Telman xəLİlov, maya zeynalova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/61
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22492
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   61

110 
7.
 
Torpağın bataqlaşması 
8.
 
Torpaqda toksiki 
maddələrin çoxalması 
 
Əsas təbiət hadisələri arasında quraqlıq və külək eroziyası 
xüsusi  yer  tutur.  Yer  kür
əsi  əhalisinin  təxminən  750  mln. 
nəfəri (12,5%) arid ərazilərdə, 90 mln-u isə güclü səhralaş-
maya 
məruz  qalan  ərazilərdə  yaşayırlar.  Azərbaycanda 
əhalinin  60%-i  Kür-Araz  çökəkliyində  yaşayır  ki,  bu  ərazi 
də əsasən arid və yarımarid qrupa aid edilir. 
Üç 
səhralaşma  indikatoru  bir-birindən  fərqləndirilir. 
Bunlara fiziki, bioloji 
və sosioloji indikatorlar daxildir. 
Fiziki indikatorlar – (torpaq, 
geokimyəvi və hidrolitik). 
1.
 
Toz 
və  qum  tufanlarının  miqdarı  və  digər  əlverişli 
olmayan iqlim 
prosesləri; 
2.
 
Qrunt 
sularının miqdarı, səviyyəsi və keyfiyyəti; 
3.
 
Eroziya 
və  defilyasiya  proseslərinin  inkişafı  və 
formaları; 
4.
 
Köklər  yerləşən  torpaq  qatının  qüvənliyini  və  onda 
olan humusun 
miqdarı; 
5.
 
Torpağın şoranlığı və şorakətliyi; 
6.
 
Müxtəlif qaysaqların əmələ gəlməsi; 
7.
 
Yeraltı sular. 
Bioloji indikatorlar – Bitki örtüyü: 1. 
Yayılan bitki növlə-
rinin 
nisbəti; 2. Bitki  örtüyündə  olan  kserofil  və  mozofil 
növ
lər; 3. Torpağın  üst  hissəsinin  bitkilər  tərəfindən  örtül-
məsi; 4. Bioloji  məhsuldarlıq  və  yem  bitkilərinin  məhsul-
darlığı. Heyvanlar aləmi: 1. Əsas növlər; 2. Ev heyvanlarının 
sayı, cinsi; 3. Heyvanların çoxalması; 4. İkinci məhsul. 
Sosioloji – qruplar 
arasında aşağıdakılar fərqləndirilir:  
1.  Torpaqdan 
istifadə  sistemi  (suvarılan  əkinlik,  dəmyə, 
heyvandarlıq,  bitkilərin  xammal  məhsullarının  toplanması 
və daşınması, turizm və s.); 2. Əhalinin yerləşmə strukturası; 


111 
3. Sosial 
proseslərin parametrləri. 
Geniş  ərazidə  səhralaşma  üzrə  monitorinq  keçirilən  za-
man  yerüstü  üsullarla  bu 
işi  görmək  üçün  çoxlu  miqdarda 
ixtisasa  malik 
mütəxəssislər  tələb  olunur.  Kosmosdan  və 
aeroçəkilişdən istifadə etdikdə monitorinq sadə, sürəltə asan 
mənimsənilən yolla həyata keçirilir və ucuz başa gəlir.  
 
8.3. 
Azərbaycanda səhralaşma problemi 
 
Hazırda dünyada həllini gözləyən vacib ekoloji məsələlər 
sırasında  yer  almış  başlıca  problemlərdən  biri  də  səhralaş-
madır.  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi  (ETSN)  mü-
təxəssisləri bu fikirdədirlər ki, quru iqlim şəraitində yerləşən 
Azərbaycan  üçün  də  səhralaşma  problemi  son  dərəcə 
aktualdır. 
Nazirliyin 
məlumatına  əsasən,  hazırda  ölkəmizdə  erozi-
yaya 3,7 milyon, 
şoranlaşmaya isə 1,2 milyon hektara qədər 
torpaq 
məruz qalıb. Təxminən 300 kv.km ərazi sel sularının 
təsirindən, 30 min hektar torpaq sahəsi isə faydalı qazıntıla-
rın  istismarı  nəticəsində  yararsız  hala  düşüb.  Səbəblər  isə 
çoxdur. 
Torpaqların  ekstnesiv  istifadəsi,  heyvandarlığın  ki-
fayət  qədər  yem  bazası  ilə  təmin  olunmaması,  mal-qaranın 
sürətlə  artması  səbəbindən  mövcud  otlaqların,  meşə  ərazi-
lərinin  həddən  artıq  otarılması  səhralaşmaya  səbəb  olur. 
Bundan 
başqa, suvarma rejiminə düzgün riayət edilməməsi, 
hidrotexniki 
qurğuların sıradan çıxması, kimyəvi çirklənmə, 
şoranlaşma, eroziya proseslərinin sürətlənməsi və sel suları-
nın  təsirinin  artması  da  səhralaşmanı  yaradan  əsas  amil-
lərdəndir. 
Nazirlik 
mütəxəssislərinin rəyi belədir ki, torpaqların ya-
rarsızlaşmasının  əsas  amillərindən  biri  də  onların  kimyəvi 
çirklənməyə  məruz  qalmasıdır.  Bundan  başqa, 264 min 


112 
hektar 
meşə sahəsi erməni işğalı altındadır və həmin ərazi-
lərin meşə fondu ermənilər tərəfindən intensiv olaraq məhv 
edilir.  Bu  da 
Azərbaycan  ərazisində  meşələrin  azalmasına, 
səhralaşma prosesinin sürətlənməsinə səbəb olur. 
Səhralaşma probleminin qlobal xarakter alacağını çoxdan 
başa  düşən  ekoloqlar  bəşəriyyətin  gələcək  bəlalardan  xilas 
edilməsi  üçün  təcili  tədbirlərin  həyata  keçirilməsi  tələbilə 
çıxış etmək məcburiyyətində qalıblar. Buna görə, Azərbay-
can 
ölkənin  ekoloji  durumunun  yaxşılaşdırılmasını,  təbii 
ehtiyatlardan 
səmərəli  və  ziyansız  istifadə  olunmasını,  o 
cümlədən milli maraqları nəzərə alaraq «Səhralaşmaya qarşı 
mübarizə»  Beynəlxalq  konvensiyasına  qoşulub. 1994-cü  il 
17 iyun 
tarixində Parisdə səhralaşmaya qarşı mübarizə kon-
vensiyası qəbul olunmuş və 1996-cı ildə qüvvəyə minmişdir. 
Azərbaycan  Respublikası  Konvensiyanı  1998-ci  ildə  imza-
lamış və Respublika Prezidentinin 24 aprel 1998-ci il tarixli 
fərmanı ilə qüvvəyə minmişdir. 
Problemlə mübarizə işlərinə gəlincə, ölkəmizdə səhralaş-
manın  qarşısının  alınması  məqsədilə  müvafiq  dövlət  proq-
ramları  işlənib  hazırlanıb. «Azərbaycan  Respublikasında 
yay-
qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması 
və  səhralaşmanın  qarşısının  alınmasına  dair  Dövlət  Proq-
ramı», «Meşələrin artırılması və bərpa olunmasına dair» və 
«Ekoloji 
cəhətdən  dayanıqlı  sosial-iqtisadi  inkişafa  dair» 
milli 
proqramları  təsdiq  olunub.  Bu  proqramlara  əsasən, 
ümumilikdə,  hər  il  ölkə  ərazisində  10  min  hektardan  artıq 
meşə-bərpa işləri aparılır. 
Yay 
və  qış  otlaqlarının  mövcud  vəziyyətinin  araşdırıl-
ması,  şiddətli  eroziüyaya  və  şoranlaşmaya  məruz  qalmış 
ərazilərin  dəqiqləşdirilməsi  və  xəritələşdirilməsi,  eləcə  də 
torpaq 
kadastrı  və  qeydiyyat  sisteminin  yaradılması  üzrə 
işlər  də  davam  etdirilir.  Ölkəmizin  təbii  örtüyünün  olduğu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə