19
Mədəniyyət.Maarif.Elm
105
illiyi
Məmmədağa Sultanov
1910-1991
Y
ANV
AR
Məmmədağa Sultan oğlu Sultanov
1910-cu il yanvar ayının 5-də Cənubi
Azərbaycanın Ərdəbil şəhərində anadan
olmuşdur. Kiçik yaşlarında ailəsi ilə birgə
Bakıya köçmüş, ibtidai təhsilini tamamla-
dıqdan sonra fərdi təhsil almışdır.
1932-1933-cü illərdə “Hücum” jurna-
lının məsul katibi olmuşdur. 1933-1935-
ci illərdə Kürdəmir Rayon MTS siyasi
şöbəsinin orqanı “Bolşevik” qəzetinin
redaktoru, 1935-1936-cı illərdə Masallı
rayon qəzetinin redaktoru, 1936-1937-
ci illərdə “Gənc işçi” qəzetinin redakto-
ru, 1937-1938-ci illərdə “Kommunist”
qəzeti redaksiyasında elm və mədəniyyət
şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
1939-cu ildə Mühəndis və Təsərrüfatçıların
ixtisasını artıran İnstitutun
Dil və
Ədəbiyyat kafedrasının müdiri, 1939-
1941-ci illərdə ADU-nun aspirantı olmuş
və universitetdə müəllim işləmişdir. İkin-
ci Dünya müharibəsi dövründə Zaqafqa-
ziya cəbhəsi siyasi idarəsinin tərcüməçisi
və siyasi təlimatçısı kimi Sovet ordusu
tərkibində 1941-1942-ci illərdə Təbrizdə,
1942-1945-ci illərdə isə Qafqazda ol-
muşdur. M.Sultanov 1945-1950-ci
illərdə
Azərbaycan EA Nizami adına Dil və
Ədəbiyyat İnstitutu Əlyazmalar şöbəsinin
müdiri işləmişdir. 1948-ci ildə filolo-
giya elmləri namizədi elmi dərəcəsinə
yiyələnmişdir. 1950-1972-ci illərdə
Azərbaycan EA Əlyazmalar fondunun di-
rektoru, 1972-1976-cı illərdə şöbə müdiri,
1976-1981-ci illərdə AEA Yaxın və Orta
Şərq Xalqları İnstitutunun Şərq ölkələri
ilə ədəbi əlaqələr şöbəsinin müdiri, 1982-
ci ildə AEA Respublika Əlyazmalar İnsti-
tutunda baş elmi işçi kimi çalışmışdır.
Ədəbi fəaliyyətə 1926-cı ildə “Gənc
işçi” qəzetində çap etdirdiyi “Sənət
məktəbi” adlı ilk şeiri ilə başlamışdır.
1959-cu ildən Azərbaycan Yazıçılar Bir-
liyinin üzvü olmuşdur.
Klassik ədəbiyyatdan etdiyi poetik
tərcümələr onun yaradıcılığında başlı-
ca yer tutmuşdur. 1980-ci ildə “Kəlilə
və Dimnə” kitabındakı şeirləri, Füzuli-
nin, Nəsiminin və digər klassiklərin fars
dilində yaz
dığı şeirləri poetik tərcümə
etmişdir. Həmçinin, külli miqdarda kitab-
ları bir mətnşünas
kimi tərcümə və tərtib
etmiş, elmi məqalələr yazmışdır. Rudəki,
Cami, Əbu Əli Sina, Sədrəddin Ayni kimi
sənətkarların yubileyində məruzələrlə çı-
xış etmişdir. O, 1954-cü ildə Daşkənddə
ümumittifaq Şərqşünaslar konfransında,
1960-cı ildə isə Moskvada Beynəlxalq
Şərqşünaslar Konqresində Azərbaycanı
təmsil etmişdir.
Görkəmli alim fəal ictimai iş aparmış-
dır: işlədiyi elmi tədqiqat institutlarında
yerli həmkarlar ittifaqının sədri, ilk par-
tiya təşkilatının katibi olmuşdur. 1967-ci
ildə “Əməkdar mədəniyyət işçisi” fəxri
adına layiq görülmüş, müharibə və əmək
veteranı olmuş, xidmətlərinə görə yeddi
medalla təltif edilmişdir.
Ədəbiyyatşünas alim Məmmədağa
Sultanov 1991-ci il yanvar ayının 19-da
Bakıda vəfat etmişdir.
Ə d ə b i y y a t
Azərbaycan
əlyazmaşünaslığı
məsələləri
/M.Sultanov; AEA.
M.Füzuli adına
Əlyazmalar İnstitutu.-
Bakı: Elm 2000.-96 s.
Yazılı abidələrin
tədqiqi:məqalələr
toplusu /M.Sultanov;
AMEA, M.Füzuli ad.
Əlyazmalar İn-tu.-
Bakı: Nurlan, 2010.-
168 s.
Məmmədağa Sultanov
(1910-1991): biblioq-
rafiya /AMEA M. Fü-
zuli ad. Əlyazmalar
İn-tu; tərt. ed.
A.Xəlilov, L.Əliyeva;
red. M.Adilov.-Bakı
Nurlan, 2005.-84 s.
Əhmədov, T.
Məmmədağa Sul-
tanov /T.Əhmədov
//XX əsr Azərbaycan
yazıçıları.- Bakı,
2004.- S.575.
İ n t e r n e t d ə
www.anl.az
az.wikipedia.org
www.medeniyyet.az
5
Ədəbiyyatşünas
20
Coğrafiya.Geologiya
Y
ANV
AR
Xoşbəxt Yusifzadə
1930
85
illiyi
Ə d ə b i y y a t
Akademik Xoşbəxt
Yusifzadə: İrəlidə
hələ o qədər iş var ki!
/X.Yusifzadə //Respubli-
ka.- 2010.- 4 avqust.- S.3.
Akademik Xoşbəxt Bağı
oğlu Yusifzadə: biblioq-
rafiya.- Bakı, 2012.- 244
s.;Mətn Azərb., rus və
ingilis dillərində
Akademik Xoşbəxt
Yusifzadə “Türk Dün-
yasının Fəxri Alimi”
Beynəlxalq mükafatı-
na layiq görülmüşdür
//Azərbaycan.- 2012.-
10
yanvar.- S.3.
Годы и вехи моей жизни
/Х.Юсифзаде; пер. с
азерб. С.Мамедзаде;
ред. А.Аббасов; худож.
З.Алиев.- Баку: OSKAR,
201
0.- 284 с., [69] с.
Самедова, Ф. Нефти
Азербайджана:
свойства и состав
/Ф.Самедова; науч.
ред. М.Рустамов,
Х.Юсифзаде.- Баку:
Элм, 2011.-410 с.
İ n t e r n e t d ə
www.anl.az
www. az.wikipedia.org
www.science.gov.az
www.socar.az
Xoşbəxt Bağı oğlu Yusifzadə 1930-
cu il yanvar ayının 14-də Bakının Pirşağı
kəndində anadan olmuşdur. 1947-ci ildə
M.Əzizbəyov adına Azərbaycan Sənaye
İnstitutunun (indiki Azərbaycan Dövlət
Neft Akademiyası) geoloji-kəşfiyyat
fakültəsinə daxil olmuş, 1952-ci
ildə ora-
nı Neft və qaz yataqlarının geologiyası və
kəşfiyyatı üzrə bitirərək dağ mühəndisi-
geoloq ixtisasına yiyələnmişdir.
Əmək fəaliyyətinə elə həmin il SSRİ
Neft Sənayesi Nazirliyinin Bakıdakı
Dövlətxüsusineftlayihə kontorunda baş-
lamış, lakin az sonra yeni təşkil edilmiş
Dənizneft Birliyində işə qəbul olmuş,
burada böyük mühəndis və bölmə rəisi
vəzifələrində çalışmışdır.
1954-cü ilin mart ayında Gürgan-
neft trestinin (indiki “Neft Daşları”
NQÇİ) birinci mədəninin böyük geolo-
qu vəzifəsinə təyin edilmiş və o vaxtda
n
da dəniz neft yataqlarının kəşfiyyatı və
işlənilməsinin məşhur iştirakçılarından
və rəhbərlərindən biri kimi tanınmış-
dır. X.B.Yusifzadə 1958-1959-cu illərdə
“Neft Daşları”
Mərkəzi elmi-tədqiqat
və istehsalat işləri sexinin baş geoloqu,
1959-1960-cı illərdə həmin sexin rəisi
vəzifələrində işləmişdir.
1960-cı ilin sentyabrında o, Sov.İKP-
nın XXII qurultayı adına neft mədənləri
idarəsi (keçmiş Gurganneft) rəisinin mü-
avini - baş geoloq vəzifəsinə təyin olun-
muş və bu vəzifədə 1963-cü ilin oktyabr
ayınadək çalışmışdır. 1963-cü ildən
1970-ci ilədək Başdənizneft idarəsində
baş geoloqun müavini – şöbə rəisi,
Dənizneft İstehsalat Birliyinin geoloji-
kəşfiyyat şöbəsinin rəisi –
baş geoloqun
müavini olmuşdur.
1970-1992-ci illərdə Xəzərdəniz-
neft Birliyinin, Xəzərdənizneft İs-
tehsalat Birliyinin, Ümumittifaq Xə-
zərdənizneftqazsənaye Birliyinin,
Xəzərdənizneftqaz İstehsalat Birliyinin
və Xəzərdənizneft İstehsalat Birliyinin
baş direktorunun müavini - baş geoloq
vəzifələrində işləmişdir.
1992-1994-cü
illərdə Azərineft Dövlət
Konserninin birinci vitse-prezidenti,
ARDNŞ prezidentinin müşaviri, 1994-
2004-cü illərdə ARDNŞ-nin geologiya,
geofizika və yataqların işlənməsi üzrə
vitse-prezidenti vəzifələrində çalışmış-
dır. 2004-cü ildən Azərbaycan Res-
publikasının Prezidenti İlham Əliyevin
Sərəncamı ilə Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin geologiya, geofi-
zika və yataqların işlənməsi üzrə birinci
vitse-prezidentidir.
1960-cı ildə geologiya-minerologiya
elmləri namizədi alimlik dərəcəsi, 1987-
ci ildə geologiya-mineralogiya
elmləri
doktoru elmi dərəcəsi almışdır. 2005-ci
ildə ona professor elmi adı verilmişdir.
2007-ci ilin aprel ayında Azərbaycan
Milli Elmlər Akademiyasının həqiqi
üzvü seçilmişdir. 188 elmi əsərin, o
cümlədən 12 monoqrafiyanın və 8 ixti-
ranın müəllifidir.
Onun rəhbərliyi ilə Xəzər dənizi
hövzəsinin Azərbaycan, Türkmənistan
14
Akademik