Teqvim-2015. pdf


Mədəniyyət.Maarif.Elm 105



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə9/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   5   6   7   8   9   10   11   12   ...   173

19
Mədəniyyət.Maarif.Elm
105 
 illiyi
Məmmədağa Sultanov 
1910-1991 
Y
ANV
AR
Məmmədağa Sultan oğlu Sultanov 
1910-cu il yanvar ayının 5-də  Cənubi 
Azərbaycanın  Ərdəbil  şəhərində anadan 
olmuşdur. Kiçik yaşlarında ailəsi ilə birgə 
Bakıya köçmüş, ibtidai təhsilini tamamla-
dıqdan sonra fərdi təhsil almışdır.
1932-1933-cü illərdə “Hücum” jurna-
lının məsul katibi olmuşdur. 1933-1935-
ci illərdə Kürdəmir Rayon MTS siyasi 
şöbəsinin orqanı “Bolşevik” qəzetinin 
redaktoru, 1935-1936-cı illərdə Masallı 
rayon qəzetinin redaktoru, 1936-1937-
ci illərdə “Gənc işçi” qəzetinin redakto-
ru, 1937-1938-ci illərdə “Kommunist” 
qəzeti redaksiyasında elm və mədəniyyət 
şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 
1939-cu ildə Mühəndis və Təsərrüfatçıların 
ixtisasını artıran  İnstitutun Dil və 
Ədəbiyyat kafedrasının müdiri, 1939-
1941-ci illərdə ADU-nun aspirantı olmuş  
və universitetdə müəllim işləmişdir. İkin-
ci Dünya müharibəsi dövründə Zaqafqa-
ziya cəbhəsi siyasi idarəsinin tərcüməçisi 
və siyasi təlimatçısı kimi Sovet ordusu 
tərkibində 1941-1942-ci illərdə Təbrizdə, 
1942-1945-ci illərdə isə Qafqazda ol-
muşdur. M.Sultanov 1945-1950-ci illərdə 
Azərbaycan EA Nizami adına Dil və 
Ədəbiyyat İnstitutu Əlyazmalar şöbəsinin 
müdiri işləmişdir. 1948-ci ildə  filolo-
giya elmləri namizədi elmi dərəcəsinə 
yiyələnmişdir. 1950-1972-ci illərdə 
Azərbaycan EA Əlyazmalar fondunun di-
rektoru, 1972-1976-cı illərdə şöbə müdiri, 
1976-1981-ci illərdə AEA Yaxın və Orta 
Şərq Xalqları  İnstitutunun  Şərq ölkələri 
ilə ədəbi əlaqələr şöbəsinin müdiri, 1982-
ci ildə AEA Respublika Əlyazmalar İnsti-
tutunda baş elmi işçi kimi çalışmışdır.
Ədəbi fəaliyyətə 1926-cı ildə “Gənc 
işçi” qəzetində çap etdirdiyi “Sənət 
məktəbi” adlı ilk şeiri ilə başlamışdır. 
1959-cu ildən Azərbaycan Yazıçılar Bir-
liyinin üzvü olmuşdur. 
Klassik  ədəbiyyatdan etdiyi poetik 
tərcümələr onun yaradıcılığında başlı-
ca yer tutmuşdur. 1980-ci ildə “Kəlilə 
və Dimnə” kitabındakı  şeirləri, Füzuli-
nin, Nəsiminin və digər klassiklərin fars 
dilində yaz
dığı  şeirləri poetik tərcümə 
etmişdir. Həmçinin, külli miqdarda kitab-
ları bir mətnşünas kimi tərcümə və tərtib 
etmiş, elmi məqalələr yazmışdır. Rudəki, 
Cami, Əbu Əli Sina, Sədrəddin Ayni kimi 
sənətkarların yubileyində məruzələrlə çı-
xış etmişdir. O, 1954-cü ildə Daşkənddə 
ümumittifaq  Şərqşünaslar konfransında, 
1960-cı ildə isə Moskvada Beynəlxalq 
Şərqşünaslar Konqresində Azərbaycanı 
təmsil etmişdir.
Görkəmli alim fəal ictimai iş aparmış-
dır: işlədiyi elmi tədqiqat institutlarında 
yerli həmkarlar ittifaqının sədri, ilk par-
tiya təşkilatının katibi olmuşdur. 1967-ci 
ildə  “Əməkdar mədəniyyət işçisi” fəxri 
adına layiq görülmüş, müharibə və əmək 
veteranı olmuş, xidmətlərinə görə yeddi 
medalla təltif edilmişdir.
Ədəbiyyatşünas alim Məmmədağa 
Sultanov 1991-ci il yanvar ayının 19-da 
Bakıda vəfat etmişdir.
Ə d ə b i y y a t 
Azərbaycan 
əlyazmaşünaslığı 
məsələləri 
/M.Sultanov; AEA. 
M.Füzuli adına 
Əlyazmalar İnstitutu.-
Bakı: Elm 2000.-96 s. 
Yazılı abidələrin 
tədqiqi:məqalələr 
toplusu /M.Sultanov;  
AMEA, M.Füzuli ad. 
Əlyazmalar İn-tu.-
Bakı: Nurlan, 2010.-
168 s. 
Məmmədağa Sultanov 
(1910-1991): biblioq-
rafiya /AMEA M. Fü-
zuli ad. Əlyazmalar 
İn-tu; tərt. ed. 
A.Xəlilov, L.Əliyeva; 
red. M.Adilov.-Bakı 
Nurlan, 2005.-84 s.
Əhmədov, T. 
Məmmədağa Sul-
tanov /T.Əhmədov               
//XX əsr Azərbaycan 
yazıçıları.- Bakı, 
2004.- S.575.
İ n t e r n e t d ə
www.anl.az
az.wikipedia.org
www.medeniyyet.az
5
Ədəbiyyatşünas


20
Coğrafiya.Geologiya
Y
ANV
AR
Xoşbəxt Yusifzadə 
1930
85 
 illiyi
Ə d ə b i y y a t
 
Akademik Xoşbəxt 
Yusifzadə: İrəlidə 
hələ o qədər iş var ki! 
/X.Yusifzadə //Respubli-
ka.- 2010.- 4 avqust.- S.3.
Akademik Xoşbəxt Bağı 
oğlu Yusifzadə: biblioq-
rafiya.- Bakı, 2012.- 244 
s.;Mətn Azərb., rus və 
ingilis dillərində 
Akademik Xoşbəxt 
Yusifzadə “Türk Dün-
yasının Fəxri Alimi” 
Beynəlxalq mükafatı-
na layiq görülmüşdür           
//Azərbaycan.- 2012.- 
10 
yanvar.- S.3.
Годы и вехи моей жизни 
/Х.Юсифзаде; пер. с 
азерб. С.Мамедзаде; 
ред. А.Аббасов; худож. 
З.Алиев.- Баку: OSKAR, 
201
0.- 284 с., [69] с. 
Самедова, Ф. Нефти 
Азербайджана: 
свойства и состав 
/Ф.Самедова; науч. 
ред. М.Рустамов, 
Х.Юсифзаде.- Баку: 
Элм, 2011.-410 с.
İ n t e r n e t d ə
www.anl.az
www. az.wikipedia.org 
www.science.gov.az
www.socar.az
Xoşbəxt Bağı  oğlu Yusifzadə 1930-
cu il yanvar ayının 14-də Bakının Pirşağı 
kəndində anadan olmuşdur. 1947-ci ildə 
M.Əzizbəyov adına Azərbaycan Sənaye 
İnstitutunun (indiki Azərbaycan Dövlət 
Neft Akademiyası) geoloji-kəşfiyyat 
fakültəsinə daxil olmuş, 1952-ci ildə ora-
nı Neft və qaz yataqlarının geologiyası və 
kəşfiyyatı üzrə bitirərək dağ mühəndisi-
geoloq ixtisasına yiyələnmişdir.
Əmək fəaliyyətinə elə həmin il SSRİ 
Neft Sənayesi Nazirliyinin Bakıdakı 
Dövlətxüsusineftlayihə kontorunda baş-
lamış, lakin az sonra yeni təşkil edilmiş 
Dənizneft Birliyində  işə  qəbul olmuş, 
burada böyük mühəndis və bölmə rəisi 
vəzifələrində çalışmışdır. 
1954-cü ilin mart ayında Gürgan-
neft trestinin (indiki “Neft Daşları” 
NQÇİ) birinci mədəninin böyük geolo-
qu vəzifəsinə təyin edilmiş və o vaxtda

da dəniz neft yataqlarının kəşfiyyatı və 
işlənilməsinin məşhur iştirakçılarından 
və  rəhbərlərindən biri kimi tanınmış-
dır. X.B.Yusifzadə 1958-1959-cu illərdə 
“Neft Daşları” Mərkəzi elmi-tədqiqat 
və istehsalat işləri sexinin baş geoloqu, 
1959-1960-cı illərdə  həmin sexin rəisi 
vəzifələrində işləmişdir.
1960-cı ilin sentyabrında o, Sov.İKP-
nın XXII qurultayı adına neft mədənləri 
idarəsi (keçmiş Gurganneft) rəisinin mü-
avini - baş geoloq vəzifəsinə təyin olun-
muş və bu vəzifədə 1963-cü ilin oktyabr 
ayınadək çalışmışdır. 1963-cü ildən 
1970-ci ilədək Başdənizneft idarəsində 
baş geoloqun müavini – şöbə  rəisi, 
Dənizneft  İstehsalat Birliyinin geoloji-
kəşfiyyat şöbəsinin rəisi – baş geoloqun 
müavini olmuşdur.
1970-1992-ci illərdə  Xəzərdəniz-
neft Birliyinin, Xəzərdənizneft  İs-
tehsalat Birliyinin, Ümumittifaq Xə-
zərdənizneftqazsənaye Birliyinin, 
Xəzərdənizneftqaz  İstehsalat Birliyinin 
və  Xəzərdənizneft  İstehsalat Birliyinin 
baş direktorunun müavini - baş geoloq 
vəzifələrində işləmişdir.
1992-1994-cü illərdə Azərineft Dövlət 
Konserninin birinci vitse-prezidenti, 
ARDNŞ prezidentinin müşaviri, 1994-
2004-cü illərdə ARDNŞ-nin geologiya, 
geofizika və yataqların işlənməsi üzrə 
vitse-prezidenti vəzifələrində çalışmış-
dır. 2004-cü ildən Azərbaycan Res-
publikasının Prezidenti İlham  Əliyevin 
Sərəncamı ilə Azərbaycan Respublikası 
Dövlət Neft Şirkətinin geologiya, geofi-
zika və yataqların işlənməsi üzrə birinci 
vitse-prezidentidir.
1960-cı ildə geologiya-minerologiya 
elmləri namizədi alimlik dərəcəsi, 1987-
ci ildə geologiya-mineralogiya elmləri 
doktoru elmi dərəcəsi almışdır. 2005-ci 
ildə ona professor elmi adı verilmişdir. 
2007-ci ilin aprel ayında Azərbaycan 
Milli Elmlər Akademiyasının həqiqi 
üzvü seçilmişdir. 188 elmi əsərin, o 
cümlədən 12 monoqrafiyanın və 8 ixti-
ranın müəllifidir.
Onun rəhbərliyi ilə  Xəzər dənizi 
hövzəsinin Azərbaycan, Türkmənistan 
14
Akademik


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə