25
Kimya.Biologiya.Tibb
Abdulla Qarayev
1910-1968
Y
ANV
AR
Abdulla İsmayıl oğlu Qarayev 1910-
cu il yanvar ayının 14-də Bakıda anadan
olmuşdur.
1927-ci ildə Bakı Xalq Maarifi
Şöbəsinin pedaqoji texnikumunu, 1930-
cu ildə Azərbaycan Dövlət Universiteti-
nin (indiki BDU) Pedaqoji fakültəsinin
təbiət bölməsini bitirmişdir. 1932-1936-
cı illərdə Azərbaycan Dövlət Tibb İnsti-
tutunda təhsil almışdır.
O, 1937-ci ildə iki mövzu üzrə: bi-
rinci dissertasiya işinə görə tibb elmləri
namizədi, ikinci dissertasiyaya görə
isə biologiya elmləri namizədi alimlik
dərəcəsi almışdır. 1937-1938-ci
illərdə
Azərbaycan Dövlət Pedaqoji İnstitutun-
da Təbiət fakültəsinin dekanı vəzifəsində
çalışmışdır. 1940-cı ildə doktorluq işini
müdafiə etmişdir.
1941-1942-ci illərdə ADU-nun bi-
ologiya fakültəsinin dekanı olmuşdur.
Fiziologiya sahəsində ilk azərbaycanlı
professor olan Abdulla Qarayev 1942-
ci ildə müsabiqə yolu ilə Azərbaycan
Dövlət Tibb İnstitutunun Normal fi-
ziologiya kafedrasında, Azərbaycan
Dövlət Universitetində isə İnsan və hey-
van fiziologiyası kafedrasında müdir
vəzifəsində çalışmışdır. 1942-1944-cü
illərdə Azərbaycan Dövlət Universite-
tinin elmi hissə üzrə prorektoru, 1944-
cü ilin sentyabrından 1950-ci ilin okt-
yabrına qədər
isə rektoru vəzifələrində
işləmişdir.
1952-ci ilin mayından 1956-cı ilin
iyuluna qədər AEA Biologiya və kənd
təsərrüfatı elmləri şöbəsinin akademik-
katibi vəzifəsində çalışmışdır. 1965-ci
ildə Ali Attestasiya Komissiyası Abdulla
Qarayevə insan və heyvan fiziologiyası
(indeks 102) üzrə namizədlik və doktor-
luq dissertasiyalarını müdafiəyə qəbul
etmək ixtiyarı vermişdir.
1953-cü ildə onun səyi nəticəsində
Azərbaycan EA-nın Zoologiya İnstitutu-
nun nəzdində Fiziologiya şöbəsi, 3 ildən
sonra müstəqil Fiziologiya bölməsi ya-
radılmış və rəhbərlik Abdulla Qarayevə
həvalə olunmuşdur.
O, Azərbaycan Ali və Orta İxtisas
Təhsili
Komitəsinin sədri olmuş, 1961-
1963-cü illərdə komitə sədri kimi ali
məktəblərin maddi-texniki bazasının
möhkəmləndirilməsi, yeni fakültə və ix-
tisasların açılmasına xüsusi diqqət yetir-
mişdir.
1968-ci il fevral ayının 2-də Azər-
baycan SSR Elmlər Akademiyasının
Fiziologiya İnstitutu yaradılmış və aka-
demik Abdulla Qarayev institutun direk-
toru təyin olunmuşdur.
Hazırda bu institut, eləcə də N.Nəri-
manov adına Azərbaycan Dövlət Tibb
İnstitutunun Normal fiziologiya kafed-
rası və Bakı şəhərində bir küçə onun
adını daşıyır.
A.Qarayev 7 monoqrafiya və 300-dən
artıq məqalənin müəllifidir.
1943-cü ildə fiziologiya
elminin inki-
şafındakı xidmətlərinə görə “Əməkdar
elm xadimi” fəxri adına layiq görülmüş,
1949-cu ildə AEA-nın həqiqi üzvü seçil-
miş, Lenin ordeni, 3 dəfə “Qırmızı Əmək
Bayrağı” ordeni, “Qırmızı Ulduz” orde-
ni və medallarla təltif edilmişdir.
Abdulla Qarayev 1968-ci ildə vəfat
etmişdir.
14
Ə d ə b i y y a t
Abdulla İsmayıl
oğlu Qarayev-100
/AMEA; tərt. ed. və
red. V.Adıgözəlova,
A.Qazıyev,
G.Qurbanova.- Bakı:
Elm, 2010.- 303 s.
Abdulla İsmayıl oğlu
Qarayev: biblioqra-
fiya /AMEA Mərkəzi
Elmi Kitabxanası; tərt.
A.Əliyeva-Kəngərli;
red. T.Ağayev.- Bakı:
Elm, 2009.-290 s.
Abdulla Qarayev
//Əli Hüseynov, Məcnun
Babayev. Məşhur bio-
logiya alimləri.- Bakı:
Maarif, 2002.- S.144.
Abdulla İsmayıl oğlu
Qarayev: Azərbaycanın
təhsil nazirləri
//Azərbaycan müəllimi.-
2012.- 27 yanvar.- S.6.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.muallim.edu.az
www.press.bsu.edu.az
www.science.gov.az
105
illiyi
Akademik
26
Kimya.Biologiya.Tibb
Nemət Qasımov
1940
Y
ANV
AR
Nemət Abbasəli oğlu Qasımov 1940-
cı il yanvar ayının 27-də Naxçıvan Mux-
tar Respublikasının Babək rayonunun
Didivar kəndində anadan olmuşdur.
1963-cü ildə ADU-nun biologiya
fakültəsini fərqlənmə diplomu ilə bitir-
mişdir.
N.A.Qasımov 1963-1966-cı illərdə
ADU-nun “Bitki fiziologiyası” kafed-
rasının aspirantı olmuş, 1967-ci ildə
namizədlik, 1975-ci ildə doktorluq dis-
sertasiyası müdafiə etmiş, 1980-ci ildə
professor adı almışdır.
N.A.Qasımov xlor ionunun bitkiyə
daxil olmasının kinetik qanunauyğun-
luqları və bitkilərin
duzla intoksikasi-
yasının “Enerji aclığı” konsepsiyasının
müəllifidir və bu barədə 1975-ci ildə
Leninqradda (indiki Sankt-Peterburqda)
keçirilən XII Beynəlxalq Botanika
konqresində məruzə ilə keçmiş SSRİ-ni
təmsil etmişdir.
O, Azərbaycan EA-nın Botanika İns-
titutunda elmi işçi, BDU-nun Biologiya
fakültəsinin dekanı (1978-1988-ci illər)
vəzifəsində çalışmışdır. Hal-hazırda
BDU-nun “Bitki fiziologiyası” kafedra-
sının müdiridir.
N.A.Qasımov 1991-ci ildə ABŞ-ın Şi-
mali İllinoys Universitetinə dəvət olun-
muşdur. Həmin universitetdə professor
N.A.Qasımov 40 gün müddətində elmi-
pedaqoji
ezamiyyətdə olmuş, professor-
müəllim və tələbələrlə görüşlər keçirmiş,
universitetin elmi seminarlarında “Duz
tənəffüsü” mövzusunda geniş məruzə
ilə çıxış etmişdir. Onun Türkiyə, Rusi-
ya, Bolqarıstan, Qazaxıstan, Ukrayna,
Özbəkistan və digər ölkələrdə 100-dən
çox elmi əsəri, dərslik və monoqrafiya-
ları çap edilmişdir.
N.A.Qasımov 7 dissertasiya işinə
elmi rəhbərlik etmiş, onlarla dissertasi-
ya işinin rəsmi opponenti olmuşdur. Ha-
zırda onun rəhbərliyi
ilə bir neçə tələbə
(bunlardan 3 nəfəri İran İslam Respub-
likasındandır) dissertasiya mövzuları
üzərində tədqiqatlarını davam etdirirlər.
N.A.Qasımov BDU-nun və biologi-
ya fakültəsinin Elmi Şuralarının, “Bakı
Universitetinin Xəbərləri” elmi jurnalı-
nın redaksiya heyətinin üzvüdür.
Professor 1986-cı ildə ABŞ-ın İlli-
noys EA-nın həqiqi üzvü seçilmişdir.
O, İngiltərə-Kembric Beynəlxalq Bi-
oqrafiya Mərkəzinin Direktorunun Av-
ropa üzrə nümayəndəsi (1998), ABŞ-
ın Bioqrafiya İnstitutunun səlahiyyətli
nümayəndəsidir (1998).
Professor N.A.Qasımov “Qızıl hey-
kəl” (ABŞ Bioqrafiya İnstitutu-1998),
“Qızıl ulduz” (İngiltərə-Kembric BBM-
1998), “XX əsrin 2000 görkəmli ada-
mı” diplomu və gümüş medalı (1997),
Kembric BBM Baş Direktorunun Av-
ropa üzrə səlahiyyətli nümayəndəsinin
diplomu və gümüş medalı (1998) ilə
təltif edilmişdir.
Professor N.A.Qasımov 2000-ci ildə
Azərbaycan Respublikasının “Əməkdar
elm xadimi” fəxri adına
layiq görülmüş-
dür.
27
Ə d ə b i y y a t
Bitki fiziologiyası: dərslik
/N.Qasımov.- İkinci nəşr.-
Bakı: BDU-nun nəşri,
2008.- 484 s.
Bitki fiziologiyasından
praktikum /N.Qasımov.-
Bakı: BDU-nun nəşri,
2006.- 181 s.
Fotosintez: iki hissədə
/N.Qasımov.- Bakı: BDU-
nun nəşri, 1982.- Hissə
I.-86 s.; Hissə II.- 110 s.
Bitki fiziologiyasından
kiçik praktikum: dərs
vəsaiti /N.Qasımov,
Q.Rzayev; elmi red.
Q.Əhmədov; AzSSR Ali
və Orta İxtisas Təhsili
Nazirliyi, S.M.Kirov ad.
Azərb. Döv. Un-ti.- Bakı:
ADU, 1981.- 84 s.
İ n t e r n e t d ə
www.anl.az
www. elibrary.azlib.net
www.muallim.edu.az
www.kitabxana.net
75
illiyi
Alim