Teqvim-2015. pdf


Musiqi.Opera.Balet Ə d ə b i y y a t



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə111/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   107   108   109   110   111   112   113   114   ...   173

247
Musiqi.Opera.Balet
Ə d ə b i y y a t 
Leyli və Məcnun [Notlar]: 
Partitura [5 pərdəli, 6 şəkilli 
opera: Füzulinin eyni adlı 
poeması əsasında] libret-
to /Ü.Hacıbəyli; Heydər 
Əliyev Fondu; Azərbaycan 
Mədəniyyət Fondu.- [Bakı] 
[Şərq-Qərb], [2010].- 373 s. 
Nəşrlərdə kənara qoyulmuş 
mətbu əsərləri (1904-1912)   
/Ü.Hacıbəyli; topl., ərəb 
əlifb. latın qrafik. çevir., ön 
sözün müəl. və lüğətin tərt. 
Ş.Hüseynov.- Bakı: Elm, 
2009.- H.1.- 298 s. 
Üzeyir Hacıbəyli: bib-
lioqrafiya /tərt. ed.: 
R.Orucəliyeva, H.Haşımova 
və başq.; baş red. və burax. 
məsul K.Tahirov; red.: 
G.Səfərəliyeva; M.F. Axundov 
ad. Azərbaycan Milli Kitab-
xanası.- Bakı, 2009.- 368 s. 
(“Azərbaycanın görkəmli 
şəxsiyyətləri” seriyası).- 
Azərbaycan və rus dillərində.
Üzeyir Hacıbəyov ensiklo-
pediyası /müəlliflər və red. 
heyəti: E.Abbasova və b.; 
Azərbaycan Mədəniyyətinin 
Dostları Fondu.-Bakı: Şərq-
Qərb, 2007.-264 s.
Çəmənli, M. Ürəyimdə qalan 
sözlər //Çəmənli M. Sənət 
hekayələri.-Bakı, 2014.- 
S.33-45.
www.anl.az
Üzeyir Hacıbəyli
1885-1948
SENTY
ABR
Üzeyir  Əbdülhüseyn oğlu Hacıbəyli 
1885-ci il sentyabr ayının 18-də 
Azərbaycanın dilbər guşələrindən 
olan  Şuşada anadan olmuşdur.  İlk 
təhsilini buradakı ikisinifli rus-türk 
məktəbində almışdır.  Şuşanın zəngin 
musiqi-ifaçılıq ənənələri Hacıbəylinin 
musiqi tərbiyəsinə müstəsna təsir 
göstərmişdir. 
Onun ilk müəllimi Azərbaycan 
musiqisinin gözəl bilicisi, dayısı 
A.Əliverdibəyov olmuşdur. O, 1899-
1904-cü illərdə Qori Müəllimlər Se-
minariyasında təhsil almış, dünyagö-
rüşünün formalaşmasında seminariya 
böyük rol oynamışdır. Hacıbəyli se-
minariya illərində qabaqcıl dünya 
mədəniyyəti ilə yaxından tanış ol-
muşdur. O, burada Avropa musiqi 
klassiklərinin  əsərlərini mənimsəmiş, 
skripkada çalmağı öyrənmiş, xalq 
mahnı nümunələrini nota köçürmüş-
dür. Seminariyanı bitirdikdən sonra 
1904-cü ildə Cəbrayıl qəzasının Had-
rut kəndinə müəllim təyin edilmişdir. 
Üzeyir bəy Hacıbəyli Rusiyada 
1905-1907-ci illər inqilabı  ərəfəsində 
Bakıya gəlmiş, Bibiheybətdə, sonra-
lar isə “Səadət” məktəbində  dərs de-
miş, 1907-ci ildə Bakıda Azərbaycan 
türkcəsində “Hesab məsələləri” və 
“Mətbuatda istifadə olunan siyasi, hü-
quqi, iqtisadi və əsgəri sözlərin türki-
rusi və rusi-türki lüğəti”ni nəşr etdir-
mişdir.
Bədii yaradıcılığa publisistika ilə 
başlamışdır. O, “Kaspi”, “Həyat”, “İr-
şad”, “Tərəqqi”, “Həqiqət”, “İqbal”, 
“Yeni iqbal” qəzetlərində  və “Mol-
la Nəsrəddin” jurnalında “Ordan-
burdan”, “O yan-bu yan” və s. başlıqlar 
altında “Ü”, “Filankəs”, “Behmankəs” 
və s. gizli imzalarla dövrün mühüm 
ictimai-siyasi, maarifçilik məsələlərinə 
dair çoxlu məqalə, felyeton və satirik 
miniatürlər dərc etdirmişdir.
Dahi bəstəkar, pedaqoq, ictimai 
xadim, musiqişünas-alim və publisist 
Üzeyir Hacıbəyli milli musiqimizdə 
köklü dönüş yaratmışdır. Onun 1908-
ci il yanvar ayının 12-də Bakıda Hacı 
Zeynalabdin Tağıyevin teatrında 
göstərilən “Leyli və  Məcnun” opera-
sı ilə təkcə Azərbaycanda deyil, bütün 
müsəlman  Şərqində opera sənətinin 
əsası qoyulmuşdur. O, operanın lib-
rettosunu Füzulinin eyniadlı poeması 
əsasında yazmışdır.
1909-1915-ci illərdə bir-birinin ar-
dınca “Şeyx Sənan” (1909), “Rüstəm 
və Söhrab” (1910), “Şah Abbas və 
Xurşud banu” (1912), “Əsli və Kərəm” 
(1912), “Harun və Leyla” (1915) mu-
ğam operalarının librettosunu xalq 
dastanları  və  rəvayətlər, Firdovsi-
nin “Şahnamə”  əsərinin motivləri 
əsasında yazmışdır. Xalq dastanı 
əsasında bəstələdiyi “Əsli və Kərəm” 
operasında muğamatla bərabər aşıq 
musiqisindən də istifadə etmişdir.
Azərbaycanda musiqili komediya 
janrının yaradıcısı (komediyalarının 
mətnini də özü yazmışdır) olmuşdur. 
Onun “Ər və Arvad” (1909, ilk tama-
şası: 1910), “O Olmasın, bu Olsun” 
(1910, ilk tamaşası: 1911), “Arşın Mal 
Alan” (1913) musiqili komediyala-
rında inqilabdan əvvəlki Azərbaycan 
məişəti, xalq adət və ənənələri əksini 
tapmışdır. Üzeyir bəy 1911-ci ildə 
18
130 
illiyi
Bəstəkar


musiqi təhsilini artırmaq üçün Moskvaya getmiş
həmin il burada filarmonik cəmiyyətin musiqi kurs-
larında, 1913-cü ildə isə Peterburq konservatoriya-
sında oxumuşdur. Peterburq dövrü Hacıbəylinin 
yaradıcılığında mühüm rol oynamış, o, “Arşın mal 
alan” musiqili komediyasını  məhz burada yarat-
mışdır.
Görkəmli bəstəkar 1921-ci ildə Bakıda 
Azərbaycanlı tələbələr üçün ilk musiqi məktəbini 
- Azərbaycan Dövlət Türk Musiqi Məktəbini 
(sonralar texnikum) təşkil etmişdir. 1926-cı 
ildən Azərbaycan Dövlət Konservatoriyasında 
fəaliyyət göstərmiş  və burada nəzəriyyə, harmo-
niya, Azərbaycan musiqisinin əsasları fənlərindən 
dərs demiş, konservatoriya yanında ilk çoxsəsli 
Azərbaycan xor kollektivini yaratmış, 1931-ci ildə 
Azərbaycan Radio Komitəsi yanında ilk notlu xalq 
çalğı alətləri orkestrini təşkil etmişdir.
1937-ci ildə Ü.Hacıbəyli Avropa operası-
nın prinsiplərini milli musiqimizin üslubu ilə 
mükəmməl səviyyədə əlaqələndirərək xalq dastanı 
əsasında özünün şah  əsəri - “Koroğlu” operasını 
yazmışdır. Bu operada ilk dəfə olaraq klassik opera 
formasına riayət edərək bitkin ariyalar, kütləvi xor 
səhnələri, müxtəlif ansambllar, balet nömrələri, 
reçitativlər yaratmışdır.
Onun musiqi səhnə əsərləri içərisində məhəbbət 
və xeyirxahlığı tərənnüm edən, cəhalətə qarşı çıxan 
“Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal 
alan” musiqili komediyaları xüsusi qeyd olunma-
lıdır. Bəstəkarın “Arşın mal alan” musiqili kome-
diyası ingilis, alman, çin, ərəb, türk, fars, polyak, 
ukrayna, rus, belarus, gürcü və s. dillərə tərcümə 
edilmiş, Moskvada, Nyu Yorkda, Parisdə, London-
da, Tehranda, İstanbulda, Qahirədə, Berlində, Var-
şavada, Pekində, Sofiyada, Budapeştdə, Buxarestdə 
və s. şəhərlərdə tamaşaya qoyulmuş, dəfələrlə ek-
ranlaşdırılmışdır.
O, həmçinin bir neçə kantatanın xalq çalğı 
alətləri orkestri üçün “Çahargah” və “Şur” fanta-
ziyalarının, “Aşıqsayağı”, “Şəfqət bacısı”, “Yax-
şı yol” və digər mahnıların, Nizaminin sözlərinə 
məşhur “Sənsiz” və “Sevgili canan” romansları-
nın müəllifidir. Azərbaycan Respublikasının ha-
zırki, eləcə  də keçmiş himnini məhz Üzeyir bəy 
Hacıbəyli bəstələmişdir. 
Azərbaycanda, eləcə də müsəlman Şərqində ilk 
musiqi təhsil ocağı - konservatoriya (hazırki Bakı 
Musiqi Akademiyası) 1921-ci ildə  məhz onun 
səyi nəticəsində yaradılmışdır. Üzeyir bəy özü də 
konservatoriyada dərs demiş, 2 dəfə Azərbaycan 
Dövlət Konservatoriyasının rektoru (1928-1929, 
1939-1948) vəzifəsində çalışmışdır. Azərbaycan 
musiqisinin görkəmli xadimləri Qara Qarayev, 
Fikrət Əmirov, Niyazi, Soltan Hacıbəyov, Ağaba-
cı Rzayeva, Şəfiqə Axundova və başqaları Üzeyir 
Hacıbəylinin sinfində  təhsil almışdır. Ölkəmizdə 
ilk çoxşaxəli xoru, notla çalan ilk çalğı orkestrini 
də Üzeyir bəy yaratmışdır.
Hacıbəyli həm də böyük musiqişünas alim idi. 
O, müasir Azərbaycan elmi musiqişunaslığının 
əsasını qoymuş, musiqiyə dair çoxlu məqalələr 
yazmış, tədqiqatlar aparmışdır. Milli musiqimizin 
tədqiqinə son dərəcə böyük əhəmiyyət verən dahi 
bəstəkar 1927-ci ildə Müslüm Maqomayevlə birgə 
Azərbaycanda ilk dəfə el nəğmələrinin not yazıla-
rını  dərc etdirmişdir. “Azərbaycan xalq musiqisi-
nin əsasları” adlı sanballı elmi əsərin müəllifidir. 
1935-ci idə “Azərbaycanın  əməkdar incəsənət 
xadimi”, 1938-ci ildə “SSRİ Xalq artisti” fəxri ad-
larına layiq görülmüş, 1941-ci ildə Stalin Müka-
fatı, “Lenin Ordeni” və “Qırmızı Əmək Bayrağı” 
ordeni laureatı olmuşdur.  
O 1940-cı ildə professor, 1945-ci ildə Elmlər 
Akademiyasının (indiki AMEA) akademiki olmuş-
dur. 1938-1948-ci illərdə Azərbaycan Bəstəkarlar 
İttifaqının sədri, 1945-1948-ci illərdə Azərbaycan 
EA (indiki AMEA) İncəsənət İnstitutunun direkto-
ru  olmuşdur.
Ü. Hacıbəyli təmiz qəlbli, yüksək mənəviyyatlı, 
təvazökar və xeyirxah bir insan kimi də xüsusi 
məhəbbətlə xatırlanır.
Dünya  şöhrətli bəstəkar, görkəmli musiqişü-
nas alim, publisist, dramaturq, pedaqoq və icti-
mai xadim, müasir Azərbaycan professional mu-
siqi sənətinin və milli operasının banisi Üzeyir 
Hacıbəyli 1948-ci il noyabr ayının 23-də vəfat et-
mişdir. 
Üzeyir bəy Hacıbəylinin anadan olmasının 
100 illik yubileyi böyük təntənə ilə keçirilmişdir. 
UNESKO-nun görkəmli  şəxsiyyətlərin ildönümü 
və 1985-ci ilin mühüm hadisələri təqviminə əsasən 
Ü. Hacıbəylinin yubileyi beynəlxalq miqyasda da 
qeyd edilmişdir.
Azərbaycan Respublikası Prezidenti cənab            
İlham  Əliyevin 23 fevral 2010-cu il tarixli 
Sərəncamı ilə Üzeyir Hacıbəylinin 125 illik yubi-
leyi təntənəli şəkildə keçirilmişdir.
7


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə