. 
Lakin 11 km-d
ən 48 km-ə qədər Yer səthindən hündürlükdə 
olan  t
əhlükəsiz  strotosferdə,  aşındırıcı  iyi  olan  mavi  qaz, 
oksigenin  özü  q
ədər  həyat  üçün  gərəklidir.  Ozon  mühafizə 
qatı  əmələ  gətirir  ki,  bu  da  həddindən  çox  kövrək  olmaqla 


85 
b
ərabər, heyrətedici dərəcədə effektlidir (səmərəlidir). 
Ozonun atmosferd
ə miqdarı azdır. Belə ki, hər 10 milyon 
molekula  2  milyon  normal  oksigen  v
ə  3  ozon  molekulu 
düşür.  Əgər  bütün  ozon  qatını  yığıb  normal  təzyiq  altında 
presl
əmək mümkün olsaydı, bütün yer kürəsini örtən cəmi 3 
mm-lik qat 
yaranmış olardı. 
Xlorftorkarbohidrogenl
ər  (XFK)  ozon  qatının  yeyilməsi-
nin  ciddi  s
əbəbi  kimi  göstərilmişlər.  1985-ci  ildə  ingilis 
aliml
əri böyük bir kəşfə imza atdılar. Onlar hər yaz fəsli pla-
netin c
ənub yarımkürəsində Antarktida materikinin üzərində 
ozonun  böyük  bir  “d
əliyinin”  olmasını  aşkar  etmişlər.  Bu-
nun  da  ölçül
əri  Afrika  qitəsinin  sahəsinə  müvafiq  gəlir. 
«D
əlik»  adi  məlum  dəliklər  deyil,  ozon  qatının  çox  aşağı 
konsentrasiyası olan zonadır. Belə dəliklər artıq Avstraliya, 
Çili  v
ə  Argentinanın  cənub  rayonlarını  əhatə  etmişdir.  An-
tarktida  üz
ərindəki  atmosfer  qışda  yerdə  qalan  aləmdən, 
qütb 
burulğanı  adlanan  küləyin  təbii  dövranı  ilə  təcrid 
olunur. 
Qış  vaxtı,  soyuq  və  qaranlıq  olduqda  atmosferdə 
qütb  stratosfer  dumanlar
ı əmələ gəlir. Təsirsiz xlor, bu bu-
lud
ların səthində, gün işığının təsiri altında ozonla kimyəvi 
reaksiyaya  girm
əklə  ozon  qatını  yeyən  formaya  çevrilir. 
Bunun  n
əticəsində  hər  bahar,  günəş  cənuba  doğru,  yəni 
Antarktidaya 
doğru  qayıdarkən  ozonun  tez  dağılması  baş 
verir.  Antarktida  strotosferinin  kifay
ət  qədər  qızdığı  və 
bel
əliklə də onu qalan dünyadan təcrid edən qütb strotosfer 
buludlarını  dağıtdığı  və  küləkləri  yardığı  vaxt  «dəlik» 
yenid
ən  yox  olur.  Ozonla  zəngin  olan  hava  Antarktida 
üz
ərindəki deşiyi dartışdırır. Küləyin dövranı, aşağı konsen-
tra
siyalı  ozon  olan  havanın  şimala  doğru  yerdəyişməsinə 
s
əbəb  olaraq,  başqa  bölgələrdəki  ozon  konsentrasiyasını 
onunla 
qarışma sayəsində azaldır. Beləliklə, problem cənub 
yarımkürəsinin məntəqələrinə yayıla bilər. Ən geniş «dəlik-
l
ər» son illər müşahidə edilir. Nazilmə, xüsusilə 15 km-dən 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə