Teqvim-2015. pdf



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə114/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   110   111   112   113   114   115   116   117   ...   173

253
Vahid Həbibulla oğlu Quliyev 1955-
ci il sentyabr ayının 20-də Cəbrayıl rayo-
nunun Qumlaq kəndində anadan olmuş-
dur. Uşaqlıq illəri Niyazqullar kəndində 
keçmişdir. O, 1972-ci ildə  Zəngilan ra-
yonunda Hacallıkənd orta məktəbini bi-
tirmiş, bir müddət Niyazqullar kəndində 
təsərrüfat işlərində çalışmışdır. 1974-cü 
ildə ordu sıralarına çağırılmışdır. O, hərbi 
xidmətini Özbəkistan Respublikasında 
və Rusiyanın Obninsk şəhərində keçmiş-
dir. 1976-cı ildə hərbi xidmətini başa vu-
raraq, Azərbaycan Dövlət Universitetinin 
fizika fakültəsinə daxil olmuşdur. 1981-
ci ildə universiteti bitirərək, təyinatla 
Laçın rayonunun Fərəcan kəndinə 
göndərilmişdir. 3 il burada müəllimlik 
etdikdən sonra Bakıya qayıtmış, “Azon” 
Cihazqayırma zavodunda sahə  rəisi 
vəzifəsinə  işə  qəbul edilmişdir. 1992-ci 
ilə qədər bu zavodda çalışmış və öz işi-
nin öhdəsindən layiqincə gəlmişdir.
O, 1992-ci ilin avqust ayında Ya-
samal rayon Hərbi Komissarlığına 
gələrək, cəbhəyə göndərilməsini xahiş 
etmiş, onu bir zabit kimi döyüş  xəttinə 
yola salmışlar. Sentyabrın 7-də  Ağdam 
istiqamətindən döyüşə girmişdir. O, bu 
döyüşdə düşmənin bir tankını vurmuş, 
beləliklə, erməni yaraqlılarının hücumu-
nun qarşısı alınmışdır. Oktyabrın 14-də 
Qubadlıya gedərək, burada da rəşadətlə 
vuruşmuş, düşmənin bir neçə döyüş tex-
nikasını və xeyli canlı qüvvəsini sıradan 
çıxarmışdır. 
1994-cü il fevral ayının 28-də yenidən 
Ağdam döyüş bölgəsinə dönmüşdür. 
V.Quliyev xidmətə başlayan gündən 
atəşkəs elan olunana qədər düşmənin on 
zirehli texnikasını  sıradan çıxarmışdı. 
Bunun səkkizi tank, ikisi isə PDM (Piya-
da Döyüş Maşını) idi.
Azərbaycan Respublikası Prezidenti-
nin 9 noyabr 1994-cü il tarixli Fərmanı 
ilə göstərdiyi  şücaətlərə görə Vahid 
Həbibulla oğlu Quliyevə “Azərbaycanın 
Milli Qəhrəmanı” fəxri adı verilmişdir.
O, 1996-cı ildə BDU-nun hərbi ka-
fedrasında müəllim, 2000-ci ilin avqust 
ayından 2002-ci ilin oktyabr ayına qədər 
Azərbaycan Ali Hərbi Məktəbində baş 
müəllim kimi fəaliyyətini davam etdir-
mişdir. 26 oktyabr 2002-ci ildə isə ordu-
dan tərxis olunmuşdur.
Polkovnik-leytenant Vahid Quliyev 
hazırda Azərbaycan Silahlı Qüvvələrinin 
Təlim-Tədris Mərkəzində müəllim kimi 
çalışır.
Milli Qəhrəmanlar
Vahid Quliyev
1955
Milli Qəhrəman
60 
illiyi
20
SENTY
ABR
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Quliyev Vahid Həbibulla 
oğlu - kapitan - Azərbaycan Respublikası suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, Vətənimizin torpaqlarının erməni işğal-
çılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik və şücaətə, öz müqəddəs əsgəri və 
xidməti borcunu şərəflə yerinə yetirilməsində misilsiz xidmətlərinə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 9 oktyabr 
1994-cü il //Azərbaycan Ordusu.- 1994.- 11 oktyabr.- S.1.
Əsgərov, V. Quliyev Vahid Həbibulla oğlu /V. Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşri.- Bakı, 2010.-S.174-
175 .
Quliyev Vahid Həbibulla oğlu (1995) //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya / Azərbaycan Milli Kitabxanası; tərt. ed. 
H.Həmidova.- Bakı, 2008.- S.126.
Seyidzadə, M. Quliyev Vahid Həbibulla oğlu /M.Seyidzadə //Milli Qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.125.


254
2
Eldar Ağayev 
1955-2013
Milli Qəhrəman
60 
illiyi
Milli Qəhrəmanlar
SENTY
ABR
29
Eldar  Əsgər oğlu Ağayev 1955-
ci il sentyabr ayının 29-da Tbilisi 
şəhərində  hərbçi ailəsində anadan 
olmuşdur. 
Sonralar ailəsi ilə Bakıya köç-
müş, 1962-ci ildə 20 saylı orta 
məktəbə getmiş, sonra təhsilini 134 
saylı  məktəbdə davam etdirmişdir. 
1972-ci ildə Bakı Ali Ümumqoşun 
Komandirlər Məktəbinə daxil olmuş, 
1976-cı ildə motoatıcı ixtisası ilə 
Qusev şəhərində hərbi xidmətə baş-
lamışdır.
1978-ci ildə Kamçatka yarıma-
dasında, 1981-1984-cü illərdə Amur 
vilayətinin Obluçye şəhərində mo-
toatıcı bölüyünün komandiri olmuş-
dur. 
1984-1986-cı illərdə Əfqanıstanda 
motoatıcı bölüyün kəşfiyyat rəisi, son-
ra isə komandiri olmuşdur. Bacarıqlı 
komandir olduğunu görən rəhbərlik 
onu  əvvəlcə tank alayınının rəisi, 
sonra isə Drezden kəşfiyyat taboruna 
komandiri təyin etmişdir. Ermənilər 
torpaqlarımıza hücum edən zaman 
Eldar Vətənə qayıtmış  və 1992-ci 
ildə Milli Ordunun tərkibində “N” 
saylı alayını yaratmışdır. Daha sonra 
ikinci taboru yaratmış və ona koma-
dirlik etmişdir. Onun komandirlik et-
diyi tabor dəfələrlə qaynar döyüşlərə 
atılmış  və onlarla erməni qulduru-
nu məhv etmişdir. Eldarın yaratdı-
ğı tabor 1995-ci ildə Bakıda dövlət 
çevrilişinin qarşısının alınmasında 
da iştirak etmişdir. Bu taborun 18 
əsgər və zabiti “Azərbaycanın Milli 
Qəhrəmanı” fəxri adına layiq görül-
müşdür.
1997-ci ildən 2000-ci ilədək 
Azərbaycan Politexnik İnstutun-
da hərbi kafedranın rəisi olmuş-
dur. 2000-2001-ci illərdə isə Bakı 
Ali Ümumqoşun Komandirlər 
Məktəbinin kəşfiyyat kafedrasının 
rəisi vəzifəsində çalışmışdır. 
Sovetlər birliyi zamanı “Qırmızı 
Ulduz”, “İgidliyə görə” ordenləri ilə, 
Qarabağ döyüşlərində  iştirak etdiyi 
üçün “Azərbaycan Bayrağı”ordeni 
ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası Pre-
zidentinin 4 aprel 1995-ci il tarixli 
Fərmanı ilə Ağayev Eldar Əsgər oğlu 
“Azərbaycanın Milli Qəhrəmanı” 
fəxri adına layiq görülmüşdür.
Ağayev Eldar Əsgər oğlu 2013-cü 
il may ayının 17-də vəfat etmişdir.
Ə d ə b i y y a t
Azərbaycan Respublikası-
nın hərbi qulluqçularının və 
polis işçilərinin bir qrupuna 
“Azərbaycanın Milli Qəhrəmanı” 
adı verilməsi haqqında: [Ağa-
yev Eldar Əsgər oğlu-Müdafiə 
Nazirliyi, polkovnik – Azərbaycan 
Respublikasının Konstitusiya, 
dövlət quruluşunun müdafiəsi, 
onun müstəqilliyinin qorunub 
saxlanılması və dövlət çevrilişi 
cəhdinin qarşısının alınması za-
manı şəxsi qəhrəmanlıq və şücaət 
göstərdiyinə görə]: Azərbaycan 
Respublikası Prezidentinin 
Fərmanı, 4 aprel 1995-ci il          
//Azərbaycan.- 1995.- 5 aprel.
Ağayev Eldar Əsgər oğlu 
//Azərbaycanın Milli 
Qəhrəmanları: biblioqrafiya         
/tərt. ed. H.Həmidova.- Bakı, 
2008.- S.22.
Əsgərov, V. Ağayev Eldar Əsgər 
oğlu /V.Əsgərov //Azərbaycanın 
Milli Qəhrəmanları.- Yenidən 
işlənmiş II nəşri.- Bakı, 2010.-
S.23-24 .
Seyidzadə, M. Ağayev El-
dar Əsgər oğlu /M.Seyidzadə             
//Milli Qəhrəmanlar zirvəsi.- 
Bakı, 2010.- S.20.
www.adam.az
www.anl.az
www.az.wikipedia.org


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə