Teqvim-2015. pdf


Tarixdə bu gün Qurban Bayramı



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə117/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   113   114   115   116   117   118   119   120   ...   173

259
Tarixdə bu gün
Qurban Bayramı 
SENTY
ABR
Bütün müsəlman aləmində Qurban bayramı hər 
il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən 
başlayır və adətən üç gün davam edir. Dini qurban 
kəsmə İbrahim Peyğəmbərin həyatında baş verən 
əhvalatdan sonra yaranmışdır. Belə ki, yuxuda Al-
lah (S.S.)İbrahim peyğəmbərə oğlu İsmayılı qur-
ban verməyi (onların Allaha imanını yoxlamaq 
üçün) əmr etmişdi. İbrahim əsl dindar kimi Alla-
hın əmrini yerinə yetirməyə hazır olmuş, İsmayıl 
özü də qurban olmağa razılaşmışdı. Lakin uca Al-
lah bunu öz elçisinə  rəva bilməmiş  və qurbanlıq 
üçün ona bir qoç göndərmişdi. Buna görə  də bu 
bayramında kəsilən qurbana “İsmayıl qurbanı” da 
demişlər.
İsmayıl Qurbanında kəsilən heyvanlarda bir 
sıra  şərtlər vacib sayılır. Qurbanlıq kimi seçilən 
heyvan qoç, iribuynuzlu dana, yaxud da dəvə ol-
malıdır. Nəsil artımında dişi heyvanların müstəsna 
rolu olduğuna görə qurbanlıq heyvanın erkək ol-
ması daha üstün tutulur. Qurbanlıq qoçun yaşına 
gəlincə, bu, ən azı altı aylıq heyvan olmalıdır. La-
kin dana, yaxud dəvənin bir yaşı tamam olsa, daha 
yaxşıdır. Qurban bayramında kəsilən heyvanın 
sağlam olması da vacib şərtdir. Əzalarında hər han-
sı nöqsanı olan, buynuzunun, yaxud qulağının biri 
olmayan, axtalanmış heyvanın qurban kəsilməsi 
İslamda məsləhət görülmür. Kəsiləcək qurbanlıq 
gözəgəlimli olmalıdır. Qurbanın bir hissəsindən 
din xadimlərinə pay göndərilir, bir hissəsi isə 
kasıblara paylanır. Hamıya bərabər pay verilir, 
qurban kəsən özü də  bərabər pay götürə bilər. 
Ənənəyə görə dilənçi və kasıblar bayram günü 
ac qalmasınlar deyə bu gün  həmin mərasimlərə 
dəvət olunurlar.
Qurbanlığın şərtlərindən biri də budur ki, qur-
ban kəsmək yalnız buna imkanı olan varlı adam-
ların boynunda haqdır. İmkanı olmayan adama isə 
qurban kəsmək vacib deyil. Qurban kəsmək üçün 
borc pula heyvan almaq İslamda təqdir olunmur, 
çünki bu bayramın əsas mahiyyəti zənginlərlə im-
kansızların birliyi, qardaşlığıdır. Bu bayramda hamı 
sevinməlidir: varlılar - Allaha xoş gedən əməli icra 
etdikləri və kasıbları sevindirdiklərinə görə, ka-
sıblar isə - dünya nemətindən əldə etdiklərinə və 
başqalarından gördükləri mərhəmətə  və qayğıya 
görə.
Çox sevdiyi övladını Allah yolunda qurban 
verməyə hazır olması peyğəmbərin Allah qarşı-
sında imanının, səmimiliyinin və mütiliyinin bariz 
sübutudur. Odur ki, din tarixində dərin iz salmış bu 
hadisə Allaha imanın, dərin etiqadın nümunəsidir. 
Bu rəvayətin başqa bir fəlsəfi-əxlaqi mənası ondan 
ibarətdir ki, İslamda insanın Allah yolunda qurban 
kəsilməsi qəbul olunmur. İslama qədər bir çox 
dinlərdə insanları qurban vermə ayinlərinə rast 
gəlmək mümkündür. Məsələn, atəşpərəstlər insa-
nı odda yandırırdılar. Onlar bu yolla Allaha yaxın 
olduqlarını göstərirdilər. Qədim Çində də insanları 
tanrılara qurban vermək adəti var idi. Bu ölkədə 
təbii fəlakətlərdən, daşqınlardan hifz olunmaq 
üçün uşaqları suya atırdılar.
Azərbaycan müstəqillik  əldə etdikdən sonra 
Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr 
tarixli “Azərbaycan Respublikasının bayram-
ları haqqında” Qanuna əsasən Qurban bayramı 
ölkəmizdə də dövlət səviyyəsində bayram edilir.
Qurbanlıq o deməkdir ki, insanlar Allahın xo-
şuna gələcək bir əməli icra edirlər.
Allah kəsilən bütün qurbanlarımızı  qəbul et-
sin!
24


260
OKTY
ABR
 
 
C.A. 
C. 
Ş. 
B. 
B.E. 
Ç.A. 
Ç. 
C.A. 
C. 
Ş. 
B. 
B.E. 
Ç.A. 
Ç. 
C.A. 
C. 
Ş. 
B. 
B.E. 
Ç.A. 
Ç.
C.A. 
C. 
Ş. 
B. 
B.E. 
Ç.A. 
Ç.
C.A.
C.
Ş.









10 
11 
12 
13 
14 
15 
16 
17 
18 
19 
20 
21 
22 
23 
24 
25 
26 
27 
28 
29
30
31 

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin yaradıcı-
lıq irsi nəinki Azərbaycan xalqının milli sərvətidir, həm də dün-
ya mədəniyyətinin incisidir. Bu dahi insanın musiqisi dünya 
mədəniyyətinin qızıl fonduna daxil olmuşdur. Bəstəkarın yaratdı-
ğı musiqi, ədəbi və elmi irs ölməz və  əbədidir.  Dünyanın müxtəlif 
ölkələrində bəstəkarın abidələri ucaldılmışdır.
2006-cı ildə Avstriyanın Vyana şəhərindəki Dunay parkında dahi 
bəstəkarın abidəsi ucaldılmışdır. Azərbaycan Respublikasının Prezi-
denti  İlham  Əliyev və xanımı Mehriban Əliyeva 2013-cü il mayın 
12-14-də də Avstriya səfəri zamanı abidənin önünə gül dəstəsi qoy-
muşlar.
Prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə 2011-ci il iyun 
ayının 9-da, Serbiya Prezidenti Boris Tadiçin iştirakı ilə Novi Sad 
şəhərində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin büstünün 
açılışı olmuşdur. 
Beynəlxalq Musiqi Günü (01.10.1975)
• 
Xocavənd rayonunun işğalı günü (02.10.1992)
• 
Beynəlxalq Müəllimlər Günü (05.10.1966)
• 
Dövlət Müstəqilliyi Günü (18.10.1994)
• 
Zəngilan rayonunun işğalı günü (29.10.1993)
• 
1 oktyabr
Gün çıxır 07:36  
Gün batır 19:24
31 oktyabr 
Gün çıxır 07:08 
Gün batır 17:40
24 sentyabr-  
23 oktyabr
Tərəzi bürcü 
Nişanı havadır. 
Veneranın 
himayəsindədir. 
Günəşin Tərəzi 
bürcündən keçdiyi 
dövrdə doğulanlar 
yumşaq xasiyyətli, 
parlaq zəkalı 
olurlar. 
130 il
1885-1948
Üzeyir Hacıbəyli


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə