Telman xəLİlov, maya zeynalova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/61
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22492
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   61

86 
30  km-
ə  qədərki  hündürlükdə  baş  vermişdir  ki,  burada 
ad
ətən  ozonun  konsentrasiyası  ən  yüksəkdir.  Qeyd  etmək 
lazımdır  ki,  XFK-nın  ozon  qatına  təsiri,  cənub  qütbü 
ətrafında, çox soyuq təcrid olunuş hava kütləsinin yaratdığı 
nadir meteoroloji 
şəraitin yarandığı bölgədə güclənir. 
Antarktida  üz
ərində  ozon  qatının  ən  çox  tükənməsi 
sentyabr-oktyabr 
aylarında  olur:  noyabr  ayından  sonra  isə 
ozon 
qatının  qalınlığı  mütəmadi  artır.  Antarktida  üzərində 
maksimum ozon 1985-ci ild
ə qeydə alınılb. O vaxtdan onun 
miqdarı az artmışıdr.  
Şimali  Avropada  ozon  «dəliyi»  cənub  zonasına  nisbətən 
kiçikdir,  tam 
aydın  hiss  olunur  və  ozonun  qarışığının 
azalması xeyli zəif gedirdi. 1987-ci ildə BMT-nin üzvi olan 
–  23  s
ənaye ölkəsi, o cümlədən keçmiş SSRİ freon istehsa-
lını azaltmaq (feronlarla refrijiratorlar, kondisionerlər, soyu-
ducular v
ə aerozol balonları doldurulur), onun tərkibini xlor 
olmayan maddd
ələrlə əvəz etmək razılaşdırılmışdır. 
N
əzəriyyələrdən  birinə  əsasən,  karbonun  artdığı  sürətlə-
n
ən  fotosintez  prosesində  bitkilər  və  planktonlar  tərəfindən 
m
ənimsənilir ki, bunun nəticəsində xeyli CO
2
 
toplanmasına 
s
əbəb  olur.  Əgər  bu  belədirsə,  onda  meşələrin  karbon 
qazının  qarşısının  alınmasındakı  rolu  aydın  olar  və  meşə 
qırılması, məhv edilməsi çox böyük təhlükə kəsb edir. ABŞ-
ın  Okric  milli  laboratoriyasında  Q.Merlandın  hesablanma-
sına  əsasən,  hər  il  qazıntı  yanacaqlarının  yandırılması 
n
əticəsində  atmosferə  atılan  5  milyard  ton  CO
2
-nun 
udulması  üçün  Avstraliyanın  ərazisinə  bərabər  sahədə  me-
şələrin salınmasını tələb edir.  
Ozonun ölçülm
əsi. Ozon qatının miqdarını Dobson vahi-
di  il
ə  ölçürlər.  Oturacağanın  sahəsi  1  sm
2
  olan  vertikal 
sütunda normal t
əzyiq və temperaturda olan ozonun miqdarı 
300 Dobson vahidin
ə bərabərdir. Yer kürəsində ozonun orta 
miqdarı  təxminən  300  Dobson  vahididir.  Müxtəlif  coğrafi 


87 
sah
ələrdə onun qiyməti 230-500 arasında dəyişir. 
Ozon  t
əbəqəsinin müşahidəsi ilə müntəzəm olaraq ABŞ-
ın  Milli  Aeronavtika  və  Kosmos  Akademiyası  –  NASA, 
WHO,  Kanada,  Böyük  Britaniya,  Yeni 
Zellandiyanın  və  s. 
ölk
ələrin çoxsaylı təşkilatları məşğul olurlar. Antarktida üzə-
rind
ə  1979-cu  ildən  2000-ci  ilə  qədər  bu  ozon  «dəliyinin» 
sah
əsinin dəyişməsi qrafiki Yeni Zellandiyanın Milli Su və 
Atmosferin  T
ədqiqi  İnstitutunun  nəticələri  əsasında  veril-
mişdir.  Şimal  yarımkürəsi  üzərində  də  ozon  qatının  müşa-
hid
ə edilən nazilməsi bəzi meteoroloji amillər sayəsində ge-
niş «deşiklərin» olmasına baxmayaraq, Antarktida bölgəsin-
d
ən az narahatlıq doğurmur. Avropanın bir neçə şimal ölkə-
l
əri,  Rusiyanın  şimal  bölgələri  artıq  ozonun  az  olduğu  sa-
h
ələrə aiddir. Bunu ABŞ-ın Florida Universitetinin araşdır-
ma
ları daha aydın göstərir. 
Ozon 
qatının  azalması  respublikamızda  normaya  uyğun-
dur.  Antarktida,  Arktika,  ekvatorla  Qrinviç  x
ətlərinin kəsiş-
m
əsində 1-18 sentyabr 2000-ci il müddətində ozonun miqda-
rının dəyişməsi ABŞ-ın Milli Aeronavtika və Kosmos Aka-
demiyasının (NASA) aldığı nəticələrdə əyani görünür. 
Ozon 
qatının dağılmasında iştirak edən amillər – səsdən 
sür
ətli təyyarələrdən havaya atılan qazlar, freonlar, gübrələr, 
vulkan  püskürm
ələri  və  s. 1928-ci  ildə  «General  Motors» 
şirkətinin  amerikalı  kimyaçısı  Tomas  Midqli  freonları  icad 
etmişdir. Freonlar hallogena-ilkanlarder və ya xlor flüorkar-
bohidrogen birl
əşmələridir. Freonların 40-dan çox növü var. 
R
əngsiz, iysiz, qaz və ya maye şəklində olur. Freon yüksək 
temperaturda  z
əhərli  maddəyə  fosgenə  (COCl
2
)  çevrilir. 
Fosgen  dünya  müharib
əsində  kimyəvi  silah  kimi  istifadə 
edilmişdir. 
Ozon 
qatı az olan ərazilərdəki bütün ekosistemlərdə mən-
fiy
ə  doğru  dəyişmə,  bitkilərin  boy  artımının,  məhsuldarlı-
ğının, qida dəyərlərinin aşağı enməsi gözlənilir. 


88 
VIII 
FƏSİL 
QLOBAL 
SƏHRALAŞMA PROBLEMLƏRİ 
 
8.1. S
əhralaşma prosesi 
 
Müasir  dövrün 
ən  qlobal  beynəlxalq  ekoloji  problemlə-
rind
ən  biri  fəlakətli  quraqlıqların  çoxalması  və  bunun 
n
əticəsində ərzaq və yem bitkilərinin məhsuldarılığının kəs-
kin 
azalması ilə nəticələnən yer səthinin səhralaşma mərhə-
l
əsinə keçməsidir. Bununla əlaqədar əsaslandırılmış təhlükə 
yaranır: gələcəkdə insanları nə gözləyir? Belə ki, Yer kürəsi 
bizim Gün
əş sistemində içməli və minerallaşmış su ehtiyat-
larına malik yeganə planetdir. 
Yerin  tarixind
ə  susuz  səhraların  ərazisinin  sürətlə  azal-
ması  dövrləri  olmuşdur.  Həmçinin,  quraqlıq  arid  ərazilərin 
genişləndiyi dövrlər də olmuşdur. 
S
əhralaşma dedikdə daha geniş mənada yerin bioloji po-
tensia
lının azalması və ya məhv edilməsi, antropogen fəaliy-
y
ət  və  iqlim  dəyişməsi  nəticəsində  yer  üstü  ekosistemlərin 
tük
ənməsi nəzərdə tutulur. BMT ekspertləri səhralaşma pro-
sesl
ərini  və  onun  yayılmasının  ekoloji  situasiyalarının  pis-
l
əşməsi kimi qiymətləndirir, qeyd edirlər ki bu proses nəticə-
sind
ə  quraq,  yarımquraq  ərazilərin  məhsuldarlığı  səhra 
s
əviyyəsinə kimi enir. Bu proses əsasən tədriclə gedir. 
Aridl
əşmə  prosesi  səhralaşmanın  ilkin  mərhələlərindən 
biridir. 
S
əhralaşma qlobal miqyasda təzahür edən ekoloji proses 
olub, mü
əyyən dövrlər ərzində landşaftın o, cümlədən torpaq 
örtüyünün  bioloji  m
əhsuldarlığının azalması  ilə nəticələnən 
prosesdir.  Bu  proses  Yer  kür
əsinin arid, subarid və qismən 
d
ə  subhumid  ekosistemlərinin,  həmçinin  torpaq  örtüyünün 
sür
ətli  deqradasiyasına  səbəb  olur.  Q.S.Məmmədova  və 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə