Teqvim-2015. pdf



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə110/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   106   107   108   109   110   111   112   113   ...   173

245
SENTY
ABR
5
0
Milli ədəbiyyat 
85 
illiyi
Oqtay Salamzadə   
 
1930-2012
SENTY
ABR
Oqtay Məmmədhəsən oğlu 
Salamzadə 1930-cu il sentyabr 
ayının 1-də Füzuli rayonunun 
Cuvarlı kəndində anadan olmuş-
dur.
1948-1953-cü illərdə Azərbay-
can Dövlət Universitetinin (indi-
ki BDU) fəlsəfə şöbəsində təhsil 
almış, bilik və bacarığı nəzərə alı-
naraq gənclər təşkilatının rəhbəri 
vəzifəsinə irəli çəkilsə də, yaradı-
cı mühitə daim üstünlük vermiş-
dir. 
1954-1959-cu illərdə Bakı 
Şəhər Komsomol Komitəsinin, 
Komsomolun Mərkəzi Aparatı-
nın katibi vəzifəsində çalışmış-
dır. 
1959-1963-cü illərdə Azər-
baycan Dövlət Televiziya və Ra-
dio Verilişləri Komitəsində  uşaq 
və gənclər verilişləri redaksiyası-
nın məsul redaktoru olmuşdur.
Oqtay Salamzadə 1963-cü 
ildə Azərbaycan Jurnalistlər  İt-
tifaqının məsul katibi seçilmiş, 
sonralar Beynəlxalq Jurnalistlər 
Təşkilatının Rəyasət Heyətinin 
üzvü, SSRİ Jurnalistlər  İttifaqı 
Təftiş Komissiyası  sədrinin mü-
avini olmuşdur.
1976-1979-cu illərdə “Kitabse-
vərlər” cəmiyyətinin baş redakto-
ru, 1979-1984-cü illərdə “Yazıçı” 
nəşriyyatında böyük redaktor, 
1989-1993-cü illərdə “Karvan” 
jurnalının baş redaktoru olmuş-
dur.
O, ömrünün 60 ildən çoxunu 
qələmə, yaradıcılığa həsr etmiş, 
yüzlərlə oxunaqlı  mətbu yazıla-
rı,  ədəbi-bədii  əsərləri yadigar 
qalmışdır. Bu nümunələr janr, 
mövzu rəngarəngliyinə, dil, üs-
lub xüsusiyyətlərinə görə daim 
diqqəti çəkmiş, müəllifinə medi-
anın da, ədəbiyyatsevərlərin də 
rəğbətini qazandırmışdı.
1993-cü ildən Azərbaycan 
KİV  İşçiləri Həmkarlar  İttifaqı-
nın sədri, Qafqaz Müsəlmanları 
İdarəsi Elmi-Dini Şurası sədrinin 
müavini olmuşdur.
Oqtay Salamzadənin dövri 
mətbuatda işıq üzü görən 500-
dən çox məqaləsi, “Bizim nəsil”, 
“Tahirə”, “Qızıl torpaq” romanla-
rı, “İsgəndərin övladları”, “İkin-
ci pillə”, “Yaz yağışı”, “Səma 
elçiləri” povestləri, ölkənin dram 
teatrlarında səhnəyə qoyulan 
əsərləri onun gərgin və  mənalı 
axtarışlı  həyat yolundan xəbər 
verir.
Tanınmış yazıçı-publisist, jur-
nalist Oqtay Məmmədhəsən oğlu 
Salamzadə 2012-ci il aprel ayının 
2-də vəfat etmişdir.
Ə d ə b i y y a t
Dünyanın zinəti 
/O.Salamzadə.- Bakı: 
Gənclik, 1983.- 306 s.
Əsrlərin sirri: roman 
/O.Salamzadə.- Bakı: Yazıçı, 
1989.- 589 s.
Odlu peşə /O.Salamzadə; 
[red. M.Namaz; rəssamı. 
F.Əfəndiyev].- Bakı: 
Gənclik, 1986.- 253 s.
Sevgi iztirabı: ikihissəli 
tarixi roman /O.Salamzadə; 
red.: X.Cəlilova, 
E.Salamov.- Bakı: El-
Aliance, 2003.- 565 s.
Tanınmış jurnalist Oqtay 
Salamzadə dünyasını dəyişdi 
//525-ci qəzet.- 2012.- 3 
aprel.- S.2.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedikia.org
www.kitab.az
1
Yazıçı, publisist


246
Milli ədəbiyyat
85
 illiyi
Əli Səmədli
1930-2006
SENTY
ABR
Əli Qafur oğlu Səmədli 1930-cu 
il sentyabr ayının 1-də Göyçay rayo-
nunun Mallışıxlı kəndində, müəllim 
ailəsində anadan olmuşdur. 
O, 1948-ci ildə Göyçay şəhərində 
orta təhsilini başa vuraraq, Bakı 
şəhərinə  gəlmiş,  İncəsənət  İnstitu-
tunun (indiki Azərbaycan Dövlət 
Mədəniyyət və  İncəsənət Universi-
teti) Teatrşünaslıq fakültəsinə daxil 
olmuşdur. 
Əmək fəaliyyətinə 1953-cü ildə 
Pirallahı adasındakı  fəhlə yataqxa-
nasında tərbiyəçi müəllim kimi baş-
lamışdır. 
Sonra Azərbaycan SSR 
Mədəniyyət Nazirliyində (in-
diki Azərbaycan Respublikası 
Mədəniyyət və Turizm Nazirliyi) 
inspektor, Respublika kinoprokat 
idarəsində rəis müavini, Azərbaycan 
Kinematoqrafçılar  İttifaqında so-
vet incəsənətinin təbliği bürosunun 
direktoru, “Azərbaycan pioneri” 
qəzeti redaksiyasında “Ədəbiyyat və 
incəsənət” şöbəsinin müdiri olmuş-
dur. Azərbaycan Dövlət Televiziya 
və Radio Verilişləri Komitəsində 
ədəbi-dram redaksiyasında redaktor 
kimi çalışmışdır.
Ə.Səmədli  ədəbi yaradıcılığa 
1959-cu ilin mayında “Ədəbiyyat 
və incəsənət” qəzetində çap olu-
nan “Unuda bilmirəm” hekayəsi 
ilə başlamışdır. Bundan sonra dövri 
mətbuatda hekayələrlə müntəzəm çı-
xış etmişdir. Əli Səmədli ədəbiyyatın 
bütün janrlarında qələmini sınamış-
dır. Yazıçının “Ən böyük yalançı” 
adlı nağılı ilk dəfə “Azərbaycan 
pioneri” qəzetində  dərc edilmişdir. 
“Aqil babanın nağılları” adlı ilk kita-
bı 1962-ci ildə işıq üzü görmüşdür.
Onun “Artıq tamah baş ya-
rar”, “Hərənin bir ulduzu”, “Kibrit 
çöplərinin macərası”, “Sehrli xal-
ça”, “Siçanların toyu” və s. əsərləri 
respublika dövlət teatrında tamaşaya 
qoyulmuşdur.
Əli Səmədli 55 ildən artıq uşaq 
və  gənclər  ədəbiyyatı sahəsində 
ədəbi fəaliyyət göstərmişdir. O, 40-a 
yaxın kitabın və 33 səhnə  əsərinin 
müəllifidir. 
Ayrı-ayrı əsərləri 20-dən artıq xa-
rici dilə  tərcümə edilmişdir. Türk, 
özbək, türkmən, qırğız, belarus və 
başqa dillərdə kitabları  nəşr olun-
muşdur. 
“Artıq tamah baş yarar” nağıl-
pyesi 1964-1983-cü illərdə A.Şaiq 
adına Dövlət Kukla Teatrında 1500 
dəfə tamaşaya qoyulmuşdur. 
Azərbaycan uşaq  ədəbiyyatının 
görkəmli yazıçısı  Əli Qafur oğlu 
Səmədli 2006-cı il may ayının 30-da 
vəfat etmişdir.
Ə d ə b i y y a t
Çinarlı şəhərim mənim 
/Ə.Səmədli; red. İ.Tapdıq. - 
Bakı: Turan, 2003.- 341 s.
Qanlı bənövşə: nağıl və 
hekayələr /Ə.Səmədli; 
red. H.Sadıqova; rəs. 
N.Babayev.- Bakı: 
Azərbaycan Ensiklopediyası 
NPB, 1996.- 48 s.
Ömür karvanı: hekayə, şeir, 
əfsanə /Ə.Səmədli; red. 
R.İsmayılov.- Bakı: Ulu, 
2005.- 204 s.
Əlili-əlisiz günlər: 
[məqalələr, xatirələr] /nəşrə 
hazırlayan və ön söz müəl. 
S.Xəyal; red. A.İsgəndərli.-
Bakı: [MBM], 2012.- 99 s. 
Azəri, L. Yazıçılar Birliyində 
Əli Səmədli yad edildi 
/L.Azəri //Mədəniyyət.- 
2012.- 1 iyun.- S.4.
İ n t e r n e t d ə
www.anl.az
www.en.wikipedia.org
1
Yazıçı


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə