240
Tarixdə bu gün
Ginnesin rekordlar kitabı
1955
AV
Q
U
S
T
Ginnesin Rekordlar Kitabı (ing.
The Guinness Book of Records) in-
sanlar tərəfindən
göstərilən və təbiətdə
qeydə alınan ən yüksək nəticələri ümu-
miləşdirən məcmuədir. İlk dəfə 1955-ci
ildə İrlandiyanın “Ginness” pivə zavo-
dunun sifarişi ilə nəşr olunmuşdur.
“Ginness” pivə zavodunun direk-
toru Hyu Biver 4 may 1951-ci ildə
tanışı ilə birlikdə ova çıxmış və ovda
onların arasında qızılı cüllütün, yox-
sa şotland tetra quşunun daha sürətlə
uçması barədə mübahisə düşmüşdür.
Həmin vaxt bu barədə soraq kitabı ol-
madığına görə, kimin haqlı olduğunu
müəyyənləşdirmək mümkün olmamış-
dur. Bundan sonra ser Hyu belə bir so-
raqça tərtib etdirməyi qərara almışdır.
İdeyanı həyata keçirmək üçün o, bu işi
Londonda
məlumat agentliyi saxlayan
Norris və Ross Makuirter qardaşlarına
tapşırmışdı.
1954-cü ildə soraq kitabının ilk va-
riantı hazırlanmış və 1000 nüsxə pul-
suz paylanmışdır. 1995-ci il avqust
ayının 27-də isə kitab formasında 197
səhifəlik ilk nəşri çap edilmiş və pulla
satılmağa başlamışdır və Milad bayra-
mı ərəfəsində İngiltərədə ən çox satılan
kitablar siyahısında ön sıraları tutmuş-
dur. 1956-cı ildə rekordlar kitabı ABŞ-
da 70 min nüsxə ilə satışa çıxarılmışdır.
Birinci kitabın nəşri üçün pivə zavodu-
nun sahibi tərəfindən “Guinness World
Records Limited” şirkəti yaradılmış,
sonradan kitabın çap hüququ bir neçə
dəfə satılmışdır.
1995-ci ildə kitabın konsepsiyası
dəyişmişdir. Yalnız
mətndən ibarət olan
kitab şəkilli alboma çevrilmişdir. Albo-
mun özü də rekorda imza atmışdır. Ha-
zırda “Ginnessin rekordlar kitabı” dün-
yanın 100-dən çox ölkəsində, 24 dildə
çap olunur. O, kitab ticarəti tarixində
ən uğurlu kommersiya nəşriyyatıdır.
2003-cü ildə o 100 milyon tirajla satıl-
mışdır. Kitab sahibləri iddia edirlər ki,
onlar müəlliflik hüququ ilə qorunan ən
çox satılan kitabdır.
Azərbaycanla bağlı rekordlar:
28 oktyabr 1995-ci ildə “Ulduz” və
“Nərimanov” stansiyaları arasındakı
tuneldə qatarın alışması nəticəsində
300 nəfər həlak olmuş, 400 nəfər isə
xəsarət almışdır. Bu qəza “Ginnes Re-
kordlar Kitabı”na ən dəhşətli metro
qəzası kimi düşmüşdür.
Cəbrayıl
rayonunda anadan ol-
muş, hazırda Belçikada yaşayan və
həyatının 25 ilini qrafika sənətinə və
kölgə rəsmləri çəkməyə həsr etmiş
Fəxrəddin Vəliyev 2004-cü ildə adı
“Ginnesin Rekordlar Kitabı”na düş-
müş ilk azərbaycanlıdır. O, 5 dəqiqəyə
20 nəfərin siluetini çəkməklə bu şərəfə
nail olub.
Lənkəran rayonunun Aşağı Nüvədi
kənd sakini 7 yaşlı Ələsgər Rəhim
oğlu Həsənzadə “Ginnesin Rekordlar
Kitabı”na düşən ən azyaşlı şəxsdir. O,
1 saat 45 dəqiqə ərzində barmaqlarının
ucu ilə sinəsini yerə vurmamaq şərti ilə
3 min dəfə qalxıb enmişdir.
12
27
Ə d ə b i y y a t
Məmmədova, S. Dünya-
nın ən çox nəşr olunan
kitabı: “Ginnesin rekordlar
kitabı”nda azərbaycanlı
rekordçuların da adla-
rı var /S.Məmmədova
//Mədəniyyət.-2011.- 5
oktyabr.- S.15.
Книга рекордов Гиннесса.
1988 /[pедакторы
А.Рассел, Н.Маквиртер];
Перевод с англ.
С.Федотова.- Москва:
Сов. Россия, 1989.-352 с.
Guinness World Records
2013.-U.K.: Bantam Books,
an imprint of The Random
House Publishing Group,
2013.- 606 p.
İ n t e r n e t d ə
www.anl.az
www.azterm.az
www.aztv.az
www.files.preslib.az
60
illiyi
241
Tarixdə bu gün
Qubadlı rayonunun
işğalı günü
1993
AV
Q
U
S
T
Qubadlı rayonunun 31 avqust 1993-
cü il tarixində ermənilər tərəfindən iş-
ğalından artıq 22 il ötür.
Qubadlı rayonu 1933-cü ildə ya-
radılmışdır. İnzibati mərkəzi Qubadlı
şəhəridir. İnzibati bölgüsünə 1 şəhər,
93 kənd, 31
inzibati-ərazi dairəsi aid
idi. Qubadlı rayonu şimaldan Laçın,
cənubdan Zəngilan, şərqdən Xocavənd
və Cəbrayıl rayonları, qərbdən
Ermənistanla həmsərhəddir.
Qubadlının iqtisadiyyatının əsasını
taxılçılıq, heyvandarlıq, tütünçülük,
baramaçılıq və üzümçülük təşkil etmiş-
dir. Rayonda 27-si mexanikiləşdirilmiş
olan 31 süd-əmtəə ferması mövcud ol-
muşdur. Rayonda üzümün ilkin ema-
lı üzrə 2 zavod fəaliyyət göstərmişdi.
Tam gücü
ilə işləyən asfalt zavodu
təkcə Qubadlıya deyil, eyni zamanda
qonşu rayonlara da xidmət etmişdir.
Daş karxanası və mərmər sexi əhalinin
tələbatını əsaslı şəkildə ödəmişdi. Qu-
badlıda 21 rabitə müəssisəsi var idi.
8 avtomat stansiyası quraşdırılmışdı.
1950 nömrəlik həmin stansiyalar gecə-
gündüz xalqın xidmətində dururdu.
Ümumiyyətlə, Qubadlı rayonun-
da 62 idarə və müəssisə fəaliyyət
göstərmişdir.
Rayonun 33 səhiyyə müəssisəsində
56 həkim və 511 orta tibb işçisi fəaliyyət
göstərirdi. 4 xəstəxana, 5 həkim ambu-
latoriyası, 54
feldşer-mama məntəqəsi,
4 əczaxana əhalinin sağlamlığının
keşiyində durmuşdu. Rayon gigiyena-
epidemiologiya mərkəzi və profilaktik
dezinfeksiya şöbəsi yüksək səviyyədə
iş aparırdı.
Erməni işğalçıları Qubadlıda 94
kənd və qəsəbəni, 205 mədəni-məişət
obyektini, 12 tarixi abidəni yandır-
mış və talan etmişlər. İşğala qədər 33
800 nəfər əhalisi olan Qubadlıda 21
orta, 15 səkkizillik, 15 ibtidai məktəb,
7 məktəbəqədər təhsil müəssisəsi
fəaliyyət
göstərir, bu təlim-tərbiyə
və təhsil müəssisələrində 1280 nəfər
müəllim çalışırdı. Qubadlının işğa-
lı zamanı ermənilər 5 mindən çox
nadir eksponat saxlanılan Qubadlı
Tarix-diyarşünaslıq Muzeyini də talan
etmişlər.
IV əsrə aid “Gavur dərəsi”ndəki
ibadətgah, 5-ci əsrə aid “Qalalı” və
“Göyqala” abidələri, 14-cü əsrdə tikil-
miş “Dəmirçilər” türbəsi, Hacı Bədəl
körpüsü, Laləzar körpüsü, eləcə də
Əyin, Yusifbəyli, Seytas, Qarağaclı,
Xocamsaxlı kəndlərindəki
digər tarixi
abidələr hazırda işğal altındadır.
Rayonda 111 mədəni-maarif müəs-
sisəsi, o cümlədən 60 kitabxana, 10
mədəniyyət evi və 28 klub, 6 avto-
klub olmuşdur. Qubadlı uğrunda gedən
döyüşlərdə 54 nəfər şəhid olmuş, Qa-
rabağ müharibəsində isə Qubadlının
ümumilikdə 232 sakini şəhid, 146-sı
əlil olmuşdur.
22 ildir ki, rayonun 30 min əhalisi
məcburi köçkün həyatı yaşayır.
31
Ə d ə b i y y a t
Bəşəri, K.Gözümüzün
Qubadlı qarası /K.Bəşəri;
red. Əliyeva Ş; rəssam
E.İbrahimoğlu.- Bakı: Adi-
loğlu, 2005.- 180 s.
Şahmar, E.Ocaq yanğısı
/E.Şahmar; red.: H.Əfəndi,
A.Eldaroğlu.- Bakı: Nurlan,
2004.- 584 s.
Nərimanoğlu, M. Vandaliz-
min qurbanlarına çevrilən
abidələr /M.Nərimanoğlu
//Azərbaycan.- 2014.- 30
avqust.- S.10.
Nigar. Qubadlı rayonunun
işğalından 21 il ötür /Nigar
//Palitra.- 2014.- 30 avqust.-
S.11.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.kataloq.azeri.net
www.karabakhblog.com
www.milliqahraman.az
Ərazisi: 802 km²
•
Əhalisi: 374 00
•
İşğal tarixi: 31.08.1993
•