23
Riyaziyyat.F
izika.Astronomiya
Y
ANV
AR
Yusif Məmmədov
1950
65
illiyi
Ə d ə b i y y a t
Azərbaycan Dövlət Pe-
daqoji Universiteti-90.-
Bakı, 2012.-430 s.
Azərbaycan təhsilinin in-
kişafının Heydər Əliyev
mərhələsi /Məmmədov Y.
//ADPU-nun xəbərlərinin
xüsusi buraxılışı.-2008.-
S.7-14.
Diferensial /Məmmədov
Y.Ə., Xankişiyev Z.F.-
Bakı: Pubiishinq house
of ASPU, 2013.-189 s.
Diferensial tənliklər:
dərs vəsaiti
/Y.Məmmədov.- Bakı,
2009.- 155 s.
Karışıq problemlərin
düzgünlüğü //Mat.
VII cümn.po duf.
ur.TMMTMK-Ustambul,
1993.-S.18-22.
Математический
анализ критических
задач элоктродина-
мики: монография
/Ю.Мамедов.-Баку:
Элм, 2010.- 181 с.
Rüstəmov, F. İstedadlı
alim, görkəmli elm
və təhsil təşkilatçısı
/F.Rüstəmov, R.Rzayev
//Azərbaycan müəllimi.-
2010.- 22 yanvar.- S.5.
www.anl.az
www.az.wikipedia.org
Yusif Əbülfət oğlu Məmmədov
1950-ci il yanvar ayının 24-də Qərbi
Azərbaycanın Sisiyan rayonunun
Dəstəgird
qəsəbəsində anadan olmuş-
dur.
1966-cı ildə Azərbaycan Dövlət Uni-
versitetinin (indiki BDU) Mexanika-
riyaziyyat fakültəsinə daxil olmuşdur.
1974-cü ildə namizədlik, 1990-cı ildə
isə doktorluq dissertasiyasını müdafiə
etmiş, 1971-1993-ci illərdə Azərbaycan
Dövlət Universitetinin Riyazi fizika
tənlikləri kafedrasının əvvəlcə assis-
tenti, baş müəllimi, dosenti, professoru,
1993-cü ildən Azərbaycan Dövlət Uni-
versitetinin Riyazi fizika tənlikləri ka-
fedrasının müdiri, 2000-2004-cü illərdə
Bakı Dövlət Universitetinin Tətbiqi
riyaziyyat
və kibernetika fakültəsinin
dekanı, 2004-2006-cı illərdə BDU-nun
elmi işlər üzrə prorektoru, 2006-cı il
aprelin 21-də Azərbaycan Respublika-
sının Prezidenti cənab İlham Əliyevin
Sərəncamı ilə Azərbaycan Dövlət Peda-
qoji Universitetinin rektoru vəzifəsinə
təyin edilmişdir.
Professor Yusif Məmmədovun elmi
tədqiqatlarının əhatə dairəsi çoxşaxəli
olub, riyaziyyatın maraqlı, mürəkkəb
və az tədqiq olunan sahələrini əhatə
edir. O, diferensial tənliklər, riya-
zi fizika tənlikləri, qarışıq
və sərhəd
məsələlərinin həlli üçün çıxıqlar üsulu,
riyazi fizikada asimptotik və ədədi üsul-
lar və s. fənləri tədris edir. 100-dən ar-
tıq elmi əsərin müəllifidir. Əsərlərinin
xeyli hissəsi xarici ölkələrin nüfuzlu
jurnallarında çap olunmuşdur. 14 elmlər
namizədi, 1 elmlər doktoru yetişdirmiş-
dir.
YUNESKO-nun “Elmi biliklərin və
texnologiyaların etikası” Azərbaycan
Komitəsinin üzvüdür. Azərbaycan Res-
publikası Prezidenti yanında Ali Attes-
tasiya Komissiyasının riyaziyyat və me-
xanika ixtisasları üzrə ekspert şurasının
üzvüdür.
“ADPU-nun xəbərləri” elmi
məcmuəsinin baş redaktoru, “AMEA-
nın xəbərləri”, “BDU-nun xəbərləri”,
“Riyaziyyat və Mexanika İnstitutu-
nun əsərləri”, “Sumqayıt Dövlət Uni-
versitetinin xəbərləri”, “Kurikulum”
jurnallarının
redaksiya heyətinin üz-
vüdür. O, hazırda ADPU-da fəaliyyət
göstərən ümumi pedaqogika, pedaqogi-
ka və təhsilin tarixi, təlim və tərbiyənin
nəzəriyyəsi və metodikası ixtisası üzrə
dissertasiya şurasının sədridir.
Görkəmli alimin elmi, pedaqoji,
təşkilatçılıq fəaliyyəti dövlət tərəfindən
yüksək qiymətləndirilmiş, ona 2000-ci
ildə Azərbaycan Respublikası Preziden-
ti cənab Heydər Əliyevin Sərəncamı ilə
“Əməkdar elm xadimi” fəxri adı veril-
mişdir. 2001-ci ildə Azərbaycan Milli
Elmlər Akademiyasının müxbir üzvü
seçilmişdir.
Yusif Məmmədov 2010-cu ildə
Azərbaycan Respublikasının Preziden-
ti cənab İlham Əliyevin Sərəncamı ilə
“Şöhrət” ordeni ilə təltif edilmişdir.
24
Alim
24
Kimya.Biologiya.Tibb
Abel Məhərrəmov
1950
Y
ANV
AR
Abel Məmmədəli oğlu Məhərrəmov
1950-ci il yanvar ayının 5-də Ağdam
şəhərində anadan olmuşdur. 1966-cı ildə
orta məktəbi qızıl medalla bitirdikdən
sonra, elə həmin il Azərbaycan Dövlət
Universitetinin (indiki BDU) Kimya
fakültəsinə qəbul olmuş və oranı 1971-
ci ildə əla qiymətlərlə başa vurmuşdur.
1971-ci ildən Ümumittifaq Olefinlər
Elmi Tədqiqat İnstitutunda operator,
sonra isə mühəndis vəzifəsində çalış-
mışdır.
O, 1976-cı ildə namizədlik disserta-
siyasını, 1991-ci ildə doktorluq disser-
tasiyasını müdafiə etmiş və professor
adına layiq görülmüşdür.
1976-cı ildən Azərbaycan Dövlət
Universitetində baş elmi işçi, baş
müəllim, tədris hissəsinin müdiri, de-
kan müavini vəzifələrində çalışmışdır.
A.Məhərrəmov 1984-1993-cü illər-
də Kimya fakültəsinin dekan müavini,
1993-1999-cu illərdə dekan, 1999-cu
ilin yanvar ayının 11-dən
isə ulu öndər
Heydər Əliyevin Sərəncamı ilə Bakı
Dövlət Universitetinin rektoru təyin
edilmişdir. Universitetinin Böyük Elmi
Şurasının sədridir.
1999-cu ildən Azərbaycan Elmlər
Akademiyasının müxbir üzvü, 2008-ci
ildə isə AMEA-nın həqiqi üzvü seçil-
mişdir.
2002-2004-cü illərdə Qara dəniz
universitetlər şəbəkəsinin prezidenti
olmuşdur.
Yeni Azərbaycan Partiyası Siyasi
Şurasının və İdarə Heyətinin üzvüdür.
2005-ci ildən Azərbaycan Respubli-
kası Milli Məclisinin deputatıdır.
Milli
Məclisin Elm və təhsil məsələləri daimi
komitəsinin üzvüdür.
Azərbaycan-Yaponiya p
arlament-
lərarası əlaqələr üzrə işçi qrupunun
rəhbəri,
Azərbaycan - ABŞ, Azərbaycan
- İspaniya, Azərbaycan - Türkmənistan
parlamentlərarası əlaqələr üzrə işçi
qruplarının üzvüdür.
Əməkdar elm xadimi və Yusif
Məmmədəliyev mükafatı laureatı-
dır. Rumıniya Respublikasının ali
dərəcəli “Komandor” ordeni, İqtisadi
Əməkdaşlıq Təşkilatının qızıl medalı
ilə təltif edilmişdir. Rumıniya Respub-
likasının Ovidius Universitetinin və
Türkiyənin Kırıkkale Universitetinin
fəxri doktorudur.
50-dək monoqrafiyanın, dərsliyin və
dərs vəsaitinin, 700-dək elmi məqalənin
müəllifidir. 37 ixtirası vardır.
Kimyanın əsas
sahələrindən he-
sab edilən neft kimyası, üzvi kimya
sahəsində geniş və dərin tədqiqatlar apa-
ran, onu yeni biliklərlə zənginləşdirən,
elmi məktəb yaradan tanınmış alim 30-
dək kimya elmləri namizədi və doktoru
hazırlamışdır.
Akademik Abel Məhərrəmov bir
çox nüfuzlu kimya jurnallarının redak-
siya heyətinin üzvü kimi də fəaliyyət
göstərir.
5
Ə d ə b i y y a t
Seçilmiş əsərləri: 5 cilddə:
[məqalələr toplusu]
/A.Məhərrəmov; elmi red.
V.Fərzəliyev; burax. məs.:
M.Qurbanova, N.Şıxəliyev.-
Bakı: Bakı Dövlət Univer-
siteti 2010.- C.I: Olefinlərə
elektrofil birləşmə reak-
siyalarında yeni sintetik
istiqamətlər və on iki üzvlü
tsikllərin konformasiya ana-
lizi.- 303 s.; C.II: Funksional
əvəzli heterotsikllərin yeni
sintetik istiqamətləri.- 375
s.; C.III: Funksional əvəzli
heterotsikllərin yeni sintetik
istiqamətləri və fəza səciyyəli
kimyəvi terminləri.-367
s.; C.IV: Alkenilfenollar
sahəsində yeni sintetik
istiqamətlər.- 287 s.
Abel Məmmədəli oğlu
Məhərrəmov: biblioqrafi-
ya /AMEA, Mərkəzi Elmi
Kitabxana; tərt.-müəl.:
P.İbrahimova, A.Əmirova;
red. F.Şiriyev; elmi
red.: M.Allahverdiyev,
P.Məmmədov.- Bakı: Çaşıoğ-
lu, 2010.- 511 s.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.science.gov.az
65
illiyi
Akademik